Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5425/2021 13.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh, Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh və Maraqlı şəxsnə qarşı mənzildən məcburi çıxarılma tələbinə dair mülki işə 13 iyul 2021-ci il tarixdə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 3 saylı tam orta məktəbin ümumi sahəsi 16 m2 olan 1 otaqlı mənzildən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Zəngilan rayonunun Ağalı kəndindən məcburi köçkündür. X1 X2 ilə 2000-ci ildə qeyri-rəsmi nikaha girmişlər. Atası Zəngilan rayonundan olan məcburi köçkün kimi Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 3 saylı tam orta məktəbin idman zalının zirzəmisində məskunlaşmışdır. Atası mənzilin darısqallığına görə vaxtı ilə dəhlizin bir hissəsini fanerlərlə kəsərək yaşayış otağına çevirmişdir. Anası ilə qeyri-rəsmi nikaha girən tarixdən (2000-ci ildən) birgə sözügedən ünvanda yaşamışlar. Qeyri-rəsmi nikahlarından xx xxx 2003-cü ildə o yəni, İddiaçı və 31 iyul 2005-ci ildə X6 anadan olmuşdur. X2 13 avqust 2016-cı ildə “ağciyər-ürək çatışmazlığı" xəstəliyindən vəfat etmişdir. Mərhum atasının vəfatına səbəb spirtli içkilərin həddən ziyadə dərəcədə alüdəçisi olmasıdır. Mərhum atasının vəfatından sonra nənəsı, hazırki iddia tələbi üzrə Cavabdeh anasını və onları birlikdə yaşadığı, ümumi sahəsi 16 m2 olan 1 otaqlı mənzilə buraxmır. Dəfələrlə həmin mənzilə buraxılmamalarına görə aralarında mübahisələr baş vermişdir. Məsələ ilə əlaqədar Maraqlı şəxsnə, ərazi İcra nümayəndəliyinə anası müraciət etmişdir. Lakin cavabdeh heç bir əsas olmadan 5 ildən artıqdır ki, yaşadıqları mənzilə anası və onları buraxmamış, hal-hazırda yaşadıqları mənzildən anbar kimi istifadə edir. Cavabdehin həmin ünvanda 3 otaqdan ibarət ayrıca yaşayış sahəsi vardır. Hal-hazırda darısqal, heç bir şəraiti olmayan 24 m2-lik mənzildə 3 nəfərlik ailə üzvü ilə birlikdə yaşayırlar. Eyni otaqda o, anası və bacısı yaşayır. Bu da mənzil qanunvericiliyinə ziddir. Cavabdehin günahı üzündən 2016cı ildən istifadələrində olan 1 otaqlı mənzildən məcburən çıxarılmışlar. Hesab edir ki, cavabdehin istifadəsində olmuş, ümumi sahəsi 16 m2 olan 1 otaqlı mənzildən məcburi çıxarılması barədə qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırda yaşadıqları mənzil çox balacadır. Orada yaşamaq mümkün deyil. Cavabdeh isə mübahisəli mənzildən onların istifadəsinə imkan vermir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisəli mənzil dövlət fondundadır. Onlara məxsus deyil. Həm o, həm də mərhum oğlu Zəngilan rayonundan məcburi köçkündürlər. Hazırki iş üzrə İddiaçı onun nəvəsidir. Oğlunun ölməsinə keçmiş gəlini Nəzakət səbəb olmuşdur. Sözügedən otaq onun istifadəsində deyil. Orada yalnız əşyaları var. Əgər nəvəsi məhkəməyə iddia vermədən gəlib ondan xahiş etsə idi, otağı onlara verərdi. Lakin nəvəsi öz nənəsini məhkəməyə verdiyi üçün qətiyyən iddia tələbini qəbul etmir. O ev onun deyil. Dövlət icazə verən kimi gedib Zəngilan rayonunda məskunlaşacaqdır. Cavabdeh qeyd etdiklərinə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X8 bildirdi ki, Maraqlı şəxs nümayəndəsi kimi mübahisəli ünvanda olmuşlar. Tərəfləri barışığa dəvət etsələr də heç bir xeyri olmamışdır. Hazırda işğal altında olan rayonların azad olunması ilə əlaqədar məcburi köçkünlərin evlə təmin olunması məsələsi dayandırılmışdır. Bu səbəbdən nümayəndə mübahisənin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 02.06.2021-ci il tarixli 80 saylı, 03.06.2021-ci il tarixli 539 saylı arayışlara və AA seriyalı 436794 saylı məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı Zəngilan rayonunun məcburi köçkündür və ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 3 saylı tam orta məktəbin binasında məskunlaşmışdır. İş materiallarında olan 04.03.2021-ci il tarixli 6 saylı MKİS-in sahə ustası M.Əsgərova, qonşu A.Musayev, qonşu S.Ağayeva, Ü.Əhmədova tərəfindən tərtib olunmuş akta əsasən X5 ailə qurandan Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 3 saylı tam orta məktəbin idman zalının zirzəmisində 16 m2-lik 1 otaqlı mənzildə ailəsi ilə birlikdə yaşayıb. 2016-cı ildə X3 həyat yoldaşı X7 dünyasını dəyişdikdən sonra anası tərəfindən bu mənzil bağlanmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 028513 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2003-cü il təvəllüdlü İddiaçı atasıdır. İşdə olan AZ-İ seriyalı 812072 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 13.08.2016-cı il tarixdə ölmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdırıb və toplanmış bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X13 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, cavabdehin Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 3 saylı tam orta məktəbin ümumi sahəsi 16 m2 olan 1 otaqlı mənzildən çıxarılması barədə hazırki iddianı qaldıran İddiaçı mənzilin mülkiyyətçisi və ya hər hansı əsasla qanuni sahibi deyil. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh məcburi köçkün kimi mənzildən istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh və Maraqlı şəxsnə qarşı mənzildən məcburi çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5425/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5425/2021
13.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver