Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5288/2022 20.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və övladı xx.xx.2006-cı il təvəllüdlü Məmmədova Rəbiyənur Kamal qızının 1/3 hissədə İddiaçı məxsus olan Sumqayıt şəhər, 5-ci məhəllə, ev 1/28, mənzil 22-yə köçürülməsi barədə, həmçinin mediasiya sessiyasında iştiraka görə ödədiyi 50 manatın yarısı və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək ərizəsində göstərdi ki, mübahisəli mənzil 1/3 hissədə ona məxsusdur. Bir ildən çoxdur ki, qızı ilə bacısıgildə yaşayır. Cavabdehlər ona və qızına həmin mənzildə yaşamağa icazə vermirlər. Sakit yaşamağa imkan vermirlər. Mübahisələndirilən mənzildən başqa daimi yaşayış yeri yoxdur. Məhkəmə tərəfindən bu halların nəzərə alınmasını iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Kamil Məmmədov öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir, iddiaçının istədiyi vaxt evə gəlib-getməsinə mane olmurlar. Amma iddiaçı özü evdə yaşamaqdan imtina edir. Həmçinin onlar iddiaçı ilə üz-üzə gəlmək istəmirlər. İddiaçı səbəbsiz yerə evdə mübahisə yaradır. Odur ki, iddiaçı ilə birlikdə yaşamaq istəmirlər. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir, iddiaçı ilə birlikdə yaşamaq istəmir. Bu səbəbdən də onun evdə yaşamasına icazə verməyəcəkdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: AZ-İ seriyalı 212975 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında Sumqayıt şəhəri Nikah evində xx.xx.2005-ci il tarixdə 1626 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. AZ-İ seriyalı, 837539 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Rəbiyənur Kamal qızı xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, İddiaçı və Məmmədova Rəbiyənur Kamal qızı Sumqayıt şəhəri, Puşkin küçəsi, 5-ci məhəllə, 28/1 saylı evin 22 saylı mənzilində qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli № MŞB-5-02244 X1 İştirak Edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, X1 iştirak etməmişdirlər. İddiaçı X1 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı Cavabdeh1, Cavabdeh2 və İddiaçı 1/3 hissədə payları müəyyən edilməklə, İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyətdə olmaqla, paylı mülkiyyət hüququ ilə tərəflərlərə məxsusdur. Cavabdehlər paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçıya mənzilə sahiblik və istifadə etməyə, həmin mənzildə yaşamasına mane olur, mənzilə buraxmırlar. Bu səbəbdən də xeyli müddətdir ki, yetkinlik yaşına çatmayan qızı ilə birlikdə həmin mənzildə yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, mübahisə predmeti olan mənzil üzərində paylı mülkiyyət hüququna məxsus olan iddiaçı digər mülkiyyətçilərlə birlikdə öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı övladı xx.xx.2006-cı il təvəllüdlü Məmmədova Rəbiyənur Kamal qızı ilə birlikdə ünvan 2 ünvanına köçürülməlidirlər. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 25 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı övladı xx.xx.2006-cı il təvəllüdlü Məmmədova Rəbiyənur Kamal qızı ilə birlikdə ünvan 2 ünvanına köçürülsünlər. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5288/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5288/2022
20.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver