Məhkəmə qərarları › İş №2(060)-5549/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5549/2023

07.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5549/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Məmmədova (Tağıyeva) Kubra Hidayət qızı və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyənetdi: İddiaçı cavabdehlər Məmmədova (Tağıyeva) Kubra Hidayət qızı və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/69 ünvanında yerləşən 161/61 saylı mənzil üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Cavabdehlər bu mənzildə qanunsuz yaşayan şəxslər olmaqla bu mənzilə qeydiyyatları yoxdur. Onlar onun razılığı olmadan bu mənzilə daxil olmuş və dəfələrlə onlardan bu mənzili tərk etmələrini xahiş etsə də onlar mənzili könüllü olaraq boşaltmamışlar. Cavabdehlər onun ailə üzvləri deyildirlər. Onlara bu mənzildə yaşamaq hüququ da verməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Məmmədova (Tağıyeva) Kubra Hidayət qızının və Cavabdeh2 onun mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/69 ünvanında yerləşən 161/61 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı cavabdehlərin mənzildən çıxarılmaları ilə bağlı polis orqanlarına da müraciət etmişdir. Lakin bu mübahisənin mülki məhkəmə icraatı qaydasında tənzimlənməli olduğu onlara bildirilmişdir. İddiaçının oğlu rəhmətə getdikdən sonra evi vərəsəlik qaydasında öz adına keçirtmişdir. Xanım evi vaxtı ilə Katya adlı bir rus qadınından almışdır. O zaman ev satılarkən həmin qadın bildirmişdir ki, öldüyü günə qədər həmin evdə yaşasın. Həmin qadın xəstə olduğu müddətdə onun uşaqları, yəni cavabdehlər analarına baş çəkməyə gəldikdən sonra həmin evdən çıxmamışlar. Analarının da həmin evə heç bir hüququ olmamışdır. İddiaçıdan əvvəl evin mülkiyyətçisi onun oğlu, ondan əvvəl Məxmər adında qadın və ondan da əvvəl Katya adında rus qadın olmuşdur. İddiaçı artıq bu evin dördüncü mülkiyyətçisidir. Cavabdehlərin həmin mənzilə qeydiyyatları yoxdur. Lakin həmin ünvanda yaşayırlar. Cavabdeh Məmmədova (Tağıyeva) Kubra Hidayət qızı yataqxanaya qeydiyyatdadır. Cavabdeh2 isə son qeydiyyat yeri Sumqayıt Şəhər Polis İdarəsi olmuşdur. Cavabdehlər faktiki olaraq mənzili zəbt etmiş və həmin mənzildə yaşayırlar. Mülkiyyətçi öz evinə daxil ola bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Məmmədova (Tağıyeva) Kubra Hidayət qızı və Cavabdeh2 məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Şahid qismində dəvət edilmiş X2 ifadəsində bildirdi ki, iddiaçını 30 ildir ki, tanıyır.Onunla rəfiqədirlər. Təxminən dörd və ya beş dəfə iddiaçı ilə həmin mənzilə getmişdir. Qapını döymüşlər lakin qapını açmamışlar. Bildirirlər ki, mənzil onlarındır. Şahid qismində dəvət edilmiş X4 ifadəsində bildirdi ki, iddiaçı onun bacısıdır. Onun mənzili Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/69 ünvanında yerləşir. Oğlu mənzili almış, daha sonra oğlu rəhmətə getdikdən sonra mənzili öz adına keçirtmişdir. Əvvəl həmin mənzildə bir rus qadın olmuş, daha sonra isə onun övladları yaşamışdır. Qapıya getdikdə, onları söyürlər. Qapını isə açmırlar. İş materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş notarial qaydada təsdiq olunmuş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 (yeni qaydalarla : AZ 5007, Sumqayıt şəhəri, X6, 675, M3, m2 mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində,xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanı onun şəxsi mülkiyyətidir. Qeydiyyatda isə heç bir şəxs yoxdur. AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş əslindən görünür ki, satıcı ünvan 1, yeni qaydalarla : AZ 5007, Sumqayıt şəhəri, X6, 675, M3, m2 ünvanında yerləşən ümumi sahəsi 31.5 kv/m olan mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən 31.5 kv/m hissəni alıcının mülkiyyətinə vermişdir. ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən xx/xx/2015-ci il tarixdə X3 verilmiş **********57-05101-093036 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət üzrə 31.5 kv/m əmlak hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx/xx/2015-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 25000 manat qiymətinə satmış, alıcı isə almışdır. Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış məlumatından görünür ki, Tağıyeva Kubra Hidayət qızı Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 5 ünvanında qeydiyyatdadır. Cavabdeh2 hazırda heç bir ünvanda qeydiyyatda deyildir. Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış müraciətə cavabından görünür ki, müraciətdə qeyd olunan xüsusatların icrası məhkəmənin səlahiyyətlərində olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsində “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəllarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərdən göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət məsələlərinin hüquqi cəhətdən hərtərəfli həllinə təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhinə dair 27 may 2008-ci il qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş notarial qaydada təsdiq olunmuş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 (yeni qaydalarla : AZ 5007, Sumqayıt şəhəri, X6, 675, M3, m2) mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mübahisəli ünvan 1 (yeni qaydalarla : AZ 5007, Sumqayıt şəhəri, X6, 675, M3, m2) nömrəli mənzili qanuni əsaslarla İddiaçı xüsusi mülkiyyətinə keçmiş və adı çəkilən çıxarış əsasında onun adına qeydiyyata alınmışdır. Mübahisəli mənzilin mülkiyyət hüququ iddiaçıya məxsus olmasına baxmayaraq mülkiyyət hüququndan sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə maneçilik törədilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq iddia tələbi təmin edilməli, cavabdehlər Məmmədova (Tağıyeva) Kubra Hidayət qızı və Cavabdeh2 ünvan 1 (yeni qaydalarla : AZ 5007, Sumqayıt şəhəri, X6, 675, M3, m2) nömrəli mənzilindən çıxarılmalıdırlar. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Məmmədova (Tağıyeva) Kubra Hidayət qızı və Cavabdeh2 ünvan 1 (yeni qaydalarla : AZ 5007, Sumqayıt şəhəri, X6, 675, M3, m2) nömrəli mənzilindən çıxarılsınlar. Cavabdehlər Məmmədova (Tağıyeva) Kubra Hidayət qızı və Cavabdeh2 müştərək qaydada 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar