Məhkəmə qərarları › İş №2(060)-5678/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5678/2022

14.12.2022 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5678/2022 14.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını və Laçın rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1982-ci il tarixdə Laçın rayonunda anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X9 onun qızıdır. Dürdanə xx.xx.1982-ci il tarixdə Laçın rayonunda anadan olmuşdur, Sumqayıt Şəhər Səhiyyə Şöbəsi 3 nömrəli şəhər poliklinkasında paranoid şizofreniya dərin psixi qüsur halı diaqnozu ilə qeydiyyatdadır. O, uzun illərdir müayinə və müalicədədir. Halhazırda da müalicələri davam edir. Qızı onun nəzarətindədir, onun xəstəxanaya gedib-gəlməsini, geyim, qidasını o, təmin etmişdir. Qızı onun yanında qalır və ona özü baxır. Müəyyən əqdlərin bağlanmasında, pensiya və sosial müavinətlərin alınması ilə bağlı qızının imzası gərəklidir. O isə bunu edə bilmir. Ona görə də qızı X2 fəaliyyət qabiliyyətsiz olması barədə sənədləri rəsmiləşdirmək qərara gəlmişdir. Bundan sonra, məhkəmənin təşəbbüsü ilə Laçın rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: XX-JQ seriyalı 377709 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1982-ci ildə Laçın rayonu, Sonasar kəndində anadan olmuş, atası X10, anası X5r. Sumqayıt Regional Vəkil Bürosunun sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Ərazi X4 “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsi 2 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 09 avqust 2022-ci il tarixli, 278 saylı məktubdan görünür ki, Sumqayıt şəhəri,X7 yaşayan 1982-ci il təvəllüdlü X9 poliklinikanın psixiatrik kabinetində “Şizofreniya.paranoid forma, psixi qüsur halı” diaqnozu ilə xx.xx.2019-cu il tarixdən dispanser qeydiyyatdadır. Sumqayıt Regional Vəkil Bürosuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X16 regional filialı tərəfindən verilən xx.xx.2022-ci il tarixli, **********9 saylı arayışdan görünür ki, X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron - Xızı regional filialında xx.xx.2018- ci il tarixdən müddətsiz 2-ci qrup əlilliyə görə sosial müavinət alan kimi qeydiyyatdadır. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə X9 barəsində məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3735 saylı rəydən görünür ki, X3 Şizofreniya Paranoid forma psixi qüsur əlamətləri ilə (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar -uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, dəfələrlə Sumqayıt Psixiatriya Xəstəxanasında müalicədə olması, Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində “Şizofreniya paranoid forma, psixi qüsur halı” diaqnozu ilə dispanser qeydiyyatda olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər- ünsiyyətə formal daxil olması, eşitmə və görmə hallüsinasiyaları haqqında məlumat verməsi, təfəkkürünün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar etməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X3 şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixo-nevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi X2 atasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1982-ci il tarixdə Laçın rayonunda anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar