Məhkəmə qərarları › İş №2(060)-56/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-56/2022

31.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-56/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin özgənin qeyri-qanuni sahibliyindən geri tələb edilməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 ünvanında yerləşən torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri gözügedən torpaq sahəsində yerləşən tikilidə qanunsuz olaraq məskunlaşaraq bu günə kimi faktiki olaraq həmin torpaq sahəsindən istifadə edir və yaşayırlar.Onlardan torpaq sahəsindən çıxmalarını tələb etsələr də, torpaq sahəsindən çıxmayacaqlarını bildirmişlər. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 ünvanında yerləşən torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 digər ailə üzvlərinin mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 və Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahələrindən və həmin torpaq sahəsi üzərində olan tikilidən çıxarılmaları və həmin torpaq sahələrinin üzərində olan tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 ünvanında yerləşən torpaq sahəsinin, paylı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahəsinin, həmin torpaq sahəsi üzərində olan tikilinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 digər ailə üzvlərinin qeyri-qanuni sahibliyindən alınıb ona qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 digər ailə üzvlərinin mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 ünvanında yerləşən torpaq sahəsi və paylı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində olan tikilidən çıxarılmaları və həmin torpaq sahələrinin və həmin torpaq sahəsi üzərində olan tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı torpaq sahəsinin özgənin qeyri-qanuni sahibliyindən geri tələb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahəsinin, həmin torpaq sahəsi üzərində olan tikilinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 digər ailə üzvlərinin qeyri-qanuni sahibliyindən alınıb ona qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 digər ailə üzvlərinin paylı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində olan tikilidən çıxarılmaları, həmin torpaq sahəsinin və torpaq sahəsi üzərində olan tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək, onun Füzuli rayonundan məcburi köçkün olduğunu, illərdir yaşadığı torpaq sahəsi ilə bağlı yaranan bu mübahisələrin əsassız olduğunu, 15 ildir ki, həmin sahədə ev tikərək ailəsi ilə birgə yaşadığını, bu müddət ərzində heç kimin ona qarşı torpağa dair iddiası olmadığını, bir neçə dəfə torpağı almaq üçün alıcıların gəldiyini, ondan sonra bu mübahisənin yarandığını iddianın əsassız hesab etdiyini bildirərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh3 məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 25.08.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanı İddiaçı və Nümayəndə1 ½ hissədə xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində İddiaçı və Nümayəndə1 hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 02.09.2020-ci və 28.10.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 18.12.2020-cu il tarixli Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, 08.12.2020-ci il tarixdə həmin bölməyə daxil olmuş İddiaçı HK-1/2534 saylı ərizəsi əsasında yoxlama aparılmış, ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 23.04.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 429 ünvanda yerləşən bağ sahəsinin tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 16.06.2004-cü il tarixli, 9988 nömrəli müqavilə əsasında X8 oğlunun adına qeydiyyata alınmış və 19.01.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri 23 saylı notariat kontorunun təsdiq etdiyi 24.08.2020-ci il tarixli, 4Ə-844 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmış və 25.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri, Novxanı bağ massivi B-429 ünvanda yerləşən torpaq sahəsi bağ sahəsinin tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 16.06.2004-cü il tarixli, 9987 nömrəli müqavilə əsasında Əliyev X4 adına qeydiyyata alınmış və 01.06.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri 5 saylı notariat ofisinin təsdiq etdiyi 26.08.2020-ci il tarixli, 2V-92 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən torpaq sahəsinin 1/2 hissəsi (0.0850 ha) üzərində X8 oğlunun və 1/2 hissəsi (0.0850 ha) üzərində Əliyeva Ulduza Qəni qızının mülkiyyət hüququ qeydiyyata alınmış və 28.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunun təsdiq etdiyi 28.08.2020-ci il tarixli, 4Ə-862 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X8 oğluna məxsus torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmış və 02.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri 23 saylı notariat kontorunun təsdiq etdiyi 27.10.2020-ci il tarixli, 4Ə-1106 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən torpaq sahəsinin Əliyeva Ulduza Qəni qızına məxsus 1/2 hissəsi üzərində Nümayəndə1 mülkiyyət hüququ qeydə alınmış və 28.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Bakı şəhəri 23 saylı notariat kontorunun təsdiq etdiyi 24.08.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X8 oğlu Sumqayıt şəhəri, Novxanı bağ massivi 429 ünvanda yerləşən torpaq sahəsini İddiaçı hədiyyə etmişdir. İş materiallarında olan Bakı şəhəri 23 saylı notariat kontorunun təsdiq etdiyi 27.10.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Əliyeva Ulduza Qəni qızı Sumqayıt şəhəri, Novxanı bağ massivi 429 ünvanda yerləşən torpaq sahəsindən ona məxsus 1/2 hissəsini Nümayəndə1 hədiyyə etmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30.12.2021-ci il tarixli, 10/6565 saylı rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 429 ünvanında yerləşən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsində olan tikili İddiaçı mülkiyyətində olan 0,1174 ha torpaq sahəsində yerləşir. Sumqayıt şəhəri, Novxanı bağ massivi B-429 ünvanında yerləşən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsində olan torpaq sahəsi İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 mülkiyyətində olan 0,085 ha torpaq sahəsində yerləşir. İş üzrə ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 50 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə tərəfindən iş üzrə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 nümayəndəsi Nümayəndə2, Cavabdeh1, Cavabdeh2, mütəxəssis X3 və ekspert X1 iştirakları ilə yerli baxış keçirilmiş, 20 sot torpaq sahəsi üzərində cavabdehlər tərəfindən 1 mərtəbəli özbaşına ev tikilmişdir. Cavabdehlər evə dair hüquq müəyyənedici hər hansı sənəd təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunan sənəd vizual olaraq həmin torpaq sahəsinə uyğun gəlir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddanı qəbul etməyərək gətirdikləri dəlillər əsassızdır. Belə ki, onların həmin torpaq sahəsi üçün bir şəxsə pul verdiklərini bildirməklə, onun müqabilində də həmin sahədə uzun müddətdir ki, məskunlaşdıqlarını, heç bir hüquq müəyyənedici sənədin olmamasını, torpaq sahəsinin aldıqları vaxt sənədin vacib olmasından xəbərsiz olmaları, öz-özlüyündə iddianın əsaslı olmasını, cavabdehlərin qanunsuz torpaq sahəsini və tikilini zəbt etməklə, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 məxsus mülkiyyət hüquqlarını məhdudlaşdırılmasına səbəb olmuşdur. Zəbt olunan sahənin məhz İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 məxsus torpaq sahəsinin olması keçirilən məhkəmə tikinti-texniki ekspertizasının 30.12.2021-ci il tarixli, 10/6565 saylı rəyinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi 429 ünvanında yerləşən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsində olan tikili İddiaçı mülkiyyətində olan 0,1174 ha torpaq sahəsində, Sumqayıt şəhəri, Novxanı bağ massivi B-429 ünvanında yerləşən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsində olan torpaq sahəsi İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 mülkiyyətində olan 0,085 ha torpaq sahəsində yerləşməsi ekspertin rəyi ilə təsdiq olunmuşdur. Məhkəmənin iddianın təmin olunması qənaətinə gəlməsinə əsas, işin məhkəmə araşdırması zamanı müəyyən edilən halları və aşağıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş normalardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, əşyaya mülkiyyət hüququnun başqa şəxsə keçdiyi hallarda, mülkiyyətçinin dəyişməsinə baxmayaraq əşya öz yüklülüyünü saxlayır və özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ olan şəxs həmin hüquqdan istifadə etməkdə davam edir. Bunun hüquqi əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun mülkiyyət hüququ ilə eyni üsulla müdafiə olunmasını da həmin hüquqa aid səciyyəvi xüsusiyyət kimi qeyd etmək olar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsindən görünür ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən isə torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddanın təmin edilməsi nəticəsinə gələrkən işin məhkəmə araşdırılması zamanı iş materiallarına əlavə edilmiş sənədlərlə, mübahisə edilən sahəyə ekspertin iştirakı ilə baxış keçirərək, mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən etmişdir ki, iddia tələbi əsaslı olmaqla qanuna uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 ünvanında yerləşən torpaq sahəsi, paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahəsi, həmin torpaq sahəsi üzərində olan tikili cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 digər ailə üzvlərinin qeyri-qanuni sahibliyindən alınıb İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 qaytarılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yetkinlik yaşına çatmayan digər ailə üzvləri İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 429 ünvanında yerləşən torpaq sahəsindən və paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-429 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində olan tikilidən çıxarılsın və həmin torpaq sahələri və həmin torpaq sahəsi üzərində olan tikili boşaldılaraq İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə1 təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar