Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5414/2020 16.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi Şuşa şəhər qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə «doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair» ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi Şuşa şəhər qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə «doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair» ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərəərizəçinin olduğu yerdə baxılır. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri – Azərbaycan Respublikası vətəndaşı barədə – yalnız Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Ərizəyə əlavə edilmiş ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin yaşayış yeri Xocalı rayonu, Cəmilli kəndidir. Göründüyü kimi ərizəçi tərəfindən ərizə aidiyyət qaydaları pozulmaqla Sumqayıt Şəhər Məhkəməsinə verilmişdir. Eləcə də iddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhəri 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş arayışda iddiaçının Sumqayıt şəhəri, “Asfaltzavod” və “Körpü” üzrə məhəllə komitəsi ərazisində məskunlaşdığı göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həmin ərazidə məskunlaşması barədə olan qeyd onun məcburi köçkün ailəsi olaraq həmin ünvanda məskunlaşması anlamına gəlməyə əsas vermir. Belə ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təmin edilir və həmin qurumun verdiyi arayışda göstərilməlidir. Səlahiyyətli qurum tərəfindən verilmiş belə bir arayış iddia ərizəsinə əlavə edilməmişdir. Poçt ünvanı barədə, o cümlədən rəsmi qeydə alındğı yer barədə yetərli məlumatın iddia ərizəsində və əlavə edilmiş sənədlərdə öz əksini tapması məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün zəruridir. Hesab edirəm ki, qeyd olunanlar iddiaçı tərəfindən aidiyyət qaydalarının pozulması kimi qiymətləndirilməlidir. MPM-nin 152.1.3 maddəsinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən bu nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizəçi Şuşa şəhər qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə «doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair» ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5414/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5414/2020
16.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver