Məhkəmə qərarları › İş №2(060)-5310/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5310/2023

26.12.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5310/2023 26.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı daşınmaz əmlakın aqı-satqı müqaviləsinin ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair (Maraqlı şəxs: Maraqlı şəxs) iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış və Maraqlı şəxsndə notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı – müqaviləsinin ləğv edilməsi; ”Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.6 kv/m olan mənzil boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 27 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Maraqlı şəxsndə notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 88.6 kv/m olan mənzili 53000 manata nisyə alqı-satqı qaydasında Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.6 kv/m olan mənzilinəə münasibətdə ilkin ilaraq 1000 manat məbləğində vəsaiti satıcının İddiaçı ASC-nin hesabına ödəyir, 30000 manat məbləği 2021-ci ilin aprel ayı ərzində, qalan 22000 manatını 59 ay müddətinə hər ay 250 manat, 60-cı ay 7250 manat olmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Cəmi 31000 manat Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.6 kv/m olan mənzil Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı “X1 Səhmdar Cəmiyyətinə lazimi ödənişlər edilməmişdir. "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 14 iyun 2023-cü il tarixdə Cavabdeh göndərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazimi ödəniş edilməmiş, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.6 kv/m olan mənzil boşaldılaraq Banka təhvil verilməmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.6 kv/m/m olan mənzil boşaldılaraq Banka təhvil verilməlidir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddialarının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məktubla məhkəməyə müraciət edərək işlərinin sıxlığını nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə dünən, yəni, xx.xx.2023-cü il tarixdə ödəniş etmişdir. Həmin tarixdə ödəniş etməyinin səbəbi də 2 aydır, təxmini noyabr ayının 10-dan indiyədək Maraqlı şəxs işləməməsi olmuşdur. Hər gün Maraqlı şəxsnə getmişdir. xx.xx.2023-cü il tarixdə həmin notariat ofisinə yaxınlaşanda qapısının açıq olduğunu görmüş, notariusa işinin məhkəmədə olduğunu, ödəniş etməli olduğunu, amma onlara görə 2 aydır, ödəniş edə bilmədiyimi bildirmişdir. Həmçinin cavabdeh banka yaxınlaşıb 500 manatı hara ödəməli olduğunu soruşanda 500 manatı banka ödəyə bilməyəcəyini, ancaq notarius vasitəsilə ödəyə biləcəyini bildirmişlər. Notariusun işləməməsini sübut etmək üçün telefon vasitəsilə notariusun şəklini çəkmiş, videoçəkiliş də etmişdir. Notariusun işləmədiyini banka bildirdikdə bankdan ona özünə notarius tapmalı olduğunu bildirmişlər. Bundan sonra cavabdeh hansı notariusa ödəniş etməli olduğunu müəyyən etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə ona 1 saylı notariat ofisi vasitəsilə ödəniş etməsi barədə sənəd verilmişdir. Qeyd edir ki, müqavilə üzrə 50 manat gecikməsi qalmışdır. Odur ki, qeyd olunanlar əsasında iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə, cavabdehi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 88.6 kv/m olan mənzili 53000 manata nisyə alqı-satqı qaydasında Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.6 kv/m olan mənzilinə münasibətdə ilkin ilaraq 1000 manat məbləğində vəsaiti satıcının İddiaçı ASC-nin hesabına ödəyir, 30000 manat məbləği 2021-ci ilin aprel ayı ərzində, qalan 22000 manatını 59 ay müddətinə hər ay 250 manat, 60-cı ay 7250 manat olmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Cəmi 31000 manat Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.6 kv/m olan mənzil Cavabdeh istifadəsinə verilmişdir. Azərbaycan Republikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.6 kv/m olan mənzil xüsusi mülkiyyət hüququ ilə "xxxx" İKB ASC-nə məxsusdur. Ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində CİF kodu 410400C**********126 hesaba 450 manat mədaxil etmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "xxxx" İKB ASC-nin hazırki adı İddiaçı ASC-dir. Məhkəmə araşdırması müəyyən edildi ki, Cavabdeh 27 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Maraqlı şəxsndə notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 88.6 kv/m olan mənzili 53000 manata nisyə alqı-satqı qaydasında Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.6 kv/m olan mənzilinəə münasibətdə ilkin ilaraq 1000 manat məbləğində vəsaiti satıcının İddiaçı ASC-nin hesabına ödəyir, 30000 manat məbləği 2021-ci ilin aprel ayı ərzində, qalan 22000 manatını 59 ay müddətinə hər ay 250 manat, 60-cı ay 7250 manat olmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Cəmi 31000 manat Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.6 kv/m olan mənzil Cavabdeh istifadəsinə verilmişdir. İddiaçı qeyd edir ki, müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı “X1 Səhmdar Cəmiyyətinə lazimi ödənişlər edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mütəmadi olaraq ödənişlər edilmişdir. Bu halı iş materiallarına əlavə edilmiş notariatdan alınmış cavabın və qəbzlərin surəti də sübut edir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də iddia tələbinin əsası olan faktları məhkəməyə təqdim edə bilməmiş, iddiasını əsaslandırmamışdır. Buna görə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən Alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış və Maraqlı şəxsndə notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı – müqaviləsinin ləğv edilməsi; ”Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.6 kv/m olan mənzil boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin onunla (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış və Maraqlı şəxsndə notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı – müqaviləsinin ləğv edilməsi; ”Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 88.6 kv/m olan mənzil boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar