Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5318/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Cəfər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilələrin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilələrin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı 12 avqust 2016-cı il tarixli Payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə Sumqayıt şəh., 10 mkr., 1-cı bina, 162 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı 12 avqust 2016-cı il tarixli Payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Sumqayıt şəh., 10 mkr., 1-ci bina, 162 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı MTK ilə Cavabdeh arasında 12 avqust 2016-cı il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Sumqayıt şəh., 10 mkr., 1-ci bina, mənzil 162, sahəsi 62,5 kv.m olan, 3 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12.08.2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 69.487 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqavilənin 7.3-cü bəndinə əssasən cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 12-i tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 3375 manat manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit vəsaitindən istifadə etmiş lakin, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 69.487 manat kredit götürmüşdür. İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcədə təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK-dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, eləcədə kredit müqaviləsinin 7.3, 13.2,13.9 maddələrinin şərtlərinin kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Sumqayıt şəh. , 10 mkr., 1-ci bina, mən. 162, sahəsi 62,5 kv.m olan, 3 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Sumqayıt şəh. , 10 mkr, 1-ci bina, mən.162, sahəsi 62,5 kv.m olan, 3 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X2 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh Sumqayıt şəh., 10 mkr, 1-ci bina, mən.162, sahəsi 62,5 kv.m olan, 3 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış 12.08.2016-ci tarixli zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı, müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 16 may 2021-ci il tarixli 1920№-li arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 10-cu mkr, Məzahir Abdullayev küçəsi, 80A bina, 162 №-li mənzildə yaşayır. İş materiallarına əlavə edilmiş tərəflər arasında 12 avqust 2016-cı il tarixdə bağlanmış Payçı müqaviləsindən görünür ki, “MTK” pay qismində çıxış edən Sumqayıt şəhəri, 10-cu mkr, 24№li məktəbin yanında tikilməkdə olan 1-ci bina, 2-ci blok, 4-cü mərtəbə, 162 №-li, 3 otaqlı mənzili tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2.7-ci maddəsinə əsasən payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn “Payçı”-nın öhdəliklərini yerinə yetirməlidir. İş materiallarında olan 12 avqust 2016-cı il tarixli 2-12-08-2016-BX-S2 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ilə İddiaçı arasında imzalanmış 12 avqust 2016-cı il tarixli ********* №-li müqavilənin predmeti olan mənzilin alınması məqsədi ilə Cavabdeh 240 ay müddətinə illik 10% hesablanmaqla 69.487 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə X1 (zamin) və Cavabdeh (borclu) arasında bağlanmış 12 avqust 2016-cı il tarixli 2-12-08- 2016-BX-S2 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2016-cı il tarixli 2-12-08- 2016-BX-S2 saylı kredit müqaviləsinə əsasən 69.487 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "Sumqayıt" filialı ilə İddiaçı (zamin) və Cavabdeh (borclu) arasında bağlanmış 12 avqust 2016-cı il tarixli 2-12- 08-2016-BX-S2 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin “KRİSTAL ABŞERON" Mənzil Tikinti Koorperativi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2016-cı il tarixli 2-12-08-2016-BX-S2 nömrəli kredit müqaviləsinə əsasən 69.487 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh və İddiaçınə ünvanlanmış 06 mart 2020-ci il tarixli, PKİİ-080 saylı mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, tərəflər borclu qrafik üzrə ödənişləri aparmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı və Cavabdeh arasında bağlanmış müqavilənin predmeti olan Sumqayıt şəh. , 10 mkr, 24 № məktəb, bina 1, blok 2, mərtəbə 4, 3 otaqlı, 62,5 kv.m, 162№-li mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Tələb olunan borc göstərilən müddətdə ödəilməzsə, ABB borclu tələb etməklə Zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini İddiaçı MTK-ya müraciət edəcək, o isə öz növbəsində Alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh qızna məxsus olan İddiaçı mənzili öz sahibliyinə keçirərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında borcu bağlamaq hüququna malik olduğu barədə xəbərdar olunmuşlar. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 12 avqust 2016-cı il tarixli ********* nömrəli payçı müqaviləsi bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2016-cı il tarixli 2-12-08-2016-BX-S2 saylı təminatlı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ilə "Kristal Abşeron” Mənzil Tikinti Kooperativi arasında imzalanmış 12 avqust 2016-cı il tarixli ********* nömrəli müqavilənin predmeti olan Sumqayıt şəhəri, 10-cu mkr, 24№li məktəbin yanında tikilməkdə olan 1-ci bina, 2-ci blok, 4-cü mərtəbə, 162 №-li,3 otaqlı mənzilin alınması məqsədi ilə Cavabdeh 240 ay müddətinə illik 10% hesablanmaqla 69.487 manat məbləğində kredit vermişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətiı ilə İddiaçı (zamin) və Cavabdeh (borclu) arasında bağlanmış 12 avqust 2016-cı il tarixli 2-12-08-2016-BX-S2 nömrəli zaminlik müqaviləsinə əsasən zamin İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2016cı il tarixli 2-12-08-2016-BX-S2 saylı kredit müqaviləsinə əsasən borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz öhdəsinə götürmüşdür. İşin materiallarından və iddiaçının nümayəndəsinin izahatından müəyyən edilir ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 69.487 manatın 240 ay müddətinə hər ay ödəniş cədvəli üzrə ödəməyi öhdəsinə götürsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri ödəməmişdir. Hazırda da iddiaçı kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğuna görə payçı müqaviləsinin ləğv edilməsini, cavabdehin mənzildən çıxarılmasını, mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyirinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzıfələnn müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv ediməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tləb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 752.1.maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi işə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2016-cı il tarixli ********* nömrəli payçı müqaviləsinin 2.4-cü bəndinə əsasən müqavilə qiymətinin qalan 69.487 manata bərabər tutulan məbləği “Payçı” “MTK” və “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanacaq olan üç tərəfləri daşınmaz əmlakın ipoteka müaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.2.7-ci maddəsinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya “Azərbaycan Beynəlxalq Bankı" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”-nın öhdəliklərini yerinə yetirməlidir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin 2 (iki) ay müddətindən artıq gecikdirildiyi halda “MTK” müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. Həmin müqavilənin 8.11-ci bəndinə əsasən payçı tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda “Payçı” qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2016-cı il tarixli 2-12-08-2016-BX-S2 saylı təminatlı kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borc alan tərəfindən 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 12 avqust 2016-cı il tarixli ********* №-li İddiaçı və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Sumqayıt şəh., 10 mkr. , 24 №-li məktəbin yanında tikilməkdə olan, bina 1, blok 2, mərtəbə 4, ümumi sahəsi 62,5 kv.m olan, 3 otaqlı, 162№-li mənzili boşaltmalıdır. Həmin müqavilənin 13.9-cu bəndinə əsasən borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 12 avqust 2016-cı il tarixli ********* №-li İddiaçı və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Sumqayıt şəh., 10 mkr. , 24 №-li məktəbin yanında tikilməkdə olan, bina 1, blok 2, mərtəbə 4, ümumi sahəsi 62,5 kv.m olan, 3 otaqlı, 162№-li mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəfin öhdəliyi vaxtında icra etməməsi səbəbindən payçı müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçınə məxsus Sumqayıt şəh., 10 mkr., 24 №-li məktəbin yanında tikilməkdə olan, bina 1, blok 2, mərtəbə 4, ümumi sahəsi 62,5 kv.m olan, 3 otaqlı, 162№-li mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçınə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ödənilmiş dövlət rüsumu MPM-nin 119-cu maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2016-cı il tarixli ********* nömrəli payçı müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçınə məxsus Sumqayıt şəh., 10 mkr., bina 1, blok 2, mərtəbə 4-də yerləşən ümumi sahəsi 62,5 kv.m olan, 3 otaqlı, 162№-li mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçınə təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5318/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5318/2021
10.09.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver