Məhkəmə qərarları › İş №2(060)-5349/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5349/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5349/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər X1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quliyeva (Xəzərova) Gülarə Balaqardaş qızından "Yelo Bank” ASC-nin xeyrinə 2015-ci il 10 avqust tarixli kredit müqaviləsi üzrə 8679.58 ABŞ dolları əsas, 2290.97 ABŞ dolları faiz, 1431.93 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 12402.48 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Quliyeva (Xəzərova) Gülarə Balaqardaş qızına məxsus olan Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən, 3 otaqlı, 58.5 kv.m ümumi, 37 kv.m yaşayış, 21.5 kv.m yardımçı sahədən ibarət 27 nömrəli evin 19 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri. 3-cü mikrorayon ünvanında yerləşən 3 otaqlı, 58.5 kv.m ümumi, 37 kv.m yaşayış, 21.5 kv.m yardımçı sahədən ibarət 27 nömrəli evin 19 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Quliyeva (Xəzərova) Gülarə Balaqardaş qızına məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən 3 otaqlı. 58.5 kv.m ümumi. 37 kv.m yaşayış. 21.5 kv.m yardımçı sahədən ibarət 27 nömrəli evin 19 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Quliyeva (Xəzərova) Gülarə Balaqardaş qızının və X3 Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən 3 otaqlı, 58.5 kv.m ümumi. 37 kv.m yaşayış. 21.5 kv.m yardımçı sahədən ibarət 27 nömrəli evin 19 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Quliyeva (Nəzərova) Gülarə Balaqardaş qızının və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Quliyeva (Nəzərova) Gülarə Balaqardaş qızı ilə "xxxx" İKB ASC arasında bağlanmış 10 avqust 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda iddiaçı "xxxx" ASC qızı ərizə ilə məhkəməyə müraciət edərək, yaranmış zərurətlə əlaqədar olaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmiş, cavabdehlər X2 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər X1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar