Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-638/2023 26.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X25 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil X3, cavabdeh Feziyev Bəhruz Fikrət oğlunun, Cavabdeh1 nümayəndəsi vəkil X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Feziyev Bəhruz Fikrət oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(060)-5626/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Feziyev Bəhruz Fikrət oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair Feziyev Bəhruz Fikrət oğlunun adına verilmiş reyestrdən çıxarış ləğv edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzili boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2yev qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında bağlanmış 04 sentyabr 2021- ci il tarixli 197154Ə001591 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə, Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi üçün Prokurorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında bağlanmış 04 sentyabr 2021-ci il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin Feziyev Bəhruz Fikrət oğlunun mülkiyyətinə verilməsi barədə reyestrdən çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə, Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi üçün Prokurorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X10, Cavabdeh1, X17 qarşı (üçüncü şəxslər “TERM” kompaniyası, "xxxx"ASC, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m. təşkil edən 25 saylı evin mənzilinə dair “TERM” Kompaniyasının adından bağlanmış alqı-satqı müqaviləsinin, xx.xx-2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və Bank Respublika” ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqı-satqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında qeyd edilən mənzil üzərində X7 və Cavabdeh1 mülkiyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə inşa edilmiş 3 saylı evin 25 saylı mənzili “TERM” Kompaniyası tərəfindən 04 fevral 2005-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır. Mənzilə görə iddiaçı “TERM” Kompaniyasına ********* manat (köhnə məzənnə ilə) pul ödəmiş və mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Lakin, mənzilin təmir işlərini apara bilməmiş, bu səbəbdən də ora köçə bilməmiş, ona görə də ev boş qalmışdır. “TERM” Kompaniyasının keçmiş direktoru V. Rəhimov adlı şəxs mənzilə dair sənədləri saxtalaşdıraraq mənzili yaxın qohumu (qaynatası) K.İ.Gülməmmədovun adına keçirmişdir. Lakin, “TERM” Kompaniyasına mənzillə bağlı K.İ.Gülməmmədov tərəfindən hər hansı bir ödəniş edilməmiş, kompaniyanın bank hesabına vəsait köçürməmişdir. 08 fevral 2013-cü il tarixdə Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair mülkiyyət hüququ DƏDRX-nin 2 saylı Ərazi İdarəsində K.İ.Gülməmmədovun adına qeydə alınmışdır. Bundan sonra mübahisəli mənzil 07 mart 2013-cü il tarixdə bağlanmış 13011- 0187/130215 saylı alqısatqı müqaviləsi və ipoteka müqaviləsinə əsasən K.İ.Gülməmmədov tərəfindən yaxın qohumu Cavabdeh1 satılaraq, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müddəti 07 mart 2018-ci ilədək nəzərdə tutulmuş yüklülüklə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına müvafiq reyestrdən çıxarış verilmişdir. Qeyd olunan mənzillə bağlı “TERM” Kompaniyasının bütün sənədlərində İddiaçı adı qeyd olunmuşdur. Lakin, “TERM” Kompaniyasının keçmiş direktoru V. Rəhimovun qanunsuz əməlləri nəticəsində həm Kompaniyanın, həm də iddiaçının hüquqları pozulmuşdur. Buna görə də o cinayət məsuliyyətinə cəlb edilmişdir. Yuxarıda göstərilən məzmunda olan iddia Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2016-cı il tarixli, 2(060)-925/2016 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş. Abasov (sədrlik edən və məruzəçi), A. Abbasov və T. Məmmədov ibarət tərkibdə) 16 mart 2018-ci il tarixli, 2(105)-20/18 saylı qətnaməsi ilə qismən təmin edilmiş iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx-2015-cı il tarixli, 2(060)-925/2018 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m. təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X20 ilə X13 arasında bağlanmış alqı-satqı müqaviləsinin, xx.xx-2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı Notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqısatqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X7 və Cavabdeh1 mülkiyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması, iddiaçı X14 apellyasiaya şikayətinin verilməsi üçün ödədiyi 5 manat dövlət rüsümunun cavabdeh X11 alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyamın (hakimlər V. İbayev (sədrlik edən və məruzəçi), A. Kalbalıyev və Ə.Əliyev ibarət tərkibdə) 03 avqust 2018-ci il tarixli, 2(102)-5246/2018 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, üçüncü şəxs “Bank Respublika ASCnin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx-2018-ci il tarixli qətnaməsi ləğv edilmiş işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimovdan ibarət tərkibdə) 12 noyabr 2018-ci il tarixli 2(105)-5367/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 14 mart 2016-cı il tarixli 2(060)-925/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M. Əhmədova (sədrlik edən və məruzəçi), Ə Rüstəmov və Ə Nurməmmədovdan ibarət tərkibdə) 2(102)- 1405/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tairxli qərarı ilə X23 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verdiyi konstitusiya şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qərarı ilə təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə həmin qərara uyğun olaraq mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 18 sentyabr 2020-ci il tarixli, 13(102)-6(k)/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı və həmin qərarla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər -F. Məmmədov (sədrlik edən və məruzəçi). Z. Məmmədov və H. Babayevadan ibarət tərkibdə) 16 fevral 2021-ci il tarixli, 2(105)-473/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2016-cı il tarixli, 2(060)-925/2016 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X20 ilə X13 arasında bağlanmış alqı-satqı müqaviləsi, xx.xx-2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "Bank Respublika” ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X7 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir. Qeyd edir ki, qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun əsaslandırılmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər X32 (sədrlik edən və məruzəçi), X18 və X15 ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx-2021-ci il tarixli, 2(105)-473/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və xx.xx-2021-ci il tarixli icra vərəqi ilə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Lakin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməmişdir. Bununla bağlı iddiaçı müxtəlif qurumlara müraciət edərək Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasına kömək etmələrini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə verilmiş 16 may 2022-ci il tarixli, 2(105)473/2021 saylı məktubunda bildirilmişdir ki, “Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun 08 aprel 2021-ci il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması barədə” qərar qəbul edərək, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə istinad edərək icra sənədi məhkəməyə qaytarılmışdır. Qərarda göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********66 saylı, xx.xx-2022-ci il tarixli məktubuna əsasən icra vərəqəsində qeyd edilən **********87-05301-093019 reyestr nömrəli daşınmaz əmlakın 04.09- 2021-ci il tarixli, 197154Ə001591 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 tərəfindən Feziyev Bəhruz Fikrət oğlunun xeyrinə özgəninkiləşdirilmişdir. Belə olan halda icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi mümkün deyil”. Bundan başqa Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli **********66 saylı məktubundan görünür ki, “bildiririk ki, icra vərəqəsində qeyd edilən **********87-05301- 093019 saylı reyestr nömrəli daşınmaz əmlak xx.xx-2021-ci il tarixli, 197154Ə001591 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 tərəfindən Feziyev Bəhruz fikrət oğlunun xeyrinə özgəninkiləşdirilmişdir”. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən belə məlum olduğu kimi, iddiaçıya məxsus olan mənzil Cavabdeh1 tərəfindən Feziyev Bəhruza satılmışdır. Bildiririr ki, Cavabdeh1 mənzili satmağa hüququ olmadığı halda bilərəkdən iddiaçının mənzilini başqa şəxsə satmışdır. Hesab edir ki, onun əməlinə həm də cinayət hüquqi qiymət verilməli dələduzluq cinayətini törətdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməsi üçün qərardada qəbul edilməlidir. Əvvəlki məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mənzilə dair “TERM” kompaniyası ilə K.Gülməmmədov arasında bağlanmış alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış, əslində nə K.Gülməmmədovun nə də A. Məmmədovun həmin mənzili almaq niyyətləri olmamışdır. Həmin alqı-satqı müqavilələrində məqsəd mübahisəli mənzili faktiki olaraq V.Rəhimovun mülkiyyətinə keçirmək olmuşdur. Həmin müqavilələr üzrə alıcılar K.Gülməmmədov və Cavabdeh1 mənzilin dəyərini ödəməmişdir. Məhkəmələrin sonuncu mövqeyinə görə mənzilin dəyərini “TERM” kompaniyasına ödədiyi üçün iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməsi üçün əsaslar olmamışdır. Mübahisəli mənzilə dair “TERM” Kompaniyası adından X16 Kərim arasında bağlanmış alqı-satqı müqaviləsi və X13 arasında bağlanmış alqı-satqı müqaviləsi və X13 ilə Cavabdeh1 arasında bağlanmış 13011- 0187/130215 saylı alqı-satqı müqaviləsi uydurma, yalan əqd olaraq görünüş üçün bağlandığı üçün əhəmiyyətsiz əqd olmuşdur. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqavilələri görünüş üçün bağlandığından, həmin əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmuş Vüqar Rəhimovun kompaniya adından mübahisəli mənzil barəsində sərəncam vermək səlahiyyəti olmadığından, mənzilin həqiqi dəyəri ödənilmədiyindən Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair "TERM” Kompaniyasının adından Vüqar X4 arasında bağlanmış alqı-satqı müqaviləsi və 07 mart 2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqı-satqı müqqaviləsi etibarsız sayılmışdır. Mülki Prosessual Məcəllənin 82.3.-cü maddəsində deyilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bildirir ki, iş üzrə əvvəllər qəbul edilmiş və qanuni qüvvəyə minmiş qətnamələrlə təsdiq edilir ki, Cavabdeh1 mübahisələndirilən mənzil üzərində heç bir hüququ olmamışdır. Səlahiyyətsiz şəxsin bağladığı əqd etibarsızdır. İddiaçı illərdir aldığı mənzilə köçə bilmir. İddiaçıya illər ərzində vurulmuş zərər Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda Cavabdeh1 və digər şəxslərin əməllərini cinayət hüquqi qiymət verilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04 fevral 2021-ci il tarixli 2(105)- 473\2021 saylı qərardaddan da görünür ki, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilin özgəninkiləşdirilməsi Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və digər şəxslərə qadağan edilmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04 fevral 2021-ci il tarixli, 2(105)-473/2021 saylı qərardaddan bir il vaxt keçdikdən sonra iddiaçıya məxsus mənzil özgəninkiləşdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsininn Cinayət Kollegiyasının 1(105)-34/2018 saylı, xx.xx- 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, X20 “TERM” kompaniyası tərəfindən inşa edilmiş Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilin alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmasına baxmayaraq, saxta sənədləşmə əsasında qaynatasının adına rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. O Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx-2017-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2-ci 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş və həmin hökm sonradan da dəyişdirilmədən saxlanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə Q. Məmmədovun bu iddianı qaldırmaqda subyektiv hüququ olmadığına da düzgün qiymət verə bilməmiş, bununla MMnin 178.2-ci və digər maddələrini pozmuşdur. Başqa bir ifadə ilə Qaçay Məmmədovun adına DƏDRX-də bu mənzil ilə bağlı hər hansı bir qeydiyyat olmadığı üçün onun həmin mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməmişdir. Bu səbəblə mənzil üzərində mülkiyyət hüququ olmayan Qaçay Məmmədovun mülkiyyət hüququnun pozulmasından da söhbət gedə bilməz. Məlum olduğu kimi mənzil üzərində mülkiyyət hüququ olmayan Qaçay Məmmədov, Cavabdeh1 qarşı “olmayan mülkiyyət hüququna” dayanaraq mənzilin geri tələb edilməsinə dair iddia qaldırmışdır. Hesab edir ki, belə bir iddia qaldırmağa onun subyektiv hüququ da yoxdur. Cavabdeh Feziyev Bəhruz Fikrət oğlu Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin onun hüquqlarını pozan hissədə ləğv edilməsi, yen qətnamə qəbul edilərək iddiaçı Qaçay Məmmədovun iddia ərizəsinin onun hüquqlarını pozan hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə onun hüquqlarına toxunana hissədə Azərbaycan Respublikası qanunvericiliyinin maddi və prosessual normalarına ziddir, həmin hissədə yeni qətnamə qəbul edilərək iddiaçının iddia tələbi rədd olunmalıdır. Məhkəmənin gəldiyi bu nəticə qəbul edilməzdir və Mülki Məcəllənin müqavilə hüququ və mülkiyyət hüququ ilə bağlı maddələrinə ziddir. O, digər Cavabdeh1 ilə notariusa gedərək alqı-satqı müqaviləsi bağlayıb, pulunu ödəyib vicdanlı alıcı kimi ev satın almışdır. Məhkəmə isə heç bir sübut olmadan formal mülahizələrə əsaslanaraq belə qənaətə gəlmişdir ki, o vicdanlı alıcı deyil. Bu isə qəbul edilməzdir. Məhkəmənin yanlış, qərəzli və qeyri obyektiv, formal mülahizələri ilə onun həmin daşınmazı əldə edərkən vicdanlı olmadığı qənaəti formalaşdırılmağa çalışılıb. Bu isə qəbul edilməz olduğu kimi, mülkiyyət hüququnun kobud pozulmasıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Feziyev Bəhruz Fikrət oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi vəkil X19 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X5 apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, ünvan 1 ünvanlayaraq prosesə iştirakları olmadan baxılmasını xahiş etmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi isə iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin görüntü üçün bağlanaraq, Cavabdeh1 tərəfindən heç bir vəsait ödəmədən əldə etdiyi və məhkəmə qətnaməsi ilə hüquqları etibarsız hesab edilən əmlakı özgəninkiləşdirməklə, İddiaçı həmin mənzilə dair hüquqlarını qeydiyyata aldırmağa əngəllər yaratmaqdan ibarət olması ilə əsaslandırmış, gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 339, 340, 425.1-ci maddələrinə istinad etmiş və bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X26rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X21 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X2rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzili “TERM” Kompaniyası tərəfindən xx.xx.2005-ci il tarixdə İddiaçı satılması, qeyd olunan mənzilə dair “TERM” Kompaniyasının adından X20 ilə X13 arasında bağlanmış alğı-satqı müqaviləsi, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X7 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının qüvvədə olan məhkəmə aktları əsasında etibarsız hesab edilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 358, 140, 157.2-ci maddələri təşkil edir. İddia tələbi bir neçə tələbdən ibarət olduğundan, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair ilkin tələb digər tələbləri özündən asılı etdiyindən, məhkəmə kollegiyası ilk öncə həmin əqdin etibarsız hesab edilməsi tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İşdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(105)- 473/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-925/2016 saylı, 14 mart 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi təmin edilərək Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X20 ilə X13 arasında bağlanmış alqı-satqı müqaviləsi, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X7 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 29 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-473/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qüvvədə olan məhkəmə aktları ilə mübahisəli mənzilə dair “TERM” Kompaniyasının adından X20 ilə X13 arasında bağlanmış alqı-satqı müqaviləsi, X13 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X7 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edildiyindən, Cavabdeh1 mübahisəli mənzil üzərində sərəncam vermək səlahiyyəti olmadığı halda, sonuncu həmin mənzili (mübahisə getdiyi müddətdə) 04 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2yevə satmışdır. Mülki Məcəllənin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Qanunvericilik burada səlahiyyəti olmayan şəxsin başqasına mənsub olan əşyaya və hüquqa dair sərəncam verməsinin hüquqi nəticələrini nəzərdə tutmuşdur. Səlahiyyətsiz şəxsin belə hərəkətinin hüquqi taleyi belə sərəncam verməyə səlahiyyəti olan digər tərəfin iradəsindən asılıdır. Hər bir halda səlahiyyətsiz şəxsin bu hərəkətinin səlahiyyətli şəxsin bəyənməməsi onun etibarsızlığına səbəb olur. Göründüyü kimi, iddiaçı Q.Məmmədov nəinki buna razılıq verməmiş, hətta həmin mənzillə bağlı mübahisənin getdiyi və əmlaka qadağan qoyulduğu halda, Cavabdeh1 həmin mənzil barəsində sərəncam vermək səlahiyyəti olmadığına baxmayaraq başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (mübahisəli mənzili Cavabdeh2yevə satması) mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsinin tələblərinə uyğun olmamışdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 197154Ə001591 saylı alqısatqı müqaviləsi etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 337.5. maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Mülki Məcəllənin 337.5. maddəsi əqdin etibarsızlığının nəticələrini müəyyən etmişdir. Əqd etibarsız hesab edildikdə ümumi qaydaya görə hər bir tərəf əqd üzrə aldığını digər tərəfə qaytarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında bağlanmış 04 sentyabr 2021-ci il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin əqd üzrə Cavabdeh2yev tərəfindən ödənilmiş 46.000 manat pul məbləği digər Cavabdeh1 alınaraq Cavabdeh2yevə qaytarılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh2yevin vicdanlı alıcı olması barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakın geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Kostitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Halbuki Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında 4Ə-1591 nömrəli reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat icraatında olan daşınmaz əmlakın yüklülüyünə dair arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil üzərində Sumqayıt şəhər Məhkəməsinin 2(060)-12885/2015 saylı, xx.xx.2015-ci il tarixli bildirişi əsasında müvəqqəti nəzarət olmuşdur. Cavabdeh2yev noraiat ofisində alqı-satqı zamanı mənzilin üzərində məhdudiyyətin olub-olmamasına dair arayışla tanış olduğunu və orada heç bir məlumat olmadığı qeyd etsədə, notariat işindəki arayışda müvafiq qeydlər olmuşdur. Bununla yanaşı mənzilin mübahisəli olmasından xəbərsiz olması barədə Cavabdeh2yevin dəlili ilə bağlı həmçinin o da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş mənzilin yerləşdiyi binanın komendantı Yeganə Əliyeva və binanı inşa etmiş şirkətin icraçı direktoru Hüseyn Abbasovun ifadələri bunun əksini göstərmiş və həmin ifadələr məhkəmə tərəfindən həqiqətə uyğun hesab edilmişdir. Göründüyü kimi əqdin bağlanması zamanı alıcı Cavabdeh2yevin mənzilin mübahisəli olduğunu və həmin əmlaka dair üçüncü şəxslərin mümkün iddialarından xəbərdar olduğundan mövcud əqdi Cavabdeh1la bağladığından o, vicdanlı əldə edən hesab edilə bilməz. İddia tələbinin mülkiyyətə verilməsi barədə reyestrdən çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mövcud çıxarış alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mənzilin boşaldılaraq təhvil verilməsi hissəsinə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1la Cavabdeh2yev arasında bağlanmış müqavilə etibarsız hesab edilməklə, onun əsasında verilmiş çıxarış da ləğv edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməklə mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir (Mülki Prosessual Məcəllənin 265.4. maddəsi). Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi hissəsinə gəldikdə isə hesab edir ki, Cavabdeh1 əməlində Mülki Prosessual Məcəllənin 265-ci maddəsinin tələbləri aşkar olmadığından, bu hissədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlər Cavabdeh1 və Feziyev Bəhruz Fikrət oğlunun apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair Feziyev Bəhruz Fikrət oğlunun adına verilmiş reyestrdən çıxarış ləğv edilsin. Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzili boşaldılaraq iddiaçıya təhvil verilsin. Cavabdeh1 46.000 manat pul məbləği alınaraq cavabdeh Feziyev Bəhruz Fikrət oğluna qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-638/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-638/2023
26.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver