Məhkəmə qərarları › İş №2(060)-5636/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5636/2020

23.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5636/2020 23.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi ilə X1 Cavabdeh qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edirlməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Cavabdeh qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edirlməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 8 mkr., 15/27B saylı evin, 66 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. X2 iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.1990-cı il tarixdə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Həmin vaxtdan da cavabdeh ona məxsus mənzildə yaşamır. Cavabdeh özünə başqa yaşayış yeri seçmişdir. Ona görə də, cavabdehin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdehin onun mənzilində qeydiyyatda qalması səbəbindən mənzillə bağlı hüquqlarını həyata keçirməyə çətinlik çəkir, əlavə komunal xidmətlər ödəməyə məcbur olur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçının ona qarşı olan iddia tələbinə heç bir etirazı yoxdur və ona görə də məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdeh məhkəmyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbini qəbul edir və iddianın təmin edilməsinə heç bir etirazı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə ki, iş materiallarında olan qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 8 mkr., 15/27B saylı evin, 66 nömrəli mənzili X1 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh Babayev X4 şəhəri, 8 mkr., 15/27B saylı evin, 66 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadır. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırki mübahisə üzrə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinin mənasına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşin məhkəmə iclasında müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə cavabdeh Babayev X4 şəhəri, 8 mkr., 15/27B saylı evin, 66 nömrəli mənzilində qeydiyyatda olmasına baxmayaraq, 2001-ci ildə iddiaçı ilə boşanmış və başqa yaşayış məntəqəsində gedərək, daimi yaşayış yerini dəyişmişdir. Məhkəmə, ona görə də, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən Cavabdeh Sumqayıt şəhəri, 8 mkr., 15/27B saylı evin, 66 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 8 mkr., 15/27B saylı evin, 66 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 8 mkr., 15/27B saylı evin, 66 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar