Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5265/2021 16.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X3, ƏlCavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı «mənzilə olan istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X3, ƏlCavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «mənzilə olan istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər- Cavabdeh1, X2, ƏlCavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında olan yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, ünvan 2 ünvanında yerələşən üç otaqlı mənzil 25.11.2020-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin mənzil AN-1, № ******* saylı 18.112020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 40.000 manat ödəməklə cavabdeh- X1 almışdır. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən “Satıcı” müqavilə notaril qaydada təsdiq olunduğu tarixdən sonra 18.12.2020-ci il tarixinədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürüb. Öhdəlik götürmələrinə baxmayaraq cavabdehlər bu günə qədər onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlər müqavilə bağlandığı gündən özlərinə məxsus əşyaları götürərək mənzildən köçmüşlər. Onların hal-hazırda harada yaşaması haqqında onun məlumatı yoxdur. O mülkiyyətində olan mənzili satmaq istəyir, ancaq cavabdehlərin mənzildə qeydiyyatda olması səbəbindən o mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.11.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3, Cavabdeh5 və Abbasova Səfurə Əkrəm qızı Sumqayıt şəhəri, 45-ci məhəllə, 14 saylı evin, 48 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 14 saylı evin, 48 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, 24.05.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, X3, ƏlCavabdeh3, Cavabdeh4, Cavabdeh5, və Cavabdeh6 Sumqayıt şəhəri, 45-ci məhəllə, 14 saylı evin, 48 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 45-ci məhəllə, 14 saylı evin, 48 saylı mənzilini rəsmi alqı-satqı müqaviləsi əsasında əldə etmiş, buna baxmayaraq, cavabdehlər Cavabdeh1, X3, ƏlCavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qıznın həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, X3, ƏlCavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızının Sumqayıt şəhəri, 45-ci məhəllə, 14 saylı evin, 48 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-5265/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5265/2021
16.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver