Məhkəmə qərarları › İş №2(060)-5655/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5655/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5655/2022 01.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə əsasında qeyri-yaşayış sahəsinin və həmin sahəyə aid maliyyə arayışının təhvil verilməsi, ödənişin qalan hissəsinin qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsindəki 36-cı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blokunda 1-ci mərtəbənin küncündəki ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinə aid ödənişin 10.920 (on min doqquz yüz iyirmi) manat məbləğində qalan hissəsinin müqavilə əsasında iddiaçı tərəfindən ödənilməsinin qəbul edilməsi, həmin sahənin və ödəniş barədə maliyyə arayışının iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, 13 may 2006-cı ildə onunla "xxxx" Mənzil Tikinti Kooperativinin icraçı direktoru - mərhum X2 arasında bağlanmış 35 nömrəli müqaviləyə əsasən özünü “ İcraçı ” adlandıran qarşı tərəf Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişdiyi 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli yaşayış evinin 2-ci blokunun 1-ci mərtəbəsində küncdə (uqolda) yerləşən 100 (yüz) kv.m sahəsi olan qeyri-yaşayış sahəsini ona verməyi və o, isə müqavilə üzrə qeyri-yaşayış sahəsinin hər kv.m-nə görə 700 ( yeddi yüz ) ABŞ dolları ödəməyi öz üzərinə götürmüşdür. Sonradan ona təklif olunmuşdur ki, kv.m üçün 800 manat ödənilməlidir. O, müqavilə bağladığı şəxslə bu barədə razılaşmışdır. Cavabdeh tərəfindən ona təqdim olunmuş müqavilə forma və məzmununa görə Mülki Məcəllədə müəyyən olunmuş tələblərə tam cavab verməsə də, onun iştirakçılarının qarşılıqlı razılaşması əsasında və onların iradələrinə uyğun bağlandığından icrası tərəflər üçün məcburi xarakter daşımışdır. O, müqavilə üzrə öhdəliklərinin icrasına başlayaraq bir kv.m-i 700 ABŞ dollarına qiymətləndirilmiş sahəsi 100 kvm olan qeyri-yaşayış sahəsinin cəmi dəyərini təşkil edən 70 000 (yetmiş min) ABŞ dollarının 56 (əlli altı min) ABŞ dolları məbləğində əsas hissəsini MTK-ya ödəmişdir. Həmin məbləğin 42 000 ( qırx iki min) ABŞ dollarını 2006-2007-ci illərdə, sonrakı ilin dörd ayı ərzində isə 11 000 ( on bir min ) Azərbaycan manatını — dollar hesabı ilə 14 000 ( on dörd min ) ABŞ dollarını MTK- ya ödəmişdir. Həmin illər 1 ( bir ) ABŞ dolları Azərbaycan manatı ilə məzənnəsi 0,78 qəpik təşkil edirdi. Qeyd edilən dövrdə onun MTK-ya 14 000 ( on dörd min ) ABŞ dolları məbləğində — rəsmi valyuta məzənnəsinə uyğun olaraq 10 920 ( on min doqquz yüz iyirmi) manat borcu qalmışdır. Qalan həmin məbləği ödəməyə dəfələrlə cəhd göstərsə də, 2007-ci ildə MTK-nm sədri Şakir Hüseynovun həbs edilməsi və 2016-cı ildə cəzaçəkmə müəssisəsində vəfat etməsi, eləcə də onun hüququ varisi olan oğlu - MTK-nm hazırkı sədri Tural Hüseynovun imtina etməsi səbəbindən bu mümkün olmamışdır. Tikintinin inşası başa çatdırıldıqdan sonra qalan borcu ödəməklə qeyriyaşayış sahəsinin ona təhvil verilməsi barədə cavabdehə yazılı şəkildə müraciət etdikdə Tural Hüseynov qeyri-yaşayış sahəsinin sxemini təqdim etməməyini əsas göstərməklə tələbini rədd etmişdir. O, müqavilə üzrə öhdəliyini icra edərək qeyri-yaşayış sahəsinin dəyərinin əsas hissəsini - 56 000 ABŞ dollarını ödəmiş və qalan 14 000 ABŞ dollarını isə həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun olaraq 10 920 ( on min doqquz yüz iyirmi) manat məbləğində ödəməyə hazır. Lakin cavabdeh müqavilə öhdəliklərinin icasından əsassız olaraq yayınaraq qalıq borcun ondan qəbul edilib qeyri-yaşayış sahəsinin ona təhvil verilməsindən imtina edir. Halbuki, müqaviləyə əsasən MTK tikintinin inşasını iki il müddətində başa çatdırıb qeyri-yaşayış sahəsini ona təhvil vermək barədə öz üzərinə öhdəlik götürmüşdür. Qalan borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi cavabdehin təqsiri üzündən baş tutmadığından hesab edir ki, borcun qalan hissəsinin qəbul edilib ona qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının verilməsi və eləcə də qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsindəki 36-cı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blokunda 1ci mərtəbənin küncündəki ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinə aid ödənişin 10.920 (on min doqquz yüz iyirmi) manat məbləğində qalan hissəsinin müqavilə əsasında onun tərəfindən ödənilməsinin qəbul edilməsi, həmin sahənin və ödəniş barədə maliyyə arayışının ona təhvil verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri X3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçı qarşısında MTK hər hansı bir öhdəlik daşımır, iddiaçı müqaviləni MTK ilə yox, fiziki şəxs olan X5 ilə bağlamış və müqavilə üzrə öhdəliklər onların arasında olmuşdur. Hazırda fəaliyyət göstərən Cavabdeh MTK 2016-cı ildə yaradılaraq rəsmi qeydiyyatdan keçmişdir və fiziki şəxs Ş.Hüseynovun hüquqi varisi deyildir. İddiaçı ilə müqavilə bağlayan isə fiziki şəxs Ş.Hüseynov olmuş və sonuncu xx.xx.2007-ci il tarixdə həbs edilmiş və məhkəmə hökmü ilə məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. MTK yaradılaraq yarımçıq qalmış işlər davam etdirilərək binanın tikintisi MTK tərəfindən başa çatdırılmış, bundan sonra iddiaçı MTK-ya müraciət edərək müqavilə üzrə hüquqlarını irəli sürmüş, ona izah edilmişdir ki, fiziki şəxs Ş.Hüseynov tərəfindən 7 bloklu olaraq tikilməsi nəzərdə tutulan binanın tikintisi qadağan edilmiş, sonradan MTK-ya yalnız 3 bloklu bina tikintisinə icazə verilmişdir və bu səbəbdən fiziki şəxs Ş.Hüseynov tərəfindən üzərinə götürdüyü öhdəliklər üzrə MTK cavabdehlik daşımır, lakin vətəndaşların mənafeləri baxımından mövcud binanın 2-ci blokunun 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsindən iddiaçıya ödədiyi pul müqabilində sahə ayrılaraq verilə bilər. Lakin iddiaçı bununla razılaşmayaraq məhz künc kimi adlandırdığı, amma əslində blokun mərkəzində yerləşən sahənin ona verilməsini tələb etmişdir və onun bu tələbi əsassız olduğundan razılıq əldə edilməmişdir. İddiaçının üzərində əlyazma ilə çoxsaylı düzəlişlər edilmiş müqaviləyə əsaslanaraq ona məhz özünün göstərdiyi sahənin verilməsi barədə iddiası əsassızdır və MTK tərəfindən təmin edilə bilməz. Lakin MTK humanizm baxımından, həm də mərhum Ş.Hüseynovun ruhuna hörmət əlaməti olaraq, müqavilə üzrə hər kv.metri 800 dollar olsa da, onlar 700 dollar kimi qəbul edirlər. Çünki, 800 ABŞ dolları ilə hesablansa iddiaçının payına düşəcək kv.metr sahə az olacaqdır. İddiaçının ödədiyi 56000 dollar müqabilində cəmi 80 kv.metr sahə düşdüyü halda, iddiaçıya binanın 2-ci blokunun 1-ci mərətbəsində yerləşən və binanın çertyojunda FV-5 nömrəsi ilə qeyd edilmiş sahəsi 80 kv.metr olan qeyri-yaşayış sahəsini təhvil verməyə və buna dair maliyyə arayışı verilməsinə razıdır. Qalan hissədə isə iddianı qəbul etmədiklərini və iddianın yalnız etiraf etdikləri hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri X3 nümayəndəsi və vəkili Vəkil2 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassızdır və aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli 35 saylı müqavilədən görünür ki, bir tərəfdən fiziki şəxs X5(icraçı),digər tərəfdən payşı İddiaçı olmaqla onlar arasında bağlanmış müqavilə üzrə icraçı payçıya 17 mərtəbəli evin 2-ci blokunda 1-ci mərtəbədə sahəsi 100 kv.metr olan mənzili (nömrəsi göstərilməyib) payçıya təhvil verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öhdəsinə götürür, tikintinin iki ilə başa çatdırılması nəzərdə tutulur,mənzilin dəyəri hər kv.metrinə 700 dollar olaraq müəyyən edilmişdir. Müqavilənin 5.1. maddəsinə əsasən, hər iki tərəfdən biri öz öz öhdəliyini yerinə yetirməzsə,digər tərəfin müqaviləni dəyişdirmək və şəkilmiş xərclərin xərclərin və zərərin ödənilməsini tələb etmək hüququ vardır. İş materiallarında olan Bakı Ağır Cinayətlər məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündən görünür ki, Ş.Hüseynov AR CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Həmin cinayət işi üzrə zərərçəkmiş kimi tanınmış İddiaçı ifadəsində göstərmişdir ki, Ş.Hüseynovun tikdiyi 17 mərtəbəli binadan 100 kv.metr qeyri-yaşayış sahəsi almaqdan ötrü 42.000 ABŞ dolları ödəmişdir, lakin tikinti başa çatdırılmamışdır. İş materiallarında olan Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş, ünvan 1 ünvanda qeydiyyatda olan X2 vərəsəsi müəyyən edilib. Vərəsəsi-oğlu X4r. Belə ki, AR MPM-nin 218.1. maddəsinə əsasən, Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İddianın tələbindən və təqdim edilmiş müqavilənin məzmunundan aydın olur ki, iddiaçı ilə fiziki şəxs Ş.Hüseynov arasında yaranmış münasibətlər podrat müqaviləsindən irəli gələn münasibətlərə aiddir və bu zaman podrat münasibətlərindən irəli gələn maddi normalara istinad edilməlidir. AR MM-nin 752.1. maddəsinə əsasən, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. AR MM-nin 389.1. maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. AR MM-nin 389.3. maddəsinə əsasən, Bu fəslin qaydalarında və müqavilələrin ayrıayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. AR MM-nin 385.1. maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1 maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.2.maddəsinə əsasən, Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, icraçı işləri iki ilə ərzində təhvil verməyi, payçı isə həmin müqavilədə nəzərdə tutulmuş məbləği icraçıya ədəməyi öhdələrinə götürmüşdür. İşin hallarından görünür ki, icraçı binanı göstərilən iki il müddətində təhvil verməmiş, payçı da öz öhdəliyini tam yerinə yetirməmişdir. Bu halda hər iki tərəf müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişlər. Eləcə də, istinad edilən maddi normaların məzmun və tələblərinə istinadən məhkəmə belə hesab edir ki, hazırkı iddia üzrə Cavabdeh MTK-ın iddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur və bu öhdəliyi yarada biləcək hər hansı bir müqavilə mövcud deyildir( AR MM-nin 386.1. maddəsi). Belə ki,iş materiallarında olan müqavilədən də görünür ki, həmin müqavilə fiziki şəxs Ş.Hüseynovla iddiaçı arasında bağlanmış və bu müqaviləyə əsasən öhdəlikləri fiziki şəxs Ş.Hüseynov daşımışdır. Cavabdeh MTK 2016-cı ildə müstəqil təsisçilər tərəfindən yaranmışdır və həmin MTK fiziki şəxs Ş.Hüseynovun hüquqi varisi deyildir. Fiziki şəxs Ş.Hüseynov vəfat etdikdən sonra onun vərəsəsi kimi oğlu X6 tanınmışdır. Belə olduğu təqdirdə qüvvədə olan məhkəmə hökmü ilə təsdiq edildiyi kimi, mübahisə edilən qeyriyaşayış sahəsinin tikintisi ilə əlaqədar pul vəsaiti dələduzluqla mənimsənilmiş iddiaçı mülki qaydada iddia ilə həmin pul vəsaitini borcludan (indiki halda onun vərəsələrindən) tələb etmək hüququna malikdir. Qeyd olunan normalardan çıxış edərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, AR MPM-nin 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5. maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə belə hesab edir ki, cavabdehin iddianı qismən qəbul etməsi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, cavabdeh məhkəmə iclasında iddiaçıya ayrılması və təhvil verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin hazırda boş olduğunu və iddiaçıya şəxsi danışıqlar zamanı da təklif edildiyini bildirmişdir. İddiaçı bu barədə bildirmişdir ki, həmin sahənin dəyəri onun ödədiyi pul vəsaitinə uyğun olsa da, o, həmin sahəni istəmir, onun sahəsi binanın ikinci blokunun küncündə yerləşir və o, da yalnız həmin sahəni tələb edir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, iddiaçının məhz küncdə yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus olmasını təsdiq etmək üçün işdə olan müqavilədə xətt yazısı ilə qeyd edilmiş “market uqol” qeydinə istinad etməsi əsassızdır. Belə ki, işdə olan müqavilədə həmin qeyd müqavilənin ümumi məzmuna daxil olmamaqla, xətt yazısı ilə sonradan yazılmış qeyddir və həmin qeydin həqiqiliyi təsdiq edilməmiş, kim tərəfindən və nə zaman yazılması müəyyən edilməmişdir. Belə olan təqdirdə iddiaçının məhz həmin qeydə əsaslanaraq məhz binanın küncündə yerləşən qeyri-yaşayış sahəsini tələb etməsi əsassızdır. Belə ki, tərəflər arasında mövcud olan müqaviləyə hər hansı bir dəyişiklik və ya əlavələr edilməsi hər iki tərəfin imzaladığı əlavə müqavilə ilə rəsmiləşdirilə bilərdi və ya müqaviləyə edilmiş əlavə və dəyişiklik barədə olan qeyd tərəflərin imzası ilə təsdiqlənməli idi. Bu hallar mövcud olmadığına görə məhkəmə müqavilə üzərində xətt yazısı ilə edilmiş əlavəni iddianın əsası kimi qəbul edə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh nəzərə alaraq, məhkəmə İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsindəki 36-cı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blokunda 1-ci mərtəbənin küncündəki ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinə aid ödənişin 10.920 (on min doqquz yüz iyirmi) manat məbləğində qalan hissəsinin müqavilə əsasında iddiaçı tərəfindən ödənilməsinin qəbul edilməsi, həmin sahənin və ödəniş barədə maliyyə arayışının iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə” iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar