Məhkəmə qərarları › İş №2(060)-5459/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5459/2025

02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5459/2025 02.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisi olmaqla (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X30 və X19 olmaqla) qohumluq faktının müəyyən edilməsi tələbinə dair (açar sözlər: qohumluq faktının müəyyən edilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X34 oğlunun iştirakları ilə Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisi olmaqla (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X30 və X19 olmaqla) qohumluq faktının müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) Tələb

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əmisi X20 ilə qohumluq münasibətlərinin olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İşə məhkəmədə baxılarkən X30 və X19 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.

3. Ərizə onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, məhəllə 18, ev 244-də qeydiyyatdadır və həmin evdə yaşayır. Valideynləri rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, nikahları Abşeron rayon qeydiyyat şöbəsində xx.xx.1956-cı il tarixdə 15 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin evi tikmiş, evdə qeydiyyatda olmuş və vəfat edən günə kimi bu evdə yaşamış atası Mirzəbaba Asəf oğlu xx.xx.2003, anası X21 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Ailə üzvlərinin yaşadığı evin yerləşdiyi torpaq sahəsi xx.xx.1939-cu il təvəllüdlü əmisi X8 adınadır. O da onlarla yaşamışdır. Həmin torpaq sahəsi Sumqayıt Sintetik kauçuk zavodunun E2 sexində aparatçı vəzifəsində işləyərkən Sumqayıt Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli, 32 saylı protokolu ilə ona verilmişdir. Həmin vaxt əmisi subay, atası isə evli olmuşdur. X37 məsləhəti ilə əmisi bu torpaq sahəsini atasının onun üzərində fərdi yaşayış evi tikməsi məqsədilə almışdır. Sumqayıt Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli, 32 saylı protokolun çıxarışından görünür ki, yaşadığı Sumqayıt şəhəri,Təzə Kotec qəsəbəsi, məhəllə 18, 244 nömrəli evin yerləşdiyi torpaq sahəsi Sumqayıt Sintetik kauçuk zavodunun E2 sexinin aparatçısı işləyən əmisi X11 ayrılmış və üzərində tikilmiş fərdi yaşayış evinin 1987-ci ildə tərtib olunmuş texniki pasportunda onun adı göstərilmişdir. Həmin sənədlər rus dilində tərtib olunmuş, onun soyadı adı, adı və atasının adı kiril əlifbası ilə “Джафаров Шахмирза Мирасаф оглы” yazılmışdır. xx.xx.1939-cu il təvəllüdlü əmisi Şahmirzə Cəfərov ailə qurmamış, övladı yoxdur. xx.xx.1990-cı il tarixdə vəfat etmiş və Abşeron rayonu Saray kənd qəbirstanlığında dəfn edilmişdir. X53 Asəf Seyidisa 1892-ci ildə Abşeron rayonunun Pirəküşkül kəndində anadan olmuş, həmin kənddə yaşamış, 1950-ci illərin əvvəllərində Sumqayıt şəhərinə köçmüşdür. Təzə kotec qəsəbəsində torpaq sahəsi alıb fərdi yaşayış evi tikmişdir. Həmin ev hal hazırda mərhum əmisi Seyidmirzə Asəf oğlunun adınadır, orada onun ailə üzvləri yaşayır. Onun bütün uşaqları Abşeron rayonunun Pirəkəşkül kəndində anadan olmuşdur. Qızlarını köçürmüş, onların və oğullarının Sumqayıt şəhərində müxtəlif ünvanlarda yaşayış evləri vardır. Sumqayıt şəhər MKTİB-nin fərdi sektor üzrə mühəndisi R.K.Məhərrəmovun xx.xx.2025-ci il taixli 183 nömrəli ətraflı arayışından göründüyü kimi, X7 onunla yaşamış ailə üzvləri aşağıda göstərilənlərdir: 1.Tutuxanım Mirseyid qızımərhumun arvadı 1906-cı il təvəllüdlü, vəfat edib; xx.xx.1983-cü il 2.Mirzəbaba Asəf oğlumərhumun oğlu, 1929-cu il təvəllüdlü, vəfat edib; xx.xx.2003-cü ildə 3.X30- mərhumun qızı, 1930-cu il təvəllüdlü; 4.Seyidmirzə Asəf oğlu-mərhumun oğlu, xx.xx.1931-ci il təvəllüdlü, vəfat edib xx.xx.2024-cü ildə; 5.X27-mərhumun qızı-1932-ci ildə anadan olmuş, vəfat edib; 6.X28, mərhumun oğlu, 1937-ci il təvəllüdlü, vəfat edib xx.xx.2021-ci ildə 7. X20, mərhumun oğlu, 1939-cu il təvəllüdlü, vəfat edib xx.xx.1990-cı ildə; 8.X19 mərhumun oğlu, xx.xx.1946-cı il təvəllüdlü. Sumqayıt şəhər MKTİB-nin fərdi sektor üzrə mühəndisi R.K.Məhərrəmovun xx.xx.2025-ci il tarixli, 204 nömrəli arayışdan görünür ki, Ərizəçi əmisi X8 adına olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi 18-ci məhəllə, 18/ 244 saylı torpaq sahəsində tikilmiş fərdi yaşayış evində onun atası Mirzəbaba Asəf oğlu öz ailəsi birlikdə yaşamış və təsərrüfatı idarə etmişdir. Mirzəbaba Asəf oğlu vəfat etdikdən sonra orada onun qızı Ərizəçi yaşayıb, hal-hazırda da yaşayır və təsərrüfatı idarə edir. 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinin ərizəsinə cavabından görünür ki, atalarının və əmisinin doğum haqqmda şəhadətnamələri olmaması səbəbindən onun vərəsə olub-olmadığını müəyyən etmək mümkün deyildir. Mərhum atası və əmisi X8 doğum haqqında şəhadətnaməsi ailə üzvlərində saxlanılmadığına görə vərəsəlik hüquqlarını həyata keçirə bilmir. Bu məqsədlə atasının doğumunun qeyd edilməsi barədə aktın surətinin ona göndərilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli, 3- 48-DA/2-A-62-6-149/2024 nömrəli cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası Ədliyyə Nairliyi yanınnda notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1929-1931-ci illərə dair Bakı şəhəri Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 09 aprel 1931-ci ildə doğulan İsayev Mirzə (sənəddə olduğu kimi) M.Asəf (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atası İsayev M.Asəf (sənəddə olduğu kimi) İsa oğlu, anası Tut (sənəddə olduğu kimi) Mirzayd (sənəddə olduğu kimi) Ziy (sənəddə olduğu kimi) qızı İsayev M.Asəf (sənəddə olduğu kimi) İsa oğlu və Tut (sənəddə olduğu kimi) Mirzayd (sənəddə olduğu kimi) Ziy (sənəddə olduğu kimi) qızı. Göründüyü kimi Azərbaycan Respublikasının Dövlət Arxivində qorunan doğum haqqında qeydiyyat kitabında 1931-ci il təvəllüdlü əmisi Seyidmirzə Asəf oğlunun doğum aktı qeyd olunmuş, atası Mirzəbaba Asəf oğlunun doğumu qeydə alınmamışdır. Abşeron rayon Dövlət Arxivi vəkil sorğusuna xx.xx.2025-ci il tarixli məktubunda bildirir ki, arxivdə mövcud olan Pirəkəşkül doğum aktlarında 1939-cu il təvəllüdlü X9 doğumu qeydə alınmış, aktın surəti məktuba əlavə edilərək vəkil bürosuna göndərilmişdir. Doğum barədə məlumat verən şəxs kimi onun atası Cəfərov Asəf göstərilmişdir. Məktubda əmisinin soyadı “Cəfərov” adı “Şahmirzə” göstərilsə də, doğum akt qeydində onun soyadı “İsayev” adı “Şixmirzə” olduğu qeyd edilmişdir. Bütün qohumlar onu Şaxmirzə kimi tanımışlar. Onun baş daşında adı düzgün olaraq Şaxmirzə yazılmışdır. Ona torpaq sahəsinin ayrılması haqqında protokoldan çıxarışda və MKTİB-nin fərdi sektorunda saxlanılan kitablarda əmisinin soyadı İsayev, adı Şıxmirzə deyil, X3 göstərilməsi sonradan şəxsiyyətini müəyyən edən sənədlərdə (sovet pasprtunda) dəyişiklik edilərək X20 yazılması nəticəsinə gəlir. Sumqayıt şəhər Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etsə də, məxfi, fərdi məlumatlar olduğuna görə əmisinin X1 pasportunun surətini ona verilməmişdir. Bildirir ki, əmilərinin bəzisinin sənədlərdə babalarının adı ilə soyadı İsayev, bəziləri isə atalarının soyadı ilə Cəfərov yazılmışdır. X5 1931-ci il təvəllüdlü əmisi Seyidmirzə Asəf oğlu da özünə soyad götürməmişdir. Onun da nikaha qədərki soyadı “İsayeva” olmuşdur. Göründüyü əmisinin X8 doğumu akt qeydiyyatı kitablarında qeydə alınsa da, X29nun doğumu qeydə alınmamışdır. Əmisi ilə qohumluq münasibətləri sənədlərlə təsdiq olunmadığına görə (atasının doğumu qeydə alınmadığına görə) əmisinin vərəsəsi (əmisi ilə atasınınn doğma qardaş olması) hesab edilə bilmir. Bu səbəbdən quhumluq münasibətlərinin müəyyən olunması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bu faktın müəyyən olunması nəticəsində vərəsəlik şəhadətnaməsi aldıqdan sonra yaşadıqları evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi ola bilər, yəni bu faktın təsdiq olunması ona vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımdır. Öncə bildirdiyi kimi yaşadıqları evin yerləşdiyi torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada əmisi X11 verilmişdir. Torpaq İslahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən həmin torpaq sahəsini onun vərəsəsi tərəfindən xüsusi mülkiyyətə keçirilməsi mümkündür. Həmin maddədə göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Ona görə əmisi ilə qohumluq münasibətlərində olmaları faktının müəyyən olunması nəticəsində əmisinin adına olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları əldə edə bildiyi üçün həmin faktın müəyyən edilməsi onun üçün hüquqi əhəmiyyət kəsb edir. Mərhum əmisi X8 xx.xx.1990cı il tarixdə vəfat etməsi, Saray qəsəbə qəbirstanlığında dəfn olması Abşeron rayon Saray Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışı ilə təsdiq olunur. Atası da Saray qəsəbə qəbiristanlığında əmisi X4 yanında dəfn olunmuşdur. Ərizəyə əlavə etdiyi iki ədəd fotoşəkil bu halı təsdiq edir. Əmisi vəfat etsə də, ölümü qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmadığına görə Sumqayıt şhər qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli məktubu ilə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir.

b) tələbə etiraz

4. Tələbə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

5. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, məhəllə 18 ünvanında yerləşən 244 saylı evdə doğulmuş, orada yaşamış və 9 nömrəli məktəbdə oxumuşdur. Ev atasına məxsus olmuşdur. Mərhum onun əmisidir. Ərizəçi qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, torpaq sahəsi X8 adınadır. Ərizəçi torpağı özəlləşdirmək istəyir. Lakin əvvəlcə mərhumla qohum olması müəyyən olunmalıdır ki, daha sonra həmin şəxsin ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olsun. Məhkəməyə təqdim edilmiş sənədlər bu halı bir daha təsdiq edir. Evin bütün kommunalları ərizəçinin adınadır və onun tərəfindən ödənir. Qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli süməyən üçüncü şəxs X19 bildirdi ki, sözügedən evi mərhum atası tikmişdir. Belə ki, atası kənddə olan evlərini satmış və həmin evi tikmişdir. Ev Şıxmirzənin adına olmuşdur. Mirzəbaba həbsdə olmuş, Şıxmirzə isə Almatıya çıxıb getmiş, orada vəfat etmişdir. Mərhumun meyitini o Almatıdan gətirmiş, dəfn etdirmişdir. Şıxmirzənin əmlakını həmişə o idarə etmişdir. O evdə onun haqqı var. Ərizəçinin atasının isə ayrıca evi olmuşdur. Nümayəndə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, ərizəçi onun qardaşı Mirzəbabanın qızıdır.

8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 məhkəmə iclasına gəlməmiş, lakin maraqlı şəxs xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olamadan baxılmasını xahiş etmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə məhkəməyə gəlməməsininn səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

9. 1939-cu il tarixli, 62 nömrəli akt qeydindən görünür ki, X22 xx.xx.1939-cu ildə doğulmuşdur. X17, anası X2r.

10. Məhkəmə sorğusu əsasında verilmiş 1939-cu il tarixli SSRİ nümunəli pasportun surətindən görünür ki, X23 1939-cu ildə doğulmuşdur. X17, anası Tutuxanım Mirseyid qızıdır.

11. Sumqayıt Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli, 32 saylı protokoldan çıxarışın surətindən görünür ki, 18-ci məhəllədə yerləşən 244 nömrəli evin yerləşdiyi torpaq sahəsi Sumqayıt Sintetik kauçuk zavodunun E2 sexinin aparatçısı işləyən X12 ayrılmışdır.

12. AZ-T seriyalı, 257093 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İsayeva Sənubər Mirzəbaba qızı xx.xx.1962-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası XXX Mirzəbaba Asəf oğlu, anası X13r.

13. AZ-İİ seriyalı, 318450 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.1985-ci ildə vəfat etmişdir.

14. 1987-ci il tarixli texniki pasportun surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 18 ünvanında yerləşən 244 nömrəli ev X9 adına qeydə alınmışdır.

15. AZ-İV seriyalı, ЖГ nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X32 və İsayeva Sənubər Mirzəbaba qızı arasında bağlanmış nikah xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhər nikah evində 612 saylı akt qeydilə rəsmiləşdirilmişdir.

16. AZ-İ seriyalı, 056003 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Mirzəbaba Asəf oğlu xx.xx.2003-cü ildə vəfat etmişdir.

17. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1929-1931-ci illərə dair Bakı şəhəri Abşeron rayonu Pirəkəşkül qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 09 aprel 1931-ci ildə doğulan İsayev Mirzə (sənəddə olduğu kimi) M.Asəf (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atası: İsayev M.Asəf (sənəddə olduğu kimi) İsa oğlu Anası: Tut (sənəddə olduğu kimi) Mirzayd (sənəddə olduğu kimi) Ziy (sənəddə olduğu kimi) qızı.

18. Sumqayıt ŞİH KTİB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 74 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 4 ünvanında yaşayır. Ev sahibi X20 vəfat edib. Ərizəçi ev sahibinin qardaşı qızı, X24 ev sahibinin qardaşı nəvəsidir. X25 qeyd edilən ünvana aidiyyəti yoxdur.

19. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, Ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır.

20. Sumqayıt ŞİH KTİB tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 183 nömrəli ətraflı arayışdan görünür ki, 1892-ci il təvəllüdlü, xx.xx.1970-ci ildə vəfat etmiş, X7 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 11, 92 nömrəli fərdi evdə yaşamış ailə üzvləri aşağıdalardır. 1. Tutuxanım Mirseyid qızı-mərhumun arvadı 1906-cı il təvəllüdlü, vəfat edib xx.xx.1983-cü il; 2. Mirzəbaba Asəf oğlu-mərhumun oğlu, 1929-cu il təvəllüdlü, vəfat edib xx.xx.2003-cü ildə; 3. X30- mərhumun qızı, 1930-cu il təvəllüdlü; 4. Seyidmirzə Asəf oğlu-mərhumun oğlu, xx.xx.1931-ci il təvəllüdlü, vəfat edib xx.xx.2024-cü ildə; 5. X27mərhumun qızı-1932-ci ildə anadan olmuş, vəfat edib; 6. X28, mərhumun oğlu, 1937-ci il təvəllüdlü, vəfat edib xx.xx.2021-ci ildə; 7. X20, mərhumun oğlu, 1939-cu il təvəllüdlü, vəfat edib xx.xx.1990-cı ildə; 8. X19 mərhumun oğlu, xx.xx.1946-cı il təvəllüdlü. Mərhumun yaşadığı fərdi yaşayış evi, məhəllə 11, 92 nömrəli fərdi ev mərhumun oğlu Seyidmirzə Asəf oğlunun adınadır və orada hal-hazırda onun ailə üzvləri yaşayır.

21. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1929, 1930 və 1946-cı illərə dair Pirəkəşkül doğum aktları saxlanması və mühafizəsi üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyindən vətəndaşlar Mirzəbaba Asəf oğlunun, X15 və X10 adlarının araşdırılması mümkün olmamışdır. Bundan əlavə arxivdə mövcud olan 1933-cü il tarixli X16 və 1936-cı il tarixli X14 adları aşkar edilməmişdir.

22. Sumqayıt ŞİH KTİB tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 204 nömrəli arayışdan görünür ki, Ərizəçi əmisi X8 adına olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi 18-ci məhəllə, 18/ 244 saylı torpaq sahəsində tikilmiş fərdi yaşayış evində onun atası Mirzəbaba Asəf oğlu öz ailəsi birlikdə yaşamış və təsərrüfatı idarə etmişdir. Mirzəbaba Asəf oğlu vəfat etdikdən sonra orada onun qızı Ərizəçi yaşayıb, hal-hazırda da yaşayır və təsərrüfatı idarə edir.

23. 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinin Ərizəçi ünvanladığı 28 iyul 2025-ci il tarixli, 1996 nömrəli məktubundan görünür ki, təqdim edilmiş sənədlər natamam olduğundan, yəni mirasqoyanla qohumluq əlaqələrinin müəyyən edilməsi üçün onun atasının və əmisinin doğum haqqında şadətnamələrinin olmaması səbəbindən vərəsə olub-olmadığını müəyyən etmək mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq, müvafiq sənədlərin təqdim edilməsindən sonra vərəsəlik işinin açılması məsələsinə baxılacaqdır.

24. Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 05/126 nömrəli arayışından görünür ki, Ərizəçi əmisi X20 xx.xx.1990-cı ildə vəfat etmiş və Abşeron rayon Saray qəsəbəsi qəbirstanlığında dəfn olunmuşdur. Bu arayış mərhumun dəfnində iştirak etmiş şəxslər tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib ediımiş akta əsasən verilir.

25. Sumqayıt şəhər qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194- cü maddəsinə əsasən olümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən Olüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizənizin təmin edilməsi mümkün deyil.

26. Məhkəmə sorğusu əsasında verilmiş Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1929-cu ilə dair Abşeron rayonu Pirəkəşkül qəsəbəsi üzrə qismən qəbul olunmuş (oktyabr-dekabr) doğum haqqında qeydiyyat kitablarında Mirzəbaba Asəf oğlunun təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda bildirilmişdir ki, 1929-cu il yanvar-sentyabr ayları üzrə doğum haqqında qeydiyyat kitabları arxivə qəbul olunmamışdır.

27. Məhkəmə sorğusu əsasında verilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qobustan Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qobustan rayon X42 Rayon Pirəşkül kəndinin sənədləri saxlanılmır.

b) tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

29. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı: “2. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.2. Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 2.3. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır”.

c) məhkəmə baxışının hədləri

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

31. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, tələb əsaslı deyildir.

32. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

34. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

35. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

36. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

37. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

38. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, məhəllə 18 ünvanında yerləşən 244 nömrəli evin yerləşdiyi torpaq sahəsi X12 ayrılmışdır. Ərizəçi torpağın mülkiyyətçinin onun əmisi olduğunu, torpaq sahəsində yerləşən fərdi yaşayış evinin atası XXX Mirzəbaba Asəf oğluna məxsus olduğunu və atasının ölümündən sonra miras əmlakı idarə etdiyini əsas gətirərək, vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına müraciət etmiş, lakin atasına məxsus doğum haqqında şəhadətnamə mövcud olmadığından, mülkiyyətçi ilə də qohumluğunu müəyyən etmək mümkün olmamış, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

39. Ərizəçi məhkəməyə müraciət etmiş, öz atasının – Mirzəbaba Asəf oğlunun vəfat etmiş X22 ilə doğma qardaş olduğunu sübut etmə yükü daşımışdır. Bu isə həmin şəxslərin eyni valideynlərdən (X18 və X6) doğulduğunu tələb edir.

40. İşin məhkəmə araşdırılması zamanı ərizəçinin vəsatəti ilə müxtəlif orqanlara sorğular verilmiş, lakin ərizəçinin atası XXX Mirzəbaba Asəf oğlunun doğum akt qeydi aşkar edilməmişdir. Hazırda ərizəçinin atasının doğum haqqında akt qeydi aşkar edilmədiyindən onun X22 ilə qohum olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Ərizəçi tərəfindən təqdim edilən sübutlar isə dolayı sübutlar (fotoşəkillər, arayış və s.) olmuşdur.

41. Ərizəçi tərəfindən bu faktın təsdiqi üçün məhkəməyə birbaşa sübutlar təqdim etməmiş, əvvəlki növbə vərəsələrin (birinci növbə) olmaması barədə isə yalnız ərizəçi tərəfindən təqdim edilmiş Sumqayıt ŞİH KTİB tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 183 nömrəli ətraflı arayışa istinad edilmişdir.

42. Göründüyü kimi sübutetmə yükünü daşımasına baxmayaraq, ərizəçi istinad etdiyi hallarla bağlı məhkəməyə sübut təqdim etməmiş, yəni sübutetmə vəzifəsinin öhdəsindən gəlməmişdir. Sübutetmə nəzəriyyəsinə görə sübut edilməyən fakt mövcud olmayan fakt hesab olunur.

43. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisi olmaqla (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X30 və X19 olmaqla) qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Nəticə hissəsi:

44. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisi olmaqla (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X30 və X19 olmaqla) qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar