Məhkəmə qərarları › İş №2(060)-5383/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5383/2025

28.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5383/2025 28.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı “qərarın, əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı iddia qaldıraraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli qərarının və həmin qərar əsasında işdən çıxarılmağı və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *4 aprel 2*25-ci il tarixli, 4* nömrəli əmrin ləğv edilməsi, işinə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqımın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, 26.*8.2***-ci ildən *4.*4.2*25-ci ilə qədər Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə hər hansı bir intizam pozuntusuna yol verməmiş, intizam tənbehi almamış, əmək funksiyalarını vicdanla yerinə yetirmiş, gənc musiqiçilərin yetişdirilməsində bilik və bacarığımı əsirgəməmişdir. Bu müddət ərzində nə şagirdlərinin, nə də onların valideynləri tərəfindən işi ilə bağlı hər hansı narazılıq olmayıb. Müxtəlif ixtisaslaşmış musiqi tədbirlərinə şagirdləri ilə birgə qatılmışdır. 14 mart 2*25-ci il tarixdə Bakı Xoreoqrafiya Məktəbində attestasiya komissiyası tərəfindən attestasiya imtahanında iştirak etməklə ixtisası üzrə ünvanlanan sualları cavablandırmışdır. Lakin imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiqə məruz qalmış, ixtisasına uyğun olmayan sahələrdən suallar verilmiş, nəticə barədə ona məlumat verilmədən, sonradan attestasiya qərarı ilə "uyğunsuz" hesab edildiyi barədə informasiya resursunda məlumat yerləşdirilmişdir. Hesab edir ki, attestasiya prosesi qanun və qayda ilə təşkil olunmamış, veriləcək suallar əvvəlcədən işçilərə təqdim edilməmiş və onlardan cavablar tələb olunan sahələrlə bağlı suallar yazılı alınmadan və daha sonra ixtisasına uyğun olaraq şifahi suallar verilmiş və yekun olaraq 5 nəfər əleyhinə olmaqla barəsində attestasiya vərəqəsi yazaraq məktəbə göndərmişlər.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə *8.*5.2*25-ci il tarixli arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. (İddiaçı 5* manat mediasiya sessiyası xərcini və 1* manat kargüzarlıq xərcini ödəmişdir.)

6. *4 aprel 2*25-ci il tarixli, 4* nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı *4 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

7. Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya vərəqəsində qeyd edilmişdir ki, İddiaçı attestasiyası üzrə cavablarını komissiya – ifaçılıq zəif, üzdən oxu orta səviyyədə qammanı ifa edə bilmədi və nəzəri suallara cavab verə bilmədi. İfa etdiyi əsəri təhlil edə bilmədi. Səsvermənin nəticələri lehinə-*, əleyhinə -5 kimi qiymətləndirilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 65.8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir.

66. Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; 67.1 Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2 İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 71.3. İşəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 3**.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 1*7. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının:

1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, cavabdehin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

9. İş materiallarından müəyyən edilir ki, İddiaçı 26 avqust 1997-ci ildən Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 14 mart 2*25-ci il tarixdə Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbində işçilərin attestasiyası keçirilmiş və iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbinin 4* saylı, *4 aprel 2*25-ci il tarixli əmrinə əsasən Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.

10. İddiaçı hazırda həmin əmrdən narazı olmaqla ləğv edilməsini məhkəmədən xahiş edir.

11. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bu qanunvericilik aktlarında attestasiyanın ədalətli və obyektiv keçirilməsi, işçilərin peşəkarlığının düzgün qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin, attestasiya komissiyanın işçilərə qarşı qərəzsiz yanaşması və qiymətləndirmə zamanı hər hansı mənfi mövqeyin nümayiş etdirilməməsi vurğulanır.

13. Məhkəmə işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur.

14. Belə ki, Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı attestasiyası üzrə 14.*3.2*25-ci il tarixli attestasiya vərəqəsinin surətindən görünür ki, iddiaçı tərəfindən müəyyən suallara düzgün cavab verilsə də, bu cavablar yanlış kimi qeyd edilmiş, bəzi hallarda isə verilmiş sualın cavabı doğru olsa da, həmin suala cavabın nəticəsi attestasiya vərəqəsində öz əksini tapmamış, ondan yaranmış suala səhv cavab verilməsi qeyd edilmişdir. Belə ki, “Bax”ın tam adı sualına iddiaçı tərəfindən “X3” cavabı verilsə də, cavab düzgün olmasına baxmayaraq, attestasiya vərəqəsində yanlış olaraq qiymətləndirilmişdir. Bundan başqa iddiaçıya ünvanlanmış “Menuet” nədir sualına doğru cavab verilsə də, bu attestasiya vərəqəsində qeyd edilməmiş, həmin sualdan doğan cavabın yanlışlığı isə attestasiya vərəqəsində öz əksini tapmışdır. Belə olan halda məhkəmə attestasiya komissiyasının gəldiyi nəticəni qərəzli hesab edir.

15. Eyni zamanda cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaya qarşı yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etməmişdir.

16. Azərbaycan Respublikası Mədəniyyət Naizrliyi isə məhkəməyə ünvanladığı məktubda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 2*18-ci il 8 noyabr tarixli 6/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nə əsasən müəllimlər Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında məktəbin direktoru tərəfindən işə qəbul edilir. Müəllimlərə münasibətdə işəgötürən qismində məktəbin direktoru çıxış edir.

17. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə və 67-ci maddəsinin 1-ci hissəsinə nəzər saldıqda müəyyən edilir ki, attestasiya komissiyası tərəfindən işçi barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılması işəgötürənə işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi səlahiyyətini verməsinə baxmayaraq, imperativ norma kimi müəyyən edilməmişdir. Həmçinin hazırki halda işəgötürən tərəfindən işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edilməsi və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirməsinə təşəbbüs göstərilməmişdir.

18. Göründüyü kimi, iddiaçı illərlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində xəbərdarlıq, töhmət və s. almadan çalışmağına baxmayaraq işəgötürən tərəfindən bu halların nəzərə alınmaması iddiaçının qərəzli olaraq işdən çıxarılması qənaətinə gəlməyə əsas verir.

19. Məhkəmə qeyd edilən əmək qanunverciliyinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi işə bərpa və işə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğundan, təmin olunmalı və *4.*4.2*25-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən İddiaçı ödənilməlidir.

20. Məhkəmə iddia tələbinin “Attestasiya komissiyasının qərarının ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsi”nin 6.5-ci maddəsinə əsasən müəllimlər qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçirilə bilərlər.

21. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetin Qərarının 1.6-ci bəndinə əsasən azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir.

22. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir, kadrların attestasiyası işini təkmilləşdirmək, attestasiya işini dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübənin yayılması üzrə tədbirlər görür.

23. “İş yerlərinin attestasiyasının keçirilməsi barədə” Qaydaların 1.2-ci maddəsinə əsasən müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir. Həmçinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsindən görünür ki, 27.12.2*24-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinin fortepiano ixtisası üzrə təhsilverənlərin attestasiya proqramı yerləşdirilmiş, müvafiq olaraq attestasiyanın keçirilməsi və nəticələri barədə məlumat yerləşdirilmişdir.

24. Məhkəmə hazırkı mərhələdə onu vurğulayır ki, Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbi attestasiyanın keçirilməsi təşkil etsə də, attestasiya mətəbin özü tərəfindən deyil, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində (tabeliyində) olan konkret müəssisə tərəfindən həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbi hazırki iddia tələbinin “attestasiya qərarının ləğvi” hissəsi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur.

25. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbinin *4.*4.2*25-ci il tarixli, 4* nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, *4.*4.2*25-ci il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən İddiaçı ödənilməlidir. Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 358-36* və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbinin *4.*4.2*25-ci il tarixli, 4* nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbinin “Fortepiano” müəllimi vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Fikrət Əmirov adına 5 nömrəli Uşaq İncəsənət Məktəbindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar