Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5400/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin qardaşı X10 xx.xx.1965-ci ildə Ağdərə rayonu, Manikli kəndində doğulması, X7, anası isə X4masına dair doğumun qeyd edilmə faktının müəyyən olunması dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin xahiş edirəm hissəsində doğumun qeyd edilmə faktının müəyyən olunması sözləri, doğum akt qeydinin bərpa edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1959-cu ildə Ağdam rayonu, Papravand kəndində doğulmuşdur. X7, anası isə X2. Ərizəçi bildirir ki, hər iki valideyni vəfat edib. X14 ərizəçinin qardaşıdır. O, xx.xx.1965-ci ildə Ağdərə rayonu, Manikli kəndində anadan olmuşdur. xx.xx.2020-ci ildə isə qardaşı vəfat etmişdir. Bildirim ki, qardaşına məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Doğum haqqında şəhadətnamənin surəti qalıb. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyil. Doğum haqqında şəhadətnamənin olmaması ərizəçiyə bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Maraqlı şəxs cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin Maraqlı şəxsndən cavabdehə izah olunmuşdur ki, doğumun qeyd edilmə faktının müəyyən olunması üçün məhkəməyə müraciət edir. Məhkəmədə ərizəçi məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, X14 onun qardaşdır. Qardaşı 1965-ci ildə doğulmuş, 2020-ci ildə ölmüşdür. O, Ağdam rayonu, Papravənd kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, X14 onun oğlunun kirvəsidir. O, 56 yaşında ölmüşdür. X20 rayonu, Papravənd kəndində doğulmuşdur. Atasının adı Baxış, qardaışının adı Hafiz, bacısının adı isə Aidədir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X5 Faiq Baxış oğlunun qardaşıdır. Onların X7, anaları isə X3. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, № 3-16-5/8-Ə-26xx/xx/2024 nömrəli məktubundan görünür ki, müraciətə əsasən Maraqlı şəxs arxivində saxlanılan ilkin və doğum bərpa akt qeyidləri eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ərizəçiyə izah edilmişdir ki, doğum faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquq vardır. - Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X14 oğlu xx.xx.2020-ci il tarixində Covid-19 virusundan ölmüşdür. - Doğum haqqındakı şəhadətnamənin sürətindən görünür ki, X15 xx.xx.1963–cü ildə Ağdərə rayonu, Manikli kəndində anadan olmuşdur. X7, anası X2. - Doğum haqqındakı şəhadətnamənin sürətindən görünür ki, X14 xx.xx.1965–cü ildə Ağdərə rayonu, Manikli kəndində anadan olmuşdur. X7, anası X2. - Doğum haqqındakı şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi xx.xx.1959–cü ildə Ağdərə rayonu, Papravənd kəndində anadan olmuşdur. X7, anası X2. - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1965–cü ildə Ağdərə rayonu, Manikli kəndində anadan olmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi həyat yoldaşının doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, X10 doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1965-ci il tarixdə Ağdərə rayonu, Manikli kəndində, ata adı qrafasında X12, ana adı qrafasında isə X8 qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X10 xx.xx.1965-ci il tarixdə Ağdərə rayonu, Manikli kəndində doğum faktı müəyyən edilsin. Doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə X1, adı və atasının adı “X14”, doğum tarixi “xx.xx.1965-ci il”, doğulduğu yer “Ağdərə rayonu, Manikli kəndi”, ata qrafasında “X12”, ana qrafasında “X8” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5400/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5400/2024
24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver