Məhkəmə qərarları › İş №2(060)-5674/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5674/2020

01.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5674/2020 01.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, X1katibliyi, Ərizəçi Feyziyeva (Şahgəldiyeva) Nüşabə Xıdır qızının iştirakı ilə, Ərizəçi Feyziyeva (Şahgəldiyeva) Nüşabə Xıdır qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlər X2 Publik hüquqi şəxs 1 saylı regional ərazi filialına qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Feyziyeva (Şahgəldiyeva) Nüşabə Xıdır qızı maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlər X2 Publik hüquqi şəxs 1 saylı regional ərazi filialına qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizəçi Feyziyeva (Şahgəldiyeva) Nüşabə Xıdır qızı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, ərizəçini dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində göstərilir ki, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Feyziyeva (Şahgəldiyeva) Nüşabə Xıdır qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlər X2 Publik hüquqi şəxs 1 saylı regional ərazi filialına qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar