Məhkəmə qərarları › İş №2(060)-5616/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5616/2022

18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5616/2022 18.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinun Maraqlı şəxs qismində işə cəlb etməklə doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində işə cəlb etməklə doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X5 xx.xx.1955-ci ildə Azərbaycan Respublikasının Zəngilan rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamənin ata haqqında məlumat qrafasında X6, ana qrafasında X1 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 ilə xx.xx.1978- ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Mərhum əri X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən birinci Qarabağ döyüşlərində iştirak etmiş və aldığı xəsarət nəticəsində ona ikinci qrup əlillik dərəcəsi verilmişdir. X7 xx.xx.2009-cu il tarixdə qaraciyər çatışmazlığından Sumqayıt şəhərində ölmüşdür. Azərbaycan Respublikası Prezidentinin 1992-1997-ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara "Hərbi qulluqçuların icbari sığortası haqqında qanununa" uyğun olaraq ödənişlərin edilməsi ilə bağlı müvafiq fərman imzalamışdır. Həmin fərmana uyğun olaraq mərhum ərinə ödəniləcək sığorta ödənişi ilə bağlı onun doğum haqqında şəhadətnaməsi tələb olunur. Onun doğum haqqında şəhadətnaməsi məlum hadisələr nəticəsində Zəngilan rayonunda qaldığına görə doğum haqqında akt qeydinin bərpa olunması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs bundan imtina edərək, xx.xx.2022-ci il tarixli 05/Q-54/15 saylı imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəaların 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında aparılır. Bildirilir ki, akt qeydinin bərpa olunması şöbədə imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə olunur. Qeyd olunanlara əsasən, buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçi qaynı Elçin Mustafayevin arvadıdır. Qaynı E.Mustafayev digər qardaşları ilə birlikdə Birinci Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə Elçin xəsarət almış, sonuncunun qardaşı Ələsgər isə şəhid olmuşdur. Daha sonra Elçin xəstəlikdən vəfat etmişdir. Elçinin valideynləri X6 və X2 olub. Onların hər ikisi vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-54/15 saylı məktubun məzmunundan görünür ki, doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. İİ-ЖГ seriyalı 273375 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X3 arasında Bakı şəhəri, Səadət sarayında xx.xx.1978-ci il tarixdə 5371 nömrəli akt qeydi ilə nikah bağlanmış, qadına Mustafayeva soyadı verilmişdir. Azərbaycan Respublikası AZ-İ 359243 № li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 09 aprel 2009-cu ildə ölmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5616/2022 saylı sorğusuna cavab olaraq Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilən şəxsiyyət vəsiqələrinin fərdi uçot kartoçkasının məlumatlarından görünür ki, X7 15 may 1955-ci ildə Azərbaycan Respublikasının Zəngilan rayonunda anadan olmuş, atası X6, anası Sidiqə Mustafayevadır. AZ seriyalı, 250833 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X2 arasında xx.xx.1943-cü ildə 2 saylı akt qeydi ilə Zəngilan rayon VVAQ şöbəsində nikah bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları» 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, ərizə təmin edilməli, X5 15 may 1955-ci il tarixdə Zəngilan rayonunda doğulması və doğumunun qeydə alınması toplanmış sübutlarla təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, X5 15 may 1955-ci il tarixdə Zəngilan rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilməli, akt qeydi bərpa edilməli, doğum akt qeydi aparılarkən ata qrafasında X6, ana qrafasında X2 göstərilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 15 may 1955-ci il tarixdə Zəngilan rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilsin, akt qeydi bərpa edilsin, doğum akt qeydi aparılarkən ata qrafasında X6, ana qrafasında X2 göstərilsin. Qətnamə doğum haqqında yeni şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar