Məhkəmə qərarları › İş №2(060)-5294/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5294/2024

05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5294/2024 05.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Sumqayıt şəhəri 1 saylı Sumqayıt Regional “Asan Xidmət" Mərkəzində notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki işə 05 sentyabr 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Sumqayıt şəhəri 1 saylı Sumqayıt Regional “Asan Xidmət" Mərkəzində notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum ataları X6 miras əmlakı kimi Sumqayıt şəhəri, X15 qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinin onların tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsini onunla əsaslandırmışdırlar ki, mərhum ataları X11 xx.xx.2003-cü ildə, mərhum anaları X12 isə xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri, X15 qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsi mərhum ataları X8 məxsus olmuşdur. Belə ki, onlar uşaqlıq dövründən bəri həmin torpaq sahəsinin ailənin istifadəsində olduğunu görüblər. Torpaq sahəsinin mərhum atalarına məxsus olması barədə Dövlət Reyestrindən **********62 reyestr nömrəli xx.xx.2024-cü il tarixli arayış əldə ediblər. Torpaq sahəsinə dair mərhum ataları X11 Azərbaycan SSRİ vaxtından müxtəlif vergi və digər ödənişləri edirdi. Onun vəfatından sonra da onlar bu günə qədər bələdiyyəyə rəsmi torpaq vergisi ödəyirlər. Torpaq sahəsi atalarının vəfatından sonra faktiki olaraq onların istifadəsindədir və bağ-bostan kimi istifadə edirlər. Həmçinin mərhum atalarının vəfatı ilə əlaqədar vərəsəlik işi ilə bağlı notariat orqanına müraciət etsələr də, ilk əvvəl onlara notariat orqanı rəsmi qaydada bildirdi ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim olunması zəruridir. Bu sənəd təqdim olunduqdan sonra isə notariat orqanı rəsmi qaydada AR MM-nin 1246-cı maddəsində nəzərdə tutulmuş müddətin ötürülməsi səbəbi ilə onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Qeyd etdiyi kimi torpaq sahəsini faktiki olaraq miras əmlak kimi qəbul edərək istifadə etsələr də, hüquq müəyyənedici sənədi yeni alıblar. Buna görə də qanunda nəzərdə tutulan müddəti ötürüblər və məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Notariat orqanı bu hərəkətlərin edilməsindən imtina etdiyi üçün onların mirası faktiki qəbul etmələri yalnız məhkəmə qaydasında tanına bilər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olublar. Ərizəçilər qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, atası 2003-cü ildə vəfat edib və atarından onlara miras kimi torpaq sahəsi qalıb. Torpaq sahəsinin vəfat etmiş şəxsin adında qalmasını istəmirlər. Məsələ ilə bağlı notariusa müraciət etdikdə müddəti ötürdüklərini öyrənmişlər və notarius da onlara məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Qeyd edir ki, onlardan başqa daha bir vərəsə, bacısı Sədaqət var. O, mirasın onlar tərəfindən qəbul edilməsinə etiraz etmirş Ərizəçi qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, atalarından onlara miras kimi topaq sahəsi qalıb. Əslində o, gələcəkdə öz payını bacısı Sevdaya verəcəkdir. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 bildirdi ki, iddia tələbindən xəbərdardır və iddianının təmin edilməsinə, yəni atalarından miras qalmış torpağın bacıları tərəfindən qəbul edilməsinə etirazı yoxdur. Maraqlı şəxs 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.0592 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024cü il tarixdə qeydə alınmışdır. İşdə olan 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin 1124 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi icraatında olan vərəsəlik işi ilə əlaqədar X4 miras qalmış Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair hüquq müəyəynedici sənədin (çıxarışın) təqdim edilməsi xahiş edilmişdir. İşdə olan 1 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 2653 saylı arayışından görünür ki, X11 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir və onun Paşayeva (Nağıyeva) Sevda Ələkbər qızı, Hilbiq (Nağıyeva) Sədaqət Ələkpər qızı və Ərizəçi2 adlı övladları vardır. İşdə olan arxiv çıxarışından görünür ki, Sumqayıt şəhər zəhmətkeşləri deputatlarının Şurasının icraiyyə Komitəsinin İclasının 30 saylı, xx.xx.1959-cu il tarixli protokolundan görünür ki, X8 Nasosnu qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün sahəsi 600 kv.m olan torpaq sahəsi ayrılması qərara alınmışdır. İşdə olan AZ-T 198004 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1960-cı ildə Suqmayıt şəhərində doğulmuşdur. X3, anası X9r. İşdə olan Vİ –JQ 428520 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1958-ci ildə Suqmayıt şəhərində doğulmuşdur. X3, anası X9r. İşdə olan XİU AZ-İ 000045 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1964-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X3, anası X9r. İşdə olan İ-JQ 272505 saylı familiyanın, adın, ata adının dəyişilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X1 dəyişdirilərək Hilbig olmuşdur və bu barədə familiyanın, adın, ata adının dəyişilməsi haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 27 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ 065486 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 951 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ 382448 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2009-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 1304 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhər zəhmətkeşləri deputatlarının Şurasının icraiyyə Komitəsinin İclasının 30 saylı, xx.xx.1959-cu il tarixli protokolu əsasında X8 fərdi yaşayış evinin tikintisi üçün sahəsi 600 kv.m olan torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.0592 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə X6 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. X11 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Ondan miras qalmış Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ünvanında yerləşən 0.0592 ha torpaq sahəsi ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir. X2 digər vərəsəsi X13 mirasın Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsini mübahisələndirmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X4 miras qalmış Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0.0592 ha torpaq sahəsinin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçilərin izahatları, eyni zamanda işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik haqqında mülki qanunvericiliyin müddəalarına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir (10.1). Göstərilənləri və vərəsələr arasında mirasla bağlı mübahisənin mövcud olmamasını nəzərə alan məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X4 miras qalmış Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə vəfat etmiş X4 miras qalmış Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar