Məhkəmə qərarları › İş №2(060)-5626/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5626/2022

09.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5626/2022 09.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh X11, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X14 qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X23 arasında bağlanmış 04 sentyabr 2021- ci il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə, Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi üçün Prokurorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə X23 arasında bağlanmış 04 sentyabr 2021-ci il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin X9 mülkiyyətinə verilməsi barədə reyestrdən çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə, Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi üçün Prokurorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X10, Cavabdeh1, X19 qarşı (üçüncü şəxslər “TERM” kompaniyası, "xxxx"ASC, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m. təşkil edən 25 saylı evin mənzilinə dair “TERM” Kompaniyasının adından bağlanmış alqı-satqı müqaviləsinin, xx.xx-2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X2 ilə Cavabdeh1 və Bank Respublika” ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqı-satqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında qeyd edilən mənzil üzərində X7 və Cavabdeh1 mülkiyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə inşa edilmiş 3 saylı evin 25 saylı mənzili “TERM” Kompaniyası tərəfindən 04 fevral 2005-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır. Mənzilə görə iddiaçı “TERM” Kompaniyasına ********* manat (köhnə məzənnə ilə) pul ödəmiş və mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Lakin, mənzilin təmir işlərini apara bilməmiş, bu səbəbdən də ora köçə bilməmiş, ona görə də ev boş qalmışdır. “TERM” Kompaniyasının keçmiş direktoru V. Rəhimov adlı şəxs mənzilə dair sənədləri saxtalaşdıraraq mənzili yaxın qohumu (qaynatası) K.İ.Gülməmmədovun adına keçirmişdir. Lakin, “TERM” Kompaniyasına mənzillə bağlı K.İ.Gülməmmədov tərəfindən hər hansı bir ödəniş edilməmiş, kompaniyanın bank hesabına vəsait köçürməmişdir. 08 fevral 2013-cü il tarixdə Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair mülkiyyət hüququ DƏDRX-nin 2 saylı Ərazi İdarəsində K.İ.Gülməmmədovun adına qeydə alınmışdır. Bundan sonra mübahisəli mənzil 07 mart 2013-cü il tarixdə bağlanmış 13011- 0187/130215 saylı alqı-satqı müqaviləsi və ipoteka müqaviləsinə əsasən K.İ.Gülməmmədov tərəfindən yaxın qohumu Cavabdeh1 satılaraq, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müddəti 07 mart 2018-ci ilədək nəzərdə tutulmuş yüklülüklə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına müvafiq reyestrdən çıxarış verilmişdir. Qeyd olunan mənzillə bağlı “TERM” Kompaniyasının bütün sənədlərində İddiaçı adı qeyd olunmuşdur. Lakin, “TERM” Kompaniyasının keçmiş direktoru V. Rəhimovun qanunsuz əməlləri nəticəsində həm Kompaniyanın, həm də iddiaçının hüquqları pozulmuşdur. Buna görə də o cinayət məsuliyyətinə cəlb edilmişdir. Yuxarıda göstərilən məzmunda olan iddia Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2016-cı il tarixli, 2(060)-925/2016 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş. Abasov (sədrlik edən və məruzəçi), A. Abbasov və T. Məmmədov ibarət tərkibdə) 16 mart 2018-ci il tarixli, 2(105)-20/18 saylı qətnaməsi ilə qismən təmin edilmiş iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx-2015-cı il tarixli, 2(060)-925/2018 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m. təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X25 ilə X15 arasında bağlanmış alqı-satqı müqaviləsinin, xx.xx-2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı Notariat X2 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqı-satqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X7 və Cavabdeh1 mülkiyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması, iddiaçı X16 apellyasiaya şikayətinin verilməsi üçün ödədiyi 5 manat dövlət rüsümunun cavabdeh X12 alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyamın (hakimlər V. İbayev (sədrlik edən və məruzəçi), A. Kalbalıyev və Ə.Əliyev ibarət tərkibdə) 03 avqust 2018-ci il tarixli, 2(102)-5246/2018 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, üçüncü şəxs “Bank Respublika ASC-nin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx-2018-ci il tarixli qətnaməsi ləğv edilmiş işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G. Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E. Rəhimovdan ibarət rərkibdə) 12 noyabr 2-18-ci il tarixli 2(105)-5367/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 14 mart 2026-ci il tarixli 2(060)-925/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M. Əhmədova (sədrlik edən və məruzəçi), Ə Rüstəmov və Ə Nurməmmədovdan ibarət tərkibdə) 2(102)-1405/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tairxli qərarı ilə X27 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verdiyi konstitusiya şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qərarı ilə təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə həmin qərara uyğun olaraq mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 18 sentyabr 2020-ci il tarixli, 13(102)-6(k)/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı və həmin qərarla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər -F. Məmmədov (sədrlik edən və məruzəçi). Z. Məmmədov və H. Babayevadan ibarət tərkibdə) 16 fevral 2021-ci il tarixli, 2(105)-473/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2016-cı il tarixli, 2(060)-925/2016 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X25 ilə X15 arasında bağlanmış alqı-satqı müqaviləsi, xx.xx- 2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X2 ilə Cavabdeh1 və "Bank Respublika” ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X7 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir. Qeyd edir ki, qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun əsaslandırılmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər X37 (sədrlik edən və məruzəçi), X20 və X17 ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx-2021-ci il tarixli, 2(105)-473/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və xx.xx-2021-ci il tarixli icra vərəqi ilə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Lakin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməmişdir. Bununla bağlı iddiaçı müxtəlif qurumlara müraciət edərək Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasına kömək etmələrini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə verilmiş 16 may 2022-ci il tarixli, 2(105)473/2021 saylı məktubunda bildirilmişdir ki, “Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun 08 aprel 2021-ci il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması barədə” qərar qəbul edərək, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə istinad edərək icra sənədi məhkəməyə qaytarılmışdır. Qərarda göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********66 saylı, xx.xx-2022-ci il tarixli məktubuna əsasən icra vərəqəsində qeyd edilən **********87-05301-093019 reyestr nömrəli daşınmaz əmlakın 04.09- 2021-ci il tarixli, 197154Ə001591 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 tərəfindən X9 xeyrinə özgəninkiləşdirilmişdir. Belə olan halda icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi mümkün deyil”. Bundan başqa Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli **********66 saylı məktubundan görünür ki, “bildiririk ki, icra vərəqəsində qeyd edilən **********87-05301- 093019 saylı reyestr nömrəli daşınmaz əmlak xx.xx-2021-ci il tarixli, 197154Ə001591 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 tərəfindən X9 xeyrinə özgəninkiləşdirilmişdir”. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən belə məlum olduğu kimi, iddiaçıya məxsus olan mənzil Cavabdeh1 tərəfindən Feyziyev Bəhruza satılmışdır. Bildiririr ki, Cavabdeh1 mənzili satmağa hüququ olmadığı halda bilərəkdən iddiaçının mənzilini başqa şəxsə satmışdır. Hesab edir ki, onun əməlinə həm də cinayət hüquqi qiymət verilməli dələduzluq cinayətini törətdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməsi üçün qərardada qəbul edilməlidir. Əvvəlki məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mənzilə dair “TERM” kompaniyası ilə K.Gülməmmədov arasında bağlanmış alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış, əslində nə K.Gülməmmədovun nə də A. Məmmədovun həmin mənzili almaq niyyətləri olmamışdır. Həmin alqı-satqı müqavilələrində məqsəd mübahisəli mənzili faktiki olaraq V.Rəhimovun mülkiyyətinə keçirmək olmuşdur. Həmin müqavilələr üzrə alıcılar K.Gülməmmədov və Cavabdeh1 mənzilin dəyərini ödəməmişdir. Məhkəmələrin sonuncu mövqeyinə görə mənzilin dəyərini “TERM” kompaniyasına ödədiyi üçün iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməsi üçün əsaslar olmamışdır. Mübahisəli mənzilə dair “TERM” Kompaniyası adından X18 Kərim arasında bağlanmış alqı-satqı müqaviləsi və X15 arasında bağlanmış alqı-satqı müqaviləsi və X15 ilə Cavabdeh1 arasında bağlanmış 13011- 0187/130215 saylı alqı-satqı müqaviləsi uydurma, yalan əqd olaraq görünüş üçün bağlandığı üçün əhəmiyyətsiz əqd olmuşdur. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqavilələri görünüş üçün bağlandığından, həmin əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmuş Vüqar Rəhimovun kompaniya adından mübahisəli mənzil barəsində sərəncam vermək səlahiyyəti olmadığından, mənzilin həqiqi dəyəri ödənilmədiyindən Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair "TERM” Kompaniyasının adından Vüqar X4 arasında bağlanmış alqı-satqı müqaviləsi və 07 mart 2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X2 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqı-satqı müqqaviləsi etibarsız sayılmışdır. Mülki Prosessual Məcəllənin 82.3.-cü maddəsində deyilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bildirir ki, iş üzrə əvvəllər qəbul edilmiş və qanuni qüvvəyə minmiş qətnamələrlə təsdiq edilir ki, Cavabdeh1 mübahisələndirilən mənzil üzərində heç bir hüququ olmamışdır. Səlahiyyətsiz şəxsin bağladığı əqd etibarsızdır. İddiaçı illərdir aldığı mənzilə köçə bilmir. İddiaçıya illər ərzində vurulmuş zərər Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda Cavabdeh1 və digər şəxslərin əməllərini cinayət hüquqi qiymət verilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04 fevral 2021-ci il tarixli 2(105)- 473\2021 saylı qərardaddan da görünür ki, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilin özgəninkiləşdirilməsi Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və digər şəxslərə qadağan edilmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04 fevral 2021-ci il tarixli, 2(105)-473/2021 saylı qərardaddan bir il vaxt keçdikdən sonra iddiaçıya məxsus mənzil özgəninkiləşdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsininn Cinayət Kollegiyasının 1(105)-34/2018 saylı, xx.xx- 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, X25 “TERM” kompaniyası tərəfindən inşa edilmiş Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilin alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmasına baxmayaraq, saxta sənədləşmə əsasında qaynatasının adına rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. O Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx-2017-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2-ci 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş və həmin hökm sonradan da dəyişdirilmədən saxlanmışdır. Hesab edir ki, Məmmədov X6 arasında bağlanmış xx.xx-2021- ci il tairxli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Cavabdehlər tərəfindən bağlanmış alqı-satqı müqaviləsi ilə mülki qanunvericiliyin əmlakın əldə edilməsi ilə bağlı normaları pozulmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə etdi, izahat verərək bildirdi ki, mübahisəli mənzili ilkin əldə edən iddiaçı olmuşdur. Belə ki, özgəninkiləşdirmə hüququ da insana bir dəfə verilir və bu hüquqdan da istifadə olunaraq mənzil ona satılmış, özgəninkiləşdirmə səlahiyyəti qalmamışdır. Eyni zamanda bildirdi ki, baş verən hadisələrlə əlaqəli cinayət işi olmuş və Vüqar Rəhimov Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Əlavə etdi ki, müqavilə səlahiyyətsiz şəxs tərəfindən bağlandığından etibarsız hesab edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi də bu məsələyə qiymət vermiş, müqavilənin səlahiyyətsiz şəxs tərəfindən bağlanması və etibarsız hesab olunması qənaətinə gəlmişdir. Konstitusiya Məhkəməsi işə bir dəfə baxıb və tərəflərindən verilən konstitusiya şikayətinin təmin olunduğunu bildirdi. Bundan sonra da işə Ali Məhkəmənin Plenumu baxmış, o da mülki işi Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə də iddia tələbi təmin edilmiş, həmin qəbul edilmiş qətnamədən də Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş və onun şikayəti də təmin edilməmişdir. Müvəqqəti təminat tədbiri Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən işə təkrar baxılan zaman – 2021-ci ilin fevral ayında tətbiq edilib. Eyni predmet, eyni mənzildir. İlkin əldə edən iddiaçı olmuşdur, hüquq onun üçün yaranıb, sonradan kimə satılıbsa, hamısı etibarsızdır, müqavilələr səlahiyyətsiz şəxs tərəfindən bağlanılmışdır. Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən bildirmişdir ki, münahisəli mənzili bibisi oğlu Vüqar Rəhimov formal olaraq onun mülkiyyətinə keçirmişdir ki, bankdan kredit rəsmiləşdirə bilsin, mənzilin alınmsına vaszit verməmiş sadəcə Vüqarın xahişini yerinə yetirərək mənzil ona alqı-satqı edilmişdr. Göründüyü kimi, hazırki iş üzrə Cavabdeh1 mübahisəli mənzilin özünə məxsus olmadığını bilərək, əvvəlki məhkəmə gedişatında mənzili Cavabdeh2yevə satmışdır, hesab edir ki, Cavabdeh1la Cavabdeh2yev arasında bağlanmış alqı-satqı müqavəlisidə formal xarakter daşıyır. Belə ki, mənzili alan Feziyev əvvəlcədən Azəri tanımışdır və onlarda məlumta əsasən mənzilin yerləşdiyi binanın komendantı və digər işçiləri Feziyevə məzilin mübahisəli olduğunu bildirmişlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, izahat verərək bildirdi ki, “Term” kompaniyası ilə 2005-ci ildə müqavilə bağlamışdır, bir neçə il sonra – 2013-cü ildə isə həmin mənzillə bağlı problemin olduğu ona məlum olmuşdur. Belə ki, “Term” kompaniyasının icraçı direktoru Vüqar Rəhimov həmin mənzili qayınatası Kərim Gülməmmədovun adına, Kərim Gülməmmədov da Cavabdeh1 adına keçirmişdir. Sonra iddiaçı onlar arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və iddia tələbi təmin olunmuşdur. Bundan sonra qeyd edilən mənzilə çıxarış almaq istəyərkən ona məlum olmuşdur ki, məhkəmə gedişatında Cavabdeh1 mənzili Cavabdeh2yevə satmışdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən X23 iddia tələbini qəbul etmədi. Bildirdi ki, Cavabdeh1 tanımamışdır. Elan saytından evi tapdıqdan sonra tanımışdır ki, Cavabdeh1 onun qardaşının sinif yoldaşıdır. Biir şirkətdə işləmələrinə baxmayaraq, şirkət çox böyük olduğundan bir-birilərini tanımamışlar. İzahatına davam edərək göstərdi ki, 2019-cu il tarixində mübahisəli mənzili əldə etmişdir. Mənzili aldıqdan 3-4 ay sonra mənzilə gedərkən görmüşdür ki, mənzilin qapısının açarlarını dəyişmişlər. Bundan sonra "102”-ə zəng etmiş, bir daha həmin mənzilə daxil ola bilməmişdir. Məhkəmə tərəfindən ona ünvanlanan “Bildiyiniz halda ki, mülkiyyət sizindir, bu vaxta qədər niyə mülkiyyətinizi tələb etmədiniz? Niyə mənzili əldə etdiyiniz şəxsə qarşı hər hansı iddia irəli sürmədiniz?” sualına cavab verərək söylədi ki, mənzilini Cavabdeh1 tələb etdikdə Azər ona Ali Məhkəmənin qətnaməsini göstərmişdir. Bundan sonra da mənzilə daxil ola bilməmiş, həmin əmlakdan istifadə edə bilmədiyiniz halda Cavabdeh1 qarşı hansı hüquqi addımı atdınız?” sualına heç bir hüquqi addıma əl atmadığını bildirərək cavab vermişdir. Məhkəmənin “Notariusda alqı-satqı zamanı aldığınız evin üzərində hər-hansı bir məhdudiyyətin olub-olmaması barədə maraqlandız?- sualına cavab verərək bildirdi ki, bəli, alqı-satqı zamanı Notarius Forma 2 çıxartmışdır, həmin forma 2-ə nəzər yetirmişdir, heç bir məhdudiyyət olmadığı Forma 2-də əks olunmuşdur. Həmçinin qeyd etdi ki, mənzil üzərində məhdudiyyət olsaydı, notarius mənzilin satılmasını təsdiq etməzdi. Məhkəmə həmin Forma 2-ni Feziyev Bəhruza göstərərək, Forma 2-də mənzil üzərində məhkəmə bildirişinin qeydə alındığını bildirdi. Məhkəmənin “Gördüyünüz kimi, mənzil üzərində məhkəmə bildirişi və ipoteka mövcud olmuşdur, bunu görmədinizmi? sualına cavab verərək bildirdi ki, həmin yazıların Forma 2-də əks olunduğunu görməmişdir. İzahatına davam edərək pul verib mənzil aldğını, iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkil Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Mübahisəli məsələ ilə bağlı MTK-ya qarşı mənzil mübahisəssi irəli sürə bilərlər, hazırki halda cavabdehlərin heç bir təqsiri yoxdur. Hesab edir ki, MTK ilə İddiaçı əlbir olmuşdur. xx.xx.2019-cu il tarixdə Ali Məhkəmə tərəfindən cavabdehlərin lehinə qərar qəbul edildiyindən, Ali Məhkəmə son instansiya məhkəmə orqanı olduğundan cavabdehlər 2019-cu ildə alqı-satqı etmişdir. İddiaçın vəkilinin - Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərəkən, mübahisəli mənzilin formal olaraq ona alqı-satqı edilməsini və alqı-satqı zamanı alıcıya vəsait ödəməsini qeyd etməsini necə izah edə bilərsiniz sualına cavab olaraq bildirdi ki, Cavabdeh1 təzyiq göstərildiyi üçün belə ifadə vermişdir, lakin kim tərəfindən təzyiq göstərilməsini bilmir. Hər hansı pozuntuya yol verilmədiyini, etibarsızlıqdan söhbət gedə bilməyəciyini qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X24 ifadə verərək bildirdi ki, 2014-cü ildən “Term” kompaniyasında komendant işləyir. Binaya kommendant seçilən vaxtı icraçı direktor ona mənzillərdə kimin yaşayıb-yaşamaması barədə məlumatların əks olunduğu kitabça vermiş və mənzillərdə kimlərin yaşamasını bir-bir başa salmışdır. 8-ci mərtəbədə yerləşən 25 saylı mənzilə gələndə isə icraçı direktora söyləmişdir ki, burada yaşayış yoxdur. İcraçı direktor da sənədləri gətirib bildirmişdir ki, bu mənzil Qaçay adlı şəxsə mənsubdur, amma yaşayış yoxdur. Həmin mənzilin Qaçaya məxsus olduğunu elə o vaxtı öyrənmişdir. Təxmini 2 ildən sonra Hüseyn müəllim (icraçı direktor) söyləmişdir ki, həmin mənzilin məhkəmə mübahisəsi vardır. Aradan bir xeyli müddət keçəndən sonra qapıda dayanan Babaxan adlı mühafizəçi Qaçayın mənzilinə baxmağa gələnlərin olduğunu söyləmişdir. Gələnlərin kim olduğunu soruşanda cavab olaraq bildirmişdir ki, yeznəsinin dostudur. Bu zaman Babaxana 8-ci mərtəbədəki mənzili nəzərdə tutursansa, sən heç onlara məlumat vermisən ki, həmin mənzil problemlidir. Babaxan da onlara mənzilin probemli olması barədə məlumat verdiyini bildirdi. Növbəti gün 3 nəfər bəy, onlardan biri hazırda burada olan şəxsdir və 1 yaşlı qadın gəlmiş, həmin bəylər kənarda olmuş və liftin qarşısında həmin yaşlı qadınla rastlaşmışdır. Həmin yaşlı qadın 8-ci mərtəbəyə çıxdığını, mənzilə baxmağa getdiyini bildirmişdir. Mənzilə baxmaq üçün gələn şəxslərə həmin mənzilin mübahisəli olduğunu bildirdikdə, qadın problemin nədən ibarət olduğunu soruşmuşdur. Həmin problemin nə olduğu barədə tam şəkildə məlumatı olmadığını, amma həmin mənzilə dair məhkəmədə iş getdiyini, heç mənzilin yiyəsinin də gəlib mənzili təmir etmədiyini bildirdi. Sonra həmin qadın yanlarında olan adama söylədi ki, bizə belə problemli evi niyə göstərirsiniz? Müraciət etdiyi şəxs təxmini xatırlayır ki, adı Azər idi. Məhkəmə iclasında şahid qismində dindirilən X26 ifadə verərək bildirdi ki, İddiaçı mübahisəli mənzilin sahibi kimi tanıyır. Cavabdeh Feziyev Bəhruzu tanımadığın, axırıncı dəfə onu görəndə səs-küy yaradaraq qapı açılmadığı halda 102-yə şikayət edəcəyini bildirmişdir. Aşağı qonşuya su sızdığına görə yaşayış olmadığı üçün MTK-nın işçiləri tərəfindən mübahisəli mənzilin qılıfı dəyişdirilmişdir. Əliyeva Yeganə binanın kommendantıdır. 2014-cü ilin oktyabr ayının 15-dən icraçı direktor olandan sonra Hüseynə məlum olmuşdur ki, əvvəlki icraçı direktor həmin mənzili digər şəxsin adına keçirib, sonra da sözügedən mənzili Vüqarın qohumu olan Azərin adına keçirmişdirlər və artıq iş məhkəməyə düşmüş, şirkəti də hüquqşünasları təmsil etmiş, bu məsələ ilə bağlı ümuiyyətlə maraqlanmamışdır. İddiaçı işi məhkəmədə olduğu vaxtda həmin mənzil Cavabdeh1 adında olmuşdur. Mübahisə yarandığından işçilərə tapşırılmışdır ki, məhkəmə bitənə qədər həmin mənzilə giriş-çıxış olmasın, kimsə gəlməsin. Sonra bir vətəndaş yaxınlaşmış, Babaxan adlı mühafizəçi də gələn şəxsin yeznəsinin dostu olduğunu bildirmişdir. Babaxan evi almaq istədiklərini bildirdikdə, mənzilin mübahisəli olması barədə gələn şəxslərin məlumatlandırılmalarını tapşırmışdır. Babaxan ondan əvvəl mənzili almaq istəyən şəxslərə mənzilin probemli olduğunu, məhkəmədə işin getdiyini demişdir. Həmin vaxt 2 nəfər gəlmişdir, hansı ki, biri Babaxanın yeznəsi, digəri də, tam xatırlamasa da cavabdeh Feziyev Bəhruz olmuşdur. Məhkəmə işdə iştirak edən şəxlərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin (hakim İ.Mahmudov) xx.xx.2016-cı il tarixli, 2(060)- 925/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X10, Cavabdeh1, X22, üçüncü şəxslər “TERM” Kompaniyasına, "xxxx" ASC-yə, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqavilələrinin və hüququn dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi X5 apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Abasov, A.Abbasov, T.Məmmədov) xx.xx.2018-ci il tarixli, 2(105)-20/2018 nömrəli qətnaməsi ilə İddiaçı nümayəndəsi X3 apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)- 925/2018 nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə qəbul edilməsi, iddianın təmin olunması, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X25 ilə X15 arasında bağlanmış alğısatqı müqaviləsinin, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X2 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X7 və Cavabdeh1 mülkiyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması, İddiaçı apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 5 manat dövət rüsumunun cavabdeh X12 tutularaq ona qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 və üçüncü şəxs "xxxx" ASC kassasiya şikayətləri vermişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.İbayev, A.Kalbalıyev, Ə.Əliyev) xx.xx.2018-ci il tarixli, 2(102)-5246/18 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin qismən, üçüncü şəxs “”Bank Respublika” ASC-nin kassasiya şikayətinin isə təmin edilməsi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Tağızadə, T.Quliyev, E.Rəhimov) xx.xx.2018-ci il tarixli, 2(105)-5367/2018 saylı qətnaməsi ilə İddiaçı nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)- 925/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Əhmədova, Ə.Rüstəmov, Ə.Nurməmmədov) 2(102)-1405/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)- 3567/2018 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019- cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 fevral 2020-ci il tarixli qərarı ilə Q.Məmmədovun K.Gülməmmədova, Cavabdeh1, V.Rəhimova qarşı alğı-satqı müqavilələrinin və hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-6(k)/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1405/2019 saylı, 04 mart 2019-cu il tarixli qərarının və həmin qərarla əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3567/2018 saylı iş üzrə 12 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 473/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-925/2016 saylı, 14 mart 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi təmin edilərək Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X25 ilə X15 arasında bağlanmış alğısatqı müqaviləsi, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X2 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X7 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-473/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə X23 arasında 4Ə-1591 nömrəli reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzili X14 46000 manata satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətundən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili X11 mülkiyyətindədir. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə X23 arasında 4Ə-1591 nömrəli reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat icraatında olan daşınmaz əmlakın yüklülüyünə dair Araşışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində Sumqayıt şəhər Məhkəməsinin 2(060)-12885/2015 saylı, xx.xx.2015-ci il tarixli bildirişi əsasında müvəqqəti nəzarət olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339- Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, aldatma və s. üsullarla bağlanmış əqdlər mübahisə edilən əqdlədir. 340- uyduram və yalan əqdlər əhəmiyyətsiz əqdlərdir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu; 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası MPM-nin 265.5-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzili “TERM” Kompaniyası tərəfindən xx.xx.2005-ci il tarixdə İddiaçı satılmışdır. Bundan sonra TERM” Kompaniyasının keçmiş direktoru Vüqar Rəhimov mənzilə dair sənədləri saxtalaşdıraraq, mənzili yaxın qohumu olan X7 adına keçirmişdir, sonuncuda həmin sənədlər əsasında mənzilə dair DƏDRX-nin 2 saylı ərazi idarəsindən çıxarış almışdır. Bundan sonra mənzil K.Gülməmmədov tərəfindən yaxın qohumu Cavabdeh1 satılmışdır. İddiaçın qeyd edilən məsələlərdən xəbər tutduqa məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilərək, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X25 ilə X15 arasında bağlanmış alğı-satqı müqaviləsi, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X2 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X7 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilmişdir. İddiaçı iddia tələbinə dair qəbul edilmiş Qətnamənin icrası zamanı, ona məlum olmuşdur ki, Məhkəmə gedişatında mənzil Cavabdeh1 tərəfindən hazırki iş üzrə cavabdeh X1. Cavabdeh1 qeyd edilən mənzilin formal olaraq mülkiyyətinə ldə etməsini digər Məhkəmə icraatları zamanı qeyd etmiş və həmin Məhkəmə aktları hazırda qüvvədədirlər. Qeyd edilən alqı-satqının etibarsız olmasını hesab edərək İddiaçı hazırki iddia ilə Məhkəməyə müraciət etmişdir. Cavabdeh2yev mənzilin mübahisəli olduğunu bilərək həmin mənzili almış və 3 ilə yaxın müddətdə mənzildən istifadə edə bilməməyinə baxmayaraq hər hansı bir hüquqi addım, o cümlədən satıçı Cavabdeh1 qarşı heç bir iddia və ya pretenziya irəli sürməmişdir. Bununla yanaşı Cavabdeh2yev məhkəmə araşdırmasının əvvəlində Cavabdeh1 tanımadığını qeyd etsədə, sonrakı iclaslarda Cavabdeh1 onun qardaşının sinif yoldaşı olduğunu, lakin münasibətləri olmadığını etiraf etmişdir. Cavabdeh2yev noraiat ofisində alqı-satqı zamanı mənzilin üzərində məhdudiyyətin olub-olmamasına dair Arayışla tanış olduğunu və orada heç bir məlumat olmadığı qeyd etsədə, alqı-satqıya dair notariat icraatından görünür ki, həmin Arayışda müvafiq qeydlər olmuşdur. Cavabdeh2yevin mənzilin mübahisli olmamasını bimədiyini qeyd etməsinə baxmayaraq, mənzilin yerləşdiyi binanın komendantı və binanı inşa etmiş şirkətin icraçı direktorunun ifadələri bunun əksini göstərmiş və həmin ifadələr Məhkəmə tərəfindən həqiqətə uyğun hesab edilir. Qeyd edilən hallar onu göstərir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2yev əvvəldən biri-birilərini tanımışlar, sonuncu mənzilə baxmağa gedərkən, müvafiq şəxslər tərəfindən ona mənzilə dair məhkəmə mübahissəsi olduğu bildirilmiş, Cavabdeh2yev notariat ofisində məhdudiyyətə dair Arayışı oxumuş, mənzil onun mülkiyyətinə keçəndən sonra mülkiyyətindən istifadə edə bilməməyinə baxmayaraq, Cavabdeh1 qarşı heç bir iddiası olmamışdır. Bütün qeyd edilənlər onu göstərir ki, cavabdehlər arasında bağlanmış alqı-satqı görüntü üçün bağlanaraq, Cavabdeh1 tərəfindən heç bir vəsait ödəmədən əldə etdiyi və məhkəmə qətnaməsi ilə hüquqları etibarsız hesab edilən əmlakı özgəninkiləşdirməklə, İddiaçı həmin mənzilə dair hüquqlarını qeydiyyata aldırmağa əngəllər yaratmaqdan ibarət olmuşdur. Yuxarıda qeyd edildiyi kimi iddiaçı ümümilikdə 4 tələb irəli sürmüşdür - alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi üçün qərardad çıxarılması. Məhkəmə hesab edir ki, 1-ci tələb Cavabdeh1 ilə X23 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi təmin edilməlidir. 2-ci tələb, yəni Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin X9 mülkiyyətinə verilməsi barədə reyestrdən çıxarışın ləğv eilməsi barədə tələb təmin edilməlidir belə ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları özündə ehtiva edir. Həmin əsaslardan biridə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Hazırki iş üzrə Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinə dair alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin mənzilə dair X9 adına verilmiş çıxarışda ləğv edilməlidir. 3-cü tələb Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi təmin edilməlidir. 4-cü tələb Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi üçün qərardad çıxarılması hissəsində iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə X23 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair X9 adına verilmiş reyestrdən çıxarış ləğv edilsin. Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzili boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar