Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5270/2020 13.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan və iddia ərizəsinə əlavə etdiyi siyahıda göstərilən əmlakların mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 42 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, oğlu X6 Cavabdeh ilə 2010-cu ildə ailə qurmuş, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Əsli, xx.xx.2012-ci il təvəllüdlü Turan və xx.xx.2016-cı il təvəllüdlü Rüqəyya adlı övladları olmuşdur. Lakin xasiyyətləri uyğun gəlmədiyinə görə aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)1013/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehə məxsus cehiz əmlak isə evində olmaqla, evindən sərbəst surətdə istifadə etməyinə maneçilik yaradır. Cavabdehə əmlaklarının çıxarılmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə əmlaklarını çıxarmaqdan yayınmışdır. Bu isə mülkiyyət hüququna müdaxiləni qaçılmaz etməklə, həmin evdən sərbəst surətdə istifadə etməsini, ona sahiblik etməsini məhdudlaşdırır. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Əlavə olaraq qeyd etdi ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Hər bir şəxs mülkiyyətində olan əmlakdan maneəsiz sahiblik, istifadə edə və onun barəsində sərəncam verə bilər. Lakin cavabdehə məxsus əmlakların evində qalması, mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla müdaxilə kimi dəyərləndirilməlidir. Halbuki mülkiyyət hüququna istənilən müdaxilə, o cümlədən sahiblik istifadə hüququnun məhdudlaşdırılması qanunla qadağandır. Ona görə də cavabdehə məxsus Divan 01 (bir) ədəd, Kreslo 02 (iki) ədəd, Stol 01 (bir) ədəd, Stul 08 (səkkiz) ədəd, Yataq dəsti mebeli termo, paltar asmaq üçün şkaf, iki tumbuçkası və taxt, Taxt döşəyi 01 (bir) ədəd, Taxt yorğanı 01 (bir) ədəd, Tək döşək 02 (iki) ədəd, Tək yorğan 02 (iki) ədəd, Yastıq 04 (dörd) ədəd, Xalça 02 (iki) ədəd, Televizor Samsung 1 (bir) ədəd, Gülqabı 01 (bir) ədəd, Tozsoran Eurolux 01 (bir) ədəd, Soba ödül super peçka (çörək bişirən) 01 (bir) ədəd, Divan-kreslo üzü 01 (bir) dəst, Adyal (plet) 01 (bir) ədəd, Adyal nazik 02 (iki) ədəd, Taxt üçün üstlük 02 (iki) ədəd - 01 (bir) ədəd açıq yaşıl rəngdə, 01 (bir) ədəd zoğalı rəngdə, Taxt üçün pastel 02 (iki) ədəd - 01 (bir) ədəd açıq yaşıl rəngdə. 01 (bir) ədəd bənövşəyi rəngdə, Uşaq döşəyi 01 (bir) ədəd, Pərdə 01 (bir) ədəd, Yastıq (stul üzərinə sərilən) 06 (altı) ədəd, Süfrə 03 (üç) ədəd, Taxt üçün ipək dəst 01 (bir) dəst, Can dəsmalı 03 (üç) ədəd, əl-üz dəsmalı 03 (üç) ədəd, çaydəsmalı 10 (on) ədəd, zibilqabı 01 (bir) ədəd, yastıq üzü 04 (dörd) ədəd - 02 (iki) ədəd zoğalı rəngdə, 02 (iki) yaşıl rəngdə, göy çexol 01 (bir) ədəd, adyal yaşıl rəngdə 01 (bir) ədəd, mikser Push 01 (bir) ədəd, sintfon yorğan (taxt üçün) 01 (bir) ədəd, aşsüzən 01 (bir) ədəd, Kapron qab (meyvə, göy yümaq üçün) 04 (dörd) ədəd, qəndqabı 07 (yeddi) ədəd, Qazan 04 (dörd) ədəd - 02 (iki) ədəd çuğun qazan, 02 (iki) ədən nejaverka materialında qazan, Süzgəc 03 (üç) ədəd, stəkan 02 (iki) ədəd, Bagema qabı 02 (iki) ədəd, Stəkan 06 (altı) ədəd, Monaliza - şüşə qab 01 (bir) ədəd, Sok stəkanı 07 (yeddi) ədəd, Duz qabı 05 (beş) ədəd, Kül qabı 01 (bir) ədəd, Madonna qəndqabı 01 (bir) ədəd, Bıçaq (böyük) 03 (üç) ədəd, Nəlbəki 11 (on bir) ədəd, ədviyyat qabı 03 (üç) ədəd, souz qabı 12 (on iki) ədəd, pendir qabı 12 (on iki) ədəd, aş qabı 12 (on iki) ədəd, razetka (mürəbbə qabı) 06 (altı) ədəd, kasa 06 (altı) ədəd, qaşıq böyük (aş üçün qaşıq) 02 (iki) ədəd, qəndqran 01 (bir) ədəd, çömçə 02 (iki) ədəd - 01 (bir) ədəd balaca 01 (bir) ədəd böyük, qaşıq böyük 17 (on yeddi) ədəd, tort götürən 01 (bir) ədəd, çəngəl balaca 12 (on iki) ədəd, çəngəl böyük 07 (yeddi) ədəd, taxta göyərti doğramaq üçün 01 (bir) ədəd, ətçəkən 01 (bir) ədəd, dolma qabı 08 (səkkiz) ədəd, aş üçün blud 01 (bir) ədəd, salat qabı uzunsov 02 (iki) ədəd, ləbləbi qabı 02 (iki) ədəd, çörək qabı 02 (iki) ədəd, güldan qabı 01 (bir) ədəd, çaydan çuğun 01 (bir) ədəd, dəm çayniki 01 (bir) ədəd, tava 01 (bir) ədəd və lampa 01 (bir) ədəd əşyaların mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə bağlı bildirdi ki, o, X6 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və ailə qurduqdan sonra İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilə gəlin köçmüşdür. Gəlin köçən zaman özünə məxsus cehiz əmlaklarını da sözügedən mənzildə yerləşdirmişdir. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-ci il təvəllüdlü X3 adlı üç uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1013/2020 saylı qətnaməsinə əsasən pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və onların saxlanılması üçün A.Şahbazzadədən hər ay hər uşaq üçün 170 manat olmaqla ümumilikdə 510 manat sabit pul məbləğində aliment tutulagraq ona ödənilməsi qət edilmişdir. Lakin A.Şahbazzadə məhkəmə tərəfindən kəsilən aliment məbləğini vaxtı-vaxtında ödəməmiş və 2500 manat məbləğində aliment borcu yaranmışdır. Əlavə olaraq qeyd etdi ki, o, həyat yoldaşından ayrıldıqdan sonra atasına məxsus torpaq sahəsində ev tikdirməyə başlamışdır. Hazırda onun bir otağını yaşanılası vəziyyətə gətirmişdir. Çünki atasına məxsus ev balaca olduğundan, nə özlərinin yaşaması üçün, nə də cehiz əmlaklarının yerləşdirilməsi üçün yetərli deyildir. Bu səbəbdən də özünə məxsus cehiz əmlakları keçmiş qayınanasına məxsus mənzildə qalmışdır. Cehiz əmlaklarının ünvan 1 ünvanında yerləşən 42 saylı mənzildən çıxarılmasına etiraz etmir, əgər X6 aliment borcunu tam ödəyərsə, yarımçıq qalmış evini tamamlaya və cehiz əmlaklarını iddiaçıya məxsus mənzildən çıxara bilər. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər 5 nömrəli DNK-ın 4ə-82 nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2004-cü il atrixli, AA 084822 nömrəli məcburi köçkün vəsiqəsinin surəinə əsasən, İddiaçı 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkündür. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 1013/2020 saylı qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddia təmin edilərək, iddiaçı X6 ilə Cavabdeh arasında xx xxxxxx 2010-cu il tarixdə bağlanmış 206 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalması, xx.xx.2020-ci il tarixdən başlayaraq X2 xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin tutularaqCavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı oğlu X6 ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikah münasibərtlərindən xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan üç övladları var. Cavabdeh ailə qurduqdan sonra valideynləri tərəfindən ona verilmiş cehiz əmlaklarını X4 yaşadığı ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilə yerləşdirmişdir. Bir müddət sonra tərəflər arasında ərarvad münasibətləri Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 1013/2020 saylı qətnaməsinə əsasən pozulmuş, Cavabdeh A.Şahbazzadə ilə birgə yaşadığı mənzili tərk edərək valideynlərinin yaşadığı ünvana getmiş, lakin ona məxsus cehiz əmlakları İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 42 saylı mənzildə qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.2) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin qanuni əsasları vardır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 42 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh ailə qurarkən qaynanasına məxsus mənzilə köçməklə həmin mənzilə istifadə hüququ yaranmamışdır. Hal-hazırda cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus evdə yerləşir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etdiyini, əşyalarını çıxartmağa razı olduğunu bildirsə də, iddiaçı cavabdehdən məhkəmədənkənar qaydada həmin əşyaların çıxarılmasını tələb etmiş, cavabdeh həmin əşyaları evdən könüllü çıxarmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehə məxsus əmlakların iddiaçıya məxsus mənzildə qalması onun mənzil və mülkiyyət hüquqlarına maneə yaradır. Belə olan halda Cavabdeh məxsus cehiz əmlakları İddiaçı şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 42 saylı mənzildən çıxarılması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus - Divan 01 (bir) ədəd, Kreslo 02 (iki) ədəd, Stol 01 (bir) ədəd, Stul 08 (səkkiz) ədəd, Yataq dəsti mebeli - termo, paltar asmaq üçün şkaf, iki tumbuçkası və taxt, Taxt döşəyi 01 (bir) ədəd, Taxt yorğanı 01 (bir) ədəd, Tək döşək 02 (iki) ədəd, Tək yorğan 02 (iki) ədəd, Yastıq 04 (dörd) ədəd, Xalça 02 (iki) ədəd, Televizor Samsung 1 (bir) ədəd, Gülqabı 01 (bir) ədəd, Tozsoran Eurolux 01 (bir) ədəd, Soba ödül super peçka (çörək bişirən) 01 (bir) ədəd, Divan-kreslo üzü 01 (bir) dəst, Adyal (plet) 01 (bir) ədəd, Adyal nazik 02 (iki) ədəd, Taxt üçün üstlük 02 (iki) ədəd - 01 (bir) ədəd açıq yaşıl rəngdə, 01 (bir) ədəd zoğalı rəngdə, Taxt üçün pastel 02 (iki) ədəd - 01 (bir) ədəd açıq yaşıl rəngdə, 01 (bir) ədəd bənövşəyi rəngdə, Uşaq döşəyi 01 (bir) ədəd, Pərdə 01 (bir) ədəd, Yastıq (stul üzərinə sərilən) 06 (altı) ədəd, Süfrə 03 (üç) ədəd, Taxt üçün ipək dəst 01 (bir) dəst, Can dəsmalı 03 (üç) ədəd, əl-üz dəsmalı 03 (üç) ədəd, çay dəsmalı 10 (on) ədəd, zibil qabı 01 (bir) ədəd, yastıq üzü 04 (dörd) ədəd - 02 (iki) ədəd zoğalı rəngdə, 02 (iki) yaşıl rəngdə, göy çexol 01 (bir) ədəd, adyal yaşıl rəngdə 01 (bir) ədəd, mikser Push 01 (bir) ədəd, sintfon yorğan (taxt üçün) 01 (bir) ədəd, aşsüzən 01 (bir) ədəd, Kapron qab (meyvə, göy yümaq üçün) 04 (dörd) ədəd, qənd qabı 07 (yeddi) ədəd, Qazan 04 (dörd) ədəd - 02 (iki) ədəd çuğun qazan, 02 (iki) ədən nerjaveyka materialında qazan, Süzgəc - 03 (üç) ədəd, stəkan 02 (iki) ədəd, Bagema qabı 02 (iki) ədəd, Stəkan 06 (altı) ədəd, Monaliza - şüşə qab 01 (bir) ədəd, Sok stəkanı 07 (yeddi) ədəd, Duz qabı 05 (beş) ədəd, Kül qabı 01 (bir) ədəd, Madonna qənd qabı 01 (bir) ədəd, Bıçaq (böyük) 03 (üç) ədəd, Nəlbəki 11 (on bir) ədəd, ədviyyat qabı 03 (üç) ədəd, souz qabı 12 (on iki) ədəd, pendir qabı 12 (on iki) ədəd, aş qabı 12 (on iki) ədəd, razetka (mürəbbə qabı) 06 (altı) ədəd, kasa 06 (altı) ədəd, qaşıq böyük (aş üçün qaşıq) 02 (iki) ədəd, qəndqıran 01 (bir) ədəd, çömçə 02 (iki) ədəd - 01 (bir) ədəd balaca 01 (bir) ədəd böyük, qaşıq böyük 17 (on yeddi) ədəd, tort götürən 01 (bir) ədəd, çəngəl balaca 12 (on iki) ədəd, çəngəl böyük 07 (yeddi) ədəd, taxta göyərti doğramaq üçün 01 (bir) ədəd, ətçəkən 01 (bir) ədəd, dolma qabı 08 (səkkiz) ədəd, aş üçün bulud 01 (bir) ədəd, salat qabı uzunsov 02 (iki) ədəd, ləbləbi qabı 02 (iki) ədəd, çörək qabı 02 (iki) ədəd, güldan qabı 01 (bir) ədəd, çaydan çuğun 01 (bir) ədəd, dəm çayniki 01 (bir) ədəd, tava 01 (bir) ədəd və 01 (bir) ədəd lampadan ibarət əşyalar İddiaçı şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 42 saylı mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5270/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5270/2020
13.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver