Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5647/2025 18.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Rüstəmzadə Leyla Cəfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı *2.*9.2**2-ci ildən cavabdeh X2 İdarəsi Sumqayıt şəhəri Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbi “xor-dirijor müəllimi" vəzifəsinə işə qəbul olunmuşdur. Həmin məktəbdə işlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyalarını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən bir dəfə də olsun cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, daim kollektivin hörmət və etiramını qazanmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin aparılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin attestasiya prosesi həyata keçirilməyə başlanılmış, iddiaçı da attestasiya olunacağı barədə xəbərdarlıq məktubuna imza etməklə müvafiq bildirişi alaraq xəbərdar edilmişdir. Daha sonra attestasiya keçirilmiş və nəticədə guya attestasiya komissiyasının 2 lehinə olmaqla, 3 üzvünün əleyhinə verilmiş qərarı ilə iddiaçının “iş fəaliyyətinə uyğun olmaması” barədə qərar qəbul edilmiş və müvafiq attestasiya vərəqəsi doldurulmuşdur. Halbuki, attestasiya zamanı çıxış edərkən iddiaçıya tutduğu vəzifə ilə əlaqədar olmayan suallar ünvanlanmış, sualların çoxusuna düzgün cavablar versə də, (Attestasiya vərəqində 7-ci bənddə qeyd edildiyi kimi) qərəzli olaraq əleyhinə 3 səs verilmişdir. Yəni attestasiya qərəzli keçirilmiş, attestasiya vərəqəsinin 7-ci bəndində göstərilmiş suallara verilmiş, cavablar da əleyhinə səslə qiymətləndirilmiş, sanki hədəf müəllimləri bilərəkdən attestasiyadan kəsmək və işdən çıxarmaq olmuşdur. Attestasiya Komissiyasının qərəzliliyi audio-video yazı ilə tam təsdiq oluna bilər. Elə həmin tarixdə də, yəni 3*.*6.2*25-ci il tarixində iddiaçıya attestasiyadan keçmədiyi bildirilmişdir. Bundan sonra keçirilmiş attestasiyanın nəticələri əsas götürülərək əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin 25.*7.2*25-ci il tarixli, 115 saylı əmri ilə xitam verilmiş və vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə, həmçinin Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə 23.*5.2**1-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. İddiaçı 23 il *3 aydır ki, həmin məktəbdə “xor-dirijor müəllimi" vəzifəsində çalışmış və çoxsaylı dövlət tədbirlərində çıxış etmişdir. Əgər bu vəzifə üçün yararsız idisə, 23 il ərzində dəfələrlə genişmiqyaslı tədbirlərdə iştirak etməzdi. Buradan aydın şəkildə görünür ki, rəhbərliyin məqsədi iddiaçının tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq deyil, bəhanə ilə və əsassız iddialarla qərəzli şəkildə işdən uzaqlaşdırmaq olmuşdur. Halbuki, iş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq, işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinin ləğv edilməsinə yol verilmir. Belə ki, Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 7*-ci maddəsində dəqiq göstərilmişdir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun gəlmədiyi haqqında qərar qəbul edərsə, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina edərsə, onda onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c" bəndi ilə ləğv edilə bilər. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya hər hansı münasib iş də təklif edilməmiş, iddiaçı da başqa işə keçməkdən imtina etməmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Belə bir vəziyyətdə işini itirmək ailə vəziyyəti üçün olduqca ağır zərbədir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 İdarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin 25.*7.2*25-ci il tarixli, 115 saylı əmrinin ləğv edilməsi, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə həmin məktəbə "xordirijor müəllimi" vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, video görüntüyə baxış zamanı ilkin olaraq iddiaçı Akşin Əlizadənin “Bayatılar” məcmuəsindən “Ağ alma" əsərini dirijorluq etməyə başlamışdır. Əsərin yarısında komissiyanın sədri Gülbacı İmanova ifasını dayandıraraq “üzünü belə çevir, biz də sizə baxaq” deyə müdaxilə etmişdir. Halbuki, bu kimi texniki göstərişlərin imtahan başlamazdan əvvəl, əsərə keçid etməmişdən öncə bildirilməsi mümkün idi. İddiaçı əsəri artıq real ifaya gətirmişdi və prosesin ortasında belə bir müdaxilənin edilməsi həm iddiaçının konsentrasiyasına təsir göstərmiş, həm də obyektiv qiymətləndirmə şəraitini pozmuşdur. Belə bir tələb imtahanın əvvəlində verilə biləcəyi halda, ifa zamanı səsləndirilməsi düzgün prosedur hesab edilmir. Təqdim olunmuş rəydə iddiaçının “Ağ alma” əsəri üzrə dirijorluq fəaliyyəti haqqında heç bir izahat və ya peşəkar qiymətləndirmə qeyd edilməmişdir. Attestasiyanın təqdim etdiyi rəydə yazılıb ki, “Ağ alma” əsərini “orta səviyyədə ifa etdi”. Lakin video görüntülərə baxış zamanı görünür ki, iddiaçı əsəri xor dirijorda ifa edib tamamladıqdan sonra Gülbacı İmanova iddiaçıya irad bildirib ki, guya əsərin son hissəsində 5 takt artıq saxlamışdır. İddiaçının say ilə yoxlamaları göstərir ki, əsərin axırıncı xanələrini 3/4 ölçüyə uyğun olaraq saymış və ifa zamanı heç bir əlavə takt icra etməmiş, ifası tam ölçüyə uyğundur. Komissiya tərəfindən verilən irad obyektiv faktlara əsaslanmır və əsərin ritmik düzgünlüyünü əks etdirmir. Bundan əlavə, video görüntülərdə aydın görülür ki, Gülbacı İmanovanın davranışı narazı və tənqidçi bir mövqedə olaraq hər hansı bir səbəb tapmağa çalışır. Vərəqlərə baxır və onları komissiya qarşısına düzgün təqdim etmədiyini bildirərək bəhanə axtarır. Bu davranış da əsərin obyektiv qiymətləndirilməsinə təsir göstərmişdir. Rəydə qeyd olunub ki, “Ağ alma” əsərinin partiyalarını ifa edə bilmədi. Əsər 4 səsli xor üçün yazılıb, amma iddiaçıdan yalnız bir partiyanı — Sopranonun ikinci partiyası soruşulmuşdur. O, partiyanı ifa edərkən həyəcanlı olduğu üçün do notunu düzgün oxumamışdır. Bu, iddiaçının həmin partiyanı bilmədiyini göstərmir. İddiaçı onkoloji xəstəlik keçirmiş, boğazından əməliyyat olmuş və ürəyi xəstədi bu səbəbdən həyəcanlı vəziyyətlərdə çətinlik yaşaya bilər. Buna baxmayaraq, həmin səhv yalnız həyəcan səbəbindən baş vermişdir. Əlavə olaraq, komissiya iddiaçıdan digər partiyaları soruşmamışdır. İddiaçı onları da öyrənmişdir, əgər həmin partiyaları da soruşsaydı, düzgün ifa etməsəydi onda deyərdi bilmirsən. Bu səbəbdən, rəydə qeyd olunan “partiyaları ifa edə bilmədi” ifadəsi obyektiv və tam mənzərəni əks etdirmir. Video görüntüdə Gülbacı İmanova iddiaçıdan “Bayatılar” silsiləsi haqqında məlumat verməyini istəmişdir. İddiaçı da bu barədə ətraflı danışaraq silsilənin neçə nömrədən ibarət olduğunu sadaladı və izah etdi. Buna baxmayaraq, o, həmin nömrələri oxumağını tələb etdi. İddiaçı Attestasiya proqramına uygun olaraq silsilədən yalnız bir nömrəni - “Ağ alma” əsərini öyrənməli idi və onu tam şəkildə hazırlamışdı. Digər nömrələr barədə isə ümumi məlumatı var idi və onların hamısına sadəcə qulaq asmışdı, həmin nömrələrin hamısını, partituranı əzbər oxumağı mümkün deyildi və bu iddiaçının hazırlıq sahəsinə uyğun olmayan qeyri-obyektiv tələbdir. Gülbacı İmanovanın bu tələbini kinayəli və irad axtaran tonda səsləndirməsi də video görüntülərdə aydın görünür. Attestasiya rəyində qeyd olunub ki, Qara Qarayevin “Gənclik mahnısı” xor partiturasını ifa edə bilmədi. Lakin bildirir ki, iddiaçı bu əsər barədə əvvəlcədən öyrənmişdi və izahat da verirdi. Sadəcə xor dirijorda nümayiş zamanı həyəcan səbəbindən fikrini tam və dəqiq ifadə edə bilməmişdir. Bu, əsəri bilməməyindən deyil, həyəcanla bağlı yaranmış ani texniki çətinlikdən irəli gəlirdi. Attestasiya rəyində “verilmiş not nümunəsini zəif təhlil və zəif ifa etdi” qeydi göstərilmişdir. Həmin mərhələdə həm görmə zəifliyi, həm də yüksək həyəcan səbəbindən bəzi hissələri düzgün oxuya bilməmiş, ifadə müəyyən çaşqınlıqlar olmuşdur. Bu, iddiaçının həmin istiqamətdə uzunmüddətli təcrübəsi olmaması ilə də bağlıdır. Bildirir ki, illərdir xor dərsi aparmamış və bu sahədə praktiki bacarıqlarının kifayət qədər formalaşmaması ifaya təsir göstərmişdir. İddiaçı orta təhsilini musiqişünaslıq ixtisası üzrə, ali təhsilini isə xor dirijorluğu üzrə almışdır. İş fəaliyyəti boyunca əsasən nəzəri dərslər aparmışdır. Xor dirijorluğu sahəsində praktiki təcrübəsinin kifayət qədər olmaması səbəbindən müəyyən çətinliklərlə qarşılaşmışdır. Bu səbəbdən də iddiaçı dəfələrlə məktəb rəhbərliyinə müraciət edərək öz ixtisası üzrə dərs verə bilməyi üçün şərait yaradılmasını xahiş etmişdir. Lakin iddiaçıya bildirilib ki, ixtisasına uyğun dərs saatı olmadığı üçün bu mümkün deyil. Video görüntüdə Gülbacı İmanova qeyd edir ki, “vərdiş yoxdur”. Qeyd etmək istəyir ki, raspevləri icra edərkən, təcrübə olmadığı halda düzgün intonasiya və vərdişlərin zəif olması təbii haldır. Bu, iddiaçıdakı peşəkar səviyyənin aşağı olması ilə əlaqəli deyil, sadəcə təcrübənin olmamasından irəli gəlir. Əgər iddiaçıya ixtisasına uyğun olaraq vaxtında dərs saatları verilmiş olsaydı, yüksək səviyyədə vərdiş və intonasiya qabiliyyətini inkişaf etdirə bilərdi. Yəni, bu məsələdə yaranmış çətinliyin səbəbi iddiaçının yox, tədris prosesindəki təşkilati məhdudiyyətlərdir. İmtahan zamanı ümumilikdə 16 sualı cavablandırmışdır. Yalnız 6 suala cavab verə bilməmişdir ki, bunun da səbəbi əsasən həyəcan və səhhəti ilə bağlı gərginlik olmuşdur. Verilən rəy isə cavab verdiyi sualların böyük hissəsini nəzərə almamış və vəziyyəti birtərəfli şəkildə əks etdirmişdir. Bu izahatı attestasiya rəyində yazılanlarla təqdim olunmuş video-görüntünün müqayisəli təhlili əsasında tərtib etmiş və bütün qeyd olunan məqamlar real vəziyyəti tam olduğu kimi ifadə edir. Attestasiya başa çatdıqdan dərhal sonra Nazirliyin əməkdaşları içəri daxil olaraq komissiyanın işinə açıq müdaxilə etmiş, komissiya üzvlərinə qarşı “asan sual verirsiniz, əgər cavab verə bilmirsə, kəsin” kimi qərəzli və yönləndirici ifadələr səsləndirmişdir. Bu müdaxilə imtahanın obyektivliyinə birbaşa təsir göstərmiş və prosesin şəffaflığını şübhə altına almışdır. Həmçinin, komissiya üzvlərindən birinin bu müdaxiləyə reaksiyası da videoda və səs yazısında açıq şəkildə əks olunmuşdur: “Keçən dəfə içəri girib deyirlər ki, sualları asan verin, indi də gəlib deyirlər çətin verin. Gah elə deyirlər, gah da belə.” Bu ifadə bir daha təsdiq edir ki, attestasiya prosesinə kənar şəxslər tərəfindən təzyiq və göstərişlər verilib və komissiya üzvü bu təzyiqdən narahat olduğunu açıq şəkildə bildirib. Bu hallar bir daha göstərir ki, attestasiya prosesi qərəzsiz aparılmamış, komissiyanın müstəqil qərarvermə hüququ pozulmuş və iddiaçıya münasibətdə obyektivlik təmin edilməmişdir. Yuxarıda qeyd etdiyi bütün hallar attestasiya prosesində komissiya sədrinin qeyri-konstruktiv yanaşması, imtahan vaxtı edilən texniki və emosional təzyiqlər, kənar şəxslərin komissiyaya müdaxiləsi və video-görüntülərlə rəy arasındakı uyğunsuzluqlar attestasiya prosesinin obyektiv keçirilmədiyini göstərir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə2 izahat verərək bildirmişdir ki, Attestasiya Komissiyasının verdiyi qərara əsasən iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Bundan əlavə, videogörüntüyə baxdıqdan sonra fikrini bildirəcəkdir.
6. Sonuncu məhkəmə iclası ilə bağlı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə2 məhkəmə ərizə göndərərək, məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə MPM-in 172.1.1-ci maddəsini əsas götürürək, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 1*. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş *1 iyun 2**1-ci il tarixli 6 nömrəli əmrin surətindən görünür ki, İsmayılova Vüsalə Məmməd qızı “Nəz” ixtisası üzrə müəllimə vəzifəsinə işə qəbul olunmuşdur. S.Hacıbəyov adına musiqi texnikumu “Nəz” şöbəsinin İİİ-kurs tələbəsi. Dərs yükü 24 saat hesab olunsun.
12. iş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş *2 sentyabr 2**2-ci il tarixli 7 nömrəli əmrin surətindən görünür ki, İsmayılova Vüsalə Məmməd qızı musiqi məktəbinə nəzəriyyə ixtisası üzrə əsas işçi olaraq işə qəbul olunmuşdur.
13. İş materiallarında olan İddiaçı məxsus № **35868 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Sumqayıt şəhər Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi məktəbinin 25.*7.2*25-ci il tarixli, 115 saylı əmrinə əsasən Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi məktəbindən Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
14. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş 25 iyul 2*25-ci il tarixli, 115 nömrəli əmrin surətindən görünür ki, Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi məktəbinin xor dirijor müəllimi İddiaçı 25 iyul 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qanunvericiliyə uyğun olaraq son haqq-hesabın ödənilməsi təmin edilmişdir. Əmrin verilməsinə əsas: Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının 3* iyun 2*25-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və 3*.*6.2*25-ci il tarixli, 4 nömrəli protokoldur.
15. İş materiallarında olan Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin İşçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dari 3*.*6.2*25-ci il tarixli, 4 nömrəli protokolundan görünür ki, işçilər X3, Şərifova Hicran Arif qızı tutduqları vəzifələrə uyğun hesab edilir, işçilər X5, X4, İddiaçı, X9, X8, X13, X1 tutduqları vəzifəyə uyğun hesab edilmir.
16. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya vərəqəsindən görünür ki, İddiaçı attestasiyası üzrə cavablarını komissiya – A.Əlizadə “Ağ alma” əsərini orta səviyyədə ifa etdi. Verilmiş not nümunəsi zəif təhlil və zəif ifa etdi. Ağ alma əsərinin partiyalarını ifa edə bilmədi. A.Əlizadənin xor üçün əsərlərini sadalayın sualı verildi- cavabladı. Əsərin silsiləsində neçə bayatı var sualı verildi- cavabladı. Q.Qarayevin “Gənclik mahnısı”nı xor partiturasını ifa edə bilmədi. La major melodik halda necə olur sualı verildi- cavabladı. Do səsində major və minor 3 səslisini qurun sualı verildi- cavabladı. Melizimlər nədir sualı verildi- cavabladı. R.Mustafayevin xor üçün hansı əsərləri var sualı verildi- cavablamadı. Xorun kökü nə deməkdir sualı verildi- qismən cavabladı. XX əsrin xarici bəstəkarlarını sadalayın sualı verildi- cavabladı. Do səsində dominant sekundakord qurub major və minoru həll etdi. Romantik dövr bəstəkarları haqqında məlumat verin sualı verildi- qismən cavabladı. Şobert neçə yaşında vəfat edib sualı verildi- cavabladı. Asəf Zeynallı neçə yaşında vəfat edib sualı verildi-cavabladı. C.Cahangirovun xor üçün hansı akapella əsərləri var sualı verildi-cavablamadı.R. Mustafayevin xor üçün yazılmış hansı əsərləri var sualı verildicavablamadı. Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi: uyğun deyil. Səs miqdarı: leyinə-2, əleyhinə-3.
17. İş materiallarında olan *7.*8.2*25-ci il tarixli, MŞS/MT*3*/2*25-*1455 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 5* manat mediasiya xərci və 1* manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində xor dirijor müəllimi vəzifəsində işləmiş və attestasiyadan keçmədiyi üçün 25.*7.2*25-ci il tarixdə işdən azad olunmuşdur.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Azərbaycan Respublikası Konstitusiyasının: 2*. 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır.
21. 35-ci maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
22. 35-ci maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
24. Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
25. Maddə 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
26. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
27. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
28. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
29. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 3*. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
31. Maddə 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
32. Maddə 7* “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
33. Maddə 288 “x”. İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.
34. Maddə 3**.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının:
35. 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır;
36. 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır;
37. 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil;
38. 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır;
39. 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 4*. 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir;
41. 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.
Məhkəmənin mövqeyi:
42. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Sumqayıt şəhər Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinin *2.*9.2**2-ci il tarixli əmrinə əsasən həmin məktəbdə nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Halbuki, iddiaçının ixtisası xor dirijorluq olsa da, həmin məktəbdə fəaliyyəti nəzəri dərslərin aparılması olmuşdur. 25 iyul 2*25-ci il tarixdə Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin 25 iyul 2*25-ci il tarixli, 115 nömrəli əmrinə əsasən Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin xor dirijor müəllimi İddiaçı 25 iyul 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
43. Məhkəmə işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur.
44. Belə ki, ilk növbədə məhkəmə vurğulayır ki, Əmək Məcəlləsinin 7*-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
45. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır.
46. Bu halda həmin Məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
47. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, attestasiya zamanı iddiaçıya qarşı qərəzli mövqe olmuşdur. Belə ki, iddiaçıya verilən 18 sualdan 5-ni cavablaya bilməmişdir.
48. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməlidir.
49. Eyni zamanda, işçilərin attestasiyanın nəticələrinə uyğun olaraq Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində kütləvi şəkildə müəllimlərin işdən çıxarıldığı müəyyən edilmişdir. 5*. Beləliklə, attestasiya komissiyası iddiaçıya qarşı attestasiyada qərəzli mövqeni nümayiş etdirərək, Əmək Məcəlləsinin 65.3-cü maddəsində müəyyən edilmiş obyektivlik və qərəzsizlik prinsiplərinin pozulmasına yol vermişdir.
51. Bununla yanaşı işəgötürən iddiaçının uzun müddət (23 il) nəzəriyyə müəllimi üzrə qüsursuz fəaliyyətini nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zaman əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbi 25 iyul 2*25-ci il tarixli, 115 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır.
52. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin 25 iyul 2*25-ci il tarixli, 115 saylı əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin “xor dirijor müəllimi” vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbindən tutularaq İddiaçı ödənilməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
56. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
59. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin 25 iyul 2*25-ci il tarixli, 115 saylı əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin “xor dirijor müəllimi” vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X2 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva