Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3528/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Feziyev Bəhruz Fikrət oğluna qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X4 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Feziyev Bəhruz Fikrət oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-638/2023 nömrəli iş üzrə 26 aprel 2023-cü il tarixli qətnamə sindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzil “TERM” Kompaniyası tərəfindən xx.xx.2005-ci il tarixdə İddiaçı satılmışdır.
2. İddiaçı cavabdehlər X7, Cavabdeh1, X14 qarşı (üçüncü şəxslər “Term” kompaniyası, "xxxx" ASC, Sumqayıt şəhər 1 saylı notariat kontoru, AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “Term” kompaniyasının adından bağlanmış alqı-satqı müqaviləsinin, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011-0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında qeyd edilən mənzil üzərində X5 və Cavabdeh1 mülkiyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş,Sumqayıt Şəhər Məhkəməsinin (hakim İ.Mahmudov) xx.xx.2016-cı il tarixli, 2(060)-925/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X7, Cavabdeh1, X15, üçüncü şəxslər “TERM” Kompaniyasına, "xxxx" ASC-yə, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqavilələrinin və hüququn dövlət qeydiyya tının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Abasov, A.Abbasov, T.Məmmədov) xx.xx.2018-ci il tarixli, 2(105)-20/2018 nömrəli qətnaməsi ilə İddiaçı nümayəndəsi X2 apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)- 925/2018 nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə qəbul edilməsi, iddianın təmin olunması, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X17 ilə X10 arasında bağlanmış alğısatqı müqaviləsinin, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanm ış 13011- 0187/130215 saylı alğısatqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X5 və Cavabdeh1 mülkiyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması, İddiaçı apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 5 manat dövət rüsumunun cavabdeh X8 tutularaq ona qaytarılması qət edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.İbayev, A.Kalbalıyev, Ə.Əliyev) xx.xx.2018-ci il tarixli, 2(102)-5246/18 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayətinin qismən, üçüncü şəxs "xxxx" ASC-nin kassasiya şikayətinin isə təmin edilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edil məsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Tağızadə, T.Quliyev, E.Rəhimov) xx.xx.2018-ci il tarixli, 2(105)-5367/2018 saylı qətnaməsi ilə İddiaçı nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)- 925/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Əhmədova, Ə.Rüstəmov, Ə.Nurməmmədov) 2(102)-1405/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)356 7/2018 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır.
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019- cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 fevral 2020-ci il tarixli qərarı ilə Q.Məmmədovun K.Gülməmmədova, Cavabdeh1, V.Rəhimova qarşı alğı-satqı müqavilələrinin və hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü m addələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-6(k)/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1405/2019 saylı, 04 mart 2019-cu il tarixli qərarının və həmin qərarla əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3567/2018 saylı iş üzrə 12 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 473/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-925/2016 saylı, 14 mart 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi təmin edilərək Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X17 ilə X10 arasında bağlanmış alğı-satqı müqaviləsi, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011-0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X5 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" A SC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-473/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında bağlanmış 04 sentyabr 2021-ci il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı e vin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə, Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi üçün Prokurorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında bağlanmış 04 sentyabr 2021ci il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin Feziyev Bəhruz Fikrət oğlunun mülkiyyətinə verilməsi barədə reyestrdən çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m ol an 25 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə, Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi üçün Prokurorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X7, Cavabdeh1, X14 qarşı (üçüncü şəxslər “TERM” kompaniyası, "xxxx"ASC, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m. təşkil edən 25 saylı evin mənzilinə dair “TERM” Kompaniyasının adından bağlanmış alqı-satqı müqaviləsinin, xx.xx-2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və Ba nk Respublika” ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqı-satqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında qeyd edilən mənzil üzərində X5 və Cavabdeh1 mülkiyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə inşa edilmiş 3 saylı evin 25 saylı mənzili “TERM” Kompaniyası tərəfindən 04 fevral 2005-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır. Mənzilə görə iddiaçı “TERM” Kompaniyasına ********* manat (köhnə məzənnə ilə) pul ödəmiş və mənzil iddiaçının mülkiyyətinə verilmişdir. Lakin, mənzilin təmir işlərini apara bilməmiş, bu səbəbdən də ora köçə bilməmiş, ona görə də ev boş qalmışdır. “TERM” Kompaniyasının keçmiş direktoru V. Rəhimov adlı şəxs mənzilə dair sənədləri saxtalaşdıraraq mənzili yaxın qohumu (qaynatası) K.İ.Gülməmmədovun adına keçirmişdir. Lakin, “TERM” Kompaniyasına mənzillə bağlı K.İ.Gülməmmədov tərəfindən hər hansı bir ödəniş edilməmiş, kompaniyanın bank hesabına vəsait köçürməmişdir. 08 fevral 2013-cü il tarixdə Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair mülkiyyət hüququ DƏDRX-nin 2 saylı Ərazi İdarəsində K.İ.Gülməmmədovun adına qeydə alınmışdır. Bundan sonra mübahisəli mənzil 07 mart 2013-cü il tarixdə bağlanmış 13011-0187/130215 saylı alqısatqı müqaviləsi və ipoteka müqaviləsinə əsasən K.İ.Gülməmmədov tərəfindən yaxın qohumu Cavabdeh1 satılaraq, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müddəti 07 mart 2018-ci ilədək nəzərdə tutulmuş yüklülüklə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına müvafiq reyestrdən çıxarış verilmişdir. Qeyd olunan mənzillə bağlı “TERM” Kompaniyasının bütün sənədlərində İddiaçı adı qeyd olunmuşdur. Lakin, “TERM” Kompaniyasının keçmiş direktoru V. Rəhimovun qanunsuz əməlləri nəticəsində həm Kompaniyanın, həm də iddiaçının hüquqları pozulmuşdur. Buna görə də o cinayət məsuliyyətinə cəlb edilmişdir. Yuxarıda göstərilən məzmunda olan iddia Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2016-cı il tarixli, 2(060)-925/2016 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının (hakimlər Ş. Abasov (sədrlik edən və məruzəçi), A. Abbasov və T. Məmmədov ibarət tərkibdə) 16 mart 2018-ci il tarixli, 2(105)-20/18 saylı qətnaməsi ilə qismən təmin edilmiş iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx-2015-cı il tarixli, 2(060)-925/2018 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m. təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X17 ilə X10 arasında bağlanmış alqı-satqı müqaviləsinin, xx.xx-2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı Notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqısatqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X5 və Cavabdeh1 mülk iyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması, iddiaçı X11 apellyasiaya şikayətinin verilməsi üçün ödədiyi 5 manat dövlət rüsümunun cavabdeh X8 alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyamın (hakimlər V. İbayev (sədrlik edən və məruzəçi), A. Kalbalıyev və Ə.Əliyev ibarət tərkibdə) 03 avqust 2018-ci il tarixli, 2(102)-5246/2018 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, üçüncü şəxs “Bank Respublika ASCnin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx-2018-ci il tarixli qətnaməsi ləğv edilmiş işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qə rara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimovdan ibarət tərkibdə) 12 noyabr 2018-ci il tarixli 2(105)-5367/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 14 mart 2016-cı il tarixli 2(060)925/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M. Əhmədova (sədrlik edən və məruzəçi), Ə Rüstəmov və Ə Nurməmmədovdan ibarət tərkibdə) 2(102)- 1405/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tairxli qərarı ilə X18 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verdiyi konstitusiya şikayəti Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qərarı ilə təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə həmin qərara uyğun olaraq mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 18 sentyabr 2020-ci il tarixli, 13(102)-6(k)/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı və həmin qərarla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər -F. Məmmədov (sədrlik edən və məruzəçi). Z. Məmmədov və H. Babayevadan ibarət tərkibdə) 16 fevral 2021-ci il tarixli, 2(105)473/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2016-cı il tarixli, 2(060)-925/2016 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X17 ilə X10 arasında bağlanmış alqısatqı müqaviləsi, xx.xx-2013-cü il tarixdə Sumqayıt ş əhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "Bank Respublika” ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X5 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir. Qeyd edir ki, qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun əsaslandırılmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər X25 (sədrlik edən və məruzəçi), X16 və X12 ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx-2021-ci il tarixli, 2(105)-473/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və xx.xx-2021-ci il tarixli icra vərəqi ilə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Lakin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməmişdir. Bununla bağlı iddiaçı müxtəlif qurumlara müraciət edərək Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasına kömək etmələrini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə verilmiş 16 may 2022-ci il tarixli, 2(105)473/2021 saylı məktubunda bildirilmişdir ki, “Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun 08 aprel 2021-ci il tarixli “İcrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması barədə” qərar qəbul edərək, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə istinad edərək icra sənədi məhkəməyə qaytarılmışdır. Qərarda göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********66 saylı, xx.xx-2022-ci il tarixli məktubuna əsasən icra vərəqəsində qeyd edilən **********87-05301-093019 reyestr nömrəli daşınmaz əmlakın 04.09- 2021-ci il tarixli, 197154Ə001591 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 tərəfindən Feziyev Bəhruz Fikrət oğlunun xeyrinə özgəninkiləşdirilmişdir. Belə olan halda icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi mümkün deyil”. Bundan başqa Əmlak Məsələləri Dövlət Xidməti yanı nda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli **********66 saylı məktubundan görünür ki, “bildiririk ki, icra vərəqəsində qeyd edilən **********87-05301- 093019 saylı reyestr nömrəli daşınmaz əmlak xx.xx-2021-ci il tarixli, 197154Ə001591 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 tərəfindən Feziyev Bəhruz Fikrət oğlunun xeyrinə özgəninkiləşdirilmişdir”. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən belə məlum olduğu kimi, iddiaçıya məxsus olan mənzil Cavabdeh1 tərəfindən Feziyev Bəhruza satılmışdır. Bildiririr ki, Cavabdeh1 mənzili satmağa hüququ olmadığı halda bilərəkdən iddiaçının mənzilini başqa şəxsə satmışdır. Hesab edir ki, onun əməlinə hə m də cinayət hüquqi qiymət verilməli dələduzluq cinayətini törətdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməsi üçün qərardada qəbul edilməlidir. Əvvəlki məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mənzilə dair “TERM” kompaniyası ilə K.Gülməmmədov arasında bağlanmış alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış, əslində nə K.Gülməmmədovun nə də A. Məmmədovun həmin mənzili almaq niyyətləri olmamışdır. Həmin alqı-satqı müqavilələrində məqsəd mübahisəli mənzili faktiki olaraq V.Rəhimovun mülkiyyətinə keçirmək olmuşdur. Həmin müqavilələr üzrə alıcılar K.Gülməmmədov və Cavabdeh1 mənzilin dəyərini ödəməmişdir. Məhkəmələrin sonuncu mövqeyinə görə mənzilin dəyərini “TERM” kompaniyasına ödədiyi üçün iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməsi üçün əsaslar olmamışdır. Mübahisəli mənzilə dair “TERM” Kompaniyası adından X13 Kərim arasında bağlanmış alqı-satqı müqaviləsi və X10 arasında bağlanmış alqısatqı müqaviləsi və X10 ilə Cavabdeh1 arasında bağlanmış 13011- 0187/130215 saylı alqı-satqı müqaviləsi uydurma, yalan əqd olaraq görünüş üçün bağlandığı üçün əhəmiyyətsiz əqd olmuşdur. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqavilələri görünüş üçün bağlandığından, həmin əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmuş Vüqar Rəhimovun kompaniya adından mübahisəli mənzil barəsində sərəncam vermək səlahiyyəti olmadığından, mənzilin həqiqi dəyəri ödənilmədiyindən Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair "TERM” Kompaniyasının adından Vüqar X3 arasında bağlanmış alqı-satqı müqaviləsi və 07 mart 2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X 1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011-0187/130215 saylı alqı-satqı müqqaviləsi etibarsız sayılmışdır. Mülki Prosessual Məcəllənin 82.3.-cü maddəsində deyilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bildirir ki, iş üzrə əvvəllər qəbul edilmiş və qanuni qüvvəyə minmiş qətnamələrlə təsdiq edilir ki, Cavabdeh1 mübahisələndirilən mənzil üzərində heç bir hüququ olmamışdır. Səlahiyyətsiz şəxsin bağladığı əqd etibarsızdır. İddiaçı illərdir aldığı mənzilə köçə bilmir. İddiaçıya illər ərzində vurulmuş zərər Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda Cavabdeh1 və digər şəxslərin əməllərini cinayət hüquqi qiym ət verilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04 fevral 2021-ci il tarixli 2(105)- 473\2021 saylı qərardaddan da görünür ki, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilin özgəninkiləşdirilməsi Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və digər şəxslərə qadağan edilmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04 fevral 2021-ci il tarixli, 2(105)-473/2021 saylı qərardaddan bir il vaxt keçdikdən sonra iddiaçıya məxsus mənzil özgəninkiləşdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsininn Cinayət Kollegiyasının 1(105)-34/2018 saylı, xx.xx-2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, X17 “TERM” kompaniyası tərəfindən inşa edilmiş Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilin alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmasına baxmayaraq, saxta sənədləşmə əsasında qaynatasının adına rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. O Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx-2017-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2-ci 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş və həmin hökm sonradan da dəyişdirilmədən saxlanmışdır.
14. Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(060)-5626/2022 nömrəli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair Feziyev Bəhruz Fikrət oğlunun adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzili boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzili “TERM” Kompaniyası tərəfindən xx.xx.2005-ci il tarixdə İddiaçı satılmışdır. Bundan sonra TERM” Kompaniyasının keçmiş direktoru Vüqar Rəhimov mənzilə dair sənədləri saxtalaşdıraraq, mənzili yaxın qohumu olan X5 adına keçi rmişdir, sonuncuda həmin sənədlər əsasında mənzilə dair DƏDRX-nin 2 saylı ərazi idarəsindən çıxarış almışdır. Bundan sonra mənzil K.Gülməmmədov tərəfindən yaxın qohumu Cavabdeh1 satılmışdır. İddiaçın qeyd edilən məsələlərdən xəbər tutduqa məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilərək, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X17 ilə X10 arasında bağlanmış alğı-satqı müqaviləsi, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X5 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində a parılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilmişdir. İddiaçı iddia tələbinə dair qəbul edilmiş Qətnamənin icrası zamanı, ona məlum olmuşdur ki, məhkəmə gedişatında mənzil Cavabdeh1 tərəfindən hazırki iş üzrə cavabdeh Feziyev Bəhruz Fikrət oğluna satılmışdır. Cavabdeh1 qeyd edilən mənzilin formal olaraq mülkiyyətinə əldə etməsini digər məhkəmə icraatları zamanı qeyd etmiş və həmin məhkəmə aktları hazırda qüvvədədirlər. Qeyd edilən alqı-satqının etibarsız olmasını hesab edərək İddiaçı hazırki iddia ilə Məhkəməyə müraciət etmişdir. Cavabdeh2yev mənzilin mübahisəli olduğunu bilərək həmin mənzili almış və 3 ilə yaxın müddətdə mənzildən istifadə edə bilməməyinə baxmayaraq hər hansı bir hüquqi addım, o cümlədən satıçı Cavabdeh1 qarşı heç bir iddia və ya pretenziya irəli sürməmişdir. Bununla yanaşı Cavabdeh2yev məhkəmə araşdırmasının əvvəlində Cavabdeh1 tanımadığını qeyd etsədə, sonrakı iclaslarda Cavabdeh1 onun qardaşının sinif yoldaşı olduğunu, lakin münasibətləri olmadığını etiraf etmişdir. Cavabdeh2yev noraiat ofisində alqı-satqı zamanı mənzilin üzərində məhdudiyyətin olub-olmamasına dair arayışla tanış olduğunu və orada heç bir məlumat olmadığı qeyd etsədə, alqı-satqıya dair notariat icraatından görünür ki, həmin arayışda müvafiq qeydlər olmuşdur. Cavabdeh2yevin mənzilin mübahisli olmamasını bimədiyini qeyd etməsinə baxmayaraq, mənzilin yerləşdiyi binanın komendantı və binanı inşa etmiş şirkətin icraçı direktorunun ifadələri bunun əksini göstərmiş və həmin ifadələr məhkəmə tərəfindən həqiqətə uyğun hesab edilir. Qeyd edilən hallar onu göstərir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2yev əvvəldən biribirilərini tanımışlar, sonuncu mənzilə baxmağa gedərkən, müvafiq şəxslər tərəfindən ona mənzilə dair məhkəmə mübahissəsi olduğu bildirilmiş, Cavabdeh2yev notariat ofisində məhdudiyyətə dair Arayışı oxumuş, mənzil onun mülkiyyətinə keçəndən sonra mülkiyyətindən istifadə edə bilməməyinə baxmayaraq, Cavabdeh1 qarşı heç bir iddiası olmamışdır. Bütün qeyd edilənlər onu göstərir ki, cavabdehlər arasında bağlanmış alqı-satqı görüntü üçün bağlanaraq, Cavabdeh1 tərəfindən heç bir vəsait ödəmədən əldə etdiyi və məhkəmə qətnaməsi ilə hüquqları etibarsız hesab edilən əmlakı özgəninkiləşdirməklə, İddiaçı həmin mənzilə dair hüquqlarını qeydiyyata aldırmağa əngəllər yaratmaqdan ibarət olmuşdur
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 139-1, 152, 157.8, 337, 339, 340, 425.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə Q. Məmmədovun bu iddianı qaldırmaqda subyektiv hüququ olmadığına da düzgün qiymət verə bilməmiş, bununla MM-nin 178.2-ci və digər maddələrini pozmuşdur. Başqa bir ifadə ilə Qaçay Məmmədovun adına DƏDRX-də bu mənzil ilə bağlı hər hansı bir qeydiyyat olmadığı üçün onun həmin mənzil üzərində mülkiyyət hüququ əmələ gəlməmişdir. Bu səbəblə mənzil üzərində mülkiyyət hüququ olmayan Qaçay Məmmədovun mülkiyyət hüququnun pozulmasından da söhbət gedə bilməz. Məlum olduğu kimi mənzil üzərində mülkiyyət hüququ olmayan Qaçay Məmmədov, Cavabdeh1 qarşı “olmayan mülkiyyət hüququna” dayanaraq mənzilin geri tələb edilməsinə dair iddia qaldırmışdır. Hesab edir ki, belə bir iddia qaldırmağa onun subyektiv hüququ da yoxdur.
19. Cavabdeh Feziyev Bəhruz Fikrət oğlu birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verər ək, qətnaməsinin onun hüquqlarını pozan hissədə ləğv edilməsi, yen qətnamə qəbul edilərək iddiaçı Qaçay Məmmədovun iddia ərizəsinin onun hüquqlarını pozan hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə onun hüquqlarına toxunan hissədə Azərbaycan Respublikası qanunvericiliyinin maddi və prosessual normalarına ziddir, həmin hissədə yeni qətnamə qəbul edilərək iddiaçının iddia tələbi rədd olunmalıdır. Məhkəmənin gəldiyi bu nəticə qəbul edilməzdir və Mülki Məcəllənin müqavilə hüququ və mülkiyyət hüququ ilə bağlı maddələrinə ziddir. O, digər Cavabdeh1 ilə notariusa gedərək alqı-satqı müqaviləsi bağlayıb, pulunu ödəyib vicdanlı alıcı kimi ev satın almışdır. Məhkəmə isə heç bir sübut olmadan formal mü lahizələrə əsaslanaraq belə qənaətə gəlmişdir ki, o vicdanlı alıcı deyil. Bu isə qəbul edilməzdir. Məhkəmənin yanlış, qərəzli və qeyri obyektiv, formal mülahizələri ilə onun həmin daşınmazı əldə edərkən vicdanlı olmadığı qənaəti formalaşdırılmağa çalışılıb. Bu isə qəbul edilməz olduğu kimi, mülkiyyət hüququnun kobud pozulmasıdır.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-638/2023 nömrəli iş üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (S.Qafari (sədrliyi və məruzəsi ilə), hakimlər A.Mahmudov və L.Məmmədovadan ibarət tərkibdə) cavabdehlər Cavabdeh1 və Feziyev Bəhruz Fikrət oğlunun apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbin in qismən təmin edilməsi, Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair Feziyev Bəhruz Fikrət oğlunun adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m olan 25 saylı mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh1 46.000 manat pul məbləği alınaraq cavabdeh Feziyev Bəhruz Fikrət oğluna qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
23. İşdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 473/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-925/2016 saylı, 14 mart 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi təmin edilərək Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X17 ilə X10 arasında bağlanmış alqı-satqı müqaviləsi, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X5 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrind ə aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 29 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-473/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. Göründüyü kimi qüvvədə olan məhkəmə aktları ilə mübahisəli mənzilə dair “TERM” Kompaniyasının adından X17 ilə X10 arasında bağlanmış alqı-satqı müqaviləsi, X10 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğısatqı və ipoteka müqavilələri, həmin müqavil ələr əsasında mübahisəli mənzil üzərində X5 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edildiyindən, Cavabdeh1 mübahisəli mənzil üzərində sərəncam vermək səlahiyyəti olmadığı halda, sonuncu həmin mənzili (mübahisə getdiyi müddətdə) 04 sentyabr 2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Behruz Feziyevə satmışdır.
25. Mülki Məcəllənin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
26. Qanunvericilik burada səlahiyyəti olmayan şəxsin başqasına mənsub olan əşyaya və hüquqa dair sərəncam verməsinin hüquqi nəticələrini nəzərdə tutmuşdur. Səlahiyyətsiz şəxsin belə hərəkətinin hüquqi taleyi belə sərəncam verməyə səlahiyyəti olan digər tərəfin iradəsindən asılıdır. Hər bir halda səlahiyyətsiz şəxsin bu hərəkətinin səlahiyyətli şəxsin bəyənməməsi onun etibarsızlığına səbəb olur.
27. Göründüyü kimi, iddiaçı Q.Məmmədov nəinki buna razılıq verməmiş, hətta həmin mənzillə bağlı mübahisənin getdiyi və əmlaka qadağan qoyulduğu halda, Cavabdeh1 həmin mənzil barəsində sərəncam vermək səlahiyyəti olmadığına baxmayaraq başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (mübahisəli mənzili Cavabdeh2yevə satması) mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddəsinin tələblərinə uyğun olmamışdır.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh lər Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında bağlanmış 04 sentyabr 2021-ci il tarixli 197154Ə001591 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin əqd üzrə Cavabdeh2yev tərəfindən ödənilmiş 46.000 manat pul məbləği digər Cavabdeh1 alınaraq Cavabdeh2yevə qaytarılmalıdır.
29. Məhkəmə kollegiyası Cavabdeh2yevin vicdanlı alıcı olması barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə aşağıdakıları qeyd etmişdir.
30. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə Feziyev Bəhruz Fikrət oğlu arasında 4Ə-1591 nömrəli reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat icraatında olan daşınmaz əmlakın yüklülüyünə dair arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində Sumqayıt şəhər Məhkəməsi nin 2(060)-12885/2015 saylı, xx.xx.2015-ci il tarixli bildirişi əsasında müvəqqəti nəzarət olmuşdur.
31. Cavabdeh2yev noraiat ofisində alqı-satqı zamanı mənzilin üzərində məhdudiyyətin olub-olmamasına dair arayışla tanış olduğunu və orada heç bir məlumat olmadığı qeyd etsə də, notariat işindəki arayışda müvafiq qeydlər olmuşdur. Bununla yanaşı mənzilin mübahisəli olmasından xəbərsiz olması barədə Cavabdeh2yevin dəlili ilə bağlı həmçinin o da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş mənzilin yerləşdiyi binanın komendantı Yeganə Əliyeva və binanı inşa etmiş şirkətin icraçı direktoru Hüseyn Abbasovun ifadələri bunun əksini göstərmiş və həmin ifadələr məhkəmə tərəfindən həqiqətə uyğun hesab edilmişdir.
32. Göründüyü kimi əqdin bağlanması zamanı alıcı Cava bdeh2yevin mənzilin mübahisəli olduğunu və həmin əmlaka dair üçüncü şəxslərin mümkün iddialarından xəbərdar olduğundan mövcud əqdi Cavabdeh1la bağladığından o, vicdanlı əldə edən hesab edilə bilməz.
33. İddia tələbinin mülkiyyətə verilməsi barədə reyestrdən çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mövcud çıxarış alq ı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməlidir.
34. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh1 əməlinə cinayət hüquqi qiymət verilməsi hissəsinə gəldikdə isə hesab etmişdir ki, Cavabdeh1 əməlində Mülki Prosessual Məcəllənin 265-ci maddəsinin tələbləri aşkar olmadığından, bu hissədə iddia tələbi təmin edilə bilməz.
35. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1, 5.3, 16.1, 337.1, 337.2, 337.5, 157.2, MPM-nin 265.4, 265.5-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdehlər Cavabdeh1 və Feziyev Bəhruz Fikrət oğlu ayrı-ayrılıqda kassasi ya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın rədd olunması və yaxud işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
37. Cavabdeh Feziyev Bəhruz Fikrət oğlunun kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o, digər Cavabdeh1 ilə notariusa gedərək alqı satqı müqaviləsi bağlayıb, pulunu ödəyib vicdanlı alıcı kimi ev satın almışdır. Məhkəmə isə heç bir sübut olmadan formal mülahizələrə əsaslanaraq belə qənaətə gəlmişdir o, vicdanlı alıcı deyil. Bu isə qəbul edilməzdir. Bundan başqa, məhkəmənin mülahizəsinə görə, “Cavabdeh2yev mənzilin mübahisəli olduğunu bilərək həmin mənzili almış”. Bu qəbul edilməzdir. Belə ki, məhkəmə onun dediklərini özü bildiyi kimi yazıb. O, dəfələrlə məhkəmə iclasında dey ib ki, o, həmin mənzilin mübahisəli olduğunu bilməmişdir. O, ev almaq istəyirdi, sonra sosial şəbəkələrdəki reklamlardan həmin evi görüb və orada göstərilən telefon ilə əlaqə saxlayıb, həmin şəxs A. Məmmədov idi. O, onu tanımırdı. Evi alanadan sonra ona məlum oldu ki, o, qardaşı ilə bir məktəbdə oxuyub. Bir müddət get gəldən sonra qiymətdə razılaşdılar və notariusa getdilər və pulunu ödəyib həmin mənzili aldı. Əgər mənzil mübahisəli olsaydı notariusda ona məlumat verərdilər. Məhkəmənin digər formal mülahizəsinə görə, “3 ilə yaxın müddətdə mənzildən istifadə edə bilməməyinə baxmayaraq hər hansı bir hüquqi addım, o cümlədən satıçı Cavabdeh1 qarşı heç bir iddia və ya pretenziya irəli sürməmişdir”. Bu da tamamilə yanlışdır. Belə ki, o, mənzilin mübahisəli olduğunu öyrəndiyi vaxt artıq orada təmir işləri aparırdı. Yəni oranı istifadə edirdi. Dərhal A. Məmmədova qarşı etirazını bildirdi və pulunu tələb etdi. O isə indi pulu olmadığın və bu işin ancaq məhkəmədə həll oluna biləcəyini bildirdi. Əlacı kəsilib heç bir hərəkət edə bilmədi. Çünki mənzili qaytarsa, Azərin nə vaxt ona pulu geri qaytaracağı məlum deyildi. Bütün bunları məhkəmədə bildirdi. Lakin Məhkəmə bunlara məhəl vermədiyi kimi, həm də onun Azərə qarşı heç bir etiraz, iddia və ya pretenziya irəli sürməmək də ittiham edir. Bu qəbul edilməzdir. Məhkəmənin digər formal mülahizəsinə görə, “Cavabdeh2yevin mənzilin mübahisli olmamasını bimədiyini qeyd etməsinə baxmayaraq, mənzilin yerləşdiyi binanın komendantı və binanı inşa etmiş şirkətin icraçı direktorunun ifadələri bunun əksini göstərmiş və həmin ifadələr Məhkəmə tərəfi ndən həqiqətə uyğun hesab edilir”. Bu da qəbul edilməzdi. Çünki məhkəmə iclasları zamanı məlum oldu ki, onlar ona həmin mənzilin mübahisəli olduğunu o mənzili alanadan təxminən 6 ay sonra deyiblər. Məhz o, bundan sonra Azərə etirazını bildirdi. Yəni o, mənzili almadan əvvəl heç kim ona həmin mənzilin mübahisəli olduğunu bildirmədi. Bundan başqa məhkəmə iclası zamanı mənzilin yerləşdiyi binanın komendantı və binanı inşa etmiş şirkətin icraçı direktorunun qərəzli hərəkətləri, yalan ifadələri təsdiqlənsə də məhkəmə buna da əhəmiyyət vermədi və onların ifadələrini qəbul etdi. Bunlardan başqa, Apelyasiya Məhkəməsi qətnaməsində qeyd edir ki, 46 000 manat Cavabdeh1 alınaraq ona ödənilsin. Bu yanaşma onun mənzil üzərindəki mülkiyyət hüququnu və onun vəziyyətini ağırlaşdırır. Ona görə ki, o, həmin mənzili satın alarkən onun qiyməti 46 000 manat olduğu halda, orada müəyyən təmir işlərini də aparıb xərc qoymuşdur. Hal hazırda həmin mənzilin qiyməti təxminən 65 000 manatdır. İkincisi o, mülkiyyət hüququndan məhrum qalsa Cavabdeh1 46 000 manatı nə vaxt alacağı məlum deyil, bu da ona dəyən ikinci mühüm zərərdir. Bundan başqa, onun belə bir tələbi də olmayıb ki, ona mənzil üçün verdiyi 46 000 manat pul geri qaytarılsın. O, haqqı olan mənzilin mülkiyyətini istəyir.
38. Cavabdeh1 kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Apelyasiya Məhkəməsi qətnamə qəbul edərkən kobud səhvə yol verib. Belə ki, Cavabdeh1 həmin mənzili 04 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən deyil, 04 sentyabr 2019-cu il tarixli alqı satqı müqaviləsinə əsasən Feyziyevə satıb. 04 Sentyabr 2019-cü il tarixində həmin mənzil Cavabdeh1 adına daşınmaz əmlakın reyestrində qeydiyyatda olduğu kimi, Ali Məhkəmənin qərarı ilə Qaçay Məmmədovun həmin mənzil üzərində heç bir hüququ olmadığı artıq təsdiqlənmişdi. Lakin Məhkəmə alqı-satqı müqaviləsinin tarixində səhv etdiyi üçün yanlışlıqla Mülki Məcəllənin 58.1-ci maddəsini burada tətbiq edib. Bu qəbul edilməzdir. Yəni Cavabdeh1 xx.xx.2019-cü il tarixində MM-nin 358.1-c maddəsində deyildiyi kimi, başqasına məxsus deyil, özünə məxsus və öz adına qeydiyyatda olan, Ali Məhkəmənin qüvvəyə minmiş 4 mart 2019-cu il tarixli qərarı ilə Qaçay Məmmədovun bütün iddiaları rədd edilmiş mənzilini Feyziyevə satıb. Burada Apelyasiya Məhkəməsinin MM-nin 358.1-ci maddəsinin tətbiq etməsi və bunun da əsasında xx.xx.2019-cü il alqı satqı müqaviləsinin etibarsız hesab etməsi qəbul edilməzdir. Məlum olduğu kimi, həmin mənzil ilə bağlı xx.xx.2019-cü il tarixində onu səlahiyyətsiz şəxs hesab etmək mümkün deyil. Belə ki, həmin tarixdə mənzil daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatda olmaqla birlikdə, Ali Məhkəmənin qüvvəyə minmiş 4 mart 2019-cu il tarixli qərarı ilə Qaçay Məmmədovun bütün iddiaları rədd edilmişdi. Bunlardan başqa, Apellyasiya Məhkəməsinin qətnaməsi ilə onun mülkiyyət hüququ da pozulmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin bağlandığı xx.xx.2019-cü il tarixində həmin mənzilin üzərində hər hansı bir məhdudlaşdırıcı məhkəmə aktı da olmadığı üçün onun mülkiyyət hüququndan istifadə edərək həmin mənzili satmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Cavabdehlər kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil ed ir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
42. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
43. Maddə 16.1 Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
44. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
46. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün h əll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 416.1 Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası cavabdehlər Feziyev Bəhruz Fikrət oğlu və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək aşağıda şərh ounanlara əsasən belə qənaətə gəlir ki, kassasiaya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün apellyasiya instansiyası mhəkəməsinə qaytarılmalıdır.
55. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 473/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)925/2016 saylı, 14 mart 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi təmin edilərək Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X17 ilə X10 arasında bağlanmış alqı-satqı müqaviləsi, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında b ağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X5 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 29 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-473/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.Göründüyü kimi qüvvədə olan məhkəmə aktları ilə mübahisəli mənzilə dair “TERM” Kompaniyasın ın adından X17 ilə X10 arasında bağlanmış alqı-satqı müqaviləsi, X10 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X5 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edildiyindən, Cavabdeh1 mübahisəli mənzil üzərində sərəncam vermək səlahiyyəti olmadığı halda, sonuncu həmin mənzili (mübahisə getdiyi müddətdə) 04 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Behruz Feziyevə satmışdır.
56. Lakin iş materiallarında olan ( 2-ci cild, i.v.21) AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, həmin müqavilə Cavabdeh1 (satıcı) ilə Feziyev Bəhruz Fikrət oğlu (alıcı) arasında Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 3 mənzil 25-in alqı-satqısı barədə 04 sentyabr 2019-cu ildə bağlanmışdır.Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsinin 04 sentyabr 2021-ci il tarixində bağlandığına istinad edərək öz qətnaməsini əsaslandırmaqla sübutlara qiymət verilməsi ilə əlaqədar Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbini pozmuşdur.
57. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 (satıcı) ilə Feziyev Bəhruz Fikrət oğlu (alıcı) arasında Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 3 mənzil 25-in alqı-satqısı barədə müqavilənin 04 sentyabr 2019-cu ildə bağlanmasına nəzərə almaqla sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından hü quqi qiymət verərək müqavilənin etibarsız olub-olmaması, Feziyev Bəhruz Fikrət oğlunun vicdanlı əldə edən olubolmaması qənaətinə gəlməli olduğu halda belə etməmişdir
58. Apellyasiya instansiyası məhkəməsinin tədqiq etdiyi sənədlərdən də göründüyü kimi, İddiaçı cavabdehlər X7, Cavabdeh1, X14 qarşı (üçüncü şəxslər “Term” kompaniyası, "xxxx" ASC, Sumqayıt şəhər 1 saylı notariat kontoru, AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87,1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “Term” kompaniyasının adından bağlanmış alqı-satqı müqaviləsinin, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 1301 1-0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında qeyd edilən mənzil üzərində X5 və Cavabdeh1 mülkiyyət hüququnun, habelə "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş,Sumqayıt Şəhər Məhkəməsinin (hakim İ.Mahmudov) xx.xx.2016-cı il tarixli, 2(060)-925/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X7, Cavabdeh1, X15, üçüncü şəxslər “TERM” Kompaniyasına, "xxxx" ASC-yə, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqavilələrinin və hüququn dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
59. Sumqa yıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Tağızadə, T.Quliyev, E.Rəhimov) xx.xx.2018-ci il tarixli, 2(105)-5367/2018 saylı qətnaməsi ilə İddiaçı nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)- 925/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.
60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Əhmədova, Ə.Rüstəmov, Ə.Nurməmmədov) 2(102)-1405/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)3567/2018 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır.
61. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1405/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı qəbul edildikdən sonra Cavabdeh1 (satıcı) ilə Feziyev Bəhruz Fikrət oğlu (alıcı) arasında Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 3 mənzil 25-in alqı-satqısı barədə müqavilə 04 sentyabr 2019-cu ildə bağlanmışdır.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019- cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 fevral 2020-ci il tarixli qərarı ilə Q.Məmmədovun K.Gülməmmədova, Cavabdeh1, V.Rəhimova qarşı alğısatqı müqavilələrinin və hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məh kəməsinin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Bundan sonra müvafiq məhkəmə aktları qəbul edilməklə İddiaçı iddiası təmin edilməklə (Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 473/2021 saylı qətnaməsi, həmin qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı) Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından X17 ilə X10 arasında bağlanmış alğı-satqı müqaviləsi, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat X1 ilə Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 13011-0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində X5 və Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və "xxxx" ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir.
63. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
64. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
65. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalə tli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
66. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
67. Yuxarıda şərh olunanlara görə də kassasiya şikayətləri təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu yuxarıda şərh olunan nöqsanlar aradan qaldırılmaqla sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Feziyev Bəhruz Fikrət oğlu və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 26 aprel 2023-cü il tarixli 2(105)-638/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.