Məhkəmə qərarları › İş №2(102)-2569/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2569/2024

30.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2569/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Feziyev Bəhruz Fikrət oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Feziyev Bəhruz Fikrət oğluna qarşı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-308/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfi ndən verilmiş kassasiya şikayətinə 30 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, 44-cü məhəllədə inşa edilmiş 3 saylı evin 25 saylı mənzili “TERM” Kompaniyası tərəfindən 04 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır.

2. Mənzilə görə iddiaçı “TERM” Kompaniyasına ********* manat (köhnə məzənnə ilə) pul ödəmiş və mənzil iddiaçının mülkiyyətinə verilmişdir. 3. 8 fevral 2013-cü il tarixdə Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair mülkiyyət hüququ DƏDRX-nin 2 saylı Ərazi İdarəsində K.İ.Gülməmmədovun adına qeydə alınmışdır.

4. Bundan sonra mübahisəli mənzil 07 mart 2013-cü il tarixdə bağlanmış 130110187/130215 saylı alğı-sat qı müqaviləsi və ipoteka müqaviləsinə əsasən K.İ.Gülməmmədov tərəfindən yaxın qohumu Cavabdeh1 satılaraq, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. Müddəti 07 mart 2018-ci ilədək nəzərdə tutulmuş yüklülüklə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına müvafiq reyestrdən çıxarış verilmişdir.

6. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında 4Ə-1591 nömrəli reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzili Feziyev Bəhruz Fikrət oğluna 46000 manata satmışdır.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanı nda yerləşən mənzili Feziyev Bəhruz Fikrət oğlunun mülkiyyətindədir.

8. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında 4Ə-1591 nömrəli reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat icraatında olan daşınmaz əmlakın yüklülüyünə dair arayışına əsasən ünvan 1 ünvanında yerləşən mənzil üzərində Sumqayıt şəhər Məhkəməsinin 2(060)-12885/2015 saylı, xx.xx.2015-ci il tarixli bildirişi əsasında müvəqqəti nəzarət olmuşdur.

9. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsi 08 aprel 2021-ci il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması barədə” qərar qəbul edərək, “İcra H aqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə istinad edərək icra sənədi məhkəməyə qaytarılmışdır. Eyni zamanda göstərilmişdir ki, DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********66 saylı, xx.xx-2022-ci il tarixli məktubuna görə, icra vərəqəsində qeyd edilən **********87-05301-093019 reyestr nömrəli daşınmaz əmlakın xx.xx.2021-ci il tarixli, 197154Ə001591 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 tərəfindən X2 xeyrinə özgəninkiləşdirilmişdir. Belə olan halda icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arası nda bağlanmış 04 sentyabr 2019-cu il tarixli 197154Ə001591 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin X2 mülkiyyətinə verilməsi barədə reyestrdən çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə, Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi üçün Prokurorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə inşa edilmiş 3 saylı evin 25 saylı mənzili “TERM” Kompaniyası tərəfindən 04 fevral 2005-ci il tarixli alğı-satqı müqaviləsi nə əsasən iddiaçıya satılmışdır. Mənzilə görə iddiaçı “TERM” Kompaniyasına ********* manat (köhnə məzənnə ilə) pul ödəmiş və mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Lakin, mənzilin təmir işlərini apara bilməmiş, bu səbəbdən də ora köçə bilməmiş, ona görə də ev boş qalmışdır. “TERM” Kompaniyasının keçmiş direktoru V.Rəhimov adlı şəxs mənzilə dair sənədləri saxtalaşdıraraq mənzili yaxın qohumu (qaynatası) K.İ.Gülməmmədovun adına keçirmişdir. Lakin, “TERM” Kompaniyasına mənzillə bağlı K.İ.Gülməmmədov tərəfindən hər hansı bir ödəniş edilməmiş, kompaniyanın bank hesabına vəsait köçürməmişdir. 08 fevral 2013-cü il tarixdə Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair mülkiyyət hüququ DƏDRX-nin 2 saylı Ərazi İdarəsində K.İ.Gülməmmədovun adına qeydə alınmışdır. Bundan sonra mübahisəli mənzil 07 mart 2013-cü il tarixdə bağlanmış 13011-0187/130215 saylı alqı-satqı müqaviləsi və ipoteka müqaviləsinə əsasən K.İ.Gülməmmədov tərəfindən yaxın qohumu Cavabdeh1 satılaraq, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müddəti 07 mart 2018-ci ilədək nəzərdə tutulmuş yüklülüklə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına müvafiq reyestrdən çıxarış verilmişdir. Qeyd olunan mənzillə bağlı “TERM” Kompaniyasının bütün sənədlərində İddiaçı adı qeyd olunmuşdur. Lakin, “TERM” Kompaniyasının keçmiş direktoru V.Rəhimovun qanunsuz əməlləri nəticəsində həm Kompaniyanın, həm də iddiaçının hüquqları pozulmuşdur.

12. Eyni zamanda, iddiaçıya məxsus olan mənzil Cavabdeh1 tərəfindən Feyziyev Bəhruza satıl mışdır. Bildiririr ki, Cavabdeh1 mənzili satmağa hüququ olmadığı halda bilərəkdən iddiaçının mənzilini başqa şəxsə satmışdır. İddiaçı hesab etmişdir ki, onun əməlinə həm də cinayət hüquqi qiymət verilməli dələduzluq cinayətini törətdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməsi üçün qərardada qəbul edilməlidir. Əvvəlki məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mənzilə dair “TERM” kompaniyası ilə K.Gülməmmədov arasında bağlanmış alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış, əslində nə K.Gülməmmədovun nə də Nümayəndə həmin mənzili almaq niyyətləri olmamışdır. Həmin alqı-satqı müqavilələrində məqsəd mübahisəli mənzili faktiki olaraq V.Rəhimovun mülkiyyətinə keçirmək olmuşdur. Həmin müqavilələr üzrə alıcılar K.Gülməmmədov və Nümayəndə mənzilin dəyərini ödəməmişdir. Məhkəmələrin sonuncu mövqe yinə görə mənzilin dəyərini “TERM” kompaniyasına ödədiyi üçün iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməsi üçün əsaslar olmamışdır. Mübahisəli mənzilə dair “TERM” Kompaniyası adından X6 Kərim arasında bağlanmış alqı-satqı müqaviləsi və X5 arasında bağlanmış alqı-satqı müqaviləsi və X5 ilə Cavabdeh1 arasında bağlanmış 130110187/130215 saylı alqı-satqı müqaviləsi uydurma, yalan əqd olaraq görünüş üçün bağlandığı üçün əhəmiyyətsiz əqd olmuşdur.

13. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirmişdir ki, 2014-cü ildən “Term” kompaniyasında komendant işləyir. Binaya kommendant seçilən vaxtı icraçı direktor ona mənzillərdə kimin yaşayıb-yaşamaması barədə məlumatların əks olunduğu kitabça vermiş və mənzillərdə kimlərin yaşamasını bir-bir başa salmışdır. 8-ci mə rtəbədə yerləşən 25 saylı mənzilə gələndə isə icraçı direktora söyləmişdir ki, burada yaşayış yoxdur. İcraçı direktor da sənədləri gətirib bildirmişdir ki, bu mənzil Qaçay adlı şəxsə mənsubdur, amma yaşayış yoxdur. Həmin mənzilin Qaçaya məxsus olduğunu elə o vaxtı öyrənmişdir. Təxmini 2 ildən sonra Hüseyn müəllim (icraçı direktor) söyləmişdir ki, həmin mənzilin məhkəmə mübahisəsi vardır. Aradan bir xeyli müddət keçəndən sonra qapıda dayanan Babaxan adlı mühafizəçi Qaçayın mənzilinə baxmağa gələnlərin olduğunu söyləmişdir. Gələnlərin kim olduğunu soruşanda cavab olaraq bildirmişdir ki, yeznəsinin dostudur. Bu zaman Babaxana 8-ci mərtəbədəki mənzili nəzərdə tutursansa, sən heç onlara məlumat vermisən ki, həmin mənzil problemlidir. Babaxan da onlara mənzilin probemli olması barədə məlumat v erdiyini bildirdi. Növbəti gün 3 nəfər bəy, onlardan biri hazırda burada olan şəxsdir və 1 yaşlı qadın gəlmiş, həmin bəylər kənarda olmuş və liftin qarşısında həmin yaşlı qadınla rastlaşmışdır. Həmin yaşlı qadın 8-ci mərtəbəyə çıxdığını, mənzilə baxmağa getdiyini bildirmişdir. Mənzilə baxmaq üçün gələn şəxslərə həmin mənzilin mübahisəli olduğunu bildirdikdə, qadın problemin nədən ibarət olduğunu soruşmuşdur. Həmin problemin nə olduğu barədə tam şəkildə məlumatı olmadığını, amma həmin mənzilə dair məhkəmədə iş getdiyini, heç mənzilin yiyəsinin də gəlib mənzili təmir etmədiyini bildirdi. Sonra həmin qadın yanlarında olan adama söylədi ki, bizə belə problemli evi niyə göstərirsiniz? Müraciət etdiyi şəxs təxmini xatırlayır ki, adı Azər idi.

14. Məhkəmə iclasında şahid qismində dindirilən X13 i fadə verərək bildirdi ki, İddiaçı mübahisəli mənzilin sahibi kimi tanıyır. Cavabdeh Feziyev Bəhruzu tanımadığın, axırıncı dəfə onu görəndə səs-küy yaradaraq qapı açılmadığı halda 102-yə şikayət edəcəyini bildirmişdir. Aşağı qonşuya su sızdığına görə yaşayış olmadığı üçün MTK-nın işçiləri tərəfindən mübahisəli mənzilin qılıfı dəyişdirilmişdir. Əliyeva Yeganə binanın kommendantıdır. 2014-cü ilin oktyabr ayının 15-dən icraçı direktor olandan sonra Hüseynə məlum olmuşdur ki, əvvəlki icraçı direktor həmin mənzili digər şəxsin adına keçirib, sonra da sözügedən mənzili Vüqarın qohumu olan Azərin adına keçirmişdirlər və artıq iş məhkəməyə düşmüş, şirkəti də hüquqşünasları təmsil etmiş, bu məsələ ilə bağlı ümumiyyətlə maraqlanmamışdır. İddiaçı işi məhkəmədə olduğu vaxtda həmin mənzil Cavabdeh1 adın da olmuşdur. Mübahisə yarandığından işçilərə tapşırılmışdır ki, məhkəmə bitənə qədər həmin mənzilə giriş-çıxış olmasın, kimsə gəlməsin. Sonra bir vətəndaş yaxınlaşmış, Babaxan adlı mühafizəçi də gələn şəxsin yeznəsinin dostu olduğunu bildirmişdir. Babaxan evi almaq istədiklərini bildirdikdə, mənzilin mübahisəli olması barədə gələn şəxslərin məlumatlandırılmalarını tapşırmışdır. Babaxan ondan əvvəl mənzili almaq istəyən şəxslərə mənzilin probemli olduğunu, məhkəmədə işin getdiyini demişdir. Həmin vaxt 2 nəfər gəlmişdir, hansı ki, biri Babaxanın yeznəsi, digəri də, tam xatırlamasa da cavabdeh Feziyev Bəhruz olmuşdur.

15. Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(060)-5626/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət o ğlu arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair Feziyev Bəhruz Fikrət oğlunun adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzili boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.(hakim Elmir Hüseynov)

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qa nunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 140cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri -dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

17. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti ü zrə 2004-cü il 27 oktyabr tarixli Qərarı).

18. Eyni zamanda, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı)

19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.2, 152.8, 157.8, 337, 339, 340, 425.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, Mülki Prosessual Məcəllənin 77.1, 1 4.2, 217.4-cü maddələrinə; Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edi lməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

21. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə Q.Məmmədovun bu iddianı qaldırmaqda subyektiv hüququ olmadığına da düzgün qiymət verə bilməmiş, bununla Mülki Məcəllənin 178.2-ci və digər maddələrini pozmuşdur. Başqa bir sözlə, Qaçay Məmmədovun adına DƏDRX-də bu mənzil ilə bağlı hər hansı bir qeydiyyat olmadığı üçün onun həmin mənzil üzərində mülkiyyət hüququ əmələ gəlməmişdir. Bu səbəblə mənzil üzərində mülkiyyət hüququ olmayan Qaçay Məmmədovun mülkiyyət hüququnun pozulmasından da söhbət gedə bilməz. Məlum olduğu kimi mənzil üzərində mül kiyyət hüququ olmayan Qaçay Məmmədov, Cavabdeh1 qarşı “olmayan mülkiyyət hüququna” dayanaraq mənzilin geri tələb edilməsinə dair iddia qaldırmışdır. Hesab edilmişdir ki, belə bir iddia qaldırmağa onun subyektiv hüququ da yoxdur.

22. Cavabdeh Feziyev Bəhruz Fikrət oğlu birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin onun hüquqlarını pozan hissədə ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddiaçı Qaçay Məmmədovun iddia ərizəsinin onun hüquqlarını pozan hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticə qəbul edilməzdir və Mülki Məcəllənin müqavilə hüququ və mülkiyyət hüququ ilə bağlı maddələrinə ziddir. Belə ki, Feziyev Bəhruz Fikrət oğlu digər cavabdeh N ümayəndə ilə notariusa gedərək alqı-satqı müqaviləsi bağlayıb, pulunu ödəyib vicdanlı alıcı kimi ev satın almışdır. Məhkəmə isə heç bir sübut olmadan formal mülahizələrə əsaslanaraq belə qənaətə gəlmişdir ki, o vicdanlı alıcı deyil. Bu isə qəbul edilməz olduğu kimi, mülkiyyət hüququnun kobud pozulmasıdır.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-638/2023 nömrəli iş üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Feziyev Bəhruz Fikrət oğlunun apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair Feziyev Bəhruz Fikrət oğlunun adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh1 46.000 manat pul məbləği alınaraq cavabdeh Feziyev Bəhruz Fikrət oğluna qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (X19 (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova)

25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmun un həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mövcud çıxarış alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməlidir.

26. Məhkəmə kollegiyası iddia tələbinin mənzilin boşaldılaraq təhvil verilməsi hissəsinə gəldikdə isə qeyd etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçü n iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

27. Eyni zamanda, mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir.

28. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1la Cavabdeh2yev arasında bağlanmış müqavilə etibarsız hesab edilməklə, onun əsasında verilmiş ç ıxarış da ləğv edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməklə mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

29. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi hissəsinə gəldikdə isə hesab etmişdir ki, Cavabdeh1 əməlində Mülki Prosessual Məcəllənin 265-ci maddəsinin tələbləri aşkar olmadığından, bu hissədə iddia tələbi təmin edilə bilməz.

30. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 337, 358, 140, 157.2, MPM-nin 382, 384.0.2, 385.1.1. 385.1.2, 385.1.3, 385.1.4, 392, 393, 405-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

31. Cavabdehlər Cavabdeh1 və Feziyev Bəhruz Fikrət oğlu ayrıayrılıqda kassasiya şikayətləri verərək, apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın rədd olunması və yaxud işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

32. Cavabdeh Feziyev Bəhruz Fikrət oğlunun kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o, digər cavabdeh Nümayəndə ilə notariusa gedərək alğı-satqı müqaviləsi bağlayıb, pulunu ödəyib vicdanlı alıcı kimi ev satın almışdır. Məhkəmə isə heç bir sübut olmadan formal mülahizələrə əsaslanaraq belə qənaətə gəlmişdir o, vicdanlı alıcı deyil. Bu isə qəbul edilməzdir. Bundan başqa, məhkəmənin mülahizəsinə görə, “Cavabdeh2yev mənzilin mübahisəli olduğunu bilərək həmin mənzili almış”. Bu qəbul edilməzdir. Belə ki, məhkəmə onun dediklərini özü bildiyi kimi yazıb. O, dəfələrlə məhkəmə iclasında deyib ki, o, həmin mənzi lin mübahisəli olduğunu bilməmişdir. O, ev almaq istəyirdi, sonra sosial şəbəkələrdəki reklamlardan həmin evi görüb və orada göstərilən telefon ilə əlaqə saxlayıb, həmin şəxs A. Məmmədov idi. O, onu tanımırdı. Evi alandan sonra ona məlum oldu ki, o, qardaşı ilə bir məktəbdə oxuyub. Bir müddət sonra qiymətdə razılaşdılar və notariusa getdilər və pulunu ödəyib həmin mənzili almışdır. Əgər mənzil mübahisəli olsaydı notariusda ona məlumat verərdilər. Məhkəmənin digər formal mülahizəsinə görə, “3 ilə yaxın müddətdə mənzildən istifadə edə bilməməyinə baxmayaraq hər hansı bir hüquqi addım, o cümlədən satıçı Cavabdeh1 qarşı heç bir iddia və ya pretenziya irəli sürməmişdir”. Bu da tamamilə yanlışdır. Belə ki, o, mənzilin mübahisəli olduğunu öyrəndiyi vaxt artıq orada təmir işləri aparırdı. Yəni ora nı istifadə edirdi. Dərhal A. Məmmədova qarşı etirazını bildirdi və pulunu tələb etdi. O isə indi pulu olmadığını və bu işin ancaq məhkəmədə həll oluna biləcəyini bildirdi. O heç bir hərəkət edə bilməmişdir, çünki mənzili qaytarsa, Azərin nə vaxt ona pulu geri qaytaracağı məlum deyildi. Bütün bunları məhkəmədə bildirdi. Lakin Məhkəmə bunlara məhəl vermədiyi kimi, həm də onun Azərə qarşı heç bir etiraz, iddia və ya pretenziya irəli sürməmək də ittiham edir. Məhkəmənin digər formal mülahizəsinə görə, “Cavabdeh2yevin mənzilin mübahisəli olmamasını bimədiyini qeyd etməsinə baxmayaraq, mənzilin yerləşdiyi binanın komendantı və binanı inşa etmiş şirkətin icraçı direktorunun ifadələri bunun əksini göstərmiş və həmin ifadələr Məhkəmə tərəfindən həqiqətə uyğun hesab edilir”. Lakin, məhkəmə iclaslar ı zamanı məlum oldu ki, onlar ona həmin mənzilin mübahisəli olduğunu o mənzili alandan təxminən 6 ay sonra deyiblər. Məhz o, bundan sonra Azərə etirazını bildirdi. Yəni o, mənzili almadan əvvəl heç kim ona həmin mənzilin mübahisəli olduğunu bildirmədi. Bundan başqa, məhkəmə iclası zamanı mənzilin yerləşdiyi binanın komendantı və binanı inşa etmiş şirkətin icraçı direktorunun qərəzli hərəkətləri, yalan ifadələri təsdiqlənsə də məhkəmə buna da əhəmiyyət vermədi və onların ifadələrini qəbul etdi. Bunlardan başqa, Apelyasiya Məhkəməsi qətnaməsində qeyd edir ki, 46 000 manat Cavabdeh1 alınaraq ona ödənilsin. Bu yanaşma onun mənzil üzərindəki mülkiyyət hüququnu və onun vəziyyətini ağırlaşdırır. Ona görə ki, o, həmin mənzili satın alarkən onun qiyməti 46 000 manat olduğu halda, orada müəyyən təmi r işlərini də aparıb xərc qoymuşdur. Hal-hazırda həmin mənzilin qiyməti təxminən 65 000 manatdır. İkincisi o, mülkiyyət hüququndan məhrum qalsa Cavabdeh1 46 000 manatı nə vaxt alacağı məlum deyil, bu da ona dəyən ikinci mühüm zərərdir. Bundan başqa, onun belə bir tələbi də olmayıb ki, ona mənzil üçün verdiyi 46 000 manat pul geri qaytarılsın. O, haqqı olan mənzilin mülkiyyətini istəyir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd olunan halları araşdırmadan apellyasiya instansiya məhkəməsi tərəfindən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış özbaşına tikilinin yalnız mübahisəli mənzilə bitişik olması nəzərə alınmaqla, həmin mənzilin tərkib hissəsi kimi qəbul edilməsi barədə nəticə əsassızdır.

33. Cavabdeh1 kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Apelyasiy a Məhkəməsi qətnamə qəbul edərkən kobud səhvə yol verib. Belə ki, Cavabdeh1 həmin mənzili 04 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən deyil, 04 sentyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən Feyziyevə satıb. 04 Sentyabr 2019-cü il tarixində həmin mənzil Cavabdeh1 adına daşınmaz əmlakın reyestrində qeydiyyatda olduğu kimi, Ali Məhkəmənin qərarı ilə Qaçay Məmmədovun həmin mənzil üzərində heç bir hüququ olmadığı artıq təsdiqlənmişdi. Lakin Məhkəmə alqı-satqı müqaviləsinin tarixində səhv etdiyi üçün yanlışlıqla Mülki Məcəllənin 58.1-ci maddəsini burada tətbiq edib. Bu qəbul edilməzdir. Yəni Cavabdeh1 xx.xx.2019-cü il tarixində MM-nin 358.1-c maddəsində deyildiyi kimi, başqasına məxsus deyil, özünə məxsus və öz adına qeydiyyatda olan, Ali Məhkəmənin qüvvəyə minmi ş 4 mart 2019-cu il tarixli qərarı ilə Qaçay Məmmədovun bütün iddiaları rədd edilmiş mənzilini Feyziyevə satıb. Burada Apelyasiya Məhkəməsinin MM-nin 358.1-ci maddəsinin tətbiq etməsi və bunun da əsasında xx.xx.2019-cü il alğı-satqı müqaviləsinin etibarsız hesab etməsi qəbul edilməzdir. Məlum olduğu kimi, həmin mənzil ilə bağlı xx.xx.2019-cü il tarixində onu səlahiyyətsiz şəxs hesab etmək mümkün deyil. Belə ki, həmin tarixdə mənzil daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatda olmaqla birlikdə, Ali Məhkəmənin qüvvəyə minmiş 4 mart 2019-cu il tarixli qərarı ilə Qaçay Məmmədovun bütün iddiaları rədd edilmişdi. Bunlardan başqa, Apellyasiya Məhkəməsinin qətnaməsi ilə onun mülkiyyət hüququ da pozulmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2019-cü il tarixində həmin mənzilin üzərində hər hansı bir məhdudlaşdırıcı məhkəmə aktı da olmadığı üçün onun mülkiyyət hüququndan istifadə edərək həmin mənzili satmışdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3528/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə (hakimlər – X12 (məruzəçi), X17 və X7) cavabdehlər Feziyev Bəhruz Fikrət oğlu və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli 2(105)638/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-308/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – X1 (sədrlik edən və məruzəçi), X15 və X14) apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5626/2022 nömrəli 09 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi,Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m. olan 25 saylı mənzilinə dair Feziyev Bəhruz Fikrət oğlunun adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi və Cavabdeh1 46.000 (qırx altı min) manat pul məbləğinin alınaraq cavabdeh Feziyev Bəhruz Fikrət oğluna qaytarılm ası qət edilmişdir.

36. İddiadan göründüyü kimi iddiaçı dörd tələblə məhkəməyə müraciət etmişdir: 1) alqı-satqı müqaviləsinin etiabrsız hesab edilməsi, 2) çıxarışın ləğv edilməsi, 3) mənzilin boşaldılması və 4) cinayətin əlamətləri olduğundan xüsusi qəradad çıxarılması.

37. Kollegiya iddia tələbləri üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, İddiaçı cavabdehlər X3, Cavabdeh1, X8, üçüncü şəxslər “TERM” Kompaniyasına, "xxxx" ASC-yə, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqavilələrinin və hüququn dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddiası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-473/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə təmi n edilmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

38. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 340-cı maddəsinə istinad edərək onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. V.Rəhimovun “TERM” Kompaniyası adından mübahisəli mənzil barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Belə olan halda “TERM” Kompaniyasının direktoru V.Rəhimovun başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzilin K.Gülməmmədova satılması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır. Mənzilə dair “TERM” Kompaniyası adından K.Gülməmmədov ilə bağlanmış alqı-satqı müqaviləsi, eləcə də K. Gülməmmədov ilə Nümayəndə arasında bağlanılmış alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış, əslində nə K.Gülməmmədovun, nə də A.Məmmdovun həmin mənzili almaq niyyəti olmamışdır. Həmin alqı-satqı müqavilələrində məqsəd mübahisəli mənzili faktiki olaraq V.Rəhimovun mülkiyyətinə keçirmək olmuşdur. Həmin müqavilələr üzrə alıcılar (K.Gülməmmədov, Nümayəndə) mənzilin dəyərini ödəməmiş, mənzili qəbul etməmişlər.

39. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarından göründüyü kimi mübahisə predmetini təşkil edən mənzilə dair K.Gülməmmədov və Nümayəndə arasında bağlanmış əqd (alqı-satqı müqaviləsi) görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd olmuşdur. Həmin mənzil dəyəri tam ödənilməklə iddiaçıya məxsus olmuş, iddiaçının əmlak üzərində sahiblik və istifadə hüququ yaranmış, Cavabdeh1 həmin mənzil üzərində sə rəncam vermək səlahiyyəti olmamışdır.

40. Göründüyü kimi, Cavabdeh1 mənzil üzərində sərəncam vermək səlahiyyəti olmadığı halda 04 sentyabr 2019-cü il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq mənzili Bərhuz Feyziyevə satmışdır.

41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər.

42. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

43. Kollegiya mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə dəyərləndirmə apararaq, iş üzrə toplanmış sübutların mötəbərliyini yoxlayıb prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, həmin müqavilə bağlanarkən subyektiv tərəf qüsurlu olmuş, belə ki, qeyd olunduğu kimi Cavabdeh1 mənzil üzərində sərəncam vermək səlahiyyəti olmayan şəxs olmuşdur. Odur ki, müqavilənin etibarlı hes ab edilməsi üçün əsas olan şərtlərə cavab vermir, müqavilə qanunla nəzərdə tutulmuş qaydada bağlanmamışdır, qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd isə etibarsızdır.

44. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

45. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında bağlanmış 04 sentyabr 2021-ci il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin əqd üzrə Cavabdeh2yev tərəfindən ödənilmiş 46.000 manat pul məbləği digər Cavabdeh1 alınaraq Cavabdeh2yevə qaytarılmalıdır.

46. Məhkəmə kollegiyası iddiaçının - çıxarışın ləğv edilməsi və mənzilin boşaldılması hissəsində də iddia tələbini ə saslı hesab etmişdir. Qeyd edildiyi kimi çıxarışın ləğv edilməsi və mənzilin boşaldılması barədə tələblər alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən irəli gələn tələblərdir. Kollegiya iddia üzrə "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməsi qənaətinə gəldiyini, iddianın «çıxarışın ləğv edilməsi və mənzilin boşaldılması» hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə əsas tələbin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi əsas tələb hissədə təmin edildiyindən "çıxarışın ləğv edilməsi və mənzilin boşaldılması" hissəsində də təmin edilməlidir.

47. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət ver ilməsi hissəsinə münasibətdə qeyd edir ki, MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkar çıxararsa, o bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Kollegiya hesab etmişdir ki, hazırki halda cinayət əlamətləri aşkar edilməmişdir, odur ki, xüsusi qərardad çıxarılması barədə iddiaçı tərəfin xahişi təmin oluna bilməz.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə də hüquqi qiymətləndirmə apararaq qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12885/2015 saylı, xx.xx.2015-ci il tarixli bildirişi əsasında müvəqqəti nəzarət olmuşdur. Cavabdeh2yev notariat ofisində alqı-satqı zamanı mənzilin üzərində məhdudiyyətin olub-olmamasına dair arayışla tanış olduğunu və orada heç bir məlumat olmadığını qeyd etsə də, notariat işindəki arayışda müvafiq qeydlər olmuşdur.

49. Bununla yanaşı mənzilin mübahisəli olmasından xəbərsiz olması barədə Cavabdeh2yevin dəlili ilə bağlı həmçinin o da qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş mənzilin yerləşdiyi binanın komendantı Yeganə Əliyeva və binanı inşa etmiş şirkətin icraçı direktoru Hüseyn Abbasovun ifadələri bunun əksini göstərmişdir. Göründüyü kimi alıcı Cavabdeh2yevin mənzilin mübahisəli olduğundan xəbərinin olmaması barədə göstərdikləri iş materialları ilə təkzib olunur. Belə olan halda o, vicdanlı əldə edən hesab edilə bilməz.

50. Eyni zamanda qeyd olunmalıdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, Azər X4rdaşının sinif yoldaşı ol maqla, əvvəl tanış olmuşlar. Bu xüsusat da Bəhruz Feyziyevin mənzillə bağlı məhkəmə araşdırmasından xəbərdar olması ehtimalının real olmasının mümkünlüyünü göstərir.

51. Cavabdeh1 apellyasiya şikayətinin dəlillindən göründüyü kimi apellyator şikayətin dəlili olaraq iddiaçının araşdırılan iddia tələbi üzrə subeyktiv hüququnun olmamasını göstərmişdir. İşin müəyyən edilmiş hallarına istinad edərək kollegiya qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin dəyərini tam ödəməklə satın almış, əmlak üzərində sahiblik və istifadə hüququna malik olmuşdur ki, bu da iddiaçının əmlak üzərində hüquqi ixtiyarının yarandığını göstərir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

52. Cavabdeh1 (vəkil X9) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

53. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin məcburi göstərişlərinə əməl etmədən qətnamə qəbul etdiyi kimi, Cavabdeh1 mənzilin Ali Məhkəmə tərəfindən yekun qərar veriləndən sonra mülkiyyət hüququndan istifadə edilərək satılmasına düzgün qiymət verə bilməmiş və bununla Cavabdeh1 mülkiyyət hüququnu, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 13-cü, 29-cü və digər maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, 152.1-ci və digər normaları və digər qanunvericilik aktlarını pozmuş, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin v icdanlılıq prinsipi ilə bağlı qaydalarının düzgün tətbiq etməmişdir.

54. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı müəyyən məcburi göstərişlər qoyulsa da Sumqayıt Apellyasiya Məhkəməsi həmin göstərişlərə əməl etməmişdir. Məhz həmin qərarda deyilir ki, Cavabdeh1 (satıcı) ilə Feziyev Bəhruz Fikrət oğlu (alıcı) arasında Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 3 mənzil 25-in alqı-satqısı barədə müqavilənin 04 sentyabr 2019-cu ildə bağlanmasına nəzərə almaqla sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək müqavilənin etibarsız olub-olmaması, Feziyev Bəhruz Fikrət oğlunun vicdanlı əldə edən olub-olmaması qənaətinə gəlməli olduğu halda belə etmədiyini bildirərək, yeni baxışda Feziyev Bəhruz Fikrət oğlunun vicdanlı əldə edən olub-olmadığının işdə olan mötəbər sübutlar əsasınad müəyyən edilməli olduğunu bildirmiş, lakin apellyasiya instansiyası məhkəməsi bu araşdırmanı aparmadan qətnamə qəbul etmişdir.

55. Kassator qeyd etmişdir ki, Apellyasiya Məhkəməsinin qətnaməsində deyilir ki, “Qanuni qüvvəyə minmiş məhkəmə aktlarından göründüyü kimi mübahisə predmetini təşkil edən mənzilə dair K.Gülməmmədov və Nümayəndə arasında bağlanmış əqd (alqı-satqı müqaviləsi) görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd olmuşdur. Həmin mənzil dəyəri tam ödənilməklə iddiaçıya məxsus olmuş, iddiaçının əmlak üzərində sahiblik və istifadə hüququ yaranmış, Cavabdeh1 həmin mənzil üzərində sərəncam vermək səlahiyyəti olmamışdır.”(İşdə olan Bank Respublikanın verdiyi qəbzlərdən görünür ki, Cavabdeh1 mənzilin dəyərini ödəmişdir, lakin məhkəmə işi təfsilatlı araşdırmadığı üçün buna düzg ün qiymət verə bilməyib).

56. Məhkəmə Cavabdeh1 subyektiv hüququnun olmaması ilə bağlı kobud səhvə yol verib. Belə ki, Cavabdeh1 həmin mənzili sərəncam vermə hüququ olub və həmin mənzili Ali Məhkəmədə iş yekunlaşandan 4 ay sonra, yəni 04 sentyabr 2019-cu il tarixli alqı satqı müqaviləsinə əsasən Feyziyevə satıb. 04 Sentyabr 2019cü il tarixində həmin mənzil Cavabdeh1 adına daşınmaz əmlakın reyestrində qeydiyyatda olduğu kimi, Ali Məhkəmənin qərarı ilə Qaçay Məmmədovun həmin mənzil üzərində heç bir hüququ olmadığı artıq təsdiqlənmişdi. Lakin məhkəmə alqı-satqı müqaviləsinin tarixində səhv etdiyi üçün yanlışlıqla Mülki Məcəllənin 358.1-ci maddəsini burada tətbiq edib. Hesab edirik ki, bu qəbul edilməzdir. Bundan başqa aşağıdakı faktlar əsasında da hesab edirik ki, məhkəmənin yanaşması yanlış dəyərləndirmənin nəticəsidir. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli qətnaməsini qəbul edərkən kobud səhvə yol verib. Həmin mənzil Cavabdeh1 adına qeydiyyatda olduğu və üzərində heç bir qanuni məhdudiyyətin olmadığı halda onun sərəncam vermə hüququnun olmadığını qeyd etməsi Nümayəndə mülkiyyət hüququnu pozduğu kimi, həm də vicdanlı üçüncü şəxslərin hüquqlarını da pozur. Bütün bunlar onu göstərir ki, məhkəmə qətnaməsi ilə MM-nin 140-cı, 152.1-ci, 340-cı və digər maddələrinin tələbləri pozulmuşdur.

57. Məhkəmə həmçinin Q.Məmmədovun bu iddianı qaldırmaqda subyektiv hüququ olmadığına da düzgün qiymət verə bilməmiş, bununla MM-nin 178.2-ci və digər maddələrini pozmuşdur. Belə ki, Qaçay Məmmədov mübahisəli mənzilin üzərində mülkiyyət hüququnu əldə etməyib. Çünki Q.Məmmədov ilə T erm Şirkəti arasında mübahisəli mənzilin alqı-satqısına dair müqavilə 2005-ci ildə bağlanmışdır. Həmin müqavilənin bağlandığı vaxt nə bina nə də mənzil hazır deyildi. Yəni daşınmaz əmlak mövcud deyildi. Mövcud olmayan daşınmaz əşya üzərində təbii ki, mülkiyyət hüququ əmələ gələ bilməz. Q.Məmmədov həmin mənzilin təhvil verilməsini və ya müqavilə icra edilmədiyi üçün özünə dəyən zərərin ödənilməsini Term Şirkətindən tələb edə bilər. Bu nisbi bir hüquqdur. Q. Məmmədov həmin nisbi hüququ Cavabdeh1 qarşı istifadə edə bilməz. Qısacası bu iddia tələbi üzrə Q. Məmmədovun, subyektiv hüququ yoxdur, ona gərə də iddia tələbi rədd olunmalıdır. Lakin Məhkəmə bunu nəzərə almayıb.

58. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60, 13, 29-cu və digər maddələrinə, Azərbaycan Respublikası M ülki Məcəlləsinin 140, 152.1, 178.2, 340, 358.1-ci, Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 218.3, 418, 420-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

60. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

61. Maddə 16.1 Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir

62. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyət siz əqdlər ola bilər.

63. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

69. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişikli k edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırkı kassasiya şikayətlərində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki qərarında irəli sürülən göstərişlərini icra edərək, işin hallarını tam və hərtərəfli araşdırmış, gəldiyi nəticəni qanunv ericiliyə uyğun əsaslandırmışdır.

74. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Həmin dəlillərə ayrılıqda məhkəmə kollegiyası tərəfindən qiymət verilərək belə qənaətə gəlinmişdir ki, müqavilə tərəfi olan Cavabdeh2yev vicdanlı alıcı olmamış, ona əmlakın üzərində müvəqqəti qadağanın olması, mənzilin mübahisəli olması məlum olmuşdur. Bu fakt onun digər cavabdehlə yaxın münasibətdə olması və əvvəlki icraatlarda dindirilmiş şahid ifadələri ilə də təsdiq olunmuşdur.

75. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərin i pulla ödəməlidir. Odur ki, apellyasiya məhkəməsi hazırda mübahisələndirilən qətnamədə Mülki Məcəllənin 337.5-ci maddəsini düzgün tətbiq edərək, məhz həmin müqavilə üzrə digər tərəfə ödənilmiş məbləğin kassatora qaytarılmasını qət etmişdir.

76. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

77. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma pr edmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiy a şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2024-cü il tarixli, 2(105)-308/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar