Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5627/2022 27.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilməsi faktın müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, Ərizəçi xx.xx.1951-ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonunda anadan olduğunu, ata qrafasında atası xx.xx.1902-ci il təvəllüdlü X13, ana qrafasında anam xx.xx.1915-ci il təvəllüdlü X6 olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, Ərizəçi xx.xx.1951 -ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında şəhadətnaməni itirdiyindən halhazırda müvafiq sənədlər toplamağa çalışsada doğum haqqında şəhadətnamənin olmadığından həmin sənədləri əldə edə bilmir. Bununla bağlı Maraqlı şəxsnə rəsmi müraciət etmişdir. Lakin şəxsiyyət vəsiqəsi olduğuna baxmayaraq Qeydiyyat Şöbəsi ona yenidən doğum haqqında şəhadətnamə ilə təmin etməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, Ərizəçi xx.xx.1951 -ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonunda anadan olduğunu, ata qrafasında atası xx.xx.1902-ci il təvəllüdlü X13, ana qrafasında anam xx.xx.1915-ci il təvəllüdlü X6 olmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində dəvət olunmuş Maraqlı şəxs məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısı doğulandan adı Balabəyim olub. xx.xx.1951-ci ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunda anadan olmuşdur. X5, anaları isə X3r. Məhkəmədə şahid X4 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşu olmuşdur. Ərizəçinin atasının adı Ağəli, anasının adı Pərcahan olmuşdur. Məhkəmə Ərizəçi, şahidlər X8 və X1 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün kifayət qədər əsas olmadığı üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Ermənistan, Əzizbəyov rayonunda doğulmuşdur. İş materiallarında olan V-JQ №374186 saylı, xx.xx.1997-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Ermənistan, Əzizbəyov rayonunda doğulması qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi Ağaəli qızının şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin müddəti keçdiyindən yandırılma yolu ilə məhv edilmişdir. İş materiallarında olan Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən B.Şıxəliyevin doğumu haqqında məlumat aşkar edilməmişdir. İş materiallarında olan “Bərgüşad” İctimai-siyasət qəzetində olan məlumatdan görünür ki, Sumqayıt şəhər sakimi X2 adına Ermənistan Respublikası (keçmiş Ermənistan SSR) Əzizbəyov rayonunun Qarmeşen kənd Sovetliyi tərəfindən verilmiş xx.xx.1951-ci il tarixli doğum haqqında şəhadətnamə itdiyinə görə etibarsız sayılır. Ərizəçi ona məxsus doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər X8 və X4 ifadə verərək Ərizəçi həqiqətən də xx xxxx 1951-ci ildə Ermənistan Respublikası, Əzizbəyov rayonunda doğulması faktını təsdiq etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1951-ci ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunda doğulması faktı müəyyən edilməli, doğum faktı qeydin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında xx.xx.1902-ci il təvəllüdlü X13, ana qrafasında xx.xx.1915-ci il təvəllüdlü X6 göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1951-ci ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunda doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə Ərizəçi xx.xx.1951-ci ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunda doğulması və yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında xx.xx.1902-ci il təvəllüdlü X13, ana qrafasında xx.xx.1915-ci il təvəllüdlü X6 göstərilsin. Qətnamə yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5627/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5627/2022
27.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver