Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5471/2020 22.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı Əbilova (Səmədova) Günel Nurqələm qızının və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı Əbilova (Səmədova) Günel Nurqələm qızının cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 qarşı evə köçürülmətələbinə dair iddiası üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əbilova (Səmədova) Günel Nurqələm qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı ilə cavabdehlərə məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 78A ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əbilova (Səmədova) Günel Nurqələm qızı iddia tələbini onunla əsaslandırmışdırki, Cavabdeh7 ilə 2007-ci ilin avqust ayında faktiki nikah münasibətlərinə girməklə ailə həyatı qurmuşdur. Nikahlarını rəsmi qaydada xx.xx.2008-ci il tarixdə rəsmi qeydiyyatdan keçirmişlər. Birgə nikahdan xx.xx.2008-cı il tarixdə X12 anadan olmuşdur. 2007-ci ilin avqust ayından gəlin qismində ərinin yaşadığı yuxarıda göstərilən ünvana köçmüşdür. Həmin dövrdə Corat qəsəbəsində yerləşən ev qeydiyyatdan keçməmişdir. Ev bir mərtəbə, 6 otaqdan ibarət olmuşdur. O, əri ilə giriş qapısından sağ tərəfdəki 1-ci otaqda yaşamışdır. Cehiz əmlakları bugün də həmin otaqdadır. Aralarındakı nikah xx.xx.2014-cü il tarixdə ləğv olunsa da o övladı ilə birlikdə həmin evlə daim əlaqə saxlayıb, cehiz əmlaklarının yararlı vəziyyətdə qalması üçün tədbirlər görmüşdür. O həmin evdə yaşadığı dövrdə həyətdə ikinci ev tikilmişdir. Cavabdehlər 2019-cu ildə həmin evə köçmüşlər. Hal-hazırda köhnə evdə yaşamaq üçün şərait yaranmışdır. Övladı artıq müəyyən yaş həddinə çatmış, onun tərbiyə olunması üçün normal şərait olmalıdır. Əks təqdirdə o cəmiyyət üçün yararlı vətəndaş kimi yetişə bilməz. Ayrıca mənzil alınması üçün maddi imkanı yoxdur. Keçmiş əri 2019-cu ildən Azərbaycan Respublikasını tərk edərək işləmək üçün Rusiyaya getmişdir. Sonradan cavabdehlə münasibətləri pisləşmiş və aralarındakı rəsmi nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(060)- 372/2014 saylı qətnaməsi ilə ləğv edilmişdir. Övladı kiçik olduğundan, onun ağır xəstəliyi ilə əlaqədar və aralarındakı ziddiyəti nəzərə alıb müvəqqəti olaraq anasının yanma qayıtmışdır. 2014-cü ildən hal-hazıra qədər xəstəliyi ilə əlaqədar müalicəsi davam edir. Hal-hazırda cavabdehlərə məxsus olan evə köçüb orada övladı ilə yaşamaq istəyir. Çünki özünü və övladını mənzillə təmin etmək üçün maddi imkanı yoxdur. İşləmədiyindən və maddi imkansızlıqdan kirayə mənzil götürə bilmir. Hal-hazıra qədər onun cehiz əşyaları yuxarıda göstərilən ünvanda yerləşir. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əbilova (Səmədova) Günel Nurqələm qızı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Əbilova (Səmədova) Günel Nurqələm qızının vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, DƏDRX-nin 2 saylı X7 şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 78A ünvanında yerləşən evin hüquqi rejimi barədə sorğu verilmişdir. Alınmış arayışdan məlum olur ki, göstərilən ev rəsmi qaydada dövlət qeydiyyatından keçməmişdir. Fərdi yaşayış evi qeydiyyatdan keçmədiyindən oraya köçürülməklə bağlı münasibətləri tənzim edən qanunvericilik olmadığından qanunun analogiyasından istifadə edilməli, iddiaçının mübahisəli evə köçürülməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, o, Əbilova (Səmədova) Günel Nurqələm qızını gəlin kimi evinə gətirməmişdir. O, onun İlqar adlı oğluna qoşularaq qaçıb gəlmişdir. Həmin həyətdə sonradan yeni bir ev tikilmişdir. İddiaçının yaşadığı ev köhnədən olandır. İddiaçının cehiz əşyaları hələ də orda olsa da, həmin ev yaşamağa yararlı deyil. Dəfələrlə iddiaçıdan gəlib cehizlərini aparmasını tələb etsə də, o cehizlərini mənzildən çıxarmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan AZ-İ 197287 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Əbilova (Səmədova) Günel Nurqələm qızı ilə Cavabdeh7 arasında bağlanmış nikah ləğv edilmişdir. Nikah ləğv olunandan sonra qadına Səmədova soyadı verilmişdir. İşdə olan AZ-İİ 685598 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əbilova (Səmədova) Günel Nurqələm qızı ilə Cavabdeh7 birgə nikahından xx.xx.2008cı il tarixdə X12 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İH-nin Corat qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxx 2020-ci il tarixli, 715 arayışından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 78A ünvanında Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, X5, X9, X6, X3, X10 yaşayır. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 2(060)-372/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Əbilova (Səmədova) Günel Nurqələm qızı ilə Cavabdeh7 arasında xx xxxx 2008-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 628 saylı nikah akt qeydi üzrə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-cı il təvəllüdlü X4 anası Əbilova (Səmədova) Günel Nurqələm qızının himayəsində saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh7 hər ay 103 manat sabit pul məbləğində alimentin alınıb Əbilova (Səmədova) Günel Nurqələm qızına verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Əbilova (Səmədova) Günel Nurqələm qızının 2007-ci ildən 2014-cü ilə kimi ünvan 1 ünvanında yaşamasını Cavabdeh2, X2 və X1 öz imzaları ilə təsdiqləmişlər. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********58 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ünvanında yerləşən 78A saylı fərdi yaşayış evinin qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar etmək mümkün olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı Əbilova (Səmədova) Günel Nurqələm qızı 2007-ci ildə Cavabdeh7 ilə rəsmi nikaha daxil olmuş, həmin tarixdə sonuncunun yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ünvanında yerləşən 78A saylı fərdi yaşayış evinə gəlin köçmüş və cavabdehlə həmin ünvanda yaşamışdır. 2014-cü ildə məcburi olaraq övladı ilə həmin mənzildən çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi mülkiyyətdə deyil, yəni özəl mənzil fondu, dövlət mənzil fondu və ya bələdiyyə mənzil fonduna aid olmayan yaşayış sahəsidir. Bu səbəbdən qanunun analogiyasından istifadə edilməlidir. Analogiyadan istifadəni nəzərdə tutan «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsində deyilir ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qanunun analogiyası dedikdə - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi başa düşülür (Qanunun 1.0.10-cu maddəsi). Bu baxımdan məhkəmə hesab edir ki, hazırki münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil cavabdehlər ilə yanaşı iddiaçı tərəfindən də yaşayış sahəsi kimi istifadə olunmuş və hazırda da yaşayış sahəsi kimi istifadə olunur. Mübahisəli evin hüquqi statusu müəyyən edilmədiyinə görə iddiaçı və cavabdehlər həmin evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. Bu səbəbdən yaşayış sahəsinə köçürülmə barədə iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə qeyd edir ki, sözügedən ünvanda sonradan daha bir yaşayış evi tikildiyindən iddiaçı azyaşlı övladı ilə mübahisəli evin özünün cehiz əmlaklarının yerləşdiyi otağına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Əbilova (Səmədova) Günel Nurqələm qızı azyaşlı övladı xx.xx.2008-cı il təvəllüdlü X12 ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 78A ünvanında yerləşən fərdi yaşayış evinin cehiz əmlaklarının yerləşdiyi otağına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5471/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5471/2020
22.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver