Məhkəmə qərarları › İş №2(060)-548/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-548/2023

26.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-548/2023 26.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh, üçüncü şəxs Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı zəbt olunmuş torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən və faktiki istifadəsində olan torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədi ilə yol verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1953-cü il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Hazırki iş üzrə Cavabdeh iddiaçı Cəfərova Mehriban Budaq qızının qeyri-rəsmi birlikdə yaşadığı X1 rəsmi nikahından doğulmuş övladıdır. Belə ki, cavabdeh 1991-ci il tarixdə Sumqayıt şəhəri Boru-prokat zavodunda ev növbəsinə yazılmış, həmin ildə qeydiyyatda olduğu və yaşadığı ünvanda yaşayış sahəsi az olduğuna görə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə, S.Vurğun küçəsi ərazisində yerləşən 4 nömrəli 600 kv.m torpaq sahəsi ev tikmək üçün ona ayrılmışdır. Lakin torpaq sahəsinin ona ayrılmasına baxmayaraq cavabdeh həmin torpaq sahəsində hər hansı bir tikinti aparmamış, ayrılan torpaq sahəsi tamamilə atası X2 və iddiaçının istifadəsində olmuşdur. 20 ilə yaxın müddət keçdikdən sonra Cavabdeh X2 və İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3809/2022 saylı mülki iş üzrə 02 noyabr 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən edilərək, cavabdehlər X2 və Cəfərova Mehriban Budaq qızının Cavabdeh məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə, S.Vurğun küçəsi ərazisində yerləşən 4 nömrəli 600 kv.m torpaq sahəsində çıxarılması qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi tam olaraq icra edilmişdir. 1991-ci ildə cavabdehə torpaq sahəsi ayrılan zaman mərhum atası həmin torpaq sahəsi ilə birlikdə daha 6 sot torpağı, ümumillikdə isə 12 sot torpaq sahəsini hasara almış və orada yaşamışdır. Hazırda iddiaçının yaşadığı torpaq sahəsi üzrə bütün kommunal ödənişlər ilə bağlı müqavilələr onun özü ilə bağlanmış və tərəfindən ödənilir. Sumqayıt Bələdiyyəsinin 27 dekabr 2013-cü il tarixli, 4158 saylı məktubu ilə İddiaçı bildirilmişdir ki, kotec qəsəbəsi, 16-cı məhəllə, S.Vurğun küçəsində uzun müddət yaşadığınız və sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə etdiyiniz torpaq sahəsi gələcəkdə torpaq qanunverciliyinin tələbinə uyğun olaraq mülkiyyətə veriləcəyi və hal-hazırda həmin torpaq sahəsindən sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə edilməsinə və orada yaşanılmasına etiraz etmirlər. Həmin 12 sot torpaq sahəsinə daxil olmaq üçün giriş məhz cavabdehə ayrılmış torpaq sahəsində qoyulmuşdur. Qeyd olunanlardan da göründüyü kimi hazırda iddiaçının istifadəsində olan torpaq sahəsinə girmək üçün yolu yoxdur. İddiaçı öz sahəsinə keçmək üçün cavabdehin yolundan istifadə etməyi ondan istəsə də sonuncu bununla razılaşmamışdır. Hazırda həmin torpaq sahəsinin ətrafı başqa şəxslərin istifadəsindədir. Həmin sahəyə keçmək üçün yalnız bir yol vardır ki, həmin hissədə də hazırki iş üzrə cavabdehə məxsus olan təmir sexi yerləşir. Həmin sexlər cavabdeh tərəfindən qanunsuz tikilmiş və bununla bağlı heç bir hüquq müəyyən edici sənəd yoxdur. Məhkəməyə müraciət etməzdən əvvəl sonuncu dəfə cavabdehə rəsmi qaydada müraciət etsə də cavab verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun əvvəllər mülkü olmuşdur. Yerində ağ market tikmişlər və dokumenti əlində qalmışdır. Onun qapısı sexdən olmuş və girib-çıxmışdır. İndi yollar açıqdır və hər yerdən keçir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq qeyd etdi ki, cavabdehin mülkiyyətində olan ərazi ilə iddiaçının istisfadəsində olan ərazi arasında yol yoxdur. 6 sot torpaq sahəsi vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçmişdir. Digər altı sot torpaqda isə xanım illərlə yaşamışdır. Faktiki olaraq bugün də yaşayır. Hasar sökülmüş və xanımın gediş-gəlişi təmin olunmuşdur. Onların istifadəsinə olan torpaq sahəsi dörd istiqamətdə də bağlıdır. İddiaçı cavabdehin atası ilə 35 il bir yerdə yaşamışlar. İddiaçı rəsmi nikaha daxil olmadığından vərəsəlik ilə bağlı hissələrdən məhrum olmuşdur. 2012-ci il tarixli qətnamənin qət etdi hissəsindən də görünür ki, tərəflər arasında hər zaman mübahisə olmuşdur. Cavabdeh isə həmin ərazidə ona yer vermək istəmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, torpaq sahəsinə giriş-çıxış mümkündür. Saxta sənədlər olmuşdur. Bu sənədlər ilə əlaqədar Bələdiyyə orqanında olmuşdur. Demişdirlər ki, “yola vermişik”. Memarlığa müraciət etmişdir. Torpaq sahəsi ona məxsusdur. Bununla bağlı xəritədə müvafiq qeydlər aparımışdır. Darvazanın sökülməsindən onun xəbəri olmamışdır. Bununla bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etmişdir. Lakin gec olmuşdur. Müraciət etmiş və təhqiqatçı işi Polis İdarəsinə göndərmişdir. Cavabdeh saxta sənədlə ona qarşı tələb irəli sürür. Onun giriş-çıxışına etiraz etmir. Bələdiyyə orqanına iki dəfə müraciət etmişdir. Torpaq sahəsinin öz adına özəlləşdirilməsi üçün müraciət etmişdir. Etirazda qeyd olunmuşdur ki, üç giriş-çıxış mövcuddur. Giriş-çıxışlarda heç bir problem mövcud deyildir. Heç birinə müdaxilə olunmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, xanımın heç bir hüququ yoxdur. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs Sumqayıt şəhər Sumqayıt Bələdiyyəsinə lazımi qaydada məlumat verilmişdir. Lakin üçüncü şəxs Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən mülki işə üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2012-ci il tarixli, 2(060)-3809/2012 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X2 və Cəfərova Mehriban Budaq qızı, Cavabdeh məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə, S.Vurğun küçəsi ərazisində yerləşən 4 nömrəli 600 kvadrat metr torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 02 noyabr 2022-ci il tarixli mübahisənin məhkəməyə qədər nizama salınmasına dair pretenziya məktubundan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ünvanda Cavabdeh məxsus olan obyekt onun yolunun üzərində yerləşir və ona bir sıra maneələr yaradır. Hazırki məktub ilə ona müraciət edərək qeyd olunan maneəni aradan qaldırmaq təklif olunmuşdur. Əks halda qeyd olunan məsələnin mübahisələndirilməsi üçün məhkəmədə mülki idda qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Hazırki məktubu rəsmi qaydada alınan müddətdən 10 iş günü ərzində cavablandırmaq xahiş olunmuşdur. Sumqayıt Bələdiyyəsinin 4158 nömrəli, 27 dekabr 2013-cü il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Kotec qəsəbəsi, 16-cı məhəllə, S.Vurğun küçəsində uzun müddət yaşadıqları və sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə edilən torpaq sahəsi gələcəkdə torpaq qanunverciliyinin tələbinə uyğun olaraq onun mülkiyyətinə veriləcəkdir. Hal-hazırda həmin torpaq sahəsindən sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə edilməsinə və orada yaşamaqlarına etiraz etmirlər. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsində bildirmişdir ki, İddiaçı iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal təsərrüfatı istehsalat birliyinin 1 saylı Mənzil-Kommunal sahəsi tərəfindən verilmiş 5084 nömrəli, xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh 22 saylı məhəllə, M.Qorki küçəsi, ev 28/37, kotec mənzilində yaşayır. Etiraza əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal təsərrüfatı istehsalat birliyinin 1403 saylı, xx.xx.2012-ci il tarixli arayışından görünür ki, Cavabdeh Kotec qəsəbəsi, S.Vurğun küçəsi, 24 saylı məhəllə, 4 saylı torpaq sahəsi onun adınadır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsi tərəfindən verilmiş X-6 saylı, xx.xx.2010-cu il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, sənədləşdirmənin sonrakı mərhələsində iştirak edilmədiyindən ərizəyə baxılması dayandırılmışdır. Vətəndaşa 22 may 1991-ci il tarixli təhkim aktı verilmişdir. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 18 iyul 2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin 07 ayının 25-ci günündə 1023 nömrə ilə qeyd edilmişdir. Sumqayıt Bələdiyyəsinin 2299 nömrəli, 9 avqust 2017-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinə yerində baxış keçirilərkən məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin statusuna dəfələrlə məhkəmə qaydasına baxılmışdır. Həmin torpaq sahəsində hal-hazırda kənar şəxslər yaşadığı üçün sənədləşmənin münaqişə yarada biləcəyini nəzərə alaraq torpaq sahəsinin sənədləşdirilməsi məqsədəuyğun deyildir. Bu barədə xx.xx.2017-ci il tarixdə 616 saylı məktub göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin **********56 nömrəli, 03 dekabr 2020-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Daşınmaz əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərişıq ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 246522 nömrəli müqavilədən görünür ki, abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 11.000 kVts və dəyəri 78 manat təşkil edir. Azərişıq ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 431725 nömrəli müqavilədən görünür ki, elektrik sayğacı mənzilin hasarında quraşdırılmışdır. Elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1kVts aktiv elektrik enerjisi 0,07,0,11,0,13 manat tarif üzrə aparılır. Qaz paylayıcısı və istelahçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə 05 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi müəyyən olunmuş yerdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etriaza əlavədən görünür ki, Sumqayıt Bələdiyyəsi özəlləşməyə yararlı olan sənəd tərtib edərək, vətəndaşa təqdim etməlidir. D.R.X-də, qeydiyyata alınmaya yararlı olmayan sənəddir. Memarlıq və Şəhərsalma idarəsi X.D.S-nin qərarına istinadən yeri müəyyən etdi, xəritə № 1 təqdim etdi. Xüsusi qeyd olaraq bildirilmişdir ki, X3 Bələdiyyə sənədi, 1991-ci il tarixli X.D.S-nin qərarının üzərinə tərtib edilmişdir. Bələdiyyə sənədi barəsində D.R.X-nə, memarlığa, bələdiyyəyə sorğu göndərə bilər. Kotec qəsəbəsini, Hacı dərəsi iki sahəyə ayırır, köhnə və təzə. Torpaq sahəsində vətəndaş qeydiyyatı yoxdur və yalnız onun adınadır. Vətəndaş qeydiyyatı olmadığına görə, Köhnə Kotec 24-cü məhəllə S.Vurğun küçəsi ünvanı boş ərazi kimi Xəritə 2-də əksini tapır. Özəlləşməyə yararsız olan Səfərovanın Bələdiyyə sənədi 16cı məhəllə S.Vurğun küçəsi olaraq Təzə Kotec ərazisində verilmişdir. Sənədin, mülkiyyətinə aidiyyatı yoxdur. Müqavilələr adına olduğuna görə, mülkiyyətin sahibi olaraq, zəbt edərək müvəqqəti yaşayan İddiaçı su və işıq kommunal borcları vaxtında ödəmir, ona şikayətlər daxil olur. Nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ilə Nümayəndə arasında nikah 2019-cu ilin fevral ayının 21 günündə 411 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Xankişiyev, arvada isə Xankişiyeva soyadı verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. İddiaçı, Cavabdeh, onun nümayəndəsi Nümayəndə, mütəxəssis X4 iştirakı ilə keçirilən baxış zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, K.Kotec qəsəbəsi, S.Vurğun küçəsi, 16-cı məhəllədə yerləşən fərdi torpaq sahəsi 4 tərəfdən hasara alınmışdır. Torpaq sahəsinin şosse tərəfdən olan hissəsində cavabdehə məxsus tikililər – qeyri yaşayış obyekti mövcuddur. Obyektin qurtaracağında həmin sahəyə giriş üçün ensiz qapı yeri mövcuddur, lakin qapı çıxarılmışdır. Torpaq sahəsinin digər yola düşən hissəsində də sahəyə giriş üçün böyük darvaza yeri mövcuddur, lakin həmin darvaza da çıxarılmışdır. Torpaq sahəsində birmərtəbəli iddiaçının yaşadığı tikili mövcuddur. Torpaq sahəsinə giriş üçün hal- hazırda hər hansı bir maneə aşkar edilməmişdir. Belə ki, zəbt olunmuş torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi tələbinə dair iddia irəli sürməklə İddiaçı hansı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını əsaslandıra bilməmiş, mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bundan əlavə iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2012-ci il tarixli, 2(060)- 3809/2012 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X2 və Cəfərova Mehriban Budaq qızı, Cavabdeh məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə, S.Vurğun küçəsi ərazisində yerləşən 4 nömrəli 600 kvadrat metr torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Buna görə də, məhkəmə iclasında təqdim olunmuş sübutlar qiymətləndirilərkən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsassız olmaqla öz təsdiqini tapmır. Məhkəmənin iddianın təmin edilməməsi qənaətinə gəlməsinə əsas, işin məhkəmə araşdırması zamanı müəyyən edilən hallar və aşağıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1 və 170.2-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 257.1-ci maddəsinə əsasən servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. 257.2-ci maddəsinə əsasən servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsində qeyd etdiyi hallarla, təqdim etdiyi sübutlar arasında zidiyyət təşkil edərək iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 4.1-ci və 14.1-ci maddələri). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı torpaq sahəsinə girişçıxışın təmin edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM 217.4, 218.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 337, 339-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh, üçüncü şəxs Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı zəbt olunmuş torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar