Məhkəmə qərarları › İş №2(060)-5339/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5339/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5339/2021 09.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, İddiaçı Bank Respublika ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank Respublika ASC Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2355.08 ABŞ dolları məbləğində əsas kredit borcunun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 məxsus olan «MİTSUBİSHİ PAJERO» minik markalı (buraxılış ili 2015, Ban JMYLRV93WEJ000360, rəngi ağ mirvari, tip universal) ** CU *** dövlət nömrə nişanlı avtomobilinə tutma yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eləcə də, ərizə ilə müraciət edərək Cavabdeh1 məxsus MİTSUBİSHİ PAJERO minik markalı, buraxılış ili 2015, Ban JMYLRV93WEJ000360, rəngi ağ mirvari, tip universal, **-CU-*** qeydiyyat nişanlı avtomobilə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(060)-5339/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Bundan sonra iddiaçı Bank Respublika ASC məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh1 və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair 2(060)-5339/2021 saylı mülki işin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, işə baxılması barədə vəsatətlə müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 15-ci bəndində izah edilmişdir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı Bank Respublika ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş baxılmamış saxlanılmalı və iddia baxılmamış saxlanıldığından iş üzrə qəbul edilmiş iddianı təmin etmək tədbiri barədə Sumqayıt Şəhər Məhkəməsinin 07.06.2021-ci il tarixli 2(060)-5339/2021 saylı qərardadı ilə görülmüş tədbirlər ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bank Respublika ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Sumqayıt Şəhər Məhkəməsinin 07.06.2021-ci il tarixli 2(060)-5339/2021 saylı qərardadına əsasən Cavabdeh1 məxsus MİTSUBİSHİ PAJERO minik markalı, buraxılış ili 2015, Ban JMYLRV93WEJ000360, rəngi ağ mirvari, tip universal, ** CU *** qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar