Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5477/2022 26.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Sumqayıt “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda doğulmasının qeyd edilməsi faktını müəyyən etməklə onun doğum qeydinin bərpası və adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, doğum şəhadətnaməsində «ata» qrafasında ata barədə qeydin «X6», «ana» qrafasında ana barədə qeydin isə «X3» kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ona həmin rayonun Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında o, məktəbə getmiş, şəxsiyyət vəsiqəsi almışdır. Lakin o, adına verilmiş doğum haqqında şəhadətnaməni itirmişdir. Ona təkrar döğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət etmişdir. Lakin doğum haqqında akt qeydi olmadığı üçün ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Doğum faktının müəyyən edilməsi ona doğum haqqında şəhadətnamənin verilməsi üçün lazımdır. Qeyd etdiyi halları təsdiqləyən şahidləri də vardır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi bacısıdır. Onlar ailədə səkkiz uşaq olmuşlar. Qardaş-bacılarından ikisi vəfat edib. Elmira isə onun kiçik bacısıdır. Onların X12, anası isə İsmayılova Püstə olmuşdur. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-3996/76 saylı məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsindən imtina edilmiş, ərizəçiyə doğum haqqında akt qeydinin bərpası ilə bağlı yaşadığı yerin məhkəməsinə müraciət etməsi tövsiyə edilmişdir. AA seriyalı ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, Ərizəçi xx xxxxx 1968-ci ildə Ermənistanda anadan olmuşdur. İİ-JQ seriyalı, 324908 saylı boşanma haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə Ərizəçi arasında nikahın pozulması 30 iyul 1997-ci il tarixdə, 177№-li aktla qeyd edilmiş, qadına Aslanova soyadı verilmişdir. İ-ZJ seriyalı 403427 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1961-ci ildə anadan olmuşdur, atası X5, anası X2r. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5477/2022 saylı sorğusuna cavab olaraq Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilən şəxsiyyət vəsiqələrinin fərdi uçot kartoçkasının məlumatlarından görünür ki, Ərizəçi xx xxxxx 1968-ci ildə Ermənistan Respublikasının Qafan rayonu, Qacaran şəhərində anadan olmuşdur. X1, anası X2r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları» 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Ərizəçi xx xxxxx 1968-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda doğulması və doğumunun qeydə alınması tədqiq olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx xxxxx 1968-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi bərpa edilərkən ata qrafasında X6, ana qrafasında X3 göstərilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxx 1968-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilsin, doğum akt qeydi bərpa edilsin, doğum akt qeydi bərpa edilərkən ata qrafasında X6, ana qrafasında X3 göstərilsin. Qətnamə doğum haqqında yeni şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5477/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5477/2022
26.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver