Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-538/2022 14.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil Dadaşova Həqiqət Salam qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehla aralarında 04.04.2014-cü ildə bağlanmış 531 saylı nikah qeydinin pozulması, 02.03.2015-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanması və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 04.04.2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənib ailə qurmuşlar. Rəsmi nikahlarından 02.03.2015-ci il təvəllüdlü X5, 28.10.2016-cı il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Cavabdehdən boşanmaq istəməyinin səbəbi xasiyyətlərinin tutmamasıdır. Bu səbəbdən mütəmadi olaraq aralarında dava-dalaş olur. Onun hərəkətləri uşaqların tərbiyəsinə və əsəblərinə mənfi təsir edir. Onunla aralarında hörmət və məhəbbət hissi yoxdur. Hər ikisi anlayırlar ki, ailələri dağılmışdır, onun bərpası mümkün deyildir. Boşanmaq barədə fikri qətidir. Cavabdehin gəliri qeyri-sabitdir. Ailəyə maddi yardım göstərmir. Sumqayıt Şəhər Məhkəməsinin 06.01.2022-ci il tarixli qərardadı ilə iş üzrə sənədlər tərəflərin yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalmalarının onların mənafeyinə uyğun olması barədə rəy verilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və iş üzrə icraat müvafiq rəyin alınmasınadək dayandırılmışdır. 15.03.2022-ci il tarixində Qəyyumluq və Himayəçilik Komissiyasın rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək X3 cavabdehin yanında saxlanması və uşağın saxlanması üçün hər ay 170 manat məbləğində alimentin iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, 28.10.2016-cı il təvəllüdlü X3 cavabdehin yanında saxlanmasına etiraz etmir. Qeyd edilənlərə əsasən iddiaçı nikahın pozulmasını, 02.03.2015-ci il təvəllüdlü X2 onun yanında saxlanması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 190 manat aliment tutulmasını xahiş etdi. İddiaçının nümayəndəsi, vəkil Dadaşova Həqiqət Salam qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında ailə münasibətləri pozulub. 02.03.2015-ci il təvəllüdlü X5 hazırda iddiaçı ilə, 28.10.2016-cı il təvəllüdlü X7 isə cavabdeh ilə birgə qalır. Bu səbəbdən nümayəndə X2 iddiaçı ilə, X3 isə cavabdehlə saxlanmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 02.03.2015-ci il təvəllüdlü X2 iddiaçının yanında qalmasına etiraz etmir. Qeyd edilənlərə əsasən cavabdeh nikahın pozulmasını, 28.10.2016-cı il təvəllüdlü X3 onun yanında saxlanması və uşağın saxlanması üçün iddiaçıdan 170 manat məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materiallarıda olan şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1990-cı ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh 19.06.1987-ci ildə, Şamaxı rayonu, Səfalı kəndində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. 94979 saylı nikah haqqında şəhadətnaməyə əsasən tərəflər arasında 04.04.2014cü il tarixində, Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Xıdırov, arvada Xıdırova soyadları verilmişdir. Doğum haqqında şəhadətnamələrə əsasən X5 02.03.2015-ci ildə, Xıdırov Həbib Məzahir oğlu isə 28.10.2016-cı il tarixində doğulmuşlar. Hər iki uşağın anası İddiaçı, atası Cavabdehdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 15.03.2022-ci il tarixli rəyində göstərilmişdir ki, Komissiya digər valideyni ilə ünsiyyətinə maneçilik yaradılmaması şərtilə, 02.03.2015-ci il təvəllüdlü X5 və 28.10.2016-cı il təvəllüdlü Xıdırov Həbib Məzahir oğlunu anaları İddiaçı himayəsində saxlanılmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur (19.1.). Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur (21.1.). Məhkəmə hesab edir ki, nikahın pozulması ilə bağlı tərəflər arasında mübahisə olmadığı üçün iddia nikahın pozulması hissəsində təmin edilməlidir. Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir (22.2.). Göründüyü kimi, tərəflər məhkəməyə ərizə təqdim edərək 02.03.2015-ci il təvəllüdlü X2 iddiaçının, 28.10.2016-cı il təvəllüdlü X3 cavabdehin yanında saxlanmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin fikirlərini nəzərə alaraq hesab edir ki, 02.03.2015-ci il təvəllüdlü X2 iddiaçının, 28.10.2016-cı il təvəllüdlü X3 isə cavabdehin yanında saxlanması məqsədə uyğundur. Ailə Məcəlləsində nəzərdə tutulmuşdur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Göründüyü kimi iddiaçı cavabdehdən 02.03.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentin tutulmasını, cavabdeh isə 28.10.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat məbləğində alimentin iddiaçıdan tutulmasını xahiş etmişdir. Məhkəmə tərəflərin tələblərindən kənara çıxmayaraq hesab edir ki, 02.03.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə, 28.10.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat məbləğində aliment iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün (nikahın pozulması tələbi üçün) 50 manat dövlət rüsumu ödəmişdir. İddia təmin edildiyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 04.04.2014-cü ildə, Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun. Nikah pozulduqdan sonra 02.03.2015-ci il təvəllüdlü X5 İddiaçı, 28.10.2016-cı il təvəllüdlü Xıdırov Həbib Məzahir oğlu isə Cavabdehnın yanında saxlansınlar. 02.03.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 26.11.2021-ci il tarixindən hesablansın. 28.10.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilsin. Alimentin tutulması 14.04.2022-ci il tarixindən hesablansın. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-538/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-538/2022
14.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver