Məhkəmə qərarları › İş №2(105)-308/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-308/2024

14.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-308/2024 14.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X15 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi) X26 Süleymanovanın sədrliyi və məruzəsi, X29 Məmmədov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının vəkili X3, Cavabdeh2yevin, Cavabdeh1 nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X15 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(060)-5626/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X24 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X24 arasında bağlanmış 04 sentyabr 2021- ci il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə, Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi üçün Prokurorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə X24 arasında bağlanmış 04 sentyabr 2021-ci il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin X7 mülkiyyətinə verilməsi barədə reyestrdən çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə, Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi üçün Prokurorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X8, Cavabdeh1, X20 qarşı (üçüncü şəxslər “TERM” kompaniyası, "xxxx"ASC, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m. təşkil edən 25 saylı evin mənzilinə dair “TERM” Kompaniyasının adından bağlanmış alqı-satqı müqaviləsinin, xx.xx-2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və Bank Respublika” ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqı-satqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında qeyd edilən mənzil üzərində X6 və Cavabdeh1 mülkiyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə inşa edilmiş 3 saylı evin 25 saylı mənzili “TERM” Kompaniyası tərəfindən 04 fevral 2005-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır. Mənzilə görə iddiaçı “TERM” Kompaniyasına ********* manat (köhnə məzənnə ilə) pul ödəmiş və mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Lakin, mənzilin təmir işlərini apara bilməmiş, bu səbəbdən də ora köçə bilməmiş, ona görə də ev boş qalmışdır. “TERM” Kompaniyasının keçmiş direktoru V.Rəhimov adlı şəxs mənzilə dair sənədləri saxtalaşdıraraq mənzili yaxın qohumu (qaynatası) K.İ.Gülməmmədovun adına keçirmişdir. Lakin, “TERM” Kompaniyasına mənzillə bağlı K.İ.Gülməmmədov tərəfindən hər hansı bir ödəniş edilməmiş, kompaniyanın bank hesabına vəsait köçürməmişdir. 08 fevral 2013-cü il tarixdə Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair mülkiyyət hüququ DƏDRX-nin 2 saylı Ərazi İdarəsində K.İ.Gülməmmədovun adına qeydə alınmışdır. Bundan sonra mübahisəli mənzil 07 mart 2013-cü il tarixdə bağlanmış 13011- 0187/130215 saylı alqısatqı müqaviləsi və ipoteka müqaviləsinə əsasən K.İ.Gülməmmədov tərəfindən yaxın qohumu Cavabdeh1 satılaraq, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müddəti 07 mart 2018-ci ilədək nəzərdə tutulmuş yüklülüklə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına müvafiq reyestrdən çıxarış verilmişdir. Qeyd olunan mənzillə bağlı “TERM” Kompaniyasının bütün sənədlərində İddiaçı adı qeyd olunmuşdur. Lakin, “TERM” Kompaniyasının keçmiş direktoru V. Rəhimovun qanunsuz əməlləri nəticəsində həm Kompaniyanın, həm də iddiaçının hüquqları pozulmuşdur. Buna görə də o cinayət məsuliyyətinə cəlb edilmişdir. Yuxarıda göstərilən məzmunda olan iddia Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2016-cı il tarixli, 2(060)-925/2016 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş. Abasov (sədrlik edən və məruzəçi), A. Abbasov və T. Məmmədov ibarət tərkibdə) 16 mart 2018-ci il tarixli, 2(105)-20/18 saylı qətnaməsi ilə qismən təmin edilmiş iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx-2015-cı il tarixli, 2(060)-925/2018 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m. təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X27 ilə X16 arasında bağlanmış alqı-satqı müqaviləsinin, xx.xx-2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı Notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqısatqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X6 və Cavabdeh1 mülkiyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması, iddiaçı X17 apellyasiaya şikayətinin verilməsi üçün ödədiyi 5 manat dövlət rüsümunun cavabdeh X11 alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyamın (hakimlər V. İbayev (sədrlik edən və məruzəçi), A. Kalbalıyev və Ə.Əliyev ibarət tərkibdə) 03 avqust 2018-ci il tarixli, 2(102)-5246/2018 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, üçüncü şəxs “Bank Respublika ASCnin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx-2018-ci il tarixli qətnaməsi ləğv edilmiş işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G. Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E. Rəhimovdan ibarət rərkibdə) 12 noyabr 2-18-ci il tarixli 2(105)-5367/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 14 mart 2026-ci il tarixli 2(060)-925/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M. Əhmədova (sədrlik edən və məruzəçi), Ə Rüstəmov və Ə Nurməmmədovdan ibarət tərkibdə) 2(102)- 1405/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tairxli qərarı ilə X30 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verdiyi konstitusiya şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qərarı ilə təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə həmin qərara uyğun olaraq mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 18 sentyabr 2020-ci il tarixli, 13(102)-6(k)/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı və həmin qərarla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər -F. Məmmədov (sədrlik edən və məruzəçi). Z. Məmmədov və H. Babayevadan ibarət tərkibdə) 16 fevral 2021-ci il tarixli, 2(105)-473/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2016-cı il tarixli, 2(060)-925/2016 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X27 ilə X16 arasında bağlanmış alqı-satqı müqaviləsi, xx.xx-2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "Bank Respublika” ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X6 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir. Qeyd edir ki, qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun əsaslandırılmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər X41 (sədrlik edən və məruzəçi), X21 və X18 ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx-2021-ci il tarixli, 2(105)-473/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və xx.xx-2021-ci il tarixli icra vərəqi ilə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Lakin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməmişdir. Bununla bağlı iddiaçı müxtəlif qurumlara müraciət edərək Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasına kömək etmələrini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə verilmiş 16 may 2022-ci il tarixli, 2(105)473/2021 saylı məktubunda bildirilmişdir ki, “Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun 08 aprel 2021-ci il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması barədə” qərar qəbul edərək, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə istinad edərək icra sənədi məhkəməyə qaytarılmışdır. Qərarda göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********66 saylı, xx.xx-2022-ci il tarixli məktubuna əsasən icra vərəqəsində qeyd edilən **********87-05301-093019 reyestr nömrəli daşınmaz əmlakın 04.09- 2021-ci il tarixli, 197154Ə001591 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 tərəfindən X7 xeyrinə özgəninkiləşdirilmişdir. Belə olan halda icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi mümkün deyil”. Bundan başqa Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli **********66 saylı məktubundan görünür ki, “bildiririk ki, icra vərəqəsində qeyd edilən **********87-05301- 093019 saylı reyestr nömrəli daşınmaz əmlak xx.xx-2021-ci il tarixli, 197154Ə001591 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 tərəfindən X7 xeyrinə özgəninkiləşdirilmişdir”. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən belə məlum olduğu kimi, iddiaçıya məxsus olan mənzil Cavabdeh1 tərəfindən Feyziyev Bəhruza satılmışdır. Bildiririr ki, Cavabdeh1 mənzili satmağa hüququ olmadığı halda bilərəkdən iddiaçının mənzilini başqa şəxsə satmışdır. Hesab edir ki, onun əməlinə həm də cinayət hüquqi qiymət verilməli dələduzluq cinayətini törətdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməsi üçün qərardada qəbul edilməlidir. Əvvəlki məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mənzilə dair “TERM” kompaniyası ilə K.Gülməmmədov arasında bağlanmış alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış, əslində nə K.Gülməmmədovun nə də A. Məmmədovun həmin mənzili almaq niyyətləri olmamışdır. Həmin alqı-satqı müqavilələrində məqsəd mübahisəli mənzili faktiki olaraq V.Rəhimovun mülkiyyətinə keçirmək olmuşdur. Həmin müqavilələr üzrə alıcılar K.Gülməmmədov və Nümayəndə2 mənzilin dəyərini ödəməmişdir. Məhkəmələrin sonuncu mövqeyinə görə mənzilin dəyərini “TERM” kompaniyasına ödədiyi üçün iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməsi üçün əsaslar olmamışdır. Mübahisəli mənzilə dair “TERM” Kompaniyası adından X19 Kərim arasında bağlanmış alqı-satqı müqaviləsi və X16 arasında bağlanmış alqı-satqı müqaviləsi və X16 ilə Cavabdeh1 arasında bağlanmış 13011- 0187/130215 saylı alqı-satqı müqaviləsi uydurma, yalan əqd olaraq görünüş üçün bağlandığı üçün əhəmiyyətsiz əqd olmuşdur. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqavilələri görünüş üçün bağlandığından, həmin əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmuş Vüqar Rəhimovun kompaniya adından mübahisəli mənzil barəsində sərəncam vermək səlahiyyəti olmadığından, mənzilin həqiqi dəyəri ödənilmədiyindən Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair "TERM” Kompaniyasının adından Vüqar X2 arasında bağlanmış alqı-satqı müqaviləsi və 07 mart 2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alqı-satqı müqqaviləsi etibarsız sayılmışdır. Mülki Prosessual Məcəllənin 82.3.-cü maddəsində deyilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bildirir ki, iş üzrə əvvəllər qəbul edilmiş və qanuni qüvvəyə minmiş qətnamələrlə təsdiq edilir ki, Cavabdeh1 mübahisələndirilən mənzil üzərində heç bir hüququ olmamışdır. Səlahiyyətsiz şəxsin bağladığı əqd etibarsızdır. İddiaçı illərdir aldığı mənzilə köçə bilmir. İddiaçıya illər ərzində vurulmuş zərər Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda Cavabdeh1 və digər şəxslərin əməllərini cinayət hüquqi qiymət verilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04 fevral 2021-ci il tarixli 2(105)- 473\2021 saylı qərardaddan da görünür ki, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilin özgəninkiləşdirilməsi Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və digər şəxslərə qadağan edilmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04 fevral 2021-ci il tarixli, 2(105)-473/2021 saylı qərardaddan bir il vaxt keçdikdən sonra iddiaçıya məxsus mənzil özgəninkiləşdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsininn Cinayət Kollegiyasının 1(105)-34/2018 saylı, xx.xx-2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, X27 “TERM” kompaniyası tərəfindən inşa edilmiş Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilin alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmasına baxmayaraq, saxta sənədləşmə əsasında qaynatasının adına rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. O Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx-2017-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2-ci 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş və həmin hökm sonradan da dəyişdirilmədən saxlanmışdır. Hesab edir ki, Məmmədov X5 arasında bağlanmış xx.xx-2021- ci il tairxli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Cavabdehlər tərəfindən bağlanmış alqı-satqı müqaviləsi ilə mülki qanunvericiliyin əmlakın əldə edilməsi ilə bağlı normaları pozulmuşdur.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. Məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadə verərək bildirdi ki, 2014-cü ildən “Term” kompaniyasında komendant işləyir. Binaya kommendant seçilən vaxtı icraçı direktor ona mənzillərdə kimin yaşayıb-yaşamaması barədə məlumatların əks olunduğu kitabça vermiş və mənzillərdə kimlərin yaşamasını birbir başa salmışdır. 8-ci mərtəbədə yerləşən 25 saylı mənzilə gələndə isə icraçı direktora söyləmişdir ki, burada yaşayış yoxdur. İcraçı direktor da sənədləri gətirib bildirmişdir ki, bu mənzil Qaçay adlı şəxsə mənsubdur, amma yaşayış yoxdur. Həmin mənzilin Qaçaya məxsus olduğunu elə o vaxtı öyrənmişdir. Təxmini 2 ildən sonra Hüseyn müəllim (icraçı direktor) söyləmişdir ki, həmin mənzilin məhkəmə mübahisəsi vardır. Aradan bir xeyli müddət keçəndən sonra qapıda dayanan Babaxan adlı mühafizəçi Qaçayın mənzilinə baxmağa gələnlərin olduğunu söyləmişdir. Gələnlərin kim olduğunu soruşanda cavab olaraq bildirmişdir ki, yeznəsinin dostudur. Bu zaman Babaxana 8-ci mərtəbədəki mənzili nəzərdə tutursansa, sən heç onlara məlumat vermisən ki, həmin mənzil problemlidir. Babaxan da onlara mənzilin probemli olması barədə məlumat verdiyini bildirdi. Növbəti gün 3 nəfər bəy, onlardan biri hazırda burada olan şəxsdir və 1 yaşlı qadın gəlmiş, həmin bəylər kənarda olmuş və liftin qarşısında həmin yaşlı qadınla rastlaşmışdır. Həmin yaşlı qadın 8-ci mərtəbəyə çıxdığını, mənzilə baxmağa getdiyini bildirmişdir. Mənzilə baxmaq üçün gələn şəxslərə həmin mənzilin mübahisəli olduğunu bildirdikdə, qadın problemin nədən ibarət olduğunu soruşmuşdur. Həmin problemin nə olduğu barədə tam şəkildə məlumatı olmadığını, amma həmin mənzilə dair məhkəmədə iş getdiyini, heç mənzilin yiyəsinin də gəlib mənzili təmir etmədiyini bildirdi. Sonra həmin qadın yanlarında olan adama söylədi ki, bizə belə problemli evi niyə göstərirsiniz? Müraciət etdiyi şəxs təxmini xatırlayır ki, adı Azər idi.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X28 ifadə verərək bildirdi ki, İddiaçı mübahisəli mənzilin sahibi kimi tanıyır. Cavabdeh Feziyev Bəhruzu tanımadığın, axırıncı dəfə onu görəndə səs-küy yaradaraq qapı açılmadığı halda 102-yə şikayət edəcəyini bildirmişdir. Aşağı qonşuya su sızdığına görə yaşayış olmadığı üçün MTK-nın işçiləri tərəfindən mübahisəli mənzilin qılıfı dəyişdirilmişdir. Əliyeva Yeganə binanın kommendantıdır. 2014-cü ilin oktyabr ayının 15- dən icraçı direktor olandan sonra Hüseynə məlum olmuşdur ki, əvvəlki icraçı direktor həmin mənzili digər şəxsin adına keçirib, sonra da sözügedən mənzili Vüqarın qohumu olan Azərin adına keçirmişdirlər və artıq iş məhkəməyə düşmüş, şirkəti də hüquqşünasları təmsil etmiş, bu məsələ ilə bağlı ümuiyyətlə maraqlanmamışdır. İddiaçı işi məhkəmədə olduğu vaxtda həmin mənzil Cavabdeh1 adında olmuşdur. Mübahisə yarandığından işçilərə tapşırılmışdır ki, məhkəmə bitənə qədər həmin mənzilə giriş-çıxış olmasın, kimsə gəlməsin. Sonra bir vətəndaş yaxınlaşmış, Babaxan adlı mühafizəçi də gələn şəxsin yeznəsinin dostu olduğunu bildirmişdir. Babaxan evi almaq istədiklərini bildirdikdə, mənzilin mübahisəli olması barədə gələn şəxslərin məlumatlandırılmalarını tapşırmışdır. Babaxan ondan əvvəl mənzili almaq istəyən şəxslərə mənzilin probemli olduğunu, məhkəmədə işin getdiyini demişdir. Həmin vaxt 2 nəfər gəlmişdir, hansı ki, biri Babaxanın yeznəsi, digəri də, tam xatırlamasa da cavabdeh Feziyev Bəhruz olmuşdur.

7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim İlyas Mahmudov) xx.xx.2016-cı il tarixli, 2(060)- 925/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X8, Cavabdeh1, X23, üçüncü şəxslər “TERM” Kompaniyasına, "xxxx" ASC-yə, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqavilələrinin və hüququn dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin Qətnamədən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayəti vermişdir.

8. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Şəmsəddin Abasov, Aqil Abbasov, Telman Məmmədov) xx.xx.2018-ci il tarixli, 2(105)-20/2018 nömrəli qətnaməsi ilə İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)- 925/2018 nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə qəbul edilməsi, iddianın təmin olunması, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X27 ilə X16 arasında bağlanmış alğı-satqı müqaviləsinin, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğısatqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X6 və Cavabdeh1 mülkiyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması, İddiaçı apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 5 manat dövət rüsumunun cavabdeh X11 tutularaq ona qaytarılması qət edilmişdir. Həmin Qətnamədən Cavabdeh1 və üçüncü şəxs "xxxx" ASC kassasiya şikayətləri vermişlər.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.İbayev, A.Kalbalıyev, Ə.Əliyev) xx.xx.2018-ci il tarixli, 2(102)-5246/18 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin qismən, üçüncü şəxs "xxxx" ASC-nin kassasiya şikayətinin isə təmin edilməsi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Gülnarə Tağızadə, Telman Quliyev, Elman Rəhimov) xx.xx.2018-ci il tarixli, 2(105)-5367/2018 saylı qətnaməsi ilə İddiaçı nümayəndəsi Vəkil2 apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)- 925/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı və vəkili Vəkil1 ihəmin qətnamədən kassasiya şikayəti vermişlər.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Mehparə Əhmədova, Əli Rüstəmov, Əhməd Nurməmmədov) 2(102)-1405/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli, 2(105)-3567/2018 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019- cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 fevral 2020-ci il tarixli qərarı ilə Q.Məmmədovun K.Gülməmmədova, Nümayəndə2, V.Rəhimova qarşı alğısatqı müqavilələrinin və hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-6(k)/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1405/2019 saylı, 04 mart 2019-cu il tarixli qərarının və həmin qərarla əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 3567/2018 saylı iş üzrə 12 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 473/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-925/2016 saylı, 14 mart 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi təmin edilərək Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X27 ilə X16 arasında bağlanmış alğı-satqı müqaviləsi, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X6 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti verilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-473/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə X24 arasında 4Ə-1591 nömrəli reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzili X15 46000 manata satmışdır.

17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətundən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili X12 mülkiyyətindədir.

18. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə X24 arasında 4Ə-1591 nömrəli reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat icraatında olan daşınmaz əmlakın yüklülüyünə dair Arauışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində Sumqayıt şəhər Məhkəməsinin 2(060)-12885/2015 saylı, xx.xx.2015-ci il tarixli bildirişi əsasında müvəqqəti nəzarət olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

19. Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(060)-5626/2022 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə X24 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair X12 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzili boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.2, 152.8, 157.8, 337, 339, 340, 425.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

21. Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə Q.Məmmədovun bu iddianı qaldırmaqda subyektiv hüququ olmadığına da düzgün qiymət verə bilməmiş, bununla MM-nin 178.2-ci və digər maddələrini pozmuşdur. Başqa bir ifadə ilə Qaçay Məmmədovun adına DƏDRX-də bu mənzil ilə bağlı hər hansı bir qeydiyyat olmadığı üçün onun həmin mənzil üzərində mülkiyyət hüququ əmələ gəlməmişdir. Bu səbəblə mənzil üzərində mülkiyyət hüququ olmayan Qaçay Məmmədovun mülkiyyət hüququnun pozulmasından da söhbət gedə bilməz. Məlum olduğu kimi mənzil üzərində mülkiyyət hüququ olmayan Qaçay Məmmədov, Cavabdeh1 qarşı “olmayan mülkiyyət hüququna” dayanaraq mənzilin geri tələb edilməsinə dair iddia qaldırmışdır. Hesab edir ki, belə bir iddia qaldırmağa onun subyektiv hüququ da yoxdur.

23. Cavabdeh X24 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin onun hüquqlarını pozan hissədə ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddiaçı Qaçay Məmmədovun iddia ərizəsinin onun hüquqlarını pozan hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə onun hüquqlarına toxunan hissədə Azərbaycan Respublikası qanunvericiliyinin maddi və prosessual normalarına ziddir, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd olunmalıdır. Məhkəmənin gəldiyi bu nəticə qəbul edilməzdir və Mülki Məcəllənin müqavilə hüququ və mülkiyyət hüququ ilə bağlı maddələrinə ziddir. O, digər cavabdeh Nümayəndə2 ilə notariusa gedərək alqı-satqı müqaviləsi bağlayıb, pulunu ödəyib vicdanlı alıcı kimi ev satın almışdır. Məhkəmə isə heç bir sübut olmadan formal mülahizələrə əsaslanaraq belə qənaətə gəlmişdir ki, o vicdanlı alıcı deyil. Bu isə qəbul edilməzdir. Məhkəmənin yanlış, qərəzli və qeyri obyektiv, formal mülahizələri ilə onun həmin daşınmazı əldə edərkən vicdanlı olmadığı qənaəti formalaşdırılmağa çalışılıb. Bu isə qəbul edilməz olduğu kimi, mülkiyyət hüququnun kobud pozulmasıdır.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-638/2023 nömrəli iş üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (Səyyad Qafari (sədrlik edən və məruzəçi), hakimlər Ayaz Mahmudov və Lətifə Məmmədovadan ibarət tərkibdə) cavabdehlər Cavabdeh1 və X12 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə X24 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair X12 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh1 46.000 manat pul məbləği alınaraq cavabdeh X15 qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 337, 358, 140, 157.2, MPM-nin 382, 384.0.2, 385.1.1. 385.1.2, 385.1.3, 385.1.4, 392, 393, 405-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

27. Cavabdehlər Cavabdeh1 və X24 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın rədd olunması və yaxud işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(102)-3528/2023 nömrəli Qərarı ilə cavabdehlər X24 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli 2(105)-638/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. İddiaçının vəkili Vəkil2 tərəfindən məhkəmə iclasında təqdim olunmuş Azərbaycan Respublikası S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzinin 10 aprel 2023-cü il tarixli rəyindən görünür ki, “TERM” Kompaniyası tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində yerləşən 3 saylı binanın yerləşdiyi ərazi və onun ətraf ərazilərində olan yeni tikili binalarda olan mənzillərinin 1 m2-nin təmirsiz halda olduğunu 2019-2020-ci illər üzrə orta bazar dəyərini, “TERM” Kompaniyası tərəfindən inşa edilmiş ünvan 3 ünvanında yerləşən 25 saylı mənzilin ümumi sahəsi 87.1 m2 olduğu təmirsiz halda orta bazar dəyəri: 2019-2020-ci illər üzrə orta bazar qiyməti 1 m2 850 manat; 2019- 2020-ci illər üzrə ünvan 3 ünvanında yerləşən 25 saylı mənzilin ümumi sahəsi 87.1 m2 dəyəri 74035 manat müəyyən edilir.

30. İddiaçının vəkili Vəkil2 tərəfindən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək Azərbaycan Respyblikası Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsinə istinad edərək Məhkəmədən Cavabdeh1 əməlində cinayətin əlamətlərinin araşdırılması barədə xüsusi qərardad çıxarmaqla prokurora göndərilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

31. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

32. Cavabdeh X24 öz apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

33. Cavabdehin nümayəndəsi Nümayəndə1, nümayəndəsi olduğu Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

34. İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

35. İddiaçının vəkili X4 apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdehlər verdikləri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1 Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin olunmalıdır.

40. İddiadan göründüyü kimi iddiaçı dörd tələblə məhkəməyə müraciət etmişdir: 1) alqı-satqı müqaviləsinin etiabrsız hesab edilməsi, 2) çıxarışın ləğv edilməsi, 3) mənzilin boşaldılması və 4) cinayətin əlamətləri olduğundan xüsusi qəradad çıxarılması.

41. Kollegiya iddia tələbləri üzrə dəyərləndirmə apararaq qeyd etməyi zəruri hesab edir ki, araşdırılan mübahisənin xarakteri alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin əsas, digər tələblərin isə əsas tələbdən irəli gələn törəmə tələb olduğunu göstərir və bu baxımdan ilk olaraq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissədə iddia üzrə qiymətləndirmə aparılmasını qanuni və əsaslı hesab edir, bununla bağlı aşağıda şərh olunanları qeyd edir:

42. İşin müəyyən edilmiş hallarında göründüyü kimi İddiaçı cavabdehlər X8, Cavabdeh1, X23, üçüncü şəxslər “TERM” Kompaniyasına, "xxxx" ASC-yə, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqavilələrinin və hüququn dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddiası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-473/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

43. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 340-cı maddəsinə istinad edərək onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. V.Rəhimovun “TERM” Kompaniyası adından mübahisəli mənzil barəsində sərəncam vermək səlaiyyəti olmamışdır. Belə olan halda “TERM” Kompaniyasının direktoru V.Rəhimovun başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzilin K.Gülməmmədova satılması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır. Mənzilə dair “TERM” Kompaniyası adından K.Gülməmmədov ilə bağlanmış alqı-satqı müqaviləsi, eləcə də K.Gülməmmədov ilə Nümayəndə2 arasında bağlanılmış alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış, əslində nə K.Gülməmmədovun, nə də A.Məmmdovun həmin mənzili almaq niyyəti olmamışdır. Həmin alqı-satqı müqavilələrində məqsəd mübahisəli mənzili faktiki olaraq V.Rəhimovun mülkiyyətinə keçirmək olmuşdur. Həmin müqavilələr üzrə alıcılar (K.Gülməmmədov, Nümayəndə2) mənzilin dəyərini ödəməmiş, mənzili qəbul etməmişlər.

44. MPM-nin 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

45. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarından göründüyü kimi mübahisə predmetini təşkil edən mənzilə dair K.Gülməmmədov və Nümayəndə2 arasında bağlanmış əqd (alqı-satqı müqaviləsi) görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd olmuşdur. Həmin mənzil dəyəri tam ödənilməklə iddiaçıya məxsus olmuş, iddiaçının əmlak üzərində sahiblik və istifadə hüququ yaranmış, Cavabdeh1 həmin mənzil üzərində sərəncam vermək səlahiyyəti olmamışdır.

46. Göründüyü kimi Cavabdeh1 mənzil üzərində sərəncam vermək səlahiyyəti olmadığı halda 04 sentyabr 2019-cü il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq mənzili Bərhuz Feyziyevə satmışdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər.

48. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

49. Kollegiya mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə dəyərləndirmə apararaq, iş üzrə toplanmış sübutların mötəbərliyini yoxlayıb prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, həmin müqavilə bağlanarkən sübyektiv tərəf qüsurlu olmuş, belə ki, qeyd olunduğu kimi Cavabdeh1 mənzil üzərində sərəncam vermək səlahiyyəti olmayan şəxs olmuşdur. Odur ki, müqavilə etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə cavab vermir, müqavilə qanunla nəzərdə tutulmuş qaydada bağlanmamışdır, qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd isə etibarsızdır.

50. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

51. Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

52. Mülki hüquq nəzəriyyəsində əqdin etibarsızlığının nəticəsi olaraq tərəflərin əvvəlki vəziyyətə qaytarılması «restitutsiya» adlanır və restitutsiyanın üç növü fərqləndirilir: iki tərəfli restitusiya, bir tərəfli restitusiya və restitusiyanın tətbiq edilməməsi. İki tərəfli restitusiya əqdlərin etibarsızlığının ümumi nəticəsi kimi müəyyən olunmuşdur. Bu qaydaya görə tərəflərin hər biri əqd üzrə adıqlarının hamsını digər tərəfə qaytarmağa borcludur, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda onun dəyəri pulla ödənilməlidir.

53. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə X24 arasında bağlanmış 04 sentyabr 2021-ci il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin əqd üzrə Cavabdeh2yev tərəfindən ödənilmiş 46.000 manat pul məbləği digər Cavabdeh1 alınaraq Cavabdeh2yevə qaytarılmalıdır.

54. Məhkəmə kollegiyası iddiaçının - çıxarışın ləğv edilməsi və mənzilin boşaldılması hissəsində də iddia tələbini əsaslı hesab edir. Qeyd edildiyi kimi çıxarışın ləğv edilməsi və mənzilin boşaldılması barədə tələblər alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən irəli gələn tələblərdir. Kollegiya iddia üzrə "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməsi qənaətinə gəldiyini, iddianın «çıxarışın ləğv edilməsi və mənzilin boşaldılması» hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə əsas tələbin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsas tələb hissədə təmin edildiyindən "çıxarışın ləğv edilməsi və mənzilin boşaldılması" hissəsində də təmin edilməlidir.

55. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi hissəsinə münasibətdə qeyd edir ki, MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkar çıxararsa, o bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Kollegiya hesab edir ki, hazırki halda cinayət əlamətləri aşkar edilməmişdir, odur ki, xüsusi qərardad çıxarılması barədə iddiaçı tərəfin xahişi təmin oluna bilməz.

56. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri üzrə də hüquqi qiymətləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

57. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

59. Göründüyü kimi Cavabdeh2yevin apellyasiya şikayətinin dəlilini vicdanlı alıcı olması barədə göstərdikləri təşkil edir.

60. Kollegiya şikayətin dəlilini əsassız heab edir və bunula bağlı aşağıda şərh olunanları qeyd edir:

61. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə X24 arasında 4Ə-1591 nömrəli reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat icraatında olan daşınmaz əmlakın yüklülüyünə dair arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində Sumqayıt şəhər Məhkəməsinin 2(060)-12885/2015 saylı, xx.xx.2015-ci il tarixli bildirişi əsasında müvəqqəti nəzarət olmuşdur.

62. Cavabdeh2yev noraiat ofisində alqı-satqı zamanı mənzilin üzərində məhdudiyyətin olub-olmamasına dair arayışla tanış olduğunu və orada heç bir məlumat olmadığı qeyd etsədə, notariat işindəki arayışda müvafiq qeydlər olmuşdur. Bununla yanaşı mənzilin mübahisəli olmasından xəbərsiz olması barədə Cavabdeh2yevin dəlili ilə bağlı həmçinin o da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş mənzilin yerləşdiyi binanın komendantı Yeganə Əliyeva və binanı inşa etmiş şirkətin icraçı direktoru Hüseyn Abbasovun ifadələri bunun əksini göstərmişdir.

63. Göründüyü kimi alıcı Cavabdeh2yevin mənzilin mübahisəli olduğundan xəbərinin olmaması barədə göstərdikləri iş materialları ilə təkzib olunur. Belə olan halda o, vicdanlı əldə edən hesab edilə bilməz.

64. Eyni zamanda qeyd olunmalıdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, Azər X13rdaşının sinif yoldaşı olmaqla, əvvəl tanış olmuşlar. Bu xüsusat da Bəhruz Feyziyevin mənzillə bağlı məhkəmə araşdırmasından xəbərdar olması ehtimalının real olmasının mümkünlüyünü göstərir.

65. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”.

66. Cavabdeh1 apellyasiya şikayətinin dəlillindən göründüyü kimi apellyator şikayətin dəlili olaraq iddiaçının araşdırılan iddia tələbi üzrə subeyktiv hüququnun olmamasını göstərmişdir.

67. Məhkəmə kollegiya şikayətin dəlilini əsassız hesab edir. İşin müəyyən edilmiş hallarına istinad edərək kollegiya qeyd edir ki, iddiaçı mübahisəli mənzilin dəyərini tam ödəməklə satın almış, əmlak üzərində sahiblik və istifadə hüququna malik olmuşdur ki, bu da iddiaçının əmlak üzərində hüquqi ixtiyarının yarandığını göstərir.

68. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməli, Cavabdeh1 ilə X24 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Sumqayıt şəhəri 44cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair X12 adına verilmiş reyestrdən çıxarış ləğv edilməli, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzili boşaldılaraq iddiaçıya təhvil verilməli, Cavabdeh1 46.000 manat pul məbləği alınaraq cavabdeh X15 qaytarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehlər Cavabdeh1 və X12 apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5626/2022 nömrəli 09 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə X24 arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair X12 adına verilmiş reyestrdən çıxarış ləğv edilsin. Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzili boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh1 46.000 (qırx altı min) manat pul məbləği alınaraq cavabdeh X15 qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar