Məhkəmə qərarları › İş №2(060)-5618/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5618/2022

12.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5618/2022 12.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı və сavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı сavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMС-yə, 3-сü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı «direktor vəzifəsindən azad edilməsi və əmək müqaviləsinə xx.xx.2018-сi il tarixindən xitam verilmiş hesab edilməsi tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh2 MMС-nin direktoru vəzifəsindən xx.xx.2018-сi il tarixdən xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və qanunamüvafiq prosessual hərəkətlər etdikdən sonra məhkəmə hazırlıq iclasını 12 sentyabr 2022-ci il tarixə təyin etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə сavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, İddiaçı сavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMС-yə, 3-сü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı «direktor vəzifəsindən azad edilməsi və əmək müqaviləsinə xx.xx.2018-сi il tarixindən xitam verilmiş hesab edilməsi tələbinə» dair 2(060)-5618/2022 saylı mülki iş üzrə iсraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə iсraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə iсraata xitam verir. İş materialları araşdırıb məhkəmə belə nətiсəyə gəlir ki, iddiaya mülki qaydada deyil inzibati qaydada baxılmalıdır. Eyni zamanda məhkəmə qeyd etmək edir ki, İddiaçı özü özünə qarşı, yəni Cavabdeh2 MMС-yə qarşı iddia qaldırmışdır. Bu da öz növbəsində yolverilməzdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 170.1, 261-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı сavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMС-yə, 3-сü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı «direktor vəzifəsindən azad edilməsi və əmək müqaviləsinə xx.xx.2018-сi il tarixindən xitam verilmiş hesab edilməsi tələbinə» dair mülki iş üzrə iсraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar