Məhkəmə qərarları › İş №2(060)-5399/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5399/2025

18.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5399/2025 18.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Attestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli Qərarının və həmin qərar əsasında işdən çıxarılmağı və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *4 aprel 2*25-ci il tarixli 44 nömrəli Əmrin ləğv edilməsi, işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı *1.1*.2***-ci ildən *4.*4.2*25-ci ilə qədər Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə müəllimə vəzifəsində çalışmışdır. Bu müddətdə hər hansı bir intizam pozuntusuna yol verməmiş, intizam tənbehi almamış, əmək funksiyalarını vicdanla yerinə yetirmiş, gənc musiqiçilərin yetişdirilməsində bilik və bacarığını əsirgəməmişdir. Bu müddət ərzində nə şagirdlərinin, nə də onların valideynləri tərəfindən işi ilə bağlı hər hansı narazılıq olmayıb. Müxtəlif ixtisaslaşmış musiqi tədbirlərinə şagirdləri ilə birgə qatılmışdır. 14 mart 2*25-ci il tarixdə Bakı Xoreoqrafiya Məktəbində attestasiya komissiyası tərəfindən attestasiya imtahanında iştirak etməklə ixtisası üzrə ünvanlanan sualları cavablandırmışdır. Lakin imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiqə məruz qalmış, ixtisasına uyğun olmayan sahələrdən suallar verilmiş, nəticə barədə iddiaçıya məlumat verilmədən, sonradan attestasiya qərarı ilə "uyğunsuz" hesab edildiyi barədə informasiya resursunda məlumat yerləşdirilmişdir. Attestasiya prosesi qanun və qayda ilə təşkil olunmamış, veriləcək suallar əvvəlcədən işçilərə təqdim edilməmiş və onlardan cavablar tələb olunan sahələrlə bağlı suallar yazılı alınmadan və daha sonra iddiaçının ixtisasına uyğun olaraq şifahi suallar verilmiş və yekun olaraq 5 nəfər əleyhinə olmaqla barəsində attestasiya vərəqəsi yazaraq məktəbə göndərmişlər. Attestasiya komissiyasının üzvləri illər boyu tədris etdiyi mövzulardan kənara çıxaraq başqa sahələri əhatə edən mövzular üzrə suallar veriblər ki, bütün bunlar iddiaçıda çaşqınlıq və stress yaradıb. Verdiyi cavablara göstərilən aqressiv reaksiya və iddiaçının sahəsinə aidiyyəti olmayan suallar, doğru cavablandırdığı sualların düzgün olmayan cavab kimi qiymətləndirilməsi bu attestasiyanın müəllimin bilik və bacarığını yoxlamaq üçün deyil, işdən çıxarılma məqsədi güddüyü əminliyi yaradır. Nəticədə komissiya üzvləri tərəfindən iddiaçının bilik və bacarığı "uyğunsuz" kimi qiymətləndirilmiş və həmin attestasiya vərəqəsinə əsaslanan məktəb direktoru da cavabdehin *4 aprel 2*25-ci il tarixli 44 nömrəli Əmri ilə ƏM-in 7*-ci maddəsinin "c" bəndinə əsasən, tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. İddiaçının işdən çıxarılmağı barədə əmr də yalnız attestasiyanın nəticələrinə əsaslanaraq aparılıb və rəhbərlik iddiaçı üzrə illər həmin müəssisədə qüsursuz əməyinin, nizam-intizam qaydalarına əməl etməyinin və əmək öhdəsinin bacarıqla gəlməyini nəzərə almayıb və iddiaçı işdən azad etməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verib. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. İddiaçıya verilən sualların onun ixtisasına uyğun suallar olduğunu, ona mövzudan kənar sualların verilmədiyini bildirdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - MŞS/MT*3*/2*25-**715 saylı, *5.*5.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 6* manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - Cavabdeh 44 saylı, *4.*4.2*25-ci il tarixli əmrindən görünür ki, həmin məktəbin fortepiano müəllimi İddiaçı *4 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Buna əsas kimi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli qərarı və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı göstərilmişdir. - Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasında dair 14.*3.2*25-ci il tarixli, 3 saylı protokoldan görünür ki, Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimləri - Sevil Mahmudova, Günel Hüseynova, Ülviyyə Cəbiyeva, Sona Hüseynova, Sabina Yusubova, Vüsalə Şahməmmədova və Nailə Məmmədova tutduqları vəzifələrə uyğun hesab edilməsi, Şura Hümbətəliyeva, Sevinc Mehdiyeva, Suqra Hüseynova, Mətanət Məmmədova, Şirinbacı Muradova və İddiaçı tutduqları vəzifələrə uyğun olmayan hesab edilməsi qərara alınmışdır. - İddiaçı attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: 1. İfa etdiyi əsəri təhlil edin – G dur forması allegro səhvdir. Hansı şöbələr var? – 4 xanə bir cümlə - düzgün cavablandırmadı. Repriz sonatanın hansı hissəsini təkrarlayır?-cavablamadı, 2. Rondo forması musiqidə nədir?- cavablandırmadı,

3. Hansı etüdləri bilirsiniz? Çerni, Brams (səhv cavablandırdı), Etüd nə üçündür? Texnikanın inkişafı üçün, 4. Romantizm dövründən kimi tanıyırsınız?- cavablandırmadı, siz hansı Avropa bəstəkarlarını tanıyırsınız?- Kabalevski, hansı əsərləri f-no üçün yazıb?cavablandırmadı, Raxmaninov f-no üçün nə yazıb?- cavablandırmadı, Raxmaninovun tam adı necə gedir?- cavablamadı. Attestasiya komissiyası üzvlərinin rəy və təklifləri – ifaçılıq (orta), üzdən oxu (orta), qamma ifa edə bilmədi, nəzəri suallar – sıfıra bərabər idi, ifa etdiyi əsəri təhlil edə bilmədi. Komissiyadakı səsvermənin nəticələrinə görə İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir. Lehinə - 1, əleyhinə - 4 səs verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə görə işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin maddəsinin 5-ci bəndinə görə attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Həmin maddənin 6-cı bəndində göstərilmişdir ki, attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə görə attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin maddənin 5-ci bəndinə görə işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Həmin maddənin 6-cl bəndinə görə attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli «İşçilərin atestasiyasının keçirilməsi» Qaydalarının 2.4-cü bəndində göstərilmişdir ki, atestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. İşdən görünür ki, İddiaçı ümumi əmək stajı 37 il 2 ay təşkil edir. 14.*3.2*25-ci il tarixdə Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiyası keçirilmişdir. Nəticələrə dair komissiya üzvləri iclas keçirmiş və bəzi müəllimələr, o cümlədən İddiaçı vəzifəyə uyğun olmayan hesab edilmişdir. Bu qərardan sonra isə məktəbin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 44 saylı, *4.*4.2*25-ci il tarixli əmr imzalamışdır. Hazırda İddiaçı Cavabdeh onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair 44 saylı, *4.*4.2*25-ci il tarixli əmrin ləğv edilməsi, onun öz işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia edir ki, atestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan, başqa sahələri əhatə edən mövzular üzrə suallar vermiş, imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiqə məruz qalmış, ixtisasına uyğun olmayan sahələrdən suallar verilmiş, nəticə barədə iddiaçıya məlumat verilmədən, sonradan attestasiya qərarı ilə "uyğunsuz" hesab edildiyi barədə informasiya resursunda məlumat yerləşdirilmişdir. İş materialarında olan İddiaçı attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: 1. İfa etdiyi əsəri təhlil edin – G dur forması allegro səhvdir. Hansı şöbələr var? – 4 xanə bir cümlə - düzgün cavablandırmadı. Repriz sonatanın hansı hissəsini təkrarlayır?-cavablamadı, 2. Rondo forması musiqidə nədir?cavablandırmadı, 3. Hansı etüdləri bilirsiniz? Çerni, Brams (səhv cavablandırdı), Etüd nə üçündür? Texnikanın inkişafı üçün, 4. Romantizm dövründən kimi tanıyırsınız?cavablandırmadı, siz hansı Avropa bəstəkarlarını tanıyırsınız?- Kabalevski, hansı əsərləri f-no üçün yazıb?- cavablandırmadı, Raxmaninov f-no üçün nə yazıb?- cavablandırmadı, Raxmaninovun tam adı necə gedir?- cavablamadı. Attestasiya komissiyası üzvlərinin rəy və təklifləri – ifaçılıq (orta), üzdən oxu (orta), qamma ifa edə bilmədi, nəzəri suallar – sıfıra bərabər idi, ifa etdiyi əsəri təhlil edə bilmədi. Komissiyadakı səsvermənin nəticələrinə görə İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir. Lehinə - 1, əleyhinə - 4 səs verilmişdir. İddiaçının attestasiyanın keçirilməsində qanunsuzluq edilməsi barədə dəlilini araşdırmaq məqsədilə imtahanın videoyazısı (disk formasında) müvafiq qurumdan tələb edilmiş və məhkəmə iclasında araşdırılmışdır. Məhkəmə iclasında iddiaçının imtahanla bağlı qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Əksinə, videoçəkilişdən iddiaçının attestasiya vərəqəsində göstərilən halların mövcudluğu müəyyən olunur. Attestasiya prosesində iddiaçıya qarşı qərəzli davranılması barədə iddiaçının dəlilləri iş materialları ilə təkzib olunur. Məhkəmə iclasında iddiaçı bildirdi ki, attestasiya zamanı komissiya üzvlərinin ona verdiyi sualara olduqca həyəcan keçirdiyindən cavab verə bilməmişdir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə görə attestasiya nəticəsində vəzifəyə uyğun hesab edilməyən iddiaçı ilə əmək müqaviləsinə xitam verilib-verilməməsi işəgötürənin səlahiyyətinə aiddir. Hazırki halda, Cavabdeh rəhbərliyinin Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli qərarına istinad edərək iddiaçının işdən azad edilməsi barədə əmri əmək qanunvericiliyinin tələblərinə zidd deyildir. İş materiallarında iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş kateqoriyadan olan şəxslər dairəsinə aid olması görünmür. Belə olan halda isə məhkəmə hesab edir ki, onun ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. İşdən azad olunma barədə əmr ləğv olunmadığından, işə bərpa edilmə və məcburi işburaxmağa görə əmək haqqının tələb edilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar