Məhkəmə qərarları › İş №2(060)-534/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-534/2021

12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-534/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Birinci iddia üzrə iddiaçı, birləşdirilmiş iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə, Birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçılar Cavabdeh1 Əmrulla oğlunun, Cavabdeh2, Birləşdirilmiş iddia üzrə iddiaçı X8 iştirakları ilə, Birinci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair birinci, birləşdirilmiş iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və X8 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair birləşdirilmiş iddiaları üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Birinci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan övladı X4 ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, birinci iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində Cavabdeh2 cavabdeh qismində göstərilsə də xahiş etdim hissədə onun adının qeyd olunmadığını, iddianın həm də Cavabdeh2 qarşı yönəldiyini nəzərə alaraq sonuncuyu münasibətdə də iddianın təmin edilməsini xahiş etmişdir. Birinci iddia üzrə iddiaçı tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzil Dövlət Mənzil Fonduna aid olmaqla, 10/936 saylı xx xxxxxx 1973cü il tarixli orderlə həyat yoldaşı mərhum X2 məxsusdur. Mənzil özəlləşdirilməmişdir. Həyat yoldaşı X5 xx.xx.2018-ci ildə vəfat etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 onun övladlarıdır. Cavabdeh1 30 ilə yaxındır və Cavabdeh3 isə 1994-cü ildən Sumqayıt şəhəri, 9-cu mkr, cv 50 ünvanında yerləşən 43 saylı mənzildə yaşamırlar. Onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Uzun müddətdir ki, onlarla heç bir əlaqələri yoxdur. Cavabdeh2 isə onun nəvəsidir və heç zaman həmin mənzildə yaşamayıbdır. Bundan əlavə mənzildə Cavabdeh3 yetkinlik yaşına çatmayan X10 da qeydiyyatdadır ki, o da heç zaman həmin mənzildə yaşmayıb. Odur ki iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə övladı xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 və X11 ilə birlikdə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki iş İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Birləşdirilmiş iddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdeh X6 onun doğma anasıdır. Cavabdeh X6 onu qərəzli şəkildə mənzilə buraxmır. Hazırda ona məxsus əmlakları həmin mənzildədir. O, göstərilən ünvanda 1973-cü ildən yaşayır. Özü ailəlidir, bir övladı - xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 vardır. Cavabdeh qərəzli olaraq onu ailəsi ilə birlikdə həmin ünvana buraxmır. Həyat yoldaşı uşaq dünyaya gələndən sonra evdə bir müddət yaşasa da, söz-söhbət dava-dalaşdan sonra stressə düşmüş, hazırda Sumqayıt şəhər Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır, müalicə və müayinə olunur. Günəmuzd işlədiyi iş yerləri bağlanıbdır. Kirayədə müvəqqəti yaşadığı ev sahibi onu evdən çıxarmış, hazırda müvəqqəti bir ailəyə sığınmışdır ki, evə köçürülənədək ona vaxt versin. Bundan sonra Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinə əsasən iddiaçı Cavabdeh1 razılığı ilə X14 və Cavabdeh2 iddiaçı qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehlərin hər birinin ayrıca yaşayış evləri var, uzun müddətdir ki, həmin evdə yaşayırlar. Bu mənzildə qeydiyyatları formal olaraq qalmışdır, iyirmi ildən artıqdır ki, bu mənzildən istifadə etmirlər. Odur ki, göstərilənlərin nəzərə alınaraq birinci iddianın təmin, birləşdirilmiş iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 birinci iddiaya etiraz edərək izahatında göstərdi ki, birinci iddianı qəbul etmir, mənzil mərhum atasının istifadəsinə verildiyi vaxtdan, yəni 1973-cü ildən mübahisəli mənzildə yaşamışdır, 1994-cü ildə ailə qurduqdan sonra arvadı Esmira Novruzova ilə birlikdə kirayələrdə yaşamışdır. Sonradan arvadı Esmira və qızı Şəbnəmlə birlikdə həmin mənzilə qayıdaraq az müddət yaşadıqdan sonra, birlikdə yaşamaq mümkün olmadığı üçün yenidən mənzildən çıxmışlar və 1996-cı ildən kirayədə yaşayır. Əvvəllər maddi imkanı olduğundan kirayə yaşamışdır, lakin hazırda maddi imkanı kirayə haqqını ödəməyə imkan vermir. Ona məxsus yaşayşı sahəsi, daimi yaşayış yeri yoxdur. bu müddət ərzində mübahisəli mənzildə yaşamasa da, daima həmin mənzilə gedib-gəlmişdir. Mənzildə yaşamamasının səbəblərindən biri də bacısı Xavərin orada yaşamasıdır. Belə ki, mənzildə yaşadıqları dövrdə Xavər söz-söhbət, mübahisə yaratmış, hətta onların ailəsi münaqişəli ailə kimi tanınmışdır. Odur ki, birinci iddianın rədd, birləşdirilən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən birinci iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh2 izahatında göstərdi ki, birinci iddianı qəbul etmir, birləşdirilmiş iddianı isə müdafiə edərək iddia ərizəsində göstərilənləri müdafiə etdiyini bildirdi. Eləcə də göstərdi ki, o, Cavabdeh1 qızıdır, hazırda ata-anası ilə birlikdə kirayədə yaşayırlar. Anadan olan vaxtdan kirayələrdə yaşayıblar. Valideynlərinin sözlərindən bilir ki, o, anadan olduqdan sonra bir müddət həmin evdə yaşayıblar, daha sonra mənzildən çıxıblar. Lakin mənzilə gedib-gəliblər. Odur ki, göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq birinci iddianın rədd, birləşdirilmiş iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iddia üzrə iddiaçı Esmira Novruzova iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və birləşdirilmiş iddianın təmin edilməsini xahiş etdi. Eləcə də göstərdi ki, Cavabdeh1la ailə qurduqdan və uşaq doğulandan sonra xəstəxandan çıxıb yaşamaq üçün həmin mənzilə getmişlər, qısa müddət həmin mənzildə yaşadıqdan sonra mənzili tərk etmişlər. Lakin qohum kimi mənzilə, yəni İldırımın valideynlərinin yanına gedib-gəlmişlər. 1996-cı ildən onlar kirayədə yaşayırlar. xx xxxx 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən birinci iddia üzrə Cavabdeh3 izahatında göstərmişdir ki, o, 1994-cü ilin noyabr ayında ailə qurmuş və ailəsi ilə bu mənzildə yaşamışdır. Ailədə baş vermiş narazılıq nəticəsində, 1995-ci ildə mənzildən çıxmış və kirayədə yaşamışlar, sonra valideynlərinə məxsus bağ evində yaşamışlar, 2000ci ildə boşandıqdan sonra isə yenidən bu mənzilə qayıtmışdır. 2006-cı ildə ikinci dəfə ailə qurmuş, yoldaşına məxsus məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış sahəsinə köçərək orada dörd il yaşamışlar. Sonradan Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi bağ evinə köçmüşlər. Hazırda həmin ünvanda yaşayır. Bağ evi özbaşına tikilidir, ona məxsusdur. Hazırda onun yaşayış yeri var, mənzillə bağlı tələbi olmasa da mənzildən istifadə hüququnun itirilməsini istəmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci iddia təmin, birləşdirilmiş iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt şəhər X9 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 10/936 saylı, xx.xx.1973-cü il tarixli orderinin təsdiq olunmuş surətindən görünür ki, X2 5 nəfər ailə üzvü daxil olmaqla yaşayış sahəsinə ehtiyaclarının ödənilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən 43 saylı mənzil ayrılmışdır. AZ-İİ seriyalı, 042155 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı MKS tərəfindən verilmiş 49 saylı xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 43 saylı mənzildə qeydiyyatdadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan mənzil order əsasında xx.xx.1973-cü il tarixdə İddiaçı mərhum əri X1 istifadəsinə ayrılmış iddiaçı və digər ailə üzvləri ilə birlikdə həmin tarixdən etibarən mənzildən istifadə edib yaşamağa başlamışlar, 1994-1996-cı il tarixdən etibarən cavabdehlər mübahisəli mənzildə yaşamırlar. Əmrulla Novruzov xx.xx.2018-ci il tarixdə öldükdən sonra mənzildən iddiaçı istifadə etməklə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə işin hallarını qiymətləndirərək qeyd edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, araşdırılan mübahisə üzrə iddiaçı mübahisə predmeti olan mənzildə daimi yaşamaqla daimi istifadəci kimi məhkəmədə iddia hüququna malikdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından göründüyü kimi mənzil order əsasında cavabdehlərin mərhum atalarının istifadəsinə ayrıldığı vaxtdan birinci iddia üzrə cavabdehlərdən Cavabdeh1, Cavabdeh3 mübahisəli mənzildə bir müddət yaşamış, lakin 1996-cı ildən daimi olaraq evdən köçüb getmişlər, Şəbnəm X3 olmaqla qısa müddət ərzində valideynləri ilə birlikdə həmin ünvanda yaşamış, daha sonra mənzildən köçmüşlər, artıq iyirmi ildən artıqdır ki, cavabdehlər özlərinə başqa yaşayış yeri seçmişlər. Cavabdeh3 izahatında göstərdiklərindən də göründüyü kimi sonuncunun özünə məxsus daimi yaşayış yeri vardır. Eləcə də məhkəmə İldırım və Şəbnəm Novruzovlara münasibətdə qeyd edir ki, həmin şəxslər iyirmi ildən artıqdır ki, bü mənzildə yaşamamaqla bu müddət ərzində özlərinə başqa daimi yaşayış yeri seçmiş, mənzildən istifadə etməmişlər. Göstərilən müddət ərzində, yəni ötən iyirmi ildən artıq bir vaxtda cavabdehlər mənzilə köçməklə bağlı mübahisə açmamışlar, mənzillə bağlı hər hansı iddia ilə çıxış etməmişlər, yaşayış sahəsinə ehtiyaclarının olmasını və bu ehtiyacı həmin evdən istifadə etməklə qarşılamaq niyyətlərini göstərməmişlər. Bu isə cavabdehlərin mənzilə ehtiyaclarının aradan qalxdığını və başqa yaşayşı yerlərinin olması qənaətinə gəlməyə əsas verən hal kimi qiymətləndirilməlidir. Məhkəmənin hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən uzun müddət (iyirmi ildən artıq müddətə) və davamlı olaraq könüllü istifadə etməmələri yaşayış sahəsinə olan ehtiyacın aradan qalxması qənaətinə gəlməyə əsas verir. Odur ki, iddia əsaslı hesab edilməli və təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan övladı X4, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, birləşdirilmiş iddianın təmin edilib-edilməməsi birinci iddianın mahiyyəti üzrə həllindən asılı olduğundan və birinci iddia təmin edildiyindən birləşdirilmiş iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Birinci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan övladı X4 ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Birləşdirilmiş iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və X7 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar