Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5354/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASCnin xeyrinə 2015-ci il 15 yanvar tarixli kredit müqaviləsi üzrə 8054.93 ABŞ dolları faiz, 2307.79 ABŞ dolları cərimə borcu , kredit müqaviləsi üzrə 15.01.2017-ci il tarixdən 07.05.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1734.6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 12097.32 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın nəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmamn Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən, 3 otaqlı, 88.3 kv.m ümumi, 50.7 kv.m yaşayış sahəsindən ibarət 45B nömrəli evin 12 nömrəli mənzilinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən, 3 otaqlı, 88.3 kv.m ümumi, 50.7 kv.m yaşayış sahəsindən ibarət 45B nömrəli evin 12 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC -nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən, 3 otaqlı, 88.3 kv.m ümumi, 50.7 kv.m yaşayış sahəsindən ibarət 45B nömrəli evin 12 nömrəli mənzilinə yönəldikdə '3 0 satıldıqdan 1 ay sonra Cavabdeh1 Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən, 3 otaqlı, 88.3 kv.m ümumi, 50.7 kv.m yaşayış sahəsindən ibarət 45B nömrəli evin 12 nömrəli mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması ücün 14.07.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda İddiaçı ASC-nin X1 və Hüquqi Tənzimlənməsi Departamentinin Məhkəmə Orqanları ilə İş şöbəsinin müdiri İsa Hacıyev məktub ilə müraciət edərək məhkəmə baxış icraatının dayandırılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-5354/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5354/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver