Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5512/2020 16.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1942-ci ildə Cəbrayıl rayonun Mehdili kəndində doğulması faktının təsdiq edilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə soyadının Əliyev, adının Famil, atasının adının Şamil kimi qeyd olunması, doğum haqqında şəhadətnamənin ata qrafasında atasının soyadının Şükürov, adının Şamil, atasının adının isə Pirəli, anasının soyadının Əliyeva, adının Gülxanım və atasının adının Məhəmməd kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1942-ci ildə Cəbrayıl rayonun Mehdili kəndində anadan olmuşdur. Bunu ona məxsus olan AZE Seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi təsdiq edir. Atasının adı Şamil, anasının adı isə Gülxanım olmuşdur. Atasının soyadı Şükürov, atasının adı Pirəli, anasının soyadı Əliyeva (qızlıq soyadı Həsənova), atasının adı Məhəmməd olmuşdur. Ona məxsus olan “Doğum haqqında şəhadətnamə" naməlum şəraitdə itmişdir. O, Cəbrayıl rayonunun Mehdili kəndində doğulmuşdur. Cəbrayıl rayonu ermənilər tərəfindən işğal edildiyindən doğum haqqında şəhadətnamənin dublikatını əldə edə bilmir. Məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə, Sumqayıt “ASAN xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsinə, AR Ədliyyə Nazirliyi X5nın Reyestr Xidmətinə müraciət etmişdir. Müraciətinə AR Ədliyyə Nazirliyi X5nın Reyestri Xidməti özünün xx.xx.2020-ci il tarixli, 05/2-443/69 saylı məktubu ilə bildirmişdir ki, “reyestrdə doğumun qeydə alınması halı müəyyən edilməmişdir”. Atası 1941-1945-ci illərdə Böyük vətən müharibəsində həlak olmuşdur. Atasına məxsus hüquqmüəyyənedici sənədləri əldə etmək üçün Azərbaycan Respublikası Cəbrayıl rayon Hərbi Komissarlığına müraciət etmişdir. Oradan bildirmişlər ki, doğum haqqında şəhadətnamə təqdim edildiyi halda həmin sənədi ona verə bilərlər. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də o, iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, o anadan olduqdan sonra atası müharibəyə getmiş və geri qayıtmamışdır. Hazırda doğum faktının təsdiq edilməsi və bunun əsasında doğum haqqında şəhadətnamə almağa çalışmasının yeganə məqsədi atasına məxsus sənədlərlə tanış ola bilmək, o cümlədən həyatı boyu heç vaxt görmədiyi atasının şəklini görməkdir. Ərizəçi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1942-ci il tarixdə Cəbrayıl rayonu Mehdili kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X5nın Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, 05/2-448/69 nömrəli məktubundan görünür ki, Ərizəçi doğumu haqqında Cəbrayıl rayon qeydiyyat şöbəsi, Mərcanlı icra nümayəndəliyi 1938- 1945-ci illər üzrə X5nın reyestri xidmətinin arxivində saxlanılan akt qeydləri, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X5” X1 Sistemindəki məlumatlar yoxlanılmış və doğumun qeydə alınması halı müəyyən edilməmişdir. Göstərilənlərlə əlaqədar izah edilmişdir ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədləri təqdim etməklə daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmazsa, bununla əlaqədar məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X5nın Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, 05/2-443/69 nömrəli arayışdan görünür ki, 1942-ci il tarixdə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “X5” X1 sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün X5 üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/Q-1129/15 nömrəli məktubu ilə Ərizəçi doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənədin təqdim edilməli olması bildirilmiş, bununla əlaqədar doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli, 505 nömrəli arayışdan görünür ki, Əliyev X7 şəhəri, 6-cı mikrorayon, ev 25, mənzil 59 ünvanında yaşayır. Beləliklə Ərizəçi XX.XX.1942-ci il tarixdə Cəbrayıl rayonu Mehdili kəndində anadan olmuşdur. X3, anası isə X2r. Bu fakt iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X5nın Reyestri Xidmətinin arayışları və digər iş materialları ilə təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1942-ci il tarixdə Cəbrayıl rayonu Mehdili kəndində doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1942-ci il tarixdə Cəbrayıl rayonu Mehdili kəndində doğulması faktı müəyyən olunsun. Ərizəçi doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamənin ata qrafasında X9, ana qrafasında isə X4 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5512/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5512/2020
16.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver