Məhkəmə qərarları › İş №2(060)-5306/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5306/2022

25.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5306/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə köçürülmə barədə ilkin və Cavabdeh1 İddiaçı qarşı kompensasiya ödəmək yolu ilə mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı azyaşlı övladları ilə birlikdə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə azyaşlı uşaqları ilə birlikdə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehlərdən Cavabdeh1 İddiaçı qarşı kompensasiya ödəmək yolu ilə mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 41-ci məhəllə, 9 saylı yataqxananın 76 nömrəli otağını cavabdeh İddiaçı istifadəsinə və sərəncamına verməklə cavabdehin azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh1 qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə verərək, İddiaçı 15.000 manat kompensasiya verilmək yolu ilə onun azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 qaynanası, X3 baldızı və Cavabdeh3 isə onun həyat yoldaşıdır. O, cavabdehlərdən Cavabdeh3 ilə xx.xx.2013-cü ildə faktiki, xx.xx.2016-cı il tarixdə isə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nigahdan xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı iki övladı vardır. Hal-hazırda üçüncü uşağa hamilədir. O, 2013-cü ildən sözügedən mübahisəli mənzilə yəni, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə gəlin köçmüşdür. Ailə qurduğu gündən o, cavabdehlərlə birlikdə həmin ünvanda yaşamış və birgə təsərrüfat aparmışdır. O, mübahisəli mənzilə gəlin köçərkən mübahisəli mənzil Dövlət Mənzil fonduna aid idi. Belə ki həmin mənzil 1979-cu il tarixli order əsasında mərhum qaynatası X1 adına olmuşdur. Mənzil o, mənzilə gəlin köçəndən düz 1 il sonra yəni, xx.xx.2014-cü ildə mərhum qaynatası X1 adına özəlləşdirilmişdir. Həmin dövr aralarında heç bir mübahisə və problem olmadığı üçün o, bu məsələlərə normal yanaşmış, cavabdehlərin ailəsini öz ailəsi bilmiş, mərhum qaynatasına da xüsusi sayqı ilə yanaşmışdır. Mənzildə bütün yük onun üzərində olmuşdur. Həyat yoldaşı "orta dərəcəli əqli gerilik, tez-tez olan qıcolma tutmaları və davranış pozuntuları diaqnozu" ilə "Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsi 1 nömrəli xəstəxana poliklinika şöbəsinin uçotundadır. O, mərhum qaynatasına, həyat yoldaşına və cavabdeh olan qaynanasına hər zaman yüksək səviyyədə qulluq göstərmişdir. Qaynatası vəfat etdikdən sonra son vaxtlar ona qarşı ailədə münasibətlər pisləşmişdir. Qaynanası hansı yolla olurolsun onu mənzildən məhrum etmək üçün hər gün bəhanələrə əl atır. 2021-ci ilin sonlarında qaynanası ona və həyat yoldaşına kompensasiya verməklə onları evdən çıxartmaq istəmişdir. Onda razılaşmamışlar, çünki qaynanası məbləği az vermişdir. 2022ci ilin mart ayından başlayaraq qaynanası mənzildə münaqişələr yaratmış, nəticədə həyat yoldaşı bir neçə dəfə onu döymüşdür. Hətta o, intihar etmək istəmiş, bütün bu olanlar barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci bölməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci bölməsində araşdırma aparılmış və cinayət işinin başlanması bir neçə dəfə rədd edilmişdir. Belə ki, o, düşünmüşdür ki, həyat yoldaşının uşaqlara münasibəti dəyişər və yoldaşından şikayətçi olmamışdır. Hal-hazırda isə onu mənzildən qovublar, onun və uşaqlarının qeydiyyatda olduğu və daim yaşadığı ünvandan məhrum ediblər. Hazırda, uşaqlar onun himayəsindədir və onlar ayrı yaşayırlar. Cavabdehlər onu və uşaqları evə buraxmırlar. Hal-hazırda evsiz qalmışdır, yaşamağa yeri yoxdur, müvəqqəti olaraq valideynlərinin yanında yaşayır. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, onun və azyaşlı uşaqlarının cavabdehlərin ailə üzvi kimi həmin mənzildə yaşamaq hüquqları yaranmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı onun gəlinidir. Cavabdeh İddiaçı oğlu Cavabdeh3 ilə xx.xx.2013-cü ildə faktiki, xx.xx.2016- cı il tarixdə isə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. Birgə nigahlarından xx.xx.2016cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı iki övladları vardır. Cavabdeh halhazırda üçüncü uşağa hamilədir. Mübahisəli ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil 1979-cu il tarixli order əsasında mərhum həyat yoldaşı X1 adına olmuşdur. Mənzil xx.xx.2014-cü ildə mərhum həyat yoldaşı X1 adına özəlləşdirilmişdir. Həyat yoldaşının vəfatından sonra mənzil vərəsəlik hüququ ilə onun adına keçmişdir. Cavabdehin onun mənzilinə köçməsini istəmir, cavabdehlə yaşamaq mümkün deyildir. Aralarındakı münasibətlər tam pozulmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, qarşılıqlı iddia tələbini qəbul edir, İddiaçı 15.000 manat kompensasiya verilmək yolu ilə sözügedən mənzilə istifadə hüquqlarının itirilməsinə etiraz etmir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, ilkin iddia üzrə İddiaçı nümayəndəsinin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən qarşılıqlı iddia təmin edilməli, ilkin iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 8 saylı Mənzil-Kommunal Səhəsinin xx.xx.2022-ci il tarixli, 811 №-li arayışından görünür ki, Cavabdeh1 1958-ci ildən, Cavabdeh1 1983-cü ildən və Cavabdeh3 1984-cü ildən Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 6 saylı evin 2 saylı mənzilində qeydiyyatdadırlar. Həmçinin, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X11 da həmin mənzildə qeydiyyatdadırlar. Mənzil xx.xx.2014-cü ildə X1 adına özəlləşdirilmişdir. Onun vəfatından sonra xx.xx.2020-ci ildə Cavabdeh1 adına keçmişdir. Cavabdeh1 hal-hazırda mənzilin sahibidir. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh3 birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı övladları vardır. -Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 ilə X4 arasında xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 398 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada İsmayılova soyadı verilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin Cavabdeh1 iştirak etməmişdir. -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7953/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X2 Cavabdeh1 tərəfindən 10000 (on min) manat məbləğində kompensasiya verilməklə, onun yetkinlik yaşına çatmayan uşağı xx.xx.2018-ci il təvəllüdlü Yurtlu Mert ilə birlikdə Sumqayıt şəhəri, 42-ci məhəllə, 6 saylı binada yerləşən 2 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-517/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 iddiadan imtina barədə ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 6 saylı evin, 2 saylı mənzili Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh1 İddiaçı qaynanası, Könül İsmayılova baldızı və Cavabdeh3 isə onun həyat yoldaşıdır. İddiaçı cavabdehlərdən Cavabdeh3 ilə xx.xx.2013-cü ildə faktiki, xx.xx.2016-cı il tarixdə isə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2016cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı iki övladı vardır. İddiaçı 2013-cü ildən sözügedən mübahisəli mənzilə yəni, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə gəlin köçmüşdür. Mübahisəli ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil 1979-cu il tarixli order əsasında mərhum X1 adına olmuşdur. Mənzil xx.xx.2014-cü ildə mərhum X1 adına özəlləşdirilmişdir. X1 vəfatından sonra mənzil vərəsəlik hüququ ilə Cavabdeh1 adına keçmişdir. İddiaçı Cavabdeh1 məxsus mənzildə qeydiyyatda olsa da, 2022-ci ilin fevral ayından mənzildə yaşamır. İddiaçı nümayəndəsi təklif olunan kompensasiyanın müqabilində İddiaçı mənzilə olan istifadə hüquqlarına xitam verilməsinə razıdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2013-cü ildə yaranmış və həmin zaman mübahisəli mənzil xüsusi mülkiyyətdə olmamışdır. Odur ki, mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilir. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Bu Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Bu maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin daha uzun müddət saxlanıldığı aşağıdakı hallar müəyyən olunmuşdur: - müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; - işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; - uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); - qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; - müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; - müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; - həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; - cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, hüquq münasibətinin nə vaxt yaranmasından asılı olmayaraq Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilə bilər. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdehlər tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və İddiaçı nümayəndəsinin qarşılqılı iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə İddiaçı 15000 manat məbləğində kompensasiya verilməklə, onun və uşaqları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 mübahisəli mənzilə olan dair istifadə hüquqlarına xitam verilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, İddiaçı nümayəndəsinin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı 15000 məbləğində manat kompensasiya verilməklə onun və uşaqları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 cavabdeh X5 Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 6 saylı evin, 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia əsassız, qarşılıqlı iddia isə əsaslıdır. Belə ki, iddiaçının qarşılıqlı iddianı etiraf (qəbul) etməsi İddiaçı ilkin iddiasından imtinası anlamına gəlir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə azyaşlı uşaqları ilə birlikdə köçürülmələri barədə iddiası təmin edilməsin. Cavabdeh1 tərəfindən İddiaçı 15000 məbləğində manat kompensasiya verilməklə İddiaçı və onun uşaqları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar