Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-564/2024 22.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 22 yanvar 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 07 noyabr 2012-ci il tarixli müqavilə əsasında "xxxx" MTK-dan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 1 saylı yaşayış binasının 30 saylı mənzilinin faktiki qəbul edilməsi və mirasın qəbul edilmə yerinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum əri X7 ilə 28 may 1983-cü tarixdə nikaha daxil olmuşdur. Nikahdan xx.xx.1983-cü il təvəllüdlü Kənan və xx.xx.1992-ci il təvəllüdlü Rəvan adlı övladları olmuşdur. 02 iyul 2021-ci il tarixdə mərhum əri X7 "Mədə girəcəyinin bədxassəli yenitörəməsi" xəstəliyindən vəfat etmişdir. Bildirir ki, nikahda olduğu dövrdə 07 noyabr 2012-ci il tarixli müqavilə əsasında "xxxx" MTK-dan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 1 saylı yaşayış binasının 30 saylı mənzilini almışdırlar. Həmin vaxtdan da həmin evdə yaşamışdırlar. Mərhum əri vəfat etdikdən sonra miras əmlak olaraq həmin evi qəbul edib, övladları ilə birlikdə həmin evdə yaşayıb və hal-hazırda da yaşayır. Həmin evin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmadığı üçün vərəsəlik şəhadətnaməsinin alınması üçün notariusa müraciət etməmişdi. Lakin son günlər həmin yaşayış binasının evlərinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməyə başlanmışdır. O da buna görə vərəsəlik şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin 15 noyabr 2023-cü il tarixli, 3768 saylı məktubla mirası qəbul edilmə müddətinin ötürülməsi əsası ilə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Buna görə də mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə edir ki, miras əmlakı faktiki qəbul etdiyini "xxxx" MTK-nın arayışı və qonşuların ifadələri ilə təsdiq edə bilər. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ondan başqa daha iki vərəsə, oğulları X8 və X11 vardır. Onların hər ikisi mirasdan onun xeyrinə imtina ediblər. Bu barədə notarial qaydada təsdiq edilmiş ərizə də veriblər. Ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Maraqlı şəxs 3767 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2021-ci il tarixdə ölmüş X4 vərəsələri siyahısına daxil edilmişdir. X3 miras qalmış Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 1 saylı yaşayış binasının 30 saylı mənzilinə dair hüquqmüəyyənedici sənəd(çıxarış) verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Ərazi İdarəsinə müraciət edilmişdir. İş materiallarında olan İİ-JQ 459118 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 xx.xx.1983-cü il tarixdə nikaha girərək ailə qurmuşlar və bu nikah 106 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. İşdə olan AZ-İİ 196786 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1328 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 15 noyabr 2023-cü il tarixli, 3768 nömrəli məktubda X4 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəyə cavab olaraq qanunla müəyyənləşdirilmiş müddəti keçirdiyi üçün müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 37 nömrəli, xx.xx.2023cü il tarixli arayışdan görünür ki, X9 07 Noyabr 2012-ci il tarixli müqavilə əsasında "xxxx" MTK-dan aldığı Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən 1 saylı yaşayış binasının 30 saylı mənzilində ailə üzvləri arvadı Ərizəçi, övladları X11 və X8 ilə birlikdə vəfat etdiyi günə, yəni 02 iyul 2021-ci il tarixə kimi yaşamışdır. X2 vəfat etdikdən sonra onun arvadı Ərizəçi, övladları X10 və X8 bu günə kimi 30 saylı mənzildə yaşayırlar. İşdə xx.xx.2024-cü il tarixli, **********093 nömrəli və xx.xx.2024-cü il tarixli, **********094 saylı notarial ərizələrdən görünür ki, X8 və X11 xx.xx.2021-ci il tarixdə vəfat etmiş ataları X3 miras qalmış əmlakı faktiki qəbul etmədiklərini və bu barədə fikirləri olmadığını bildirmişdirlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X9 07 Noyabr 2012-ci il tarixli müqavilə əsasında “BİRLİK - 2007“ MTK-dan Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən 1 saylı yaşayış binasının 30 saylı mənzilini almışdır. X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən 1 saylı yaşayış binasının 30 saylı mənzili Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir. X1 digər vərəsələri mirası qəbul etməmələri barədə müvafiq ərizələr vermişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən 1 saylı yaşayış binasının 30 saylı mənzilinin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçinin izahatları, eyni zamanda işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik haqqında mülki qanunvericiliyin müddəalarına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir (10.1). Göstərilənləri və vərəsələr arasında mirasla bağlı mübahisənin mövcud olmamasını nəzərə alan məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən 1 saylı yaşayış binasının 30 saylı mənzilinin mirasın açıldığı yerdə (Sumqayıt şəhəri) Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən, 1 saylı yaşayış binasının 30 saylı mənzilinin mirasın açıldığı yerdə (Sumqayıt şəhəri) Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-564/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-564/2024
22.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver