Məhkəmə qərarları › İş №2(060)-5679/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5679/2020

30.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5679/2020 30.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs AR Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat ofisinə qarşı miras əmlakın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və müddətin uzadılması tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs AR Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X1 ona qalmış Sumqayıt şəhərinin "Yaşma" bölgəsində "Kauçuk" kollektiv bağçılıq yoldaşlıq ərazisində yerləşən 520 saylı bağ sahəsinin miras əmlak kimi qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o, xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. ünvan 1 mən.75 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. X5 onun həyat yoldaşıdır, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Sumqayıt şəhərinin "Yaşma" bölgəsində "Kauçuk" kollektiv bağçılıq yoldaşlıq ərazisində yerləşən 520 saylı bağ sahəsi yoldaşının mülkiyyətindədir. xx.xx.2020-ci il tarixdə o, həyat yoldaşından qalmış miras əmlaka vərəsəlik haqqında şəhadətnamə verilməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt "Asan Xidmət" Mərkəzinin Notariat ofisinin notariusu Azər Hacıyevə müraciət etmişdir. Cavab məktubunda qeyd olunur ki, "AR Mülki Məcəlləsinin 1246-ci maddəsinə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir) əsasən mirasın qəbul edildiyi müddəti buraxdığınız üçün müddətin bərpası üçün məhkəməyə müraciət edə bilərsiniz". Miras əmlakını faktiki olaraq qəbul etmişdir. Lakin, qanunun tələbini bilmədiyi üçün vaxtında notariat kontoruna müraciət etməmişdir. Qeyd olunan səbəblərə görə mirasın qəbulu müddətini ötürməsi üzrlü sayılmalı və mirasın qəbulu müddəti uzadılmalıdır. Müddəti ötürməsinin səbəbi yoldaşının ilinin çıxmasını gözləməsi olmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf AR Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvalayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: X5 xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. (iş materiallarına əlavə olunmuş AZ-İİ 030515 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən) İşdə olan AZ seriyalı 091809 saylı evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə X5 ilə nikaha daxil olmuş, bu barədə həmin tarixdə 9 saylı qeyd edilmişdir. AR Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat ofisinin Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 3086 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2019cu il tarixində vəfat etmiş əriniz X2 adına qalmış miras əmlakla bağlı müraciətinə baxılmış, mirasın qəbul müddətini buraxdığı üçün AR Mülki Məcəlləsinin 1246-ci maddəsinə müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan “Kauçuk” X6 heyətinin 01 saylı protokolundan xx.xx.1988-ci il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 16 saylı qərarı nəzərə alınaraq X5 “Kauçuk” Bağçılıq Yoldaşlığın üzvlüyünə qəbul edilmiş, ona 520 saylı bağ ayrılmışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 “Kauçuk” Bağçılıq Yoldaşlığın üzvlüyünə qəbul edilmiş, ona 520 saylı bağ sahəsi ayrılmışdır. X5 xx.xx.2019-cu il il tarixdə Sumqayıt şəhərində vəfat emişdir. Ərizəçi X2 qanun üzrə birinci növbə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə Ərizəçi H.Ağayevin qanun üzrə birinci növbə vərəsəsi olduğunu və yaşlı olmasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx xxxx 2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxx 2019-cu il tarixində vəfat etmiş X3 məxsus Sumqayıt şəhərinin "Yaşma" bölgəsində "Kauçuk" kollektiv bağçılıq yoldaşlıq ərazisində yerləşən 520 saylı bağ sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılsın və uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar