Məhkəmə qərarları › İş №2(060)-5561/2020

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-5561/2020

25.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5561/2020 25.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 5 mkr., 39/6B saylı evin 70 nömrəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 5-ci mkr, ev 39/6B, mənzil 70 RX seriyalı, ******* nömrəli çıxarışla iddiaçının adına qeydiyyata alınmış və iddiaçının mülkiyytindədir. Cavabdeh iddiaçının anasıdır və 2012-ci ildən bəri iddiaçının evində qeydiyyatdadır. Bununla bağlı onu qeyd etmək istəyir ki, xx xxxx 2018-ci il tarixli "Birgə nikah dövründə əldə olunan əmlakın bölünməsinə dair" cavabdehlə iddiaçının atası X2 arasında bağlanılmış müqavilədən də göründüyü kimi Sumqayıt şəhəri, 44-cü məhəllə ünvanında yerləşən 45 saylı mənzil iddiaçının anası Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. "xxxx" MTK tərəfindən verilmiş arayışdan da aydın olur ki, Cavabdeh uzun müddətdir ki, ona tam mülkiyət hüququ ilə məxsus olan həmin mənzildə yaşayır. xx xxxx 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən iddiaçının anası Əliyeva X8 şəhəri, 5-ci mkr, ev 39/6B-də yerləşən 70 saylı mənzili iddiaçıya, oğlu X3 bağışlamışdır. Lakin bütün bunlara baxmayaraq iddiaçının anası bu günə qədər də iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 5-ci mkr, ev 39/6B-də yerləşən 70 saylı mənzildən qeydiyyatdan çıxmamışdır. Başqa yaşayış yeri və mülkiyyətində əmlak olduğu halda iddiaçının evində qeydiyyatda olması mülkiyyətçi olaraq iddiaçının hüquqlarını pozur, iddiaçı cavabdehə görə adambaşına hesablanan kommunal xidmət haqları ödəməli olur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və məhkəmə, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müracət edərək, cavabdehə qarşı iddia tələbinə dair işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və cavabdeh məhkəməyə gəlmədiyi üçün işə qiyabi icraat qaydasında baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 şəhəri, 5 mkr., 39/6B saylı evin 70 nömrəli mənzilini İddiaçı bağşılamışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 5 mkr., 39/6B saylı evin 70 nömrəli mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 06 nömrəli Forma 2 arayışından görünür ki, cavabdeh Əliyeva X8 şəhəri, 5 mkr., 39/6B saylı evin 70 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 5 mkr., 39/6B saylı evin 70 nömrəli mənzilini daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən əldə etmiş və mənzilin mülkiyyətçisidir. Buna baxmayaraq, cavabdeh Əliyeva X8 şəhəri, 5 mkr., 39/6B saylı evin 70 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Əliyeva (Abdullayeva) Sevil Fazil qızının Sumqayıt şəhəri, 5 mkr., 39/6B saylı evin, 70 nömrəli mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edə və həmin müddət bitdikdən sonra tərəflər qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar