Məhkəmə qərarları › İş №2(060)-5325/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5325/2025

03.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5325/2025 03.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (Maraqlı şəxs: 1 saylı Sumqayıt regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək anası X2 doğum haqqında şəhadətnaməsində X3 yazılmaqla doğum haqqında yeni şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və maraqlı şəxs işə baxılmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, ərizəyə 100,60 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (Maraqlı şəxs: 1 saylı Sumqayıt regional “ASAN Xidmət” Mərkəzi Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi) ərizəsi baxılmamış saxlanılmalı, həmçinin ərizənin məhkəməyə verilməsinə görə xx.xx.2025-ci il tarixdə ödənilmiş 100,60 manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (Maraqlı şəxs: 1 saylı Sumqayıt regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi) ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə “eManat“ ödəmə terminalı ilə ********** nömrəli qəbzlə ödəmiş olduğu 100,60 manat dövlət rüsumu Dövlət Büdcəsindən Ərizəçi geri qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar