Məhkəmə qərarları › İş №2(060)-5540/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5540/2023

04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5540/2023 04.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1930-cu il təvəllüdlü X8 atasıdır. Zəngilan rayonunun Vəliqulubəyli kəndində anadan olmuşdur. X1 14 aprel 1985-ci ildə vəfat etmişdir. Vərəsəliyin qəbulu ilə bağlı notariat ofisinə müraciət edərkən qohumluq dərəcələrinin müəyyən edilməsindən ötrü doğum haqqında şəhadətnamənin tələb olduğu bildirilmişdir. Bununla əlaqədar olaraq ilk öncə X1nun doğum haqqında akt qeydinin axtarışının aparılması üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinə müraciət etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli, DA-02010-2022 saylı imtina məktubu verilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, Bakı 3 saylı “ASAN Xidmət” Mərkəzindən daxil olan 11 oktyabr 2022-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”-nin 1930-cu ilə dair Zəngilan rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən X5 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. Daha sonra Maraqlı şəxsnə Zəngilan rayonunun Vəliqulubəyli kəndində doğulmuş mərhum atası xx.xx.1930-cu il təvəllüdlü X5 doğum haqqında akt qeydlərinin bərpa olunması ilə bağlı müraciət etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli, 316-5/8-B-65/2023 saylı imtina məktubu verilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, Zəngilan rayonunun Vəliqulubəyli kəndində doğulmuş mərhum vətəndaşlar xx.xx.1930-cu il təvəllüdlü X5 və xx.xx.1938-ci il təvəllüdlü X2 doğum haqqında akt qeydlərinin bərpa olunmasına dair müraciətlərinə cavab olaraq Maraqlı şəxs bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci, 162.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”-ın 13-18-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə ərazidə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edilir. Bu cür hallarda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Hazırki halda ərizəyə əlavə olunan və şöbədə toplanaraq araşdırılan sənədlər bu cür qeydlərin həqiqətən olduğunu təsdiq etmədiyi və şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmadığı üçün ərizələrinin təmin olunması imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmədən xx.xx.1930-cu il təvəllüdlü X1nun Zəngilan rayonunun Vəliqulubəyli kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizənin dəqiləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, X2 doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək bildirdi ki, ərizənin təmin olunmasını xahiş edir. İddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, atası deyil əmisi olduğunu bildirmişdir. Əmisinin övladı olmamış, ailə həyatı qurmamışdır. Əmisi 2022-ci ilin oktyabr ayının 1-ində rəhmətə getmişdir. Doğum haqqında şəhadətnaməsi olmamış və evi qalmışdır. Vərəsəlik üçün doğum haqqında şəhadətnamə lazımdır. Bu halı təsdiq edəcək şahidləri vardır. Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5540/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, ərizənin təmin olunmasına etiraz etmirlər. Eyni zamanda iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini nəzərə alaraq işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahidlər: X6 ifadəsində bildirdi ki, ərizəçi ilə qohumluq münasibətləri vardır. Ataları əmi uşaqları olmuşlar. Digər tərəfdən ərizəçi onun qaynıdır. Qiyas Məmmədovu tanıyır. Biləcəri rayonunda yaşamışdır. Məmmədov Qiyas rəhmətə getmiş, ailə qurmamış və övladı olmamışdır. Keçən il rəhmətə getmiş, o isə dəfnində iştirak etmişdir. X12 ifadəsində bildirdi ki, ərizəçi onun atasının əmisi nəvəsidir. X17 tək yaşayırdı. Övladı olmamış, keçən il rəhmətə getmişdir. O dəfn mərisimində iştirak etmiş, ötən bazar günü isə rəhmətə getmiş şəxsin il mərasimi keçirilmişdir. Rəhmətə getdiyi vaxt mərasim Sumqayıt şəhərində olmuş, 40 mərasimi isə Biləcəri rayonunda olmuşdur. İş materiallarında olan: xx.xx.2008-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1938-ci il tarixdə Azərbaycan Respublikası, Zəngilan rayonu, Vəliqulubəyli kəndində anadan olmuş, ünvan 1 ünvanına qeydiyyatda olmuşdur. AZ-İİ seriyalı, 310459 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixində, Bakı şəhərində sol mədəciyinin çatışmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 10-cu ayının 20-ci günündə 605 nömrə ilə qeyd edilmişdir. Ölüm haqqında şəhatənamənin surətindən görünür ki, X8 14 aprel 1985-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 316-5/8-B-65/2023 saylı imtina məktubuna əsasən müəyyən edilir ki, Zəngilan rayonunun Vəliqulubəyli kəndində doğulmuş mərhum vətəndaşlar xx.xx.1930-cu il təvəllüdlü X5 və xx.xx.1938-ci il təvəllüdlü X2 doğum haqqında akt qeydlərinin bərpa olunmasına dair müraciətlərinə cavab olaraq Maraqlı şəxs bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci, 162.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”-ın 13-18-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə ərazidə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edilir. Bu cür hallarda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Hazırki halda ərizəyə əlavə olunan və şöbədə toplanaraq araşdırılan sənədlər bu cür qeydlərin həqiqətən olduğunu təsdiq etmədiyi və şöbənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi səlahiyyəti olmadığı üçün ərizələrinin təmin olunması imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış 19 oktyabr 2022-ci il tarixli, DA-02010-2022 nömrəli ərizəyə cavabından görünür ki, Bakı 3 saylı “ASAN Xidmət” Mərkəzindən daxil olan 11 oktyabr 2022-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti akları idarəsi”-nin 1930-cu ilə dair Zəngilan rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən X5 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.4-cü bəndinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək etmiş həkimin və doğumdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edildikdə yeni doğulmuş uşağın doğumu qeydə alınır. Məhkəmə Ərizəçi ərizəsinin əsaslı olmasını aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə Ərizəçi məhkəmə iclasında verdiyi izahatı, şahid ifadələrini, iş materiallarında olan sübutları Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, Ərizəçi əmisi X2 xx.xx.1938-ci ildə Zəngilan rayonunda doğulması məhkəmədən kənar şəkildə müəyyən edilməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X2 xx.xx.1938-ci ildə Zəngilan rayonunda doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “Məmmədov”, adının “Qiyas”, ata adının “Hidayət” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X3, ana qrafasında isə X4 qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar