Məhkəmə qərarları › İş №2(060)-5469/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5469/2021

16.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5469/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh5 azyaşlı övladları 22.02.2014-cü il təvəllüdlü X2, 31.08.2015-ci il təvəllüldlü Cavabdeh1 Soltan oğlu ilə, Cavabdeh3 azyaşlı övladları 25.05.2005-ci il təvəllüldü X3 və 10.07.2009-cu il təvəllüdlü İsmayılzadə Sənan Ramil oğlu ilə birlikdə ona məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 28 saylı evin 36 saylı mənzilinə (təzə) istifadə hüququnun itirilmiş hesab edilməsi və passport qeydiyyatından çıxmaqları barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 28 saylı evin 36 saylı mənzili (təzə) onun mülkiyyətindədir. Həmin evi o, Cavabdeh2 ilkin ödəniş 22.000 (iyirmi iki min) manat ödəməklə, satıcı və "xxxx" Kommersiya Bankı ASC (Bakı şəhəri, Qara Qarayev filialı) ilə 303UGİ/17 № li, 01.08.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlayaraq almışdır. Həmin müqaviləyə əsasında yaranmış hüququna əsasən, bankla onun arasında 31.07.2017-ci il tarixli 303UG/17 saylı əsas kredit müqaviləsi olmuşdur. Kredit müqaviləsinə əsasən, bank tərəfindən ona ******* (beş milyon) manat məbləğində 180 ay müddətinə 31.07.2032-ci il tarixədək kredit limiti ayrılmışdır. Həmin kredit öhdəliyini zamanından tez yerinə yetirərək borcunu vaxtında öədmiş və bunun əsasında AR ƏMDK yanında DƏDRX-nin 04.08.2017ci il tarixli, RX seriyalı ******* № li çıxarışı ilə mənzil onun mülkiyyətinə verilmişdir. Cavadehlər isə köhnə ev sahibi və onun ailə üzvləridir. Həmçinin qeydiyyatda 22.02.2014cü il təvəllüdlü X2, 31.08.2015- ci il təvəllüldlü Cavabdeh1 Soltan oğlu, 25.05.2005-ci il təvəllüldü X3 və 10.07.2009-cu il təvəllüdlü İsmayılzadə Sənan Ramil oğlu adlı azyaşlı uşaqlar da var. Ev satıldığı gündən nə cavabdehlər , nə də azyaşlı uşaqlar mübahisəli mənzildə yaşamırlar. Hal-hazırda cavabdehlərin onun mənzili ilə heç bir əlaqəsi yoxdur, onlara aid heç bir əşya da yoxdur. Həmin alqı-satqı müqaviləsin də cavadeh özünün və ailə üzvlərin qeydiyyatdan çıxmağını üzərinə öhdəlik kimi götürmüşdür. Lakin ailə üzvləri ilə birlikdə hələ də qeydiyyatdan çıxmamışdır. Azərbaycan Respublikası Asan-Sumqayıt Mərkəzinin 08.06.2021-ci il tarixli, ******* № li arayışından da görünür ki, cavabdehlər və azyaşlı uşaqlar hələ də qeydiyyatdadır. Onların qeydiyyatda qalması onun mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mənzil onun adınadır və onun müliyyətindədir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh5 azyaşlı övladları 22.02.2014-cü il təvəllüdlü X2, 31.08.2015-ci il təvəllüldlü Cavabdeh1 Soltan oğlu ilə, Cavabdeh3 azyaşlı övladları 25.05.2005-ci il təvəllüldü X3 və 10.07.2009-cu il təvəllüdlü İsmayılzadə Sənan Ramil oğlu ilə birlikdə ona məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 28 saylı evin 36 saylı mənzilinə (təzə) istifadə hüququnun itirilmiş hesab edilməsi və passport qeydiyyatından çıxmaqları barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul edərək göstərdi ki, o, sözügedən mənzilin keçmiş sahibi olmuşdur. Cavabdeh kimi göstərilənlər onun ailə üzvləridir. Hazırda onlara qarşı verilmiş iddia tələbini qəbul edirlər və göstərilən ünvandan qeydiyyatdan çıxarılmasına etiraz etmədiklərini bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 Cavabdeh2 izahatına uyğun izahat verərək, iddia tələbini qəbul etdiklərini məhkəmənin diqqətinə çatdırdılar. Məhkəmə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 01.08.2017-ci il tarixli, 303UGİ/17 saylı Alqı-Satqı və İpoteka müqaviləsinin surətindən müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzili 52000 (əlli iki min) manata İddiaçı satmışdır. Müqavilənin 2.4.15-ci bəndinə əsasən satıcı Cavabdeh2 ipoteka predmetinə tutma yönəldikdə və o, satıldıqda yeni sahib tərəfindən irəli sürüldüyü tarixdən etibarən 1 (bir) ay ərzində onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərlə ipoteka predmetini boşaltmaq və ev qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №1110508 nömrəli “çıxarış”ın surətindən görünür ki, ünvan 1, mənzil 36 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 04.08.2017-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 08.06.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, 22.02.2014-cü il təvəllüdlü X2, 31.08.2015-ci il təvəllüldlü Cavabdeh1 Soltan oğlu, Cavabdeh3, 25.05.2005-ci il təvəllüldü X3 və 10.07.2009-cu il təvəllüdlü İsmayılzadə Sənan Ramil oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 28, mənzil 36 təzədə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Cavabdehlərin qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 28, mənzil 36-nın (təzə) keçmiş sahibi alqı-satqı müqaviləsinə əsasən həmin mənzili alıcı İddiaçı hüquqlarından azad verməyi və müqavilə notarial qaydada təsdiq olunduğu tarixdən razılaşdırılmış müddətdə satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin mənzilin keçmiş sahibi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş, özləri və ailə üzvləri mənzili boşaldaraq alıcıya təhvil verib, başqa yaşayış yerinə getsələr də, mənzildən qeydiyyatdan çıxmamış və mənzil cavabdehlərin hüquqlarından azad olunmamışdır. Hazırda iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbayçan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və cavabdehlərin iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh5 azyaşlı övladları 22.02.2014-cü il təvəllüdlü X2, 31.08.2015-ci il təvəllüldlü Cavabdeh1 Soltan oğlu ilə, Cavabdeh3 və azyaşlı övladları 25.05.2005-ci il təvəllüldü X3 və 10.07.2009-cu il təvəllüdlü İsmayılzadə Sənan Ramil oğlunun ünvan 2 ünvanına olan istifadə hüquqları itirilmiş hesab edilməli və pasport qeydiyyatından çıxarılmalı və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh5 azyaşlı övladları 22.02.2014-cü il təvəllüdlü X2, 31.08.2015-ci il təvəllüldlü Cavabdeh1 Soltan oğlu ilə, Cavabdeh3 və azyaşlı övladları 25.05.2005-ci il təvəllüldü X3 və 10.07.2009-cu il təvəllüdlü İsmayılzadə Sənan Ramil oğlunun ünvan 2 ünvanına olan istifadə hüquqları itirilmiş hesab edilsin və pasport qeydiyyatından çıxarılsınlar. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar