Məhkəmə qərarları › İş №2(103)-4811/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4811/2022

20.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4811/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili qasımlı Mirəyyub Andulla oğlu, cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və cavabdehin mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3175/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsi, 11V nömrəli yaşayış evinə dair bağlanmış 03 fevral 2020-ci il tarixli ilkn alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin ona məxsus fərdi yaşayış evindən çıxarılması və həmin evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 03 fevral 2020-ci il tarixdə 26 saylı Notariat ofisində ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Aralarında olan razılığa əsasən ona məxsus olan və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 45.000 manata satmağa dair razılaşdılar. 03 fevral 2020-ci il tarixdə cavabdeh ona zəng edərək evi satmağa dair pulun hazır olduğunu bildirdi və onu notariat ofisinə apardı. Cavabdeh Notariat ofsinə çatanda bildirdi ki, üstündə 15.000 manat pul var yerdə qalan 30.000 manatı isə qısa zamanda qaytaracağını bildirdi. O, artıq bu qədər yolu gəldiyini görüb razılaşdı. Cavabdeh hər şeyi tez-tələsik edir və ona göstəriş verirdi. Cavabdeh bildirdi ki, o, sənədləri tez-tez imzalasın. Cavabdeh təcili işinin olduğunu bildirdi. O, görmüşdür ki, müqavilədə 16.000 manat pul yazılıb. Cavabdehə sual verəndə ki, bəs burda niyə 45.000 manat yazılmayıb. O, isə cavabında ona bildirmişdir ki, müqavilədə pul çox yazılanda verginin rüsumu çox baha olur və çox pul çıxır. Cavabdeh ona belə işlərə çox əhəmiyyət verməməsini bildirdi. Üstündən bir müddət keçəndən sonra o, cavabdehdən pulunu tələb eləmişdir. Cavabdeh isə ondan qaçır və pulunu ödəməyəcəyini evi guya 15.000 manata aldığını bildirdi. İlkin alqı-satqı müqaviləsində göstərilən 1.000 manatı ödəyəcəyinə dair razılaşsa da o, həmin məbləği belə ödəməmişdir. Ona məxsus evin bazar qiyməti halhazırda 45.000-55.000 manat təşkil edir və o, özünə məxsus fərdi yaşayış evini heç bir zaman bu qiymətə satmaz. Cavabdehin niyyəti onu aldadaraq mülkiyyətini ələ keçirtmək olmuşdur. Hal-hazırda o, evsiz-eşiksiz qalmışdır. 15.000 manata heç kim ev satmır. Cavabdehin 15.000 manat pulunu ödəməyə belə hazırdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6335/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin olunması, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-3175/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsi, 11V nömrəli yaşayış evindən çıxarılması və həmin ev İddiaçı təhvil verilməsi, İddiaçı həmin evə görə ödənilmiş 21000 manat məbləğində pulun alınıb Cavabdeh ödənilməsi, həmin pul məbləğinin ödənilməsi ilə cavabdehin evdən çıxarılması və evin təhvil verilməsi eyni vaxtda icra edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2098/2022 saylı 20 aprel 2022ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 22(103)-6335/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi-vəkili şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişlər. Təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili şikayətə etiraz edərək onun təmin olunmamasını xahiş etmişlər. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmalarına baxmayaraq, cavabdeh səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia təmin olunmadığından qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı şikayət verməklə iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 21 yanvar 2020-ci il tarixli “evlərin alqı-satqı” müqaviləsindən görünür ki, İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış evi 21.000 manata Cavabdeh satılmışdır. Müqavilə İddiaçı, Cavabdeh və vasitəçi X1 tərəfindən imzalanmışdır. Həmin müqaviləyə əlavə edilmiş iltizamlara əsasən evdə qalan 1 ədəd kondisioner, 1 ədəd pitiminutka, 1 ədəd peç və peçaltı, 1 ədəd moyka, 1 ədəd ceyran peçi, 2 ədəd karniz Cavabdeh tərəfindən İddiaçı təhvil verilmiş, qeyd olunan iltizam onlar və vasitəçi Rüstəmov Məhəddin tərəfindən imzalanmışdır. 21 yanvar 2020-ci il tarixdə İddiaçı tərəfindən yazılmış iltizama əsasən o, özünə məxsus 2 otaqlı fərdi yaşayış evinin 21.000 manata satılmasına razıdır, evə görə 3.000 manat beh alınmış, 03 fevral 2020-ci il tarixdə əlavə olaraq 1.000 manat da beh alınmışdır. Cəmi 4.000 manat beh olmuşdur. 21 yanvar 2020-ci il tarixdə X3 tərəfindən yazılmış iltizama əsasən o, anasına məxsus 2 otaqlı fərdi yaşayış evinin 21.000 manata satılmasına razıdır, evə görə 3.000 manat beh alınmış, 03 fevral 2020-ci il tarixdə əlavə olaraq 1.000 manat da beh alınmışdır. Cəmi 4.000 manat beh olmuşdur. 21 yanvar 2020-ci il tarixdə X6 tərəfindən yazılmış iltizama əsasən o, anasına məxsus 2 otaqlı fərdi yaşayış evinin 21.000 manata satılmasına razıdır, evə görə 3.000 manat beh alınmış, 03 fevral 2020-ci il tarixdə əlavə olaraq 1.000 manat da beh alınmışdır. Cəmi 4.000 manat beh olmuşdur. 02 mart 2020-ci il tarixli akta əsasən İddiaçı tərəfindən həmin tarixdə, saat 18:30-da fərdi yaşayış evi Cavabdeh təhvil verilmişdir. Qeydiyyat üçün qalıq pulun 2.000 manatının İddiaçı və qızı X6 may ayının 30-na kimi qeydiyyatda qaldığına görə 1.000 manat verilmişdir. Akt İddiaçı, X6, Cavabdeh və X1 tərəfindən imzalanmışdır. 24 iyul 2020-ci il tarixli iltizama əsasən İddiaçı satdığı evdən qeydiyyatdan çıxdığına görə 1.000 manat qalıq pulu Cavabdeh qəbul etmiş və bildirmişdir ki, əlavə heç bir iddiası və tələbi yoxdur. Bakı şəhəri 26 saylı notariat ofisində İddiaçı və Cavabdeh arasında bağlanmış 03 fevral 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı istifadəsində və sahibliyində olan ünvan 2 ünvanında yerləşən yaşayış evin ümumi dəyəri 16.000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər arasında əmlak ilə əlaqədar hesablaşma qaydası tərəflər bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətə, yəni 16.000 manata dəyərləndirdilər. 15.000 manatı hal-hazırda notariusun bankdakı depozit hesabı vasitəsilə ödəyir, qalan 1.000 manatı isə nağd şəkildə ödəməy öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı isə qeyd olunan yaşayış evinə dair çıxarış alındıqdan sonra alqı-satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürür. Qeyd olunan müqavilə reyestrdə 3M-49 nömrə ilə qeyd edilmişdir. 03 fevral 2020-ci il tarixli xəzinə mədaxil orderlərinin surətindən görünür ki, Cavabdeh tərəfindən 03 fevral 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X2 hesabına 15.000 manat məbləğində vəsait ödənilmişdir. Bakı şəhəri 26 saylı notariat ofisində, 03 fevral 2020-ci il tarixdə İddiaçı tərəfindən verilmiş ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu və istifadəsində olan ünvan 2 ünvanında yerləşən yaşayış evini Cavabdeh 16.000 manata satılması barədə razılığa gəlmişdir. Onun həmin fərdi-yaşayış evinə dair hər hansı bir tələbi, iddiası yoxdur və gələcəkdə olmayacaqdır. Çıxarış alındıqdan sonra qarşı tərəfin adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri 26 saylı notariat ofisində, 03 fevral 2020-ci il tarixdə X4 və X5 tərəfindən verilmiş ərizələrin surətindən görünür ki, onlar qeydiyyatda olduqları ünvan 2 ünvanında yerləşən yaşayış evinin satılmasına etiraz etmirlər. Birinci instansiya məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evi tərəflərin qarşılıqlı razılığı əsasında 21.000 manata cavabdehə satılmış, cavabdeh tərəfindən həmin məbləğ iddiaçıya ödənilmiş, iddiaçı ona məxsus əşyaları həmin evdən çıxarmış, habelə özü və yetkinlik yaşına çatmış övladları həmin evdən qeydiyyatdan çıxmışlar. Həmin ev dövlət reyestrində qeydiyyata alınmadığından tərəflər həmin evin alqı-satqısını 21 yanvar 2020-ci il tarixdə sadə yazılı formada rəsmiləşdirmiş, daha sonra isə 03 fevral 2020-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisində ilkin alqı-satqı müqaviləsi bağlamışlar. Hazırda iddiaçı cavabdeh tərəfindən aldadıldığını bildirərək 03 fevral 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsızlığını, habelə cavabdehin mübahisəli evdən çıxarılmasını və evin ona təhvil verilməsini xahiş edir, cavabdeh tərəf isə iddianı qəbul etmir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilə bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin Həmin Məcəllənin 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər Apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya bildirir ki, tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır, çünki müqavilədən də göründüyü kimi müqavilə məhz “ilkin” müqavilədir və məhz həmin müqavilə ilə tərəflər razılaşmışlar ki, mübahisəli evə dair sənədlər (çıxarış) alınacaq və gələcəkdə alqı-satqı müqaviləsi bağlanacaqdır. Digər tərəfdən iddiaçı 03 fevral 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsini onun aldadılması nəticəsində imzaladığını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Həmçinin, işin halları ilə müəyyən olunur ki, qeyd olunan müqavilədən öncə mübahisəli evin 21.000 manata satılması barədə razılığa gəlmiş, həmin müqavilə imzalanarkən iddiaçının yetkinlik yaşına çatmış övladları da orada iştirak etmiş və razılıqlarını bildirmiş, iddiaçı evi boşaldaraq cavabdehə təhvil vermiş və bir müddət sonra isə həmin evdən qeydiyyatdan çıxmışlar. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan ilkin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Həmçinin, iddia tələbinin “cavabdehin evdən çıxarılması və evin təhvil verilməsi” hissəsi ilə əlaqədar qeyd olunmalıdır ki, mübahisəli ev rəsmi reyestrdə qeydə alınmadığına görə onun alqı-satqısının qanunvericiliyə uyğun olaraq notarial formada rəsmiləşdirilməsi (əsas alqı-satqı müqaviləsinin bağlanması) qeyri-mümkündür. Və belə olan halda hazırki mübahisəyə mülki qanunvericiliyin daşınmaz əmlakın alqı-satqısını tənzimləyən maddi hüquq normaları tədbiqi üçün əsaslar mövcud deyil. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında mübahisəli evin alqı-satqısına dair razılıq əldə edilmiş və yazılı formada rəsmiləşdirilmiş, həmin razılığa əsasən tərəflərin öhdəlik münasibətləri yaranmış, cavabdeh öz üzərinə düşən öndəliyi icra edərək evin dəyərini iddiaçıya ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iddiaçı iddiasının əsasında duran dəlillərlə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bu qənaətə gələrkən kollegiya, tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3175/2021 saylı 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar