Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5570/2020 24.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Mənzil İstismar Hissəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin istifadəsində olan “Tağıyev-3” qapalı hərbi şəhərciyi Gənclik küçəsi 214 saylı yataqxananın 9-cu mənzilində qeyri-qanuni məskunlaşmış, qeydiyyatsız yaşayan Bəbişov Faiq Qardaşxan oğlunun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 digər yaşayış sahəsi verilmədən xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi iddia tələbini onunla əsalandırmışdır ki, Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin “Tağıyev-3" qapalı hərbi şəhərciyi Gənclik küçəsi 213, 214 saylı modul tipli yataqxanaları və “Tağıyev-2” qapalı hərbi şəhərciyi (Kərim Kərimov küçəsi) ərazisində yerləşən barak tipli xidməti mənzillər taxta (konstruksiyalı) materiallarından inşa olunmuşdur, Müdafiə Nazirliyinin mənzil fonduna aiddir və Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin istifadəsindədir. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən qaçqın və məcburi köçkün gələn ailələr həmin xidməti mənzillərdə məskunlaşmışlar. Cənab Prezidentin müvafiq sərəncamı ilə qaçqın və məcburi köçkün ailələlərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni mənzillərə köçürüldükdən sonra, iddia ərizəsində qeyd olunan ünvanlarda “Tağıyev-3”, Gənclik küçəsi 213, 214 saylı yataqxanalar və “Tağıyev-2” barak tipli xidməti mənzillərdə bəzi çətinliklər yaranmışdır. Göstərilən ünvanlarda xidməti mənzillərdə qaçqın və məcburi köçkünlərdən başqa, Müdafiə Nazirliyi ilə əmək və xidməti əlaqəsi olmayan ailələr qeydiyyatsız olaraq uzun müddətdir ki, xidməti kirayə haqqı və kommunal xidmət xərclərini ödəmədən yaşayırlar. Kommunal ödəmələr haqqında Müdafiə Nazirliyinin H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 saylı Mənzil-İstismar sahəsinin verdiyi xx.xx.2020-ci il tarixli 724 saylı arayışına əsasən, Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil İstismar hissəsinin “Tağıyev- 3” qapalı hərbi şəhərciyi ərazisində yerləşən Gənclik küçəsi 214 sayli yataqxananın 9 nömrəli mənzilində qeyri qanuni məskunlaşmış, qeydiyyatsız yaşayan Bəbişov Faiq Qardaşxan oğlu sonuncu ödənişi xx xxxxxxx 2018-ci il tarixdə etmişdir. Kommunal xidmətinə yaşayış sahəsindən istifadə olunması və məişət tullantılarının yığılması aiddir. Onlarla dəfələrlə söhbətləşmələr zamanı yaşadıqları xidməti mənzillərin təhvil verilməsi barədə edilən xəbərdarlıqlara məhəl qoymurlar və hal-hazırda da orada yaşayırlar. Binaların istismar müddəti başa çatmış və uzun müddətli istismar nəticəsində qəzalı vəziyyətə düşmüşdür. İstismar müddəti bitmiş taxta konstruksiyalı binaların bugünki vəziyyəti yaşayışçılar üçün daimi təhlükə mənbəyidir. Yaranmış təhlükəni nəzərə alaraq, Mənzil-İstismar hissəsi tərəfindən Bəbişov Faiq Qardaşxan oğlu və onun ailə üzvlərinin xidməti mənzildən çıxarılması barədə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(060)-8440/2019 saylı qətnaməsi ilə iddia ərizələri təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Bəbişov Faiq Qardaşxan oğlu 1-ci instansiya Məhkəməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-514/2020 saylı qətnaməsi ilə cavabdeh Bəbişov Faiq Qardaşxan oğlunun apelyasiya şikayəti qismən təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(060)-8440/2019 saylı qətnaməsi qismən cavabdeh Bəbişov Faiq Qardaşxan oğlunun ailə üzvlərinin “Tağıyev-3” qapalı hərbi şəhərciyi Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi cavabdeh Bəbişov Faiq Qardaşxan oğlunun ailə üzvlərinin “Tağıyev-3” qapalı hərbi şəhərciyi Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması hissəsində təmin edilməmişdir. Qətnamə cavabdeh Bəbişov Faiq Qardaşxan oğlunun “Tağıyev- 3” qapalı hərbi şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddia tələbinin cavabdehin ailəsi ilə birlikdə “Tağıyev- 3” qapalı hərbi şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması hissəsinə qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, iddia ərizəsindən göründüyü kimi cavabdehin ailə üzvlərinin adlarını, soyadlarını, ata adlarını və s. göstərmədən iddiaçı cavabdehlə birgə onların da mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu hissədə iddia tələbi qeyrimüəyyən olduğundan təmin edilməməlidir. Sumqayıt Apelyasiya Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli 2(105)-514/2020 saylı qətnaməsilə, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(060)-8440/2019 saylı qətnaməsini ləğv edərək əsas götürmüşdür ki, iddia ərizəsində cavabdeh Bəbişov Faiq Qardaşxan oğlunun ailə üzvləri göstərilməmişdir. Həqiqətən Mənzil- İstismar hissəsinin qaldırdığı iddia ərizəsində Bəbişov Faiq Qardaşxan oğlunun ailə üzvlərinin soyadı, adi, atasının adı göstərilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(060)-8440/2019 saylı qətnaməsinə əsasən, H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin əməkdaşları tərəfindən yenidən araşdirma aparılmış və əlavə akt tərtib edilmişdir. X20 Qardaşxan oğlunun ailə üzvləri göstərilmişdir. Şəxsiyyət vəsiqələrinin ksero surətini Bəbişov Faiq Qardaşxan oğlunun həyat yoldaşı Cavabdeh1 özü təqdim etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(060)-8440/2019 saylı qətnaməsilə Bəbişov Faiq Qardaşxan oğlunun mübahisəli Müdafiə Nazirliyinin H.Zeynalabdin rayon Mənzil İstismar hissəsi “Tağıyev-3” qapalı hərbi şəhərciyi ərazisində yerləşən Gənclik küçəsi yataqxana 214, mənzil 9 ünvanından çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindiyindən, həmçinin Bəbişov Faiq Qardaşxan oğlunun ailə üzvlərinin Cavabdeh1, Cavabdeh2 xüsusi təyinatlı yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılması qanuna uyğundur. Bəbişov Faiq Qardaşxan oğlunun ailə üzvlərinin Cavabdeh1, Cavabdeh2 Müdafiə Nazirliyi ilə heç bir əmək münasibətləri olmadığından, onlar Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102-ci maddəsinə uyğun olaraq mənzildən çıxarılmalıdırlar. Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 09.09. 2020-ci il tarixli 873 nömrəli sorğusuna əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 qeydiyyatda olduqları ünvan 21 saylı Mənzil-Kommunal sahəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 1353 nömrəli arayışa əsasən Cavabdeh1 atası X2 məxsus olmuşdur. Mənzilin sahibi 2020-ci ildə vəfat etmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Mənzil İstismar Hissəsinin nümayəndəsi X16 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS669204115AZ saylı poçt göndərişinin izlənməsi barədə çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi 1 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 674 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Gənclik küçəsi 214 saylı yataqxananın 9-cu mənzilində qeydiyyatsız olaraq yaşayırlar. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin xx.xx.2020-ci il tarixli, 879 nömrəli arayışından görünür ki, “Tağıyev-3” qapalı hərbi şəhərciyinin Gənclik küçəsində yerləşən 214 nömrəli modul tipli yataqxananın 9 nömrəli mənzili Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin istifadəsindədir. Azərbaycan SSR-i Nazirlər Kabinetinin xx.xx.1981-ci il tarixli 65-7 saylı qərarı ilə X11 qəsəbəsində “Tağıyev-3” qapalı hərbi şəhərciyi ərazisində 29,1 hektar torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinin üzərində mübahisəli yataqxana öz vəsaiti hesabına inşa edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin xx.xx.2020-ci il tarixli aktından görünür ki, Komissiyanın sədri: H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin İstismar Texniki bölmə rəisi-aparıcı mühəndis mənzil qrupu üzrə X6; Komissiyanın üzvləri: H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin hüquqşünası X17, H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 saylı Mənzil-İstismar sahə rəisi X13, H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 saylı Mənzil-İstismar sahəsinin yataqxana komendantı X10, H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin 1 saylı Mənzil-İstismar sahəsinin texniki X5 bu aktı tərtib etmişlər ondan ötəri ki, H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsi rəisinin şifahi göstərişinə əsasən ”Tağıyev-3” hərbi şəhərciyi ərazisində yerləşən Gənclik küçəsi 214 saylı yataqxananın 9 nömrəli mənzilində Bəbişov Faiq Qardaşxan oğlu və onun ailə üzvlərinin yaşayıb-yaşamaması məqsədi ilə həmin mənzilə baxış keçirilmişdir. Mənzilə baxış zamanı Bəbişov Faiq Qardaşxan oğlu və onun ailə üzvlərinin: həyat yoldaşı- Cavabdeh1, oğlu- Cavabdeh2 və (yetkinlik yaşına çatmayan qızı- Bəbişova Gövhər Faiq qızının) ”Tağıyev-3” hərbi şəhərciyi ərazisində yerləşən Gənclik küçəsi 214 saylı yataqxananın 9 nömrəli mənzilində qeyri-qanuni məskunlaşmaları və qeydiyyatsız yaşamaları müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin xx.xx.2020-ci il tarixli, 724 nömrəli arayışına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin “Tağıyev-3” qapalı hərbi şəhərciyi ərazisində yerləşən Gənclik küçəsi 214 saylı modul tipli yataqxananın 9 nömrəli mənzilində qeyri qanuni məskunlaşmış,qeydiyyatsız yaşayan Bəbişov Faiq Qardaşxan oğlu kommunal xidmət haqqına görə sonuncu ödənişi xx xxxxxxx 2018-ci il tarixdə 023695 nömrəli qəbzlə 10 (on) manat məbləğində etmişdir. Kommunal xidmət haqqına yaşayışçının yaşadığı yaşayış sahəsindən istifadə etməsi, məişət tullantılarının yığılması və məişət tullantılarının ləğv edilməsi aiddir. Məişət tullantılarının ləğv edilməsi Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin “xxxx” MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli P005 nömrəli müqavilə əsasında həyata keçirilir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(060)-8440/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətanmə ilə cavabdeh Bəbişov Faiq Qardaşxan oğlunun ailəsi ilə birlikdə “Tağıyev-3” qapalı hərbi şəhərciyi, Gənclik küçəsi 214 nömrəli yataqxana, mənzil 9 ünvanından çıxarılması qət edilmişdir. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli 2(105)- 514/2020 saylı qətnaməsinin surətinə əsasən, cavabdeh Bəbişov Faiq Qardaşxan oğlunun apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8440/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən - cavabdeh Bəbişov Faiq Qardaşxan oğlunun ailə üzvlərinin “Tağıyev-3’' qapalı hərbi şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin cavabdeh Bəbişov Faiq Qardaşxan oğlunun ailə üzvlərinin “Tağıyev-3” qapalı hərbı şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması hissəsində təmin edilməsi, qətnamənin cavabdeh Bəbişov Faiq Qardaşxan oğlunun “Tağıyev-3” qapalı hərbi şəhərciyi, Gənclik küçəsində yerləşən 214 nömrəli yataqxana mənzil 9 ünvanından çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” DBLİ tərəfindən verilmiş Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin Hacı Zeynalabdin qəsəbəsi “Tağıyev-3” hərbi şəhərciyi ərazisində yerləşən 145, 146, 213 və 214 nömrəli yataqxana binalarının texniki vəziyyəti haqqında xx.xx.2018-ci il tarixli rəyində qeyd edilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 34/10157 nömrəli xx.xx.2018-ci il tarixli tapşırığı əsasında Azərbaycan Respublikası Mudafiə Nazirliyi Mənzil-X12 Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin Hacı Zeynalabdin qəsəbəsi "Tağıyev-3" hərbi şəhərciyi ərazisində yerləşən 145, 146 nömrəli (daş) yaşayış binaları və 213, 214 nömrəli “Yataqxana" (Mobil tipli) binalarına “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Texniki şöbəsinın baş mütəxəssisi Sevda Xəlilzadə və aparıcı mühəndisi Vaqif Nağıyev tərəfindən, H.Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin rəisi polkovnik-leytenant Akif Azadov, Mənzil-lstismar hissəsinin baş mühəndisi Qorxmaz Nağıyev və aparıcı inşaat mühəndisi Qələmnaz Əhmədovanın iştirakı ilə yuxarıda adı qeyd olunan ünvanda yerləşən binalara vizual texniki baxış keçirildi. 214 nömrəli “Mobil tipli” yataqxana binası təqdim edilmiş sənədlərə əsasən 1990-cı ildə inşa olunmuşdur. Vizual texniki baxış zamanı binanın taxta fasad divarlarında qabarmalar, çürümələr, sınıb-dağılmalar müşahidə olundu. Pəncərələrin çoxu taxta elementlərlə bağlanmışdır. Qapıların taxta elementləri çürüyərək dağılmışdır. Binanın daxili taxta divarlarında, arakəsmələrində, pilləkənin taxta pillələrində, dəhlizin, 1-ci mərtəbədə ümumi sanitar qovşaqlarının və mətbəx otağının divarlarında, döşəməsində yarıdağılmış vəziyyət yaranmış, taxta örtüklər əyintiyə məruz qalmışdır. 1-ci mərtəbənin döşəmələrınin altına atmosfer və məişət suları yığılır ki, bu da binada antisanitariya vəziyyətinin yaranmasına səbəb olmuşdur. Döşəmələrdə çökmələr yaranmışdır. Döşəmə taxtaları müəyyən sahələrdə sınmış və deformasiyaya məruz qalmışdır. Dam örtüyü istismara yararlı olmadığı üçün atmosfer yağıntıları mənzillərin içinə axması təsirindən mənzillərdə rütubət yaranmışdır. Yataqxana binasının kommunikasiya təminatı sistemi istismara yararsız vəziyyətdədir. Bina mənəvi və fiziki cəhətdən köhnəlmişdir. Yaşayış üçün tam yararsız hesab edilir. Bina hal-hazırda texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yuxarıda göstərilənləri nəzərə alaraq binanın təhlükəsiz istismarını təmin etmək məqsədilə binada müvafiq layihə əsasında gücləndirmə və bərpa işlərinin aparılması texniki cəhətdən məqsədəuyğun hesab edilmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi 1 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 7353 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, X1 şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 1, mənzil 45 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda da yaşamışdır. O, 2020-ci ildə vəfat etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mənzil Məcəlləsinin 17-ci maddəsinə görə mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu (17.2). İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu (17.3). Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdır (17.4). Mənzil fondunun dövlət uçotu mənzil fondunun uçotunun digər formaları ilə yanaşı, onun texniki uçotunun aparılmasını, o cümlədən mənzil fondunun inventarlaşdırılmasını və texniki pasportlaşdırılmasını (yaşayış sahələrinin müəyyən edilmiş tələblərə uyğunluğunun təmin edilməsi ilə əlaqədar yaşayış sahələri barədə texniki və digər məlumatları özündə əks etdirən sənədlərin – yaşayış sahələrinin texniki pasportlarının tərtib edilməsi (rəsmiləşdirilməsi) də daxil olmaqla) nəzərdə tutmalıdır (17.5). Mənzil Məcəlləsinin xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri barədə müddəalarına görə xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri (91.1). Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir (92). Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur (93.1). Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir (98.1). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Tağıyev-3” qapalı hərbi şəhərciyi Gənclik küçəsi 214 nömrəli yataqxananın 9 saylı mənzili xidməti mənzil olmaqla dövlət mənzil fonduna aiddir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni əsas olmadan həmin mənzildə yaşayırlar. Belə ki, həmin mənzil Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilin yerləşdiyi yataqxananın mülkiyyətçisinin (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarı ilə ayrılmamış, o cümlədən mənzilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə kirayə müqaviləsi bağlanmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Tağıyev-3” qapalı hərbi şəhərciyi Gənclik küçəsi 214 nömrəli yataqxananın 9 saylı mənzilinə hər hansı hüququ mövcud olmayan cavabdehlərin bu mənzildə yaşaması iddiaçının hüquqlarını məhdudlaşdıran haldır. Bu səbəbdən iddia tələbi “Tağıyev-3” qapalı hərbi şəhərciyi Gənclik küçəsi 214 nömrəli yataqxana, mənzil 9 ünvanında qeyri-qanuni məskunlaşmış Cavabdeh1 və Cavabdeh2 çıxarılması hissəsində təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” DBLİ tərəfindən verilmiş Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin Hacı Zeynalabdin qəsəbəsi “Tağıyev-3” hərbi şəhərciyi ərazisində yerləşən 145, 146, 213 və 214 nömrəli yataqxana binalarının texniki vəziyyəti haqqında xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, 214 nömrəli yataqxana qəzalı vəziyyətdədir və orada yaşayan (qanuni və ya qanuni əsaslar olmadan) şəxslərin həyatı üçün təhlükəlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin istifadəsində olan “Tağıyev-3” qapalı hərbi şəhərciyi, Gənclik küçəsi, 214 nömrəli yataqxana, mənzil 9 ünvanında qeyri-qanuni məskunlaşmış Cavabdeh1 və Cavabdeh2 digər yaşayış sahəsi verilmədən həmin xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5570/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5570/2020
24.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver