Məhkəmə qərarları › İş №2(060)-5278/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5278/2025

15.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5278/2025 15.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “qərarların və əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması, mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh2nə qarşı iddia qaldıraraq, Cavabdeh2 Attestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli qərarının və həmin qərar əsasında işdən çıxarılmağı və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *7 aprel 2*25ci il tarixli 54 nömrəli əmrin ləğv edilməsi, işinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin həcmini artıraraq Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli uşaq musiqi məktəbində işçilərin və ya iş yerlərinin attestasiyası məqsədilə yaradılan Attestasiya Komissiyasının təşkili, attestasiyanın keçirilməsi və onun nəticələrinə görə verilən qərarların qanuna uyğun və əsaslı olmadığı barədə qərar qərar qəbul edilməsini, iddiaçının işdən çıxarılması barədə əmrin forma və məzmunun qanunvericiliyin tələblərinə uyğun olmadığına, Attestasiya Komissiyasının iddiaçının attestasiyası ilə bağlı verdiyi qanuni və ya əsaslı olmayan qərar əsasında çıxarıldığına görə, işdən çıxarılması barədə *7 aprel 2*25-ci il tarixli 54 saylı Əmrin qanunsuz olduğu üçün ləğv edilməsi (qüvvədən düşmüş sayılması), onun öz işinə bərpası və məcburi işə çıxmadığı günlərə görə əmək haqqının ödənilməsi qanunsuz işdən çıxarılma nəticəsində iddiaçıya vurulan mənəvi ziyanın əvəzi kimi, cavabdehdən onun xeyrinə 2*** manat kompensasiya tutulmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin cavabdeh kimi prosesə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

4. İddia onunla əsaslandırılmışdır ki, *1.1*.1991-ci il tarixdən Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli uşaq musiqi məktəbində nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul olunmuş və *7.*4.2*25-ci il tarixinə kimi həmin məktəbdə işləmişdir. Bu müddətdə hər hansı bir intizam pozuntusuna yol verməmiş, intizam tənbehi almamış, əmək funksiyalarını vicdanla yerinə yetirmiş, gənc musiqiçilərin yetişdirilməsində bilik və bacarığını əsirgəməmişdir. Öz sahəsində müxtəlif olan ixtisaslaşmış musiqi tədbirlərində şagirdləri ilə birgə iştirak etmiş, çalışdığı məktəbin müəllimləri üçün musiqi nəzəriyyəsi mövzusunda təlim aparmışdır. 14 mart 2*25-ci il tarixdə Bakı Xoreoqrafiya Məktəbində attestasiya komissiyası tərəfindən attestasiya imtahanında iştirak etməklə ixtisası üzrə ünvanlanan sualları cavablandırmışdır. Lakin imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiqə məruz qalmış, ixtisasına uyğun olmayan sahələrdən suallar verilmiş, nəticə barədə ona məlumat verilmədən, sonradan attestasiya qərarı ilə "uyğunsuz" hesab edildiyi barədə informasiya resursunda məlumat yerləşdirilmişdir. Hesab edir ki, attestasiya prosesi qanun və qayda ilə təşkil olunmamış, veriləcək suallar əvvəlcədən işçilərə təqdim edilməmiş və onlardan cavablar tələb olunan sahələrlə bağlı suallar yazılı alınmadan və daha sonra onun ixtisasına uyğun olaraq şifahi suallar verilmiş və yekun olaraq 5 nəfər əleyhinə olmaqla barəsində attestasiya vərəqəsi yazaraq məktəbə göndərmişlər. Lakin attestasiya komissiyasının üzvləri illər boyu tədris etdiyi mövzulardan kənara çıxaraq başqa sahələri əhatə edən mövzular üzrə suallar veriblər ki, bütün bunlar onda çaşqınlıq və stress yaradıb. Verdiyi cavablara göstərilən aqressiv reaksiya və onun sahəsinə aidiyyəti olmayan suallar, doğru cavablandırdığı sualların düzgün olmayan cavab kimi qiymətləndirilməsi bu attestasiyanın müəllimin bilik və bacarığını yoxlamaq üçün deyil, işdən çıxarılma məqsədi güddüyü əminliyi yaradır. Nəticədə komissiya üzvləri tərəfindən onun bilik və bacarığı "uyğunsuz" kimi qiymətləndirilmiş və həmin attestasiya vərəqəsinə əsaslanan məktəb direktoru da cavabdehin *7 aprel 2*25-ci il tarixli 54 nömrəli əmri ilə ƏM-in 7*-ci maddəsinin "c" bəndinə əsasən, tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Attestasiyanın keçirilməsi qaydalarına əsasən, müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən elan edilməli və attestasiyanın başlanmasına 1 ay qalmışdan əmək kollektivinə və attestasiya keçməli olan işçilərin nəzərinə çatdırılmalıdır. İşçilərin attestasiyasının (sərəncamı) ilə attestasiya komissiyasının əmri (sərəncamı) ilə müəssisə rəhbərinin əmri (sərəncamı) ilə təsdiqlənmiş tərkibdə, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektiv və qərəzsizlik nümayiş etdirən şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsinin iştirakı ilə attestasiya komissiyası yaradılmalıdır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), peşə funksiyasına və ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan sahələrə dair müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsində aid məsələlərlə əlaqədar suallar verilməli və cavab tələb olunmalıdır. İşçilər testlərdən keçirilməli və nəticə haqqında komissiya üzvləri tərəfindən protokol tərtib olunmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə qəbul edir. Müvafiq qərar iş yerində əmək kollektivi nümayəndələrinin iştirakı ilə elan edilməli, həmin struktur bölmənin rəhbəri tərəfindən attestasiyadan keçən işçinin yerinə yetirdiyi vəzifəyə uyğunluğu qiymətləndirilməlidir. Attestasiya prosesi zamanı işçinin öz vəzifəsinə uyğun olmayan, öz ixtisası ilə və təhsil profili ilə əlaqəsi olmayan suallar verilməsi yolverilməzdir. Attestasiyanın keçirilməsindən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsədi, vəzifəsi və metodlarının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən xüsusi hazırlıq işləri görülməlidir. Bu iş həmçinin struktur bölmələrinin rəhbərləri və ixtisaslaşmış həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə aparılmalıdır. İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə birbaşa həyata keçirilir. Attestasiya komissiyası attestasiya keçən işçidən gördüyü işlər haqqında hesabat tələb edir və onun fəaliyyəti əsasında qərar qəbul edir. Attestasiyadan keçən işçi ilə bağlı komissiya müzakirəsi tələblərlə, obyektivlik əsaslarında aparılmalıdır. Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səsə qoyaraq qəbul edir. Attestasiya iclası iş yerində əmək kollektivi nümayəndələrinin iştirakı ilə həyata keçirilməli və komissiya qərarı haqqında attestasiya keçən işçiyə yazılı şəkildə tanışlıq təmin olunmalıdır. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olubolmaması barədə yalnız birini qəbul edir, tutduğu vəzifəyə uyğundur və ya uyğun deyil. Hesab edir ki, attestasiya komissiyası onun hüquqlarını pozub, şəffaf icra edilməli imtahan prosesi stres və psixoloji təzyiq altında aparılmış, qeyri-obyektiv qiymətləndirmə nəticəsində doğru cavablar da yanlış cavablar kimi qiymətləndirilmiş, komissiya üzvləri tərəfindən verilən sualların çox hissəsi onun ixtisası və sahəsi üzrə olmayıb. Bütün bunlar da atestasiya komissiyası tərəfindən qəbul edilmiş qərarın qanunsuzluğuna dəlalət edir və kamera görüntülərində də əks olunub. İşdən çıxarılmağı barədə əmr də yalnız attestasiyanın nəticələrinə əsaslanaraq aparılıb və rəhbərlik onun üzrə illər həmin müəssisədə qüsursuz əməyinin, nizam-intizam qaydalarına əməl etməyinin və əmək öhdəsinin bacarıqla gəlməyini nəzərə almayıb və işdən azad etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verib.

İddia ərizəsinə əlavə və dəyişikliklər barədə ərizə:

5. İddiaçı *1.1*.1991-ci il tarixdən Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli uşaq musiqi məktəbində nəzəriyyə müəllimi vəzifəsində çalışır. 1991-ci ildə Sumqayıt şəhər C.Hacıbəyov adına texnikumu bitirdikdən sonra *1.1*.1991-ci il tarixdən Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli uşaq müsiqi məktəbinə təyinat alıb. Həmin məktəbin ilk muəllimi kimi bu təhsil ocağının formalaşmasında, ora şagirdlərin cəlb olunmasında böyük əməyi olub. Məktəbin 5 illik Yubiley tədbirində Mədəniyyət Nazirliyinin ilk müəllim kimi mükafatına layiq görülüb. Həmin illərdə ona dərs hissə müdiri, sonrakı illərdə şöbə müdiri vəzifələri təklif olunsa da, imtina edib, məktəbin Nəzəriyyə şöbəsində nəzəri fənlər üzrə müəllim kimi çalışıb. Çox sayda təşəkkürnamələri var. Məktəbdə fasiləsiz işlədiyi 34 il ərzində heç bir nöqsanı olmayıb. Dərs keyfiyyətinin ölçülməsi ilə bağlı yoxlama məqsədilə müxtəlif dövrlərdə hər zaman açıq dərslər olub ki, bu dərslərdə müdiriyyət, şöbə və dərs hissə müdirləri iştirak edib. Şagirdlər açıq dərslərdə də, adi dərslərdə olduğu kimi fəallığı ilə fərqləniblər. Tədrisin keyfiyyətinin dəyərləndirilməsi məqsədilə dərslərə qatılan yoxlayıcılar tərəfindən tədrisin keyfiyyəti hər zaman yüksək qiymətləndirilib, heç zaman mənfi geri-dönüşlər almayıb. Attestasiyaya hazırlıq dövründə müəllimlərin nəzəri biliklərini artırmaq üçün təlimçi kimi cəlb olunub. Bu illərdə pedaqoq kimi aldığı maaş iş yükünə, çəkdiyi zəhmətə adekvat olmayacaq dərəcədə aşağı olub: ən yüksək maaşı 2*24-cu ildə yalnız 1 ay - 42* manat civarında olub. Ona qədər ən yüksək əmək haqqısı 36* manata qədər olub ki, bu da təxminən 21* dollar edir. İddiaçı məktəbdə müəllim kimi çalışdığı 34 il müddətində, əksər digər pedaqoqlar kimi, hər hansı ixtisasartırma kursuna, təlim və seminarlara cəlb edilməyib. Cavabdehin *7 aprel 2*25-ci il tarixli Əmri (N 54) ilə iddiaçı ƏM-in 7*-ci maddəsinin “c” bəndi əsasında tutduğu vəzifədən azad edilib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmrdə işdən çıxarmanın əsası kimi, Attestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqi və 14 mart 2*25-ci il tarixli 4 nömrəli protokolu göstərilir. İddiaçı işdən çıxarılmasının qanuniliyini məhkəmədə mübahisələndirməzdən öncə attestasiya prosesinin və işdən çıxarılmasının qanunuliyinin dəyərləndirilməsi baxımından əhəmiyyəti olan sübutları toplamaq məqsədilə Fikrət Əmirov adına 5 nömrəli uşaq müsiqi məktəbinə və Mədəniyyət Nazirliyinə rəsmi sorğularla müraciət edib. Həmin qurumlar sənədləri təqdim etməkdən imtina ediblər. Aşağıdakı səbəblərə görə, hesab edir ki, iddiaçının tutduqları vəzifələrdən azad edilmələri barədə əmr qanunsuzdur və ləğv edilməli, iddiaçı öz iş yerinə bərpa olunmalıdır. İşçilərin və ya iş yerlərinin attestasiyası yarılan komissiyanın təşkili, qərarları qanuna uyğun və əsaslı olmayıb (ƏM, 64-cü maddə) ƏM-in 288-ci maddəsi (x bəndi) “işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi”ni fərdi əmək mübahisələrinin predmetinə aid edir. Bu, o anlama gəlir ki, iddia ərizəsində bununla bağlı arqumentlərin və tələblərin olması qanuna tam uyğundur, iddia ərizəsində qoyulan digər tələblərlə bağlılığı olmaması əsası ilə yolverilməz sayıla bilməz. Aşağıda ƏM-in 288-ci maddəsinin və onunla əlaqəli digər noramalrın pozuntusu ilə bağlı mülahizələrimizi məhkəmənin diqqətinə təqdim edir. ƏM-in 64-cü maddəsi deyir: İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi 1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.

2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. 3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. ƏM-in 64-cü maddəsinin pozuntusu aşağıdakılarda ifadə olunub: a. Attestasiyanın keçirilməsi forması qanunda nəzərdə tutulan məqsəddən kənara çıxıb ƏM-in 64-cü maddəsinin 2-ci bəndinin məzmunundan göründüyü kimi, “iş yerlərinin attestasiyasının keçirilməsinin məqsədi” kimi aşağıdakılar göstərilir: - iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən edilməsi və yaxşılaşdırılması; - habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, - əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi. İşçilərin attestasiyası adı altında keçirilən tədbirlərin Qanunun bu normasının tələblərinə cavab verdiyini söyləmək çətindir. Görünən odur ki, attestasiyanın məqsədi müəllimlərin kütləvi ixtisarı olub (bu barədə aşağıda - ƏM-in 67-ci maddəsinin pozuntusu ilə bağlı şikayətdə təqdim etdikləri mülahizələrində daha geniş yer verilib). Attestasiya komissiyasının təşkilində qanunvericiliyin tələblərinə riayət olunmayıb 64-cü maddənin 2-ci bəndi həmçinin “iş yerlərinin attestasiyası komissiyası” aşağıdakılardan ibraət tərkibdə yaradılmalıdır: həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, - əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən. Qanunun bu tələbinə də riayət edildiyi nə attestasiyanın keçirilməsi ilə bağlı sənədlərdən, nə də məsul qurumların rəsmi məlumatlarından bəlli olur. Həmçinin 64-cü maddənin 3-cü bəndi müəyyən edir ki, “iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.” Anlaşılan odur ki, attestasiyasının keçirilmə qaydalarını tənzimləyən əsas “normativ hüquqi akt” Nazirlər Komitəsinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” haqqında 23 may 2**1-ci il tarixli Qərarıdır. Lakin həmin aktda attestasiyanın keçirilməsi ilə ilə bağlı açıq qalan çox sayda suallar var. Məsələn, attestasiyanın 3* dəqiqə olması, onun hansı formada şifahi müsahibə, yoxsa test üsulu qaydasında keçirilməsli olması, sualların dairəsi və s. kimi nəticələrə təsir edə bilən məsələlər Qaydalarda tənzimlənməyib. Cavabdeh1 attestasiya ilə bağlı hazırladığı bir sıra sənədlərin adları çəkilir ki, orada təhsilalanların hansı mövzular üzrə sorğu-suala çəkilməli olduğu əks olunub. Həmin sənədlər aşağıdakılardır: - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərinin Fortepiano ixtisası üzrə təhsilverənlərin attestasiya Proqramı - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərinin Musiqi nəzəriyyəsi üzrə təhsilverənlərin attestasiyası Proqramı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki incəsənət məktəb və mərkəzlərinin Xoreoqrafiya sənəti üzrə təhsilverənlərin attestasiya Proqramı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki incəsənət və rəssamlıq məktəb və mərkəzlərinin Təsviri sənət üzrə təhsilverənlərin attestasiya Proqramı - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi, incəsənət məktəb və mərkəzlərinin Xalq çalğı alətləri dirijorluğu üzrə təhsilverənlərin attestasiya Proqramı. Bu aktların attestasiyanın keçirilməsi ilə bağlı tənzimləyici sənəd kimi qəbul edilməsi yalnız onların Ədliyyə Nazirliyində normativ xarakterli hüquqi akt kimi qeydiyyatdan keçirildikdən sonra mümkün sayıla bilər. Lakin bununla bağlı məlumatları tapmaq mümkün olmadı. Həmin sənədlər müvafiq qaydada qeydiyyatdan keçirilərək normativ hüquqi qüvvə almadan onların əsasında attestasiyanın keçirilməsinin qanuniliyi mübahisəlidir. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi ilə bağlı qanunun tələbləri pozulub (ƏM, 67-ci maddə) a. İşçilərin attestasiya yolu ilə kütləvi şəkildə azad edilmələrinə qanunvericilik yol vermədiyi halda, ixtisarlar kütəvi xarakter alıb İddiaçının işdən azad edilmələri ƏM-in 67-ci maddəsinin tələblərinin pozuntusu ilə həyata keçirilib. Həmin normaya əsasən: Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi 1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. 4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. 5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyriobyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. 67-ci maddənin 3-cü bəndinin məzmunundan göründüyü kimi, Qanun açıq şəkildə bəyan edir ki, “iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.” Qanunun bu tələbinin pozuntusu göz qabağındadır. Belə ki: 1. Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli uşaq müsiqi məktəbində təkcə ilk mərhələdə Fortepiana və Musiqi nəzəriyyəsi ixtisasları üzrə attestasiyaya cəlb olunandan 3*-dan çox pedaqoqla əmək müqavilələrinə xitam verilib ki, bunun əsası kimi, attestasiyanın nəticələri göstərilib. Bu qədər müəllimin eyni vaxtda işdən çıxarılması (proses hələ davam edir və sayın artacağı gözlənilir) “kütləvi ixtisar” anlamına gəlir ki, bu da qanunun tələbinin pozuntusu sayılmalıdır. Həmçinin ölkə üzrə işdən çıxarılanların sayı da ixtisarların kütləvi olduğunu deməyə əsas verir. Belə ki, Mədəniyyət Nazirliyinin yaydığı rəsmi məlumatdan bəlli olur ki: “2*25-ci ilin fevral-mart aylarında keçirilən attestasiyanın ilkin mərhələsində 1675 nəfər iştirak etmişdir ki, bu da attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Attestasiyadan uğurla keçmiş 1183 müəllimin 65* nəfəri, başqa sözlə 55%-i bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərmişdir... 492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Onlardan 1*7 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla 4 komissiya üzvü tərəfindən tutduğu vəzifəyə uyğun olmayan kimi qiymətləndirilmişdir. 112 nəfər təhsilverən isə komissiya üzvlərindən 2-si lehinə olmaqla, digər 3-ü tərəfindən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Eyni zamanda, attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təhsilverən təlimlərə cəlb olunmaq və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilmək imkanı veriləcəkdir...” Göründüyü kimi, Mədəniyyət Nazirliyinin yaydığı məlumat da ƏM-in 67-ci maddənin 3-cü bəndinin pozuntusu faktını təsdiqləyir. Onu da vurğulayaq ki, “kütləvi ixtisar” məsələsi ictimai müzakirəyə çıxarıldıqdan və məhkəmə iddialarında yer almağa başlayandan sonra Mədəniyyət Nazirliyinin rəsmi saytında bu mövzuda gedən məlumatlarda işdən çıxarılan müəllimlərin sayı daha göstərilmir. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanıb işçilərin işdən çıxarılmasını həm qanunvericilik qadağan edir, həm də bu kurukulim üzərində qurulan təhsil siyasətinə ziddir 67-ci maddənin 4-cü bəndi isə birmənalı hökm verir: “İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz” Əvvəla, mübahisələndirilən əmrdə iddiaçının ƏM-in 7*-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılmasının yeganə əsası kimi Attestasiya Komissiyasının qərarı göstərilir. Bu fakt həmin əmrləri avtomatik olaraq qüvvədən salır. İkinci, uzun illər (3* ilə yaxın və daha çox) müəllim kimi fəaliyyət göstərən şəxslərin 3* dəqiqə ərzində verilən bir neçə sualla öz işinə yarayıb yaramadığını müəyyən etmək təhsilin kurukulim əsasında qurulması prinsiplərinə də ziddir. Mütərəqqi təhsil sistemində müəllimlərin bilik və bacarıqlarının qiymətini hansısa təhsil məmurları və ya az aidiyyatı olan və heç aidiyyatı olmayan şəxslər yox, onların dərs verdikləri şəxslər verir. İşinə yararsız sayılan İddiaçının məktəbdə işldiyi dövrdə dərslərinin keyfiyyəti ilə bağlı nəinki məktəb müdiriyyətindən, təhsilalanlardan və onların valideynlərindən də hər hansı narazılıq olmayıb, əksinə, o, ən sevilən, hörmət edilən pedaqoqlardan sayılıb. Üçüncü, məktəbdə çalışdığı 34 illik müddət ərzində İddiaçı heç biri ixtisasartırma və digər peşə inkişafı proqramlarına (təlimlər və s.) cəlb edilməyib. Dördüncü, müəllimlər aldıqları əmək haqqı onların təhsilə sərf etdikləri vaxtın və enerjiyə adekvat olmayacaq və onların normal həyatlarını təmin etməyə, öz üzərlərində işləməyə imkan verməyəcək qədər aşağı olub. Beşinci, müəllimlərin işlədikləri məktəbin şəraiti, kitabxanası, maddi-texniki təchizat səviyyəsi aşağı səviyyədə olub. Müəllimlər çox hallarda dərs üçün vacib olan zərurui avadanlıqları öz pulları hesabına alıblar. Attestasiya prosesinin qanuna uyğun olaraq rəsmiləşdirilməməsi və attestasiyanın yekunu olaraq qəbul olunan qərarın əsaslandırılmaması qanun pozuntusudur Azərbaycan Respublikasının Nazirlər Komitəsinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” haqqında 23 may 2**1-ci il tarixli Qərarının 2.6-cı bəndində göstərilir ki: 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir. 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur.” Həmçinin yuxarıda qeyd olunan X3 vərərqəsinin forması təqdim edilir. Həmin formaya əsasən, Attestasiya komissiyasının üzvləri aşağıdakı qrafalarda göstərilən sualları da cavablandırmalıdırlar: 1. Soyadı, adı, atasının adı 2. Doğulduğu il 3. Təhsili və ixtisasının artırılması barədə məlumat (haranı və nə vaxt bitirmişdir, təhsilinə görə peşəsi və ixtisası, elmi dərəcəsi, elmi adı, ixtisasını harada və nə vaxt artırmışdır) 4. Attestasiya keçirilən zaman tutduğu vəzifə və bu vəzifəyə təyin olunduğu (seçildiyi, təsdiq edildiyi) vaxt 5. Ümumi əmək stajı (o cümlədən çalışdığı təşkilatda əmək stajı) 6. Əvvəlki attestasiyanın tövsiyələrinin yerinə yetirilməsi 7. Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar 8. Attestasiya komissiyası üzvlərinin rəy və təklifləri 9. Attestasiyadan keçən işçinin rəy və təklifləri 1*. Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi Səslərin miqdarı: lehinə və əleyhinə

11. Attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə). Attestasiya komissiyası qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Belə k, attestasiya komissiyasının iddiaçıya təqdim etdiyi Attestasiya vərəqəsinin 8, 9, 11-ci qrafaları ümumiyyətlə doldurulmayıb. Attestasiya vərərəqəsinin 7-ci qrafasında yazılanlar isə Nazirlər Komitəsinin 23 may 2**1-ci il tarixli Qərarının 2.7-ci maddəsinin aşağıdakı tələblərinə ziddir. Belə ki, həmin Qərarda göstərilir ki: “2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır.” Göründüyü kimi, Qərarda “attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu” əks olunmalıdır. Əvvəla, Attestasiya vərəqəsində iddiaçılara verilən suallar çox qısa və aydın olmayan mətnlə yazılıb; məsələn, “M.Qlinka haqqında”, “İvan Susanin haqqında”, “Qüdrətli dəstə bəstəkarları haqqında”, “Yevgeni Onegin haqqında” və s. Attestasiya edilən şəxslərin cavablarının Attestasiya vərəqəsində qısa məzmunu verilməli olduğu halda isə, “qismən cavab verildi”, “düzgün cavab vermədi”, “sadəcə bir cavab verildi” və s. kimi yayğın ifadələrdən istifadə olunub. Həmçinin sualların kimlər tərəfindən verildiyi də qeyd olunmayıb. Nəzərə alsaq ki, komissiya üzvləri müxtəlif sahələrin nümayəndələrindən (“həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən” – ƏM, 67-ci maddə) təyin olunmalı idilər, müxtəlif peşə sahibləri olduğu güman edilən həmin şəxslərin hansı sualları verdiklərini bilmək və qiymətləndirmək üçün bu, önəmli faktdır. İkinci, attestasiya kimi ciddi bir prosesdə “imtahana” cəmi 3* dəqiqə vaxt ayrılması, ekspront və haradan gəldi sualların verilməsi, suallara hazırlaşmaq üçün vaxt verilməməsi, imtahan həyəcanı kimi amillərin nəzərə alınmaması bütövlükdə prosesin ədalətliliyini şübhə altına qoyur. d. Qanun yalnız sertifikatlaşdırmadan təkrar keçməyən işçilərin ƏM-in 7*-ci maddənin “c” bəndi ilə işdən çıxarılmasına yol verdiyi halda İddiaçıya münasibətdə bu tələb pozulub ƏM-in 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.” Normanın məzmunundan göründüyü kimi, Qanun yalnız “sertifikatlaşdırmadan təkrar keçməyən” işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin ƏM-in 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas sayır. Bu işdə İddiaçı təkrar sertifikatlaşdırmadan keçmədən yuxarıda qeyd olunan maddə ilə işdən çıxarılıb ki, bu da kobud qanun pozuntusu sayıla bilər. 3. İddiaçının əmək müqavilələrinə xitam verilməsinin sənədləşdirilməsi qaydası və əmrlərin məzmunu ilə bağlı qanunvericiliyin tələbləri pozulub (ƏM, 83 və 84-cü maddələr) ƏM-in 83-cü maddəsinə əsasən: Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası 1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. a. Əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə xitam verilməsi barədə Qanunun tələbi pozulub İddiaçını ƏM-in ən ağır maddəsi ilə işdən çıxaran Cavabdeh qanunvericiliyin tələbinə zidd olaraq bu qərarını əsaslandırmayıb, yalnız Attestasiya Komissiyasının qərarına istinad edib. Nəticədə 83-cü maddənin 1-ci bəndi pozulub. İddiaçı uzun illər pedaqoji fəaliyyətlə məşğul olub, bu müddətdə işinə, peşəkarlığına, etik davranışlarına və s. nə Məktəb müdiriyyəti, nə təhsilalanlar və onların valideynləri tərəfindən hər hansı irad olmayıb, əksinə, onun işi təqdir olunub, təşəkkürnamələrlə fərqləndirilib. Bunları nəzərə almadan, heç bir əsaslandırma olmadan, yalnız Attestasiya Komissiyasının qərarını əsas götürüb onun işdən çıxarılması ədalətsiz yanaşmadır. İddiaçılara istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməyib Cavabdeh 83-cü maddəsinin 4-cü bəndinin tələblərini də pozub. Belə ki, iddiaçıya qanunvericiliyin tələbinə zidd olaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməyib. c. İddiaçının işdən azad edilmələri barədə əmrlərin məzmunu qanunvericiliyin tələblərinə uyğun deyil ƏM-in 84-cü maddəsi əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmunu ilə bağlı aşağıdakı tələbləri müəyyən edir: Maddə 84. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmunu

1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddənin 2-ci bəndində qeyd edilir ki, “bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.” Maddənin 3-cü bəndində isə bildirilir ki, əmr (sərəncam, qərar) “yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.” İddiaçının işdən azad edilmələri barədə əmrlərin məzmunu ƏM-in 84-cü maddəsi ilə yanaşı, həm də digər maddələrin – 67, 67-2-ci maddələrinin tələblərinə ziddir. Əmrlər həm də bu səbəbdən etibarsızdır. İşə bərpa ilə bağlı işlərdə qanun iddiaçılara işə bərpa və məcburi işə çıxmadıqları günlərə görə əmək haqlarının ödənilməsi tələbini irəli sürməklə yanaşı, həm də, mənəvi ziyana görə kompensasiya istəmək haqqını verib. Belə ki, işçiyə vurulan mənəvi ziyanla bağlı normalar Əmək Məcəlləsinin bir neçə maddəsində yer alıb: Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: ...h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması;... Maddə 3**. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. ...Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İddiaçının qanuniliyi ciddi şübhələr doğuran attestasiya prosesi və onun əsasında Əmək Məcəlləsinin ağır maddəsi ilə işdən azad edilməsi, sevdiyi peşədən ayrı düşməsi onda ciddi mənəvi iztirablara səbəb olub. Ailədə yeganə işləyən və gəlir mənbəyi olan şəxs kimi iddiaçının bu gəlirdən məhrum edilməsi səhhətində ciddi problemləri olan və müntəzəm həkim müayinəsinə və müalicəyə ehtiyacı olan iddiaçını ağır duruma salmaqla, onun mənəvi sarsıntılarını daha da gücləndirib. Qanun bütün bunlara görə iddiaçının onun bu duruma salınmasının səbəbkarı olan cavabdeh qurum(lar)a qarşı mənəvi ziyanla bağlı tələb irəli sürmək haqqını tanıyır. Bu hüququndan yararlanaraq, onun məhkəmə qarşısında bu tələbi irəli sürməsi tamamilə qanunidir.

Tərəflərin mövqeləri:

6. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasına gəlsə də, onun şifahi vəsatəti ilə “məhkəmə tərkibinə yazılı etirazın təqdim edilməsi” səbəbi ilə məhkəmə tərəfindən fasilə elan edilmiş, fasilə müddəti bitdikdən sonra iddiaçı və onun nümayəndəsi işə mahiyyəti üzrə baxılmasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə işə mahiyyəti üzrə baxılmasına etiraz etməmiş və məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir.

7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, attestasiya qanuna uyğun olaraq keçirilmiş və attestasiyanın nəticəsinə əsasən qərar verilmişdir. Məktəb attestasiya üçün müraciət edib və komissiyanın təşkili və yaradılmasını Mədəniyyət Nazirliyi təşkil edib. Hansı proqram əsasında imtahan keçiriləcəyi elektron qaydada qeyd edilmişdir. Attestasiya prosesi qanuni şəkildə aparılıb. Məktəb direktoru kimi attestasiya komissiyası üzvlərini tanımır. Təqdim edilmiş proqrama uyğun olaraq müəllim cavab verməli idi.

8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tədqiq olunan sübutlar:

9. X1 İdarəsi Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin məktəbdə Attestasiya komissiyası haqqında 25 dekabr 2*24-cü il tarixli, 119 nömrəli əmrdən görünür ki, Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsini təsdiq edilməsi, Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin attestasiyanı həyata keçirmək məqsədilə hər biri 5 (beş) nəfərdən ibarət 2 (iki) Atesttasiya Komissiyasının yaradılması və tərkiblərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin əməkdaşlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2*25-ci ilin fevralın 5-dən iyun ayının 5-dək attestasiyadan keçirilmələri əmr edilmişdir.

10. İş üzrə Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsinin surətindən görünür ki, Komissiyasının fəaliyyətinin əsas məqsədi işçilərin peşəkarlıq səviyyəsinin yoxlamaq üçün attestasiyanı həyata keçirmək, attestasiya nəticələrini nəzərə alaraq, peşəkarlıq səviyyəsini artırmaq üçün təlimlərin istiqamətini və təlim iştirakçılarını müəyyən etmək, attestasiyadan keçmiş işçiləri vəzifədə irəli çəkmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək və qanunvericiliklə nəzərdə tutulan digər məsələlərə dair Məktəbin direktoruna tövsiyyələr verməkdir (bənd 2.1). Komissiyanın bu Əsasnamə ilə müəyyən olunmuş əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 3.1.1.Məktəbin hər bir işçisini əməyin xarakterinin və şəraitinin dəyişməsi halları istisna olmaqla 3 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməsi; 3.1.2.Attestasiyanın aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılması; 3.1.3.İşçilərin potensial və professional imkanlarından istifadə etmək mümkünlüyünü aşkara çıxarmaq, onların peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması; 3.1.4.Məktəbin hər bir İşçisinin tutduğu vəzifəsinə uyğunluğunu müəyyənləşdirmək, vəzifədə irəli çəkilməsi, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyat bazasının müəyyən edilməsi; 3.1.5.Komissiyanın fəaliyyəti çərçivəsində zəruri məlumatların yayılmasının qarşısının alınması üzrə tədbirlərin görülməsi; 3.1.6.Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyətin göstərilməsi

11. Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbi işçilərinin attestasiya komissiyasının iclasına dair 14 mart 2*25-ci il tarixli protokoldan görünür ki, X2 da tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır.

12. *7 aprel 2*25-ci il tarixli, 54 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin nəzəriyyə müəllimi İddiaçı *7 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin c bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

13. Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiyası üzrə 14 mart 2*25-ci il tarixli attestasiya vərəqəsindən görünür ki, “M.Qlinka haqqında qismən cavab verildi. İvan Susanin operası haqqında-düzgün cavab verilmədi. Antanida hansı operanın qəhrəmanıdır-düzgün cavab verilmədi. İvan Susanin kimdir və aqibəti necə olur-cavab verilmədi. Qüdrətli dəstə bəstəkarları haqqında-düzgün cavab verilmədi. P.İ.X4 operası haqqında-cavab verilmədi. Ü.Hacıbəylinin Koroğlu operasında hansı xorlar var-cavab verilmədi. Arşın mal alan operettası haqqındaobrazların adını çəkə bilmədi. Mi majorda xasiyyətli intervalların qurulması-çətinliklə quruldu. Si minorun qohum tonalları-sadəcə 1 cavab verildi. Major boyalı qədim ladlardüzgün cavab vermədi. Sol minorda xromatik qamma pillərinin sadalanması-sadalaya bilmədi. Azərbaycan ladları neçə növ tetroxodlara bölünür-düzgün cavab verilmədi. Şur ladının quruluşu-düzgün cavab verilmədi. Sol diyez-si-re-mi nədir?- düzgün cavab verilmədi. Sofecio nömrəsinin oxunması-düzgün oxuya bilmədi. Musiqi nömrəsinin üzdən ifası –ifa edə bilmədi. 6 musiqi nömrəsindən heç birinə cavab vermədi” kimi qeyd edilmişdir. Attestasiya komissiyası tərəfindən səsvermənin nəticəsi olaraq İddiaçı lehinə “*”, əleyhinə “5” səs verilməklə iş fəaliyyətinə uyğun olmadığı nəticəsinə gəlinmişdir.

14. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş *5.*5.2*25-ci il tarixli, MŞS/MT*3*/2*25-**714 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. (İddiaçı 5* manat mediasiya sessiyası xərcini və əlavə olaraq 1* manat kargüzarlıq xərcini ödəmişdir.)

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

2.3. Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. a) Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 7*. “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 1.6. Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir; 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. 3.5. Yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir, kadrların attestasiyası işini təkmilləşdirmək, attestasiya işini dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübənin yayılması üzrə tədbirlər görür.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın *4 may 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3* iyul 2**8-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 1*7. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, məhkəmə iştirakçılarının izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

19. İş materiallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh2ndə nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 14 mart 2*25-ci il tarixdə Cavabdeh2 işçilərin attestasiyası keçirilmiş və iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Cavabdeh2 *7 aprel 2*25-ci il tarixli, 54 nömrəli əmrinə əsasən “fortepiano müəllimi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.

20. İddiaçı hazırda attestasiya komissiyasının 14 mart 2*25-ci il tarixli qərarından və həmin qərar əsasında işdən çıxarılması barədə əmrdən narazı olmaqla ləğv edilməsini məhkəmədən xahiş edir.

21. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).

22. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz.

23. Hazırki mülki iş üzrə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.

24. Əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri olan Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilə bilər.

25. Həmin normanın “qeyd” hissəsinə əsasən 7*-ci maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

26. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən attestasiya komissiyasının təşkili qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilmiş, iddiaçı tərərfindən isə bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

27. İddiaçının attestasiya zamanı ona qarşı qərəzəli münasibət göstərilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, attestasiyanın tam audio-video yazısı məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən həmin audio-video yazıya baxış keçirilmiş, lakin yuxarıda qeyd edilən dəlillər üzrə attestasiyanın keçirilməsi zamanı bərabərlik və qərəzsizlik prinsiplərinin pozulması hallarına rast gəlinməmişdir.

28. İddiaçı iddia ərizəsində doğru cavablandırdığı sualların düzgün olmayan cavab kimi qiymətləndirildiyini qeyd etsə də, həmin sualların nədən ibarət olduğunu, hansı suallar olduğunu ərizəsində göstərməmişdir.

29. Məhkəmə attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın video yazısını müqayisə edərkən müəyyən etmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir.

30. Bundan başqa iddiaçı iddia ərizəsində imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiqə məruz qaldığını, verdiyi cavablara aqressiv reaksiya göstərildiyini qeyd etsə də attestasiyanın video yazısına baxış keçirilən zaman attessasiya komissiyasının üzvlərinin iddiaçıya qarşı heç bir ayrı-seçkilik nümayiş etdirmədiyi, ona hər hansı bir təzyiq etmədiyi, əksinə olaraq iddiaçı sualları cavablandırmaqda çətinlik çəkdiyi vaxtlarda komissiya üzvlərinin iddiaçıya istiqamətləndirici suallar verməklə onun özünü daha rahat və həyəcansız aparmasına yardımçı olduqları müşahidə edilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların əksəriyyətini cavablaya bilməmişdir.

31. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş və praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində üzdən oxunun ifa olunması təklif edilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərləri ifa etmə komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Qeyd edilənlər baxış keçirilmiş videogörüntüdə də təsdiq olunmuşdur.

32. Bundan başqa iddiaçı iddia ərizəsinə əlavə və dəyişikliklərlə bağlı ərizəsində iş yerlərinin attestasiyası ilə bağlı normalara da istinad edərək həmin normaların (Əmək Məcəlləsinin 64.2, 67.3, 67.4-cü maddələri) tələblərinə riayət edilməməsinə dair dəlillər irəli sürmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində “iş yerlərinin attestasiyası” və “işçilərin attestasiyası” məfhumları fərqli anlayışlar kimi müəyyən edilmiş, hər iki məfhuma münasibətdə attestasiyanın keçirilməsi məqsədləri, qaydaları ayrı-ayrılıqda müəyyən edilmişdir. İş yerlərinin attestasiyası adından da göründüyü kimi müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi daşımaqla (Əmək Məcəlləsinin 64.2-ci maddəsi) həmin normanın işçilərin attestasiyası ilə bağlı mübahisəyə tətbiq olunması üçün hər hansı əsas mövcud deyildir. İşçilərin attestasiyasının keçirilməsi məqsədləri Əmək Məcəlləsinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaqdan ibarətdir. İddiaçının istinad etdiyi Əmək Məcəlləsinin imperativ normaları olan 67.3 və 67.4-cü maddələri də işçlərin deyil, məhz işyerlərinin attestasiya ilə bağlı qaydaları tənzimləyən normalar olduğundan, hazırki mübahisəyə tətbiqi istisna olunur.

33. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.*5.2**1-ci il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Attestasiya Komissiyasının təşkili, attestasiyanın keçirilməsi və onun nəticələrinə görə verilən qərarlar qanuna uyğun olmuşdur.

34. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, attestasiya komissiyasının qərarı və cavabdehin iddiaçının işdən azad olunması barədə *7.*4.2*25-ci il tarixli əmri qanuni olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, *7.*4.2*25-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.

35. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyanın ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.

36. Məhkəmə iddianın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı hissəsinə münasibətdə qeyd edir ki, həmin İdarənin məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 2*18-ci il 8 noyabr tarixli 6/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nə əsasən müəllimlər Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında məktəbin direktoru tərəfindən işə qəbul edilir.Göründüyü kimi müəllimlərə münasibətdə işəgötürən qismində məktəbin direktoru çıxış edir. İddiaçının tərəf olduğu əmək münasibətləri üzrə qeyd olunmuş tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən deyil, onun tabeliyində olan konkret müəssisə tərəfindən həyata keçirilmişdir.

37. İddiaçının nümayəndəsi Sumqayıt şəhəri, 5 nömrəli Uşaq Musiqi məktəbində işləyən müəllimlərin attestasiyasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirildiyinə istinad etsə də, məhkəmə araşdırması zamanı qeyd edilən hal öz təsdiqini tapmamışdır. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmənin hazırlıq iclasında attestasiyanın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirildiyini qeyd etsə də, işə əlavə edilmiş sənədlər əsasında onun *8 sentyabr 2*25-ci il tarixdən Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsinə təyin edilməsi müəyyən edilmişdir. Sözügedən məktəb tərəfindən attestasiyanın təşkil edilməsi, habelə iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı həmin şəxs məktəbin direktoru olmadığından onun izahatı attestasiyanın məhz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilməsinin sübutu kimi qəbul edilə bilməz.

38. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin tərəfi (işəgötürən) cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi deyil Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbidir. Əmək müqaviləsinin ləğvi barədə əmr də həmin məktəbin direktoru tərəfindən verilmişdir. Belə olan halda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əmək müqaviləsinin tərəfi olmadığından, əmrə görə məsuliyyət daşımır, müvafiq olaraq, həmin orqan iddiaçını işə bərpa etmək və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödəmək vəzifəsi daşımır. Belə olan halda məhkəmə hesab edir ki, iddia Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə münasibətdə həmin orqanın əsl cavabdeh olmaması əsası ilə də təmin edilməməlidir.

Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 358-36* və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli uşaq musiqi məktəbində işçilərin və ya iş yerlərinin attestasiyası məqsədilə yaradılan Attestasiya Komissiyasının təşkili, attestasiyanın keçirilməsi və onun nəticələrinə görə verilən qərarların qanuna uyğun və əsaslı olmadığı barədə qərar qəbul edilməsini, iddiaçının işdən çıxarılması barədə əmrin forma və məzmunun qanunvericiliyin tələblərinə uyğun olmadığına, Attestasiya Komissiyasının iddiaçının attestasiyası ilə bağlı verdiyi qanuni və ya əsaslı olmayan qərar əsasında çıxarıldığına görə, işdən çıxarılması barədə *7 aprel 2*25-ci il tarixli 54 saylı Əmrin qanunsuz olduğu üçün ləğv edilməsi (qüvvədən düşmüş sayılması), onun öz işinə bərpası və məcburi işə çıxmadığı günlərə görə əmək haqqının ödənilməsi qanunsuz işdən çıxarılma nəticəsində iddiaçıya vurulan mənəvi ziyanın əvəzi kimi, cavabdehdən onun xeyrinə 2*** manat kompensasiya tutulmasına dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar