Məhkəmə qərarları › İş №2(060)-553/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-553/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-553/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 4545.58 manat əsas borc, 743.45 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1273.53 manat, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 339.84 manat borc, ümumilikdə 6902.40 manat məbləğində kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, yaranmış borc məbləğinin Cavabdeh məxsus olan “BYD-GF3” minik markalı, **- HV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili-2014, mühərrik-214301792, ban-LGXC16DFXE0011433, rəngi – ağ) nəqliyyat vasitəsinin açıq hərrac vasitəsilə satılaraq ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissədə ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı “xxxx” ASC-nin Səbail filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, BT-SAB-xx/xx/2014 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən avtomobil satın alınması məqsədi ilə istifadə etmək üçün 36 ay müddətinə illik 19% dərəcəsi ilə 7.950 manat məbləğində kredit verilmişdir. Bundan əlavə, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi ipoteka saxlayan - “xxxx” (İddiaçı) ASC-nin “Səbail” filialı ilə ipoteka qoyan - Cavabdeh arasında “12” dekabr 2014-cü il tarixli, BT- SAB-xx/xx/2014-a saylı ipoteka müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə mülkiyyət hüququ ilə X2 məxsus olan “BYD-GF3” minik markalı (dövlət qeydiyyat nişanlı - **-HV-***, buraxılış ili - 2014, mühərrik - 214301792, ban - LGXC16DFXE0011433, rəngi - ağ) nəqliyyat vasitəsi ipotekaya qoyularaq yüklü edilmiş və bu barədə Azərbaycan Respublikası Baş X8 İdarəsi tərəfindən AA 128201 saylı, ipoteka müqaviləsinin qeydiyyata alınmasına dair daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin gecikdirilmiş əsas kredit borcunun və hesablanmış faizlərin ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuş və bununla da müqavilə şərtlərini və AR Mülkü Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Bildiririk ki, qeyd olunan kredit müqaviləsi Azərbaycan Respublikastqın Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasındş fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarikli Fərmanın təsir dairəsinə aid edilməmişdir. Kredit müqaviləsinə əsasən borcalan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borcalanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməməsinə görə borcverənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Bu səbəbdən də borc alan Cavabdeh xx.xx.2019-cu il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 4545.58 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 743.45 manat faiz, 1273.53 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 339.84 manat borc, ümumilikdə 6902.40 manat məbləğində kredit borcu vardır. Odur ki, göstərilənlərə və mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, iddiaçı “xxxx” ASC-nin Səbail filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, BT-SAB-xx/xx/2014 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən avtomobil satın alınması məqsədi ilə istifadə etmək üçün 36 ay müddətinə illik 19% dərəcəsi ilə 7.950 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi ipoteka saxlayan - “xxxx” (İddiaçı) ASC-nin “Səbail” filialı ilə ipoteka qoyan - Cavabdeh arasında “12” dekabr 2014-cü il tarixli, BT-SAB-xx/xx/2014-a saylı ipoteka müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə mülkiyyət hüququ ilə X2 məxsus olan “BYD-GF3” minik markalı (dövlət qeydiyyat nişanlı - **-HV-***, buraxılış ili - 2014, mühərrik - 214301792, ban - LGXC16DFXE0011433, rəngi - ağ) nəqliyyat vasitəsi ipotekaya qoyularaq yüklü edilmiş və bu barədə Azərbaycan Respublikası Baş X8 İdarəsi tərəfindən AA 128201 saylı, ipoteka müqaviləsinin qeydiyyata alınmasına dair daşmar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 4545.58 manat əsas borc, 743.45 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1273.53 manat, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 339.84 manat borc, ümumilikdə 6902.40 manat məbləğində kredit borcu təşkil edir. İş materiallarında olan AC 338606 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BYD-GF3” minik markalı (dövlət qeydiyyat nişanlı-**-HV-***, buraxılış ili-2014, mühərrik-214301792, ban- LGXC16DFXE0011433, rəngi - ağ) nəqliyyat vasitəsi Cavabdeh məxsusdur. İş materiallarında olan bildiriş məktublarının surətlərindən görünür ki, Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İşin müəyyən edilən hallarına əsasən məhkəmə belə hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda kredit müqaviləsi üzrə 1273.53 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 4545.58 manat əsas borc, 743.45 manat faiz borcu, 50 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 339.84 manat borc, ümumilikdə 5678.87 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, tutma Cavabdeh məxsus olan “BYD-GF3” minik markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili-2014, mühərrik-214301792, ban-LGXC16DFXE0011433, rəngi–ağ) nəqliyyat vasitəsinə yönəldilməli, həmin nəqliyat vasitəsi açıq hərracdan satılaraq, tələb əldə olunmuş vəsaitə yönəldilməli, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borc qalan hissədə ümumi qaydada Cavabdeh tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 4545.58 manat əsas borc, 743.45 manat faiz borcu, 50 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 339.84 manat borc, ümumilikdə 5678.87 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Tutma Cavabdeh məxsus olan “BYD-GF3” minik markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili-2014, mühərrik-214301792, ban-LGXC16DFXE0011433, rəngi–ağ) nəqliyyat vasitəsinə yönəldilsin. Həmin nəqliyyat vasitəsi açıq hərracda satılsın, tələb əldə olunan vəsaitə yönəldilsin, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borc qalan hissədə ümumi qaydada Cavabdeh tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar