Məhkəmə qərarları › İş №2(060)-5395/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5395/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5395/2021 27.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh5 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə möraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 07 avqust tarixli kredit müqaviləsi üzrə 10101.29 ABŞ dolları əsas, 2925.5 ABŞ dolları faiz, 2763.78 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 15790.57 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsiCavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 07 avqust tarixli kredit müqaviləsi üzrə 10101.29 ABŞ dolları əsas, 2925.5 ABŞ dolları faiz, 2763.78 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 15790.57 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrayonda yerləşən, 3 otaqlı, 67.4 kv.m ümumi sahədən ibarət 44 nömrəli evin 1 nömrəli mənzilinə (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Babək küçəsi ,120 , M1, m1 ) yönəldilməsi, həmin fərdi yaşayəş evininin açıq hərracdan satılması və borcun Şəmkir şəhəri, Yaqub Hacıyev küçəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 209.7 kv.m ümumi, 135.2 kv.m yaşayış, 74.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 67.4 kv.m ümumi sahədən ibarət 44 nömrəli evin 1 nömrəli mənzilinə (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Babək küçəsi ,120 , M1, m1 ) yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 67.4 kv.m ümumi sahədən ibarət 44 nömrəli evin 1 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 avqust 2015- ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı (Nikoyl İKB) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianı müdafiə edərək göstərdi ki, 2015-ci il 07 avqust tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" ASC-nin “Sumqayıt” filialından illik 25%-lə 36 ay müddətinə 19000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 07.04.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 07.07.2021 tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 67.4 kv.m ümumi sahədən ibarət 44 nömrəli evin, 1 nömrəli mənzili 07 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 07 fevral tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 07 may 2021-ci il tarixədək Cavabdeh1 07 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10101,29 ABŞ dolları əsas, 2925,5 ABŞ dolları faiz, 2763,78 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 15790,57 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 07 avqust tarixli kredit müqaviləsi üzrə 10101.29 ABŞ dolları əsas, 2925.5 ABŞ dolları faiz, 2763.78 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 15790.57 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsiCavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 07 avqust tarixli kredit müqaviləsi üzrə 10101.29 ABŞ dolları əsas, 2925.5 ABŞ dolları faiz, 2763.78 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 15790.57 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrayonda yerləşən, 3 otaqlı, 67.4 kv.m ümumi sahədən ibarət 44 nömrəli evin 1 nömrəli mənzilinə (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Babək küçəsi ,120 , M1, m1) yönəldilməsi, həmin fərdi yaşayəş evininin açıq hərracdan satılması və borcun Şəmkir şəhəri, Yaqub Hacıyev küçəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, 209.7 kv.m ümumi, 135.2 kv.m yaşayış, 74.5 kv.m yardımçı sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 67.4 kv.m ümumi sahədən ibarət 44 nömrəli evin 1 nömrəli mənzilinə (Yeni qaydalarla: AZ5011 , Sumqayıt şəhəri , Babək küçəsi ,120 , M1, m1 ) yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 67.4 kv.m ümumi sahədən ibarət 44 nömrəli evin 1 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 avqust 2015- ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 tərəflər arasında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsinə dair razılıq əldə edildiyini və müvafiq barışıq sazişi imzalandığını bildirib, barışıq sazişinin təsdiq edilməklə işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barışıq sazişini müdafiə edərək aralarında mübahisəni razılığa gələrək öz aralarında həll etdiklərini bildirərək təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişlər. İş üzrə cavabdehlər Cavabdeh3, X4 və Cavabdeh5 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh3, X4 və Cavabdeh5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Bir tərəfdən İddiaçı ASC-nin (VÖEN **********) İdarə Heyətinin sədri Anar Həsənovun şəxsində, digər tərəfdən Cavabdeh1 şəxsində, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-5395/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 191-ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar:

1. Borclu Cavabdeh1 İddiaçı ASC-yə 07 avqust 2015-ci il tarixli kredit razılaşması üzrə 8955.51 ABŞ dolları əsas, 3200.54 ABŞ dolları faiz borcu, 3347.48 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 15503.53 ABŞ dolları məbləğində borcunun olmasını qəbul edir. Borclu 12.08.2021 -ci il tarixdə 4698 ABŞ dolları vəsaiti (2653.51 ABŞ dolları əsas borc, 2044.49 ABŞ dolları faiz borcu) kredit borcu üzrə ödəniş etmişdir.

2. Tərəflər arasında bağlanmış 07 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 67.4 kv.m ümumi sahədən ibarət 44 nömrəli evin 1 nömrəli (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Babək küçəsi, 120, Ml, ml) mənzilin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 57000 manat məbləğində müəyyən edilsin.

3. Borclu 6302 ABŞ Dolları əsas borc məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürür. Əsas Cərimə Aylıq cəmi Ödənişin Ödəniş Faiz ödənişi Gecikdirilmi borcdan ş borcundan ödəniş (ABŞ sayı günləri ödəniş (ABŞ ödəniş (ABŞ Dolları) faiz Dolları) (ABŞ Dolları) Dolları) 1 30.09.2021 394 0 0 0 394 2 29.10.2021 394 0 0 0 394 3 30.11.2021 394 0 0 0 394 4 30.12.2021 394 0 0 0 394 5 31.01.2022 394 0 0 0 394 6 28.02.2022 394 0 0 0 394 7 31.03.2022 394 0 0 0 394 8 29.04.2022 394 0 0 0 394 9 31.05.2022 394 0 0 0 394 10 30.06.2022 394 0 0 0 394 11 29.07.2022 394 0 0 0 394 12 31.08.2022 394 0 0 0 394 13 30.09.2022 394 0 0 0 394 14 31.10.2022 394 0 0 0 394 15 30.11.2022 394 0 0 0 394 16 30.12.2022 392 0 0 0 392 Cəmi: 6302 0 0 0 6302

4. Bankqeydolunanödənişlərtamicraedildikdənsonrakreditrazılaşmasıüzrəhesablanmış və ödənilməmiş 1156.05 ABŞ Dolları faiz, 3347.48 ABŞ Dolları məbləğində cərimə olmaqla, cəmi 4503.53 ABŞ dolları borcu güzəşt etməyi öhdəsinə götürür.

5. Borclu sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 67.4 kv.m ümumi sahədən ibarət 44 nömrəli evin 1 nömrəli (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Babək küçəsi, 120, Ml, ml) mənzili girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödənilmək şərtilə), girov sənədlərin əslini və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.

6. Ödənişlərin ba sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərində icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 15503.53 ABŞ Dolları borcu, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait həmin vəsaitin Banka ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ Dollarının manata qarşı olan mübadilə məzənnəsinə əsasən mübadilə edilərək borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə tutulsun.

7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.

8. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

9. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

10. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

11. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

12. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. Məhkəməyə təqdim olunmuş barışıq sazişindən görünür ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək Mülki Məcəllənin 881-ci maddəsinin tələbləri qaydasında müvafiq saziş bağlamışlar. Həmin sazişlə tərəflər mübahisənin həlli qaydasını müəyyənləşdirərək bununla bağlı üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı və cavabdehlər ayrı-ayrılıqda məhkəməyə müraciət edərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətlə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə isə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh5 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə» iddia ərizəsi üzrə barışıq sazişi təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə:

1. Borclu Cavabdeh1 İddiaçı ASC-yə 07 avqust 2015-ci il tarixli kredit razılaşması üzrə 8955.51 ABŞ dolları əsas, 3200.54 ABŞ dolları faiz borcu, 3347.48 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 15503.53 ABŞ dolları məbləğində borcunun olmasını qəbul edir. Borclu 12.08.2021 -ci il tarixdə 4698 ABŞ dolları vəsaiti (2653.51 ABŞ dolları əsas borc, 2044.49 ABŞ dolları faiz borcu) kredit borcu üzrə ödəniş etmişdir.

2. Tərəflər arasında bağlanmış 07 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 67.4 kv.m ümumi sahədən ibarət 44 nömrəli evin 1 nömrəli (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Babək küçəsi, 120, Ml, ml) mənzilin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 57000 manat məbləğində müəyyən edilsin.

3. Borclu 6302 ABŞ Dolları əsas borc məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürür. Əsas Cərimə Aylıq cəmi Ödənişin Ödəniş Faiz ödənişi Gecikdirilmi borcdan ş borcundan ödəniş (ABŞ sayı günləri ödəniş (ABŞ ödəniş (ABŞ Dolları) faiz Dolları) (ABŞ Dolları) Dolları) 1 30.09.2021 394 0 0 0 394 2 29.10.2021 394 0 0 0 394 3 30.11.2021 394 0 0 0 394 4 30.12.2021 394 0 0 0 394 5 31.01.2022 394 0 0 0 394 6 28.02.2022 394 0 0 0 394 7 31.03.2022 394 0 0 0 394 8 29.04.2022 394 0 0 0 394 9 31.05.2022 394 0 0 0 394 10 30.06.2022 394 0 0 0 394 11 29.07.2022 394 0 0 0 394 12 31.08.2022 394 0 0 0 394 13 30.09.2022 394 0 0 0 394 14 31.10.2022 394 0 0 0 394 15 30.11.2022 394 0 0 0 394 16 30.12.2022 392 0 0 0 392 Cəmi: 6302 0 0 0 6302

4. Bankqeydolunanödənişlərtamicraedildikdənsonrakreditrazılaşmasıüzrəhesablanmış və ödənilməmiş 1156.05 ABŞ Dolları faiz, 3347.48 ABŞ Dolları məbləğində cərimə olmaqla, cəmi 4503.53 ABŞ dolları borcu güzəşt etməyi öhdəsinə götürür.

5. Borclu sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 67.4 kv.m ümumi sahədən ibarət 44 nömrəli evin 1 nömrəli (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Babək küçəsi, 120, Ml, ml) mənzili girovdan azad etməyi (dövlət rüsumu cavabdeh tərəfindən ödənilmək şərtilə), girov sənədlərin əslini və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür.

6. Ödənişlərin ba sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərində icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 15503.53 ABŞ Dolları borcu, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait həmin vəsaitin Banka ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ Dollarının manata qarşı olan mübadilə məzənnəsinə əsasən mübadilə edilərək borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə tutulsun.

7. Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.

8. Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

9. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

10. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

11. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

12. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. Mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilərlər.

Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar