Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5658/2021 06.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul və dəymiş ziyan tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat maşına görə verdiyi pulun, 2000 manat maşının təmirinə çəkdiyi xərcin, 5000 manat mənəvi ziyana görə təzminatın və 110 manat hüquqi yardımla bağlı ödədiyi pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdehlə iddiaçı arasında ** ST *** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomaşının alqı-satqısına dair 13 aprel 2020-ci il tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən o, cavabdehə etibarnamə əsasında məxsus olan həmin maşına görə 7500 (yeddi min beş yüz) manat məbləğində pul ödəməyi öhdəsinə götürmüş və həmin pulun 6000 (altı min) manatını cavabdehə müqavilə bağlanan günü ödəmiş, qalan 1500 (min beş yüz) manatı isə ona 2000 manat məbləğində borcu olan Eldar tərəfindən iddiaçının yanında ödənilmiş və müqavilə üzrə iddiaçının cavabdehə borcu qalmamışdır. Lakin həmin avtomaşının sahibi ilə cavabdeh arasında maşına görə olan pul mübahisəsi ilə bağlı cavabdehin adına vermiş olduğu etibarnaməni ləğv etmiş və maşının saxlanılması ilə bağlı polisə müraciət etmişdir. Bu səbəbdən də maşını adına rəsmiləşdirə bilməmişdi. İddiaçı bundan sonra cavabdehə müraciət edərək ona vermiş olduğu pulları geri tələb etmiş, lakin cavabdeh həmin maşına görə iddiaçıdan aldığı 7500 (yeddi min beş yüz) manat məbləğində pulunu qaytarmamışdır. Bundan başqa, bu maşını aldıqdan sonra maşında təmir işləri aparılmış və bu işlərə də 2000 (iki min) manat məbləğində pul sərf olunmuşdur. Cavabdeh maşının mübahisəsiz olduğunu bildirməklə iddiaçını aldatmış, etibarından sui-istifadə etmişdir. İddiaçı bu məsələ ilə bağlı polisə şikayət etmiş, lakin ona izah olunmuşdur ki, pul tələbi ilə bağlı məhkəməyə müraciət etməlidir. Cavabdeh bu hərəkətləri ilə iddiaçıya mənəvi stres yaşatmış, ona mənəvi ziyan vurmuşdur. İddiaçı cavabdeh tərəfindən aldadıldığı üçün əsəb-stres keçirmiş, diskonfort şəraitə düşmüş və nəticədə ona mənəvi ziyan da dəymişdir ki, o, həmin ziyanı 5000(beş min) manat məbləğində qiymətləndirir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 7500 manat maşına görə verdiyi pulun, 2000 manat maşının təmirinə çəkdiyi xərcin, 5000 manat mənəvi ziyana görə təzminatın və 110 manat hüquqi yardımla bağlı ödədiyi pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmişlər və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbayçan Respublikası MPMnin 185.5-çi maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan ** ST *** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero minik markalı avtomaşının alqı-satqısına dair 13.04.2020-ci il tarixli sazişin surətindən görünür ki, X1 ilə Cavabdeh arasında ** ST *** dövlət qeydiyyat nişanlı Mistsubishi Pajero minik markalı avtomaşının alqı-satqısı ilə bağlı razılığa gələrək hazırki sazişi başlamışdılar. 1) Cavabdeh baş etibarnamə ilə ona məxsus olan ** ST *** dövlət qeydiyyat nişanlı Mistubishi Pajero minik markalı avtomaşını 7500 (yeddi min beş yüz) manata İddiaçı satmasını öz öhdəsinə götürür. 2) İddiaçı baş etibarnamə ilə Cavabdeh məxsus olan ** ST *** dövlət qeydiyyat nişanlı Mistubishi Pajero minik markalı avtomaşını 7500 (yeddi min beş yüz) manata almağı öz öhdəsinə götürür. 3) İddiaçı baş etibarnamə ilə Cavabdeh məxsus olan ** ST *** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero minik markalı avtomaşına görə ilkin olaraq Cavabdeh 6000 (altı min) manat ödəmişdir. 4) Cavabdeh baş etibarnamə ilə ona məxsus olan ** ST *** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero minik markalı avtomaşına görə ilkin olaraq İddiaçı 6000 (altı min) manat aldı. 5) İddiaçı yerə qalan 1500 (min beş yüz) manatı 13.05.2020-ci il tarixdən başlayaraq hər ay 250 (iki yüz əlli) manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür. 6) Tərəflər razılığa gəlirlər ki, bu sazişdən irəli gələn öhdəliklərini vaxtında və vicdanla yerinə yetirəcəklər. Sazişin şərtləri tərəflərdən biri tərəfindən pozulduğu halda, sazişin şərtlərinə əməl etməyən şəxs digərinə 10.000 (on min) manat məbləğində təzminat ödəyəcəklərini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan ƏN-V № 189089 saylı, 09.04.2020-ci il tarixli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X6 mülkiyyətində olan “Mitsubishi Pajero” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobili 1 il 8 ay müddətinə yəni 09.12.2021-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün X5 vermişdir. İş materiallarında Sumqayıt şəhəri 1 saylı Vəkillər Bürosunun VÖEN ********** saylı, 29.01.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardıma görə 110 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Ömət oğlu Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz nərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, ztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ctimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, əyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Hazırki iş üzrə İddiaçı Cavabdeh tərəfindən ona 5000 manat məbləğində mənəvi ziyanın vurulması və avtomaşının təmiri üçün çəkilən xərci əvəzi kimi 2000 manatın cavabdehdən tutulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsinə qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəliləri keçirmiş şəxslər ödənilməli olan dövlət rüsumundan azaddırlar. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, İddiaçı məcburi köçkündür. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 7500 (yeddi min beş yüz) manat maşına görə verilən pulun və 110 (bir yüz on) manat hüquqi yardımla bağlı ödənilən pulun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat maşına görə verilən pulun və 110 (bir yüz on) manat hüquqi yardımla bağlı ödənilən pulun alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5658/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5658/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver