Məhkəmə qərarları › İş №2(060)-5544/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5544/2020

15.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5544/2020 15.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Nurəliyeva (Məhərrəmova) Səbinə Adilovnaya qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nurəliyeva (Məhərrəmova) Səbinə Adilovnaya qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Nurəliyeva (Məhərrəmova) X3 şəhəri, 17 mkr., 66 nömrəli evin, 18 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə rəsmi qeydiyyata alınmaqla mülkiyyətinə keçmişdir. Həmin mənzilə dair ona RX seryalı, ******* nömrəli çıxarış təqdim olunmuşdur. Onun mülkiyyətində olan ünvan 2 ünvanında cavabdehin daimi qeydiyyatı da vardır. Cavabdehin sözügedən evdə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Bundan əlavə cavabdehin mənzildə qeydiyyatda qalması mülkiyyətçinin həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Həmin mənzili özgəninkiləşdirmək istədikdə, onun razılığının alınması onun üçün əlavə problemlər yarada bilər. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh onun mülkiyyətində olan mənzildə qeydiyyatda olmasına baxmayaraq, Nabran qəsəbəsində yaşayır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 17 mkr., 66 nömrəli evin, 18 nömrəli mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh Nurəliyeva (Məhərrəmova) X5 şəhəri, 17 mkr., 66 nömrəli evin, 18 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 2996 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Məhərrəmova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 11 saylı MKS tərəfindən tərtib edilmiş 116 nömrəli, xx.xx.2020ci il tarixli akdan görünür ki, X4 həqiqətən də 2020-ci ilin mart ayından etibarən Sumqayıt şəhəri, 17 mkr., 66 nömrəli evin, 18 nömrəli mənzilində yaşamır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən iddiaçı Sadıqova X1 şəhəri, 17 mkr., 66 nömrəli evin, 18 nömrəli mənzilini qanuni yolla ilə əldə etmiş və mənzilin mülkiyyətçisidir. Buna baxmayaraq, cavabdeh Nurəliyeva (Məhərrəmova) X5 şəhəri, 17 mkr., 66 nömrəli evin, 18 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Nurəliyeva (Məhərrəmova) X3 şəhəri, 17 mkr., 66 nömrəli evin, 18 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar